Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə4/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   2   3   4   5   6   7   8   9   ...   122

10
Azərbaycan¯n su ehtiyatlar¯n¯n m³asir dəyi¼mələri  
Bir əsr əvvəl, 1917-ci ilin bu günlərində dünyanın unikal qurğularından 
hesab edilən Şollar-Bakı Su Təchizatı Qurğular Kompleksinin istismara veril-
məsi ilə Azərbaycanın su təsərrüfatı tarixinin şanlı  səhifələrindən biri yazıl-
mışdır. Bu qurğu Azərbaycanın su təsərrüfatı sahəsində  ilk iri infrastruktur 
layihəsi kimi tarixə düşmüşdür.  
Oxucuya təqdim edilən bu monoqrafiya məhz Şollar-Bakı Su Təchizatı 
Qurğular Kompleksinin 100 illik yubileyinə  həsr olunmuşdur. Monoqrafiya 
bir-birini tamamlayan iki hissədən ibarətdir. Birinci hissə “Su ehtiyatları  və 
onların müasir dəyişmələri”, ikinci hissə isə “Su ehtiyatlarının idarə edilməsi” 
adlanır. 
Birinci hissədə hidrologiya və hidrogeologiyanın müasir problemləri, su 
ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri, sudan istifadənin müasir 
vəziyyəti təhlil edilmişdir. 
İkinci hissədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə  Milli və 
Strateji Fəaliyyət Planlarına, daşqın və quraqlıq  hadisələrinin vurduğu ziyanın 
minimuma endirilməsi məsələsinə baxılmış, Azərbaycanın transsərhəd su 
siyasəti haqqında məlumatlar verilmişdir. Göstərilmişdir ki, Azərbaycanın əsas 
transsərhəd çayları axın boyu çoxsaylı qollar qəbul edir və onların sularından 
keçdikləri ölkələrdə müxtəlif məqsədlər üçün geniş istifadə edilir. Nəticədə bu 
çayların illik axımı çay boyu təbii və antropogen transformasiyaya uğrayır. 
Məsələn, Kür çayının illik axımı son 25 ildə şərti-təbii dövrlə müqayisədə 425 
m
3
/s  və ya 49.8% azalmışdır. Belə ki, 325  m
3
/s  azalma bilavasitə Kürün öz 
hövzəsində, 100 m
3
/s azalma isə Araz hövzəsində qeydə alınmışdır. Çayların 
1972-ci ilə kimi olan və 1973-2010/2011-ci illəri  əhatə edən dövrlər  üçün or-
ta illik su sərflərinin çoxillik kəmiyyətləri müqayisə edilərək müəyyən olun-
muşdur ki, Azərbaycanın yerli çaylarının hidroloji müşahidə  məntəqələrində 
qeydə alınan cəm illik axımı hazırda antropogen amillərin təsiri nəticəsində 
əvvəlki dövrlə müqayisədə 1.642 km
3
 (15.9%) azalmışdır. 
Bu kitab, Azərbaycanın yerüstü və yeraltı sularının həm kəmiyyət, həm 
də keyfiyyət göstəricilərinin tədqiqinə  həsr olunmuş ilk monoqrafiyadır. 
Monoqrafiya su ehtiyatlarından kompleks istifadə  məsələləri ilə  məşğul olan 
elmi tədqiqatçılar və mühəndislər, həmçinin hidroloq, hidrogeoloq və eko-
loqlar üçün faydalı ola bilər. 
Qorxmaz Hüseynov  
“Azərsu” ASC-nin sədri               


və inteqrasiyal¯ idarə edilməsi 
11 
 
 
 
GİRİŞ 
 
 
XXI əsrin aktual qlobal problemlərindən biri əhali və təsərrüfa-
tın müxtəlif sahələrinin su ilə təminatıdır. Əhalinin artımı və iqtisadiy-
yatın inkişafı  şəraitində bütün dünyada su ehtiyatlarından istifadə sü-
rətlə artır, əksər region və ölkələrdə su təminatı kəskin pisləşir. Qlobal 
istiləşmə  nəticəsində mövcud su ehtiyatlarının azalma tendensiyası 
müşahidə olunur. Su probleminin kəskinləşməsi əhalinin ərzaq təmina-
tı və regionların ekoloji təhlükəsizliyinə birbaşa təsir göstərir. Hazırda 
su ölkənin dayanıqlı inkişafının həlledici amillərindən birinə çevrilmiş-
dir. Gələcəkdə su təminatını yaxşılaşdırmaq üçün yalnız sudan isti-
fadəni azaltmaq, ondan qənaətlə istifadə etmək kifayət deyil və su ehti-
yatlarının artırılması istiqamətində  tədqiqatlar və praktiki işlər sürət-
ləndirilməlidir. Məhz bu yolla Azərbaycanın su siyasətinin əsas məq-
sədinə – əhali və iqtisadiyyatın bütün sektorlarını tələb olunan həcmdə 
və beynəlxalq standartlara uyğun keyfiyyətdə su ilə təmin etmək və ey-
ni zamanda çay, göl və su anbarlarında yaxşı ekoloji statusa nail olmaq 
mümkündür. 
Bu monoqrafiyanın  əsas məqsədi Azərbaycanın səth və yeraltı 
sularının müasir vəziyyətinin qiymətləndirilməsi, həmçinin su təsər-
rüfatının infrastrukturunun təhlili  əsasında su ehtiyatlarından istifadə 
və onların mühafizəsinin düzgün planlaşdırılması, eyni zamanda inteq-
rasiyalı idarə olunması üçün etibarlı hidroloji və institusional baza ha-
zırlamaqdır. 
Bu məqsədə müvafiq olaraq monoqrafiya iki hissədən ibarətdir. 
Birinci hissə Azərbaycanın həm səth, həm də yeraltı sularının 
kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilinə  həsr olunmuşdur. Bu 
hissədə su ehtiyatlarından istifadə, antropogen amillərin çayların reji-
minə  təsiri, axım xarakteristikalarının müasir dəyişmələrinin qiymət-
ləndirilməsi və s. məsələlərə də baxılmışdır. 


12
Azərbaycan¯n su ehtiyatlar¯n¯n m³asir dəyi¼mələri  
Kitabın ikinci hissəsində əsas yer su ehtiyatlarının inteqrasiyalı idarə olun-
ma üsulları  və su çatışmazlığı probleminin həlli yollarının təhlilinə verilmişdir. 
Ayrı-ayrı fəsillər su siyasəti və su qanunvericiliyi, su təsərrüfatının infrastrukturu, 
transsərhəd çayların su ehtiyatlarından istifadənin beynəlxalq-hüquqi məsələlərinə 
həsr olunmuşdur. 
Monoqrafiya hidroloqlar, hidrogeoloqlar, coğrafiyaçılar, ekoloqlar, su təsər-
rüfatının müxtəlif sahələrində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. O, 
həmçinin tələbə və doktorantlar üçün də faydalı ola bilər. 
Monoqrafiyanın 3-5, 11, 14-15-ci fəsilləri c.e.d., prof. F.Ə.  İmanov, 6-8, 
13-cü fəsilləri g.-m.e.d. A.B. Ələkbərov, qalan fəsilləri isə müəllflər tərəfindən 
birgə yazılmışdır. 


1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu... 
13 
 
 
 
SU EHTİYATLARI  
VƏ ONLARIN  
MÜASİR DƏYİŞMƏLƏRİ 
 
 
 
1. BƏRPA OLUNAN SU EHTİYATLARININ  
SOSİAL-İQTİSADİ İNKİŞAFDA ROLU, HİDROLOGİYANIN  
VƏ HİDROGEOLOGİYANIN MÜASİR PROBLEMLƏRİ 
 
 
1.1. BƏRPA OLUNAN SU EHTİYATLARININ  
SOSİAL-İQTİSADİ İNKİŞAFDA ROLU 
 
Su təbiətdə ən çox yayılmış maddələrdən biri olmaqla insan-
ların həyatında və  ətraf mühitdə  əvəzsiz rol oynayır.  Şirin suların 
rolu xüsusilə böyükdür. Su bir tərəfdən, vacib təbii resurs, digər tə-
rəfdən isə ətraf mühitin başlıca komponentidir. Bununla yanaşı, su 
böyük dağıntılara səbəb olan ən güclü təbii fəlakətlərdən biridir. Su-
dan istifadə etdikdə o həm də mühafizə olunmalıdır ki, ətraf mühitin 
tarazlığı pozulmasın. İnsanların su mənbələri ilə qarşılıqlı əlaqələri 
müxtəlif ölkə və regionlarda özünəməxsus xüsusiyyətlərə malikdir. 
Cəmiyyət inkişaf etdikcə  və iqlim şəraiti dəyişdikcə bu əlaqələr 
dəyişikliyə uğrayır. 
XXI  əsrin başlanğıcında dünyanın  ən aktual elmi-texniki 
problemlərindən biri su problemidir. Bu problemin həlli ildən-ilə 
daha çox səy və vəsait tələb edir. Su problemi milli sərhədləri aşa-
raq qlobal problemə çevrilmişdir. Belə ki, o planetimizdə yaşayan 
milyardlarla insanın həyatı ilə bilavasitə bağlıdır. 
İnsanlar tarix boyu şirin su ehtiyatlarından və mənbələrindən 
öz məqsədləri üçün istifadə etmişlər, lakin bir çox yüzilliklər ərzin-
də onların su ehtiyatlarına təsiri çox zəif olmuşdur. Təbii suların 
unikal xüsusiyyəti onların öz-özünə təmizlənməsi və su dövranı nə-
ticəsində bərpa olunmasıdır. Buna görə də çox uzun müddət ərzində 
su ehtiyatlarının miqdarı demək olar ki, dəyişməmiş və onların key-
fiyyəti pisləşməmişdir. Bu məlum illuziya ilə  nəticələnmişdir: su 
I H
İSS
Ə
 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə