Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   2   3   4   5   6   7   8   9   ...   57

13 
 
 
kiçik  məzmunlar  yaranır.  İnsan 
təbiətə 
təsir 
edən 
mikrosistemdir.  Onun  təsiri  də  sadəcə  təbiətin  özündə  qalan 
elementləri meydana gətirə bilir.  
İ
nsanlara  verilən  qabiliyyətlərdən  istifadə  zamanı  (özləri 
tərəfindən) 
ölçmələr 
tətbiq 
olunur. 
İ
nsanlar 
təbiətin 
mövcudluğunu  ədədlər  şəkilində  mikro  və  makro  tərkiblərə 
ayıra  bilirlər.  Yəni,  təbiətin  mikro  və  makromühitini  dərk  edə 
bilirlər.  Dərketmə  də  nəticə  etibarilə əl  əməyinə tətbiq olunur. 
İ
xtiralar  meydana  gəlir.  Kəşflər  və  ixtiralar  insanların 
düşüncələri  ilə  əl  əməklərinin  nəticələri  olaraq  davamlı 
qaydada  meydana  gəlir.  Bu  baxımdan  kəşf  və  ixtiraların  sonu 
yoxdur.  Bu,  sadəcə  insanın  imkanlarına  bağlıdır.  Buradan  da 
belə nəticə ortaya  çıxır ki, kainatda  hər  şey  var,  sadəcə  onu 
dərk etmək, tapmaq lazımdırDeməli, beyində təbiəti dərk 
etmək  üçün  mikro-makro  müstəvi  (mərkəzlər  bütövü) 
vardır.  Kəşflərin,  ixtiraların,  “gizlənmişləri”  üzə  çıxarmağın 
ə
sası  duyğu  orqanlarına  və  siqnal  mərkəzlərinə  (beyin 
mərkəzlərinə) tabedir.  
Ehtiyaclar  insanların  təbii  xassələrindən,  təbii  olaraq 
mövcud olduqları fiziki, maddi və mənəvi-ruhi quruluşlarından 
ortaya çıxır. Ehtiyaclar insanların varlıq kimi mövcudluqlarının 
təminedici  kriteriyaları  kimi  əhəmiyyət  kəsb  edir.  Ehtiyaclar 
insanların  təbiətlə  təmaslarının  əsasıdır  və  bu  kriteriyalar 
insan-təbiət  vəhdətini  təşkil  edir.  Təbiətdən  asılı  zərurət 
insanın  özünüdərketməsinin  əsaslarını  yaradır.  İnsanların 
təbiətin  məhsului  kimi  öz  tərkib  elementləri  vardır.  Ehtiyaclar 
(zəruri  olan  şeylər,  tələbatlar-maddi  və  mənəvi  tələbatlar)  bu 
daxili  çatışmazlıqları  təmin  etmək  üçündür  (siqnallardır, 
siqnalları  bildirmədir).  Buradan  belə  nəticələrə  gəlinir  ki, 
ehtiyaclar  məhz  çatışmazlıqlıardır,  şərti  olaraq  meydana 
gələn  “enerjisizlikdir”.  Siqnallar  isə  bu  enerjisizliyi  təmin 
etmək  üçündür  və  enerjinin  elə  özüdür,  nizamın 
“trayektoriyalarıdır”, 
axınıdır. 
Çatışmazlığın 
aradan 
qaldırılması  elə  ehtiyacların  ödənilməsidir.  İnsanlar  öz 
istedadlarından,  fiziki  və  əqli  qabiliyyətlərindən  istifadə 


14 
 
 
edərək,  həm  də  iradə  və  instinkt  yolu  ilə  ehtiyacların 
ödənilməsini  təmin  edirlər.  Deməli,  ruhi  aləm  (psixi 
komplektlilik-  siqnalları  qəbul  edən,  refleks  yaradan  duyğu 
orqanları)  insanların  təbiətlə  olan  təmaslarının  yaranmasını 
təmin  edir.  İnsanlar  təbiətdən  əldə  etdiklərini  öz  maraqlarına 
bağlayırlar və uyğunlaşdırırlar. Bu baxımdan da münasibətlərə 
və əlaqələrə daxil olurlar. Buradan da insanların maddi-mənəvi 
varlıq  kimi  sübutları  (sübut  obyektinə  çevrilmələri)  ortaya 
çıxır.  İnsan  keyfiyyətləri  (əqli,  qabiliyyəti,  istedadı,  məlumat 
ə
ldə  etmək  bacarığı  və  s.)  təbiətdən  gələn  (həm  də 
fövqəltəbiətdən  gələn)  siqnalların  köməyi  ilə  formalaşır  və 
insanların  özləri  bu  vəhdətdə  siqnal  ötürən  subyektlərə 
çevrilirlər. Buradan da insanların təbiətin nisbi son varlıq kimi 
mövcudluqları amili ortaya çıxır. Hələlik son varlıqlar (burada 
son  varlğı  əlamətləndirici  və  şərtləndirici  kriteriya  kimi  əqli 
mövcudlu  nəzərdə  tutulur)  da  öz  qabiliyyətlərindən  istifadə 
edərək  təbiətlə  təmaslarını  yaradırlar.  Çox  ehtimal  ki,  insanlar 
bir  makrosistem  daxilində,  bir  makroqüvvənin  nəticəsi  kimi 
dualist”  əsaslı  mövcudluqdur.  Burada  insan  ya  qüvvələrin 
təsnifatının  nəticəsi  kimi,  -tərkib  olan  təbiət  qüvvəsindən 
yaranır,  fiziki  quruluşu  təbiətdən  gəlir,  fiziki  quruluşunun 
daxilində  siqnallar  yolu  ilə  çevrilmələr  baş  verir,  nəfəs 
meydana  gəlir,  ya  da  (ikinci  istiqamət)  onların  canlı  varlıq 
kimi  fiziki  quruluşu  təbiətdən  gəlir,  nəfəs  isə  fövqəltəbiətin 
bəxşişidir.  Bunu  siqnallar  yolu ilə qəbul edir. Tam həqiqət isə 
fövqəlqüvvəyə məxsusdur. Onu dərk etmək çox çətindir.  
Hər  halda  insanlara  qabiliyyət  (zaman-zaman-  həm 
çevrilmələr yolu ilə, yəni fiziki inkişaf yolu ilə, həm də fövqəl 
yollarla,  fiziki  inkişafa  paralel  şəkildə)  verilir.  Bütün  bu 
proseslərdə  siqnallar  mühüm  rol  oynayır.  İnsan  siqnallarının 
ə
sası  təbiətdən  (insanın  görə  bildiyi  imkanlar  daxilində.  İnsan 
nə qədər çox şeyi görərsə, duyarsa, bir o qədər çox şeyi siqnal 
şə
kilində  qəbul  edər.  Əlavə  siqnalların  qəbulu  məsələsi  isə 
insanın  duyğu  orqanlarının  özlərinin  mövcud  qəbuletmə 
imkanlarından  xaricə  çıxa  bilər,  yəni  fövqəlqüvvə  burada  əsas 


15 
 
 
siqnalötürücü  mənbə  rolunu  oynayar.  Eyni  zamanda  daxili  və 
xarici  tarazlığı  pozulan  insan  da  çoxlu  siqnalları  qəbul  edə 
bilər. Bu anda universal normallıq pozula bilər) gələn enerjidir. 
Siqnalların xassələri elə enerji xassələrini ortaya çxarır.  
 (Qeyd:  belə  qəbul  etmək  olar  ki,  ümumiyyətlə,  xassə 
elementin  tək  və  birləşmə  anında  qüvvə  sayəsində  hərəkət  və 
mövcudluq  əsasıdır.  Xassənin  mövcudluğu,  xassə  fərqləri  isə 
təzahür  olunan  əlamətdir.  Daxilin  təzahürü da mövcuddur.  Ən 
ə
sası  daxilə  gedib  onu  xaric  etmək,  yəni  görünüşlü  etməkdən 
ibarətdir.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  mürəkkəb 
quruluşlar,  böyük  əşyalar,  cisimlər  sadə  daxili  xassələrdən 
ibarətdir.  Hər  bir  kiçik  zərrəciyin  daxili  xassəsinin  böyük  və 
vahid  sistemdə  mərkəzləşməsi  həmin  sistemin  xassəsini 
meydana  gətirir.  Hər  bir  xassəni  daxil  və  xaric  müəyyən  edir. 
Birləşmə  zamanı  elementlərin  daxili  və  xarici  xassələri  cəm 
halda  bütövün  –vahidin  daxili  və  xarici  xasssələrini  meydana 
gəririr.  Birləşmə  zamanı  bir  elementin-tərkib  elementinin, 
daxili və xarici xassəsi, -buna forma və əlamət də demək olar,- 
birləşmiş  elementin  daxili  xassəsini  təşkil  edə  bilir.  Xassələr 
daxili  və  xarici  olmaqla,  bir-birini  təşkil  edən  olur.  Bu  həm 
birləşmədə,  həm  də  ayrılmada  özünü  göstərir.  Ayrıldıqca  hər 
bir  elementin  xarici  əlaməti  aşkar  olunur,  birləşdikcə  isə, 
ə
lamətlər  cəmləşir  və  vahidin  daxili  xassəsinə  çevrilir. 
Düşüncənin  xüsusiyyətləri  buna  çox  qarışıqdır.  Ən  əsası  isə 
sadəcə  olaraq  düşüncə  strukturunu  meydana  gətimək lazımdır. 
Burada da deduksiya və induksiya mühüm rol oynayır).  
Ümumiyyətlə  isə  insan  yaradılan  və  yaradan  varlıqdır.  Bu 
baxımdan  da  sistemin-işlək  mexanizmin  tərkib  sistemi- 
(müqayisədə mikrosistemi), strukturudur. Hüquq insan adlanan 
mikrosistemin  (insan  kainat  adlanan  makrosistemin  demək 
olar  ki,  ən  kiçildilmiş  bir  formasıdır.  Əgər  insan  kainatı-
təbiəti  dərk  edə  bilirsə,  deməli,  onun,  yəni,  kainatın, 
nəticəsidir və onun ən kiçik nümunəsidir. Kainatı çox dərk 
etmək  üçün  insan  öz-özünü  dərindən  dərk  etməlidir.  Bu 
yolla  kainat  ümumi  və  universal  əsaslarla  dərk  olunur. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə