Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 
- 60 -
ilə və ən başlıcası, sözün əsil mənasında müasirliyi 
ilə çağdaş  Qərb sivilizasiyasını  təmsil edirdi. Gen-
dən gələn Şərq mahiyyəti ilə, müasir zamanın tələ-
batından gələn Qərb keyfiyyətlərinin vəhdəti ona 
məhz vəhdətin özünü tədqiqat predmetinə çevirmək 
səlahiyyəti vermişdi. 
Aida xanımın təkcə özü yox, ailəsi də bu vəh-
dətin parlaq təcəssümüdür. Humanitar sahənin, 
şərqşünaslığın nümayəndəsi olan Aida xanımın özü-
nə ömür-gün yoldaşı kimi müasir Qərb texnoloji sis-
temlərinin tədqiqatçısı olan Arif Paşayevi seçməsi 
də  əslində  təsadüfi görünmür. Bu izdivac özü də, 
müəyyən mənada Şərq və Qərbin ittifaqını simvoli-
zə edirdi. Bu yerdə Aida xanımın Əmin Ər-Reyha-
nidən misal gətirdiyi bir beyt yada düşür: 
 
Mən Şərqəm. Mən fəlsəfənin və dinin sahibiyəm, 
Kim mənə təyyarə verəcək bunlara görə?! 
 
Aida xanımın vurğuladığı kimi, Ər-Reyhani 
bunu acı rişxənd hissi ilə yazır.  Şərq və  təyyarə… 
az qala əks qütblər kimi simvolizə olunur. 
Lakin bu gün Heydər Əliyev adına Bakı Hava 
limanındakı ən müasir təyyarələri və bu təyyarələrin 
istismarı üçün elmi-texniki baza olan Milli Aviasiya 
Akademiyasını görəndə rişxənd hissi ümid qığılcımı 
ilə əvəz olunur. 
Şərqşünaslıq  İnstitutu və Aviasiya Akademi-
yası! Qütblərin vəhdət simvolu!  
Lakin belə  təəssürat yaranmasın ki, proseslə-
rin istiqaməti ancaq Şərqdən Qərbə doğrudur. Çin-


 
- 61 -
giz Aytmatov demişkən, burada qatarlar yalnız 
Şərqdən Qərbə yox, Qərbdən də Şərqə gedir. Reak-
tiv təyyarənin iş prinsipini öyrənən, mürəkkəb tex-
noloji sistemlərlə, müasir təbabətin elmi əsasları ilə 
məşğul olan insanlar «Azərbaycan–İRS» jurnalını 
da çap etməyi unutmur və milli mədəniyyətə, kökə 
bağlılıqlarını,  Şərq mahiyyətinə  sədaqətlərini bir 
daha sübut edir, nəsillərə nümunə göstərirlər. Və nə-
hayət, bu günlərdə Mehriban xanım Əliyevanın tək-
cə  Şərq və ya təkcə  Qərb mədəniyyətini deyil, bü-
tövlükdə dünya mədəniyyətini təmsil edən 
YUNESKO-nun Xoş  Məramlı  Səfiri seçilməsi də 
məhz bu vəhdətin bəhrəsi, parlaq təcəssümüdür. Bu 
yüksək ad, bu ali mükafat əslində  təməli Aida xa-
nım tərəfindən qoyulmuş və bu gün onun övladları 
tərəfindən  əməli fəaliyyət müstəvisində  uğurla 
həyata keçirilən vəhdət ideyasının təntənəsidir! 
 
“İpək yolu” jurnalı, N 2, 2004-cü il 


 
- 62 -
 
 
 
“Günbatan fikirli, gündoğan 
duyğulu bir sima” 
(Prof.Dr. Cavad Heyət haqqında) 
 
Bu deyim Cəfər Cab-
barlıya məxsusdur. O, hə-
yatdan vaxtsız getsə də, bu-
günümüzün gerçəklərini gö-
zəl görmüş, gözəl təsvir et-
mişdir. Hətta müasirimiz 
olan doktor Cavad Heyəti 
də  mənim indi yaxın məsa-
fədən gördüyümdən daha 
aydın görmüş, ona daha 
tutumlu və daha dəqiq bir şərh vermişdir. 
Cavad Heyət Azərbaycanın zəmanəyə bəxş et-
diyi  ən böyük ziyalılardan biridir. Və bizim zama-
nın ziyalı idealını, məhz bir türk ziyalısını və məhz 
Cavad Heyəti bircə ifadə ilə, yığcam şəkildə təqdim 
etmək istəsək, bundan daha gözəl, bundan daha ob-
razlı və bundan daha dəqiq bir ifadə tapa bilmərik: 
«Beyni kitab arasında Parisdən, ürəyi isə mizraq 
ucunda Altay dağlarından alınmışdır» (Cəfər Cab-
barlı). 
Bəli, doktor Cavad Heyət həqiqətən Qərbin 
rasional düşüncəsinə mükəmməl surətdə yiyələnmiş 


 
- 63 -
bir adamdır. Və o həqiqətən Parisdə  təhsil almış, 
orada çalışmış  və Paris Cərrahlıq Akademiyasının 
həqiqi üzvü səviyyəsinə yüksəlmişdir. Lakin o, tək-
cə  təbabət sahəsində rasional və praktik biliklərə 
yiyələnməklə kifayətlənməmiş, Altaydan üzü bəri 
min illər boyu köç edərək dünyanın böyük bir qis-
mində özü kimilərlə birləşərək türk dünyası yarat-
mış böyük bir xalqın tarixini və milli varlığını məhz 
Qərb düşüncəsi ilə, obyektiv elmi tədqiqat metodları 
əsasında öyrənmiş, türkün «canlı ensiklopediyası-
na» (Vaqif Aslanov) çevirmişdir. 
Bütün bunları o, «günbatan fikirli bir sima» 
olaraq etmişdir. Lakin Cavad Heyət Altaydan bəri 
türk dünyasını rasional düşüncə mövqeyindən öy-
rənmək və  həmin düşüncənin işiğında neçə-neçə 
ürəkləri yenidən döyündürməklə  bərabər, öz ürəyi-
nin bakirəliyini saxlamış, onun gündoğan mənşəyini 
dəyişmək fikrinə düşməmişdir. Onun qəlb çırpıntı-
ları həmişə Altaydan bəri türk dünyasının nəbzi ilə 
eyni ritmdə, eyni ahəngdə vurmuşdur.  
Bütöv vətənimizin və xalqımızın tarixini, dili-
mizin tarixini, ədəbiyyatımızın tarixini bir vəhdət 
halında Cavad Heyət qədər dərindən bilən ikinci bir 
şəxs göstərmək çox çətindir. O, bütün dünyada ya-
şayan azərbaycanlıları, bu xalqın keçmişini, bu gü-
nünü və gələcəyini özündə ehtiva etmək, milli ruhu-
muzun canlı, real daşıyıcısı olmaqla yanaşı, eyni 
zamanda, bir rəmzdir; düşüncə və duyğu birliyinin, 
tarix və müasirliyin, mədəni-mənəvi vəhdətin rəmzi. 


 
- 64 -
O, həm də bütün türk dünyasının mənəvi birlik rəm-
zidir. O, İranda da, Türkiyədə də, Azərbaycan Res-
publikasında də eyni məhəbbətlə sevilir, ona eyni 
dərəcədə böyük hörmət və ehtiram göstərilir. Bizcə, 
belə  şəxslərin varlığı dövlətlər arasında münasibət-
lərə də bir sıcaqlıq gətirir. Mənəviyyat müstəvisində 
birliyin mümkünlüyü siyasət və  əməli fəaliyyət 
müstəvisində də birlik üçün zəmin yaradır. 
  Şəxsi varlıq ümummilli varlığın təsdiqinə 
həsr olunur və «Varlıq» meydana gəlir… Burası xü-
susi tədqiqat tələb edi. Ancaq məqsədimiz tədqiqat 
olmadığından  şəxsi təəssüratı mümkün etmiş bir 
məqama toxunmaq istərdim. Nə gözəl ki, doktor 
Cavad Heyətin geniş, çoxsahəli fəaliyyəti  şəbəkə-
sində bizim universitetə də pay düşür. O, artıq 4 il-
dir ki, Azərbaycan Universitetinin fəxri professoru 
və «Şərq-Qərb» tədqiqat mərkəzinin üzvü kimi özü-
nəməxsus bir əzmlə fəaliyyət göstərir. «Azərbaycan 
Universiteti» nəşriyyatında onun daha bir kitabı 
(«Ədəbiyyatşünaslıq») işıq üzü görmüşdür. Univer-
sitetimizin disput-klubunda onun çıxışları  həmişə 
böyük maraqla qarşılanır və  gənclərin milli ruhda 
tərbiyəsinə güclü təsir göstərir. Klubun bütün üzv-
ləri, Azərbaycanın görkəmli alimləri, ziyalıları dok-
tor Cavad Heyətin çıxışını həmişə səbirsizliklə göz-
ləyir və elmi mübahisələrdə ona ən ali münsif kimi 
yanaşırlar. 
Doktor Cavad Heyətin böyük tibb alimi, cərrah 
olmaqla yanaşı, həm də görkəmli dilçi, ədəbiyyat-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə