Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

 

29

Prosedur  modellərin  biliklərinin  təqdim  olunmasının  əsas  üstünlüyü  tətbiq 



haqqında əlavə biliklərin daxil edilməsi və eyni zamanda onların birliyini zəiflədən 

çıxış  mexanizminin  böyük  effektivliyindədir.  Digər  əsas  üstünlüyü  isə  onun 

təsiredici  gücündədir.  Prosedur  sistemlər  istənilən  biliklərin  təqdimolunma 

modelini  yaratmağa  qadirdir.  Prosedur  sistemlərin  təsiredici  gücü  prosedur 

sistemlərdə realizə olunan genişləndirilmiş çıxış sistemlərində özünü göstərir. 

Sonda  onu  da  qeyd  etmək  lazımdır  ki,  biliklərin  təqdimolunma  modellərini 

deklarativ  və  prosedur  modellərə  bölmək  şərtidir,  belə  ki,  real  sistemlərdə 

biliklərin  təqdim  olunması  yuxarıda  qeyd  olunan  biliklərin  təqdimolunma 

formalarında element və uyğunluqlarından eyni səviyyədə istifadə olunur. 

 

 




 

30

 



FƏS L II. QƏRAR QƏBULETMƏ PROSES N N GÜCLƏND R LMƏS NƏ 

TƏS R EDƏN AM LLƏ

 

2.1. Qərar qəbuletmə prosesinin əsas özəllikləri  

 

nsanlar gündəlik həyatında, bir çox qərarlarını sistemli şəkildə düşünmədən, 

bir çoxlarını isə günlərlə, aylarla, bəzən də illərlə düşünüb qəbul edirlər. Məsələn, 

hansı  universitetdə  oxumaq,  sonra  harada  işləmək  kimi  qərarları  uzun  müddət 

düşündükdən sonra qəbul edirlər. Bəzən də, dərk olunmayan psixoloji faktorların 

təsiri  altında  ayrı-ayrı  qərarların  qəbuluna  qeyri  mütənasib  diqqət  yetirirlər. 

Məsələn, insanlar bəzən bir cüt ayaqqabını almaq üçün günlərlə götür-qoy edirlər, 

halbuki, dəyəri 15-20 min manat olan avtomobili alan zaman heç düşünmürlər də.  

darəetmədə  qərar  qəbul  edilməsi  məsələsi  insanların  gündəlik  həyatındakı 

qərar qəbuletmədən daha sistemli bir prosesdir. Şəxsin qəbul etdiyi qərarlar əsasən 

onun  özünə,  bir  az  da  ona  yaxın  olan  adamlarla  əlaqəli  olur.  Müəssisənin 

menecerləri isə nəinki  özü üçün,  həm  müəssisəyə,  həm  də  digər  işçilərə  aid  olan 

qərarları  qəbul  edirlər.  ri  müəssisələrin  daha  yuxarı  təbəqələrində  olan  işçilərin 

qərarları isə daha böyük dairəni – pulla ifadə edilərsə, milyonlarla manatlıq işləri 

ə

hatə edir. Bundan daha da vacib olan məqam odur ki, rəhbər işçilərin qəbul etdiyi  



qərarlar  bir  çox  insanların  taleyinə  təsir  göstərə  bilirlər,  ən  azı    onunla  birlikdə 

işləyən  işçilər  belə  qərarların  təsiri  altında  olurlar.  Məsələn,  bir  müəssisə  rəhbəri 

beş dəqiqə gecikən işçini mükafatdan məhrum edə bilər, digəri isə hesab edər ki, 

belə  ciddiyət  müəssisədə  işçilərin  mənəvi  problemlərinin  yaranmasına  səbəb  olar 

və  bunun  nəticəsində  də    müəssisədə  kadrların  axını  çoxalar,  eyni  zamanda 

istehlakçılara  xidmət  səviyyəsi,  əmək  məhsuldarlığı,  istehsal  olunan  malların 

keyfiyyəti  aşağı  düşər  və  s.  Məsələn,  bu  halda  inzibati  cəzadan    imtina  edən 

müəssisə rəhbəri belə halların qarşısının alınması üçün həmin işçi ilə ciddi söhbət 

etməyə  qərar  verə  bilər.  Hər  iki  halda  müəssisə  rəhbərinin  məqsədi  gecikmənin 

qarşını almaqdır. Lakin hər iki halda müəssisədə belə halları müntəzəm təkrar edən 




 

31

işçiyə  qarşı  onun  işdən  azad  olması  haqqında  qərar  qəbul  edilə  bilər.  Əgər 



müəssisə  çox  böyükdürsə,  onun  ali  rəhbərliyinin  qərarları  müəssisədən  kənarda 

olan mühitə də hiss oluna biləcək dərəcədə təsir göstərə bilir. Elə qərarlar da var ki, 

onlar  tarixdə  bütün  cəmiyyətə  təsir  göstərə  bilirlər.  Vacib  dövlət  qərarlarını, 

məsələn,  atom  bombası  haqqinda  ABŞ  prezidenti  Trumenin  qərarını  bu 

kateqoriyadan olan qərarlara aid etmək olar.  

Vacib idarəetmə qərarlarının məsuliyyəti çox ağır olur, bu rəhbərliyin yuxarı 

pillələrində  daha  aydın  şəkildə  hiss  olunur.  Belə  ki,  istənilən  rütbəli  rəhbərlər 

ə

sasən  başqalarına  məxsus  olan  əmlakın  daxil  olduğu  müəssisələrdə  işləyirlər  və 



bu  da  məsuliyyəti  daha  da  artırır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,    əgər  müəssisə 

rəhbəri  tabeliyində  olan  işçini  işdən  azad  edirsə,  həmin  işçi  bundan  çox  əziyyət 

çəkə bilər. Əgər pis işçi işdən azad edilməzsə, həm müəssisə, eyni zamanda digər 

işçilər də bundan əziyyət çəkərlər.  Ona görə də belə hallarda müəssisə rəhbərləri 

düşünülməmiş  qərarlar  qəbul  edə  bilməzlər.  Rəhbər  işçilərin  daha  rasional,  daha 

sistemli  qərar  qəbul  etməsi  prosesini  başa  düşmək  üçün  ümumiyyətlə,  qərar 

qəbuletmə,  onun  idarəetmə  prosesi  ilə  əlaqəsini  və  təşkilati  qərar  qəbuletmənin 

xüsusiyyətlərini araşdırmaq lazımdır.  

  Qərar qəbuletmə metodologiyası elə texnologiya və metodlara əsaslanır ki, 

onları  hissə - hissə  və ya tamamilə formalaşdırmaq mümkün olar. Hazırda qərar 

qəbuletmə  prosesinə  hesablama  texnikalarının  tətbiqi  haqqında  kifayət  qədər 

dərindən  öyrənilmiş  nəzəri  baza  və  geniş  təcrübə  mövcuddur.  Buna  baxmayaraq, 

müəssisələrin əksəriyyətində hesablama texnikası  əsasən “ağır” əməliyyatların və 

hesablamaların  avtomatlaşdırılmasında  istifadə  olunur,  məsələnin  qoyuluşu,  

məqsədin  təyin  olunması,  alternativlərin  seçilməsi  mərhələlərində  praktiki  olaraq 

az  tətbiq  olunur.  Bununla  belə,  informatikanın  texniki  və  proqram  vasitələrinin 

hazırki  inkişafı  idarəetmə  praktikasında  aşağıdakı  kimi    müxtəlif    kompüter 

sistemlərinin tətbiqi ilə müşaiyyət olunur:  

-

 

Avtomatik idarəetmə sistemləri; 



-

 

darəetmə informasiya sistemləri;  



-

 

Ekspert sistemləri;  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə