Microsoft Word S. Nergiz dissertasiya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix08.10.2017
ölçüsü0,6 Mb.
#3836
1   2   3   4   5   6   7   8   9   ...   24

 

17

ilə işləyən və müəyyən mənada eksperti əvəz edən və ya ona kömək edən sistem 



yaratmaq  istəyiriksə  bütün  bu  sadaladığımız  funksiyaları  sözügüdən  sistemin 

quruluşuna daxil etməyə cəhd etməliyik. Aşağıdakı şəkildə intellektual sistemlərin 

ümumiləşdirilmiş  quruluşu,  komponentləri  və  əlbəttə  ki,  onu  əhatə  edən  mühit 

verilmişdir.  Bütün  bu  komponentlərlə  yanaşı  vacib,  biliklərə  əsaslanan, 

mövcudluğu  konkret  məsələlərlə  müəyyən  olunan  hər  bir  sistem  üçün  müxtəlif 

vəzifələr təyin edilir 

Hər  bir  idarə  edən  sistem  üçün  BB  və  ona  uyğun,  biliklərlə  işləyən  çıxış 

mexanizmi lazımdır. Adətən intellektual sistemlər son istifadəçi ilə, ekspertlə, bilik 

mühəndisi  ilə,  daxili  verilənlər  bazası  (VB)  ilə  və  tətbiqi  proqram  təminatı  ilə 

qarşılıqlı əlaqədə olurlar. 

stifadəçi  intefeysi  məhdud  təbii  dildə  danışığın  daxil  edilməsi  və  həm  də 

vizual  təqdimatla  (qrafika,  texniki  görmə)  əlaqəni  təmin  edir.  stifadəçi  qismində 

insan-operator və ya qapalı dövri əməliyyatlarda istehsal prosesinin özü çıxış edə 

bilər. Bir  çox  istehsal prosesində verilənlərin  avtomatik  qəbulu  və  emalı, həm  də 

idarəetmə  üzrə  əks  əlaqə  vasitələri  lazım  olur.  Bilik  mühəndisi  ilə  intellektual 

sistemlər  adətən  BB-nin  komponentlərini  almağa  və  modifikasiya  etməyə  icazə 

verən quruluş redaktorların köməyi ilə əlaqələndirilir. 

ntellektual  sistemlərin  tətbiqi  proqram  təminatı  ilə  qarşılıqlı  əlaqəsi  xüsusi 

hesablamalar  vaxtı  hiss  olunur.  Belə  ki,  verilənlərin  emalı  üzrə  standart 

ə

məliyyatların altməsələ qismində istifadə edilmə məcburiyyəti tez-tez yaranır.  



ntellektual sistemlərin inteqrə olunmuş istehsal idarəetmə sistemi,  nternet və 

paylanmış  VB  ilə  əlaqəsi  verilənlər  və  biliklərin  alınması,  idarəetmənin  müxtəlif 

ierarxiyalarına  yerləşdirilməsi  üçün  istifadə  olunur.  Bundan  əlavə  daxili  VB  və 

nternet ilə qarşılıqlı əlaqəni təşkil edir. 

Adətən istehsalın idarə edilməsi məsələlərində ekspert tərəfindən biliklərin üç 

səviyyəsindən  istifadə  edilir:  reflektiv,  yəni  qeyri-iradi  reaksiyaların  səthi 

biliklərinə uyğun “qabiliyyət”; standart mühakimə halları üçün qaydalar; qeyri-adi 

və  çətin  hallar  üçün  qaydalara  deyil,  konkret  prinsiplərə  əsaslanan  dərin  biliklər. 




 

18

BB-nin  layihələşdirilməsi  zamanı  intellektin  dərin  bilikləri  hesaba  alması  cəhdi 



vacibdir. 

ntellektual  sistemlərin  layihələşdirilməsinin  və  onların  arxitekturasının 

seçilməsində  sadəcə  mövcud  istehsal  obyektini  qiymətləndirən  müstəqil  proqram 

təminatı  hazırlamaq  lazım  deyil.  ntellektual  sistemlərin  prosesin  müxtəlif 

elementlərinə  yaxınlaşmasına,  idarəetmə  və  təşkilatın  texnoloji  zəncirin  əsas 

həlqəsi kimi çıxış etməsinə cəhd etmək lazımdır. 

ntellektual sistemlərin yaradılması zamanı tədqiqat sahəsi haqqında biliklərin 

təqdim olunma üsulu və insanın xəyalının modelləşdirilməsi, düşüncə metodları və 

qərar  qəbulunda  seçimlər  mühüm  əhəmiyyət  kəsb  edir.  ntellektual  sistemin 

yaradıcısı (biliklər mühəndisi) uzun müddət BB-nin yaradılması üçün informasiya 

mənbəyi rolunu oynayan mütəxəssis-ekspert ilə həmin sahə üzrə birgə işləyir. Bir 

neçə  iterasiya  (təkrar)  nəticəsində  sistemdə  biliklərin  təqdim  olunma  sxemi  və 

məntiqi çıxarış strategiyası seçilir. 

Biliklərin  BB-da  qurulması  və  çıxış  mexanizminin,  düşüncələrin  və  seçimin 

təşkili  problemlərindən  başqa  izahetmə  qərarlarının  funksiyaları  və  çıxarılışları 

mühüm əhəmiyyət kəsb edir. Bir qayda olaraq intellektual sistemlər istifadəçilərin 

onlara  olan  inamının  artmasından  sonra  öz  nəticə  və  nəsihətlərini  izah  edir  və 

təsdiqləyirlər. 

Yuxarıdakı  şəkildə  verilən  intellektual  sistemin  quruluşu  əlbəttə  ki,  ideal  və 

universal  deyil.  Mövcud  intellektual  sistemlərdən  heç  biri  sadalanan 

komponentlərin  hamısını  özündə  birləşdirmir.  Bununla  yanaşı  bu  elementlərin 

varlığı  abstrakt  (mücərrəd)  deyil,  tətbiqi  aspektdə  intellektuallığa  iddia  edən 

sistemin  müxtəlif  funksiyalarının  reallaşdırılmasını  əks  etdirir.  Bu  və  ya  digər 

komponent və əlaqələrin intellektual sistemə qoşulması müəyyən səviyyədə onun 

təyinatından,  funksiyalarından,  tədqiqat  sahəsindən  və  istehsal  prosesindəki 

qarşılıqlı  əlaqə  formasından  asılı  olaraq  müəyyən  edilir.  Məsələn,  izahetmə 

funksiyalarının  nizamlama  intellektual  sistemlərinin  bazası  əsasında  texnoloji 

proseslərin  idarə  edilməsi  sistemində  reallaşdırılması  əlverişli  deyil.  Bir  çox 




 

19

komponentlərə  isə  demək  olar  ki,  hər  bir  intellektual  sistemin  quruluşunda  rast 



gəlmək olar. 

stənilən intellektual sistemin əsasını, özəyini BB və sistemə qoyulmuş həllin 

çıxış  mexanizmi  təşkil  edir.  Ümumi  şəkildə  desək,  bu  komponentlər  sistemin  iki 

ə

sas  intellektual  xarakteristikasını  təyin  edir:  istənilən  bir  şey  haqqında  biliklərin 



saxlanması  bacarığı  və  bu  biliklər  üzrə  əməliyyatların  aparılması.  Biliklərə 

ə

saslanan  qismən  inkişaf  etmiş  sistemlərə  öyrənə  bilən,  yeni  bilikləri  qavrayan, 



BB-ni  genişləndirən,  tədqiqat  sahəsində  dəyişən  şərtlər  və  hadisələrdə  biliklərin 

korrektə  edilməsini  təmin  edən  sistemlər  aiddir.  ntellektual  sistemlərin 

layihələşdirilməsi zamanı daha çox vaxt və səy BB-nin yaradılmasına gedir. Belə 

ki,  biliklərin  yığılması,  biliklərin  təqdim  olunma  modelinin  təşkili,  onun 

quruluşunun  verilməsi,  BB-nin  tam  dolğunluğu  ilə  tamamlanması  və  onun  daha 

sonra da aktual vəziyyətdə saxlanılmasını təmin etmək çox mürəkkəb məsələdir. 

BB-nin  layihələşdirilməsi  və  reallaşdırılmasına  keçməzdən  əvvəl  sistemi 

işləyib hazırlayanların BB-nin və intellektual sistemlərin ümumilikdə hazırlanması 

prosesi  ilə  bilavasitə  bağlı  olan  bir  neçə  sualı  həll  etməlidirlər.  ntellektual 

sistemlərin  (o  şərtlə  ki,  intellektual  sistemlərin  bu  sahədə  hazırlanması  özünü 

doğruldacaq)  hazırlanmasının  ilkin  mərhələsində  həll  ediləcək  tapşırıqların 

həlqəsini müəyyən etməyə cəhd edək:  

• 

Problem  sahəsinin  (obyektin,  tapşırığın,  məqsədin)  tədqiqi,  yəni  “BB  nəyi 



ifadə edir” və “nəyə görə ifadə edir”;  

• 

Tədqiq olunan problem sahəsi kontekstində “bilik” məfhumunun təyini;  



• 

Biliklərin mənbəyini aydınlaşdırmaq, onlarla fəal və ciddi cəhdlə işləmək;  

• 

Tapşırıqların həlli üçün biliklərin tipinin müəyyən edilməsi;  



• 

Biliklərin quruluşunun müəyyən edilməsi üsulu, yəni “bilikləri necə təqdim 

etməli”;  

• 

Biliklərin təqdimatı üsulunun seçilməsi;  



• 

BB-nin quruluşunun müəyyən edilməsi;  

• 

BB-nin quruluş hissələri arasındakı qarşılıqlı xarakterin müəyyən edilməsi;  



• 

BB-nin doldurulması prosesinə hazırlıq.  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə