Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   34   35   36   37   38   39   40   41   ...   98

 

  

١٨٤



Almalar budax-budax, 

Yarandıx biz qәm udax. 

Neylәmişәm küsübsәn, 

Nә eyliyim barışax. 

 

Aman, fәlәh, dad, fәlәh, 



Heç olmadım şad, fәlәh. 

İçirdiyin şәrbәti 

Özün dә bir dad, fәlәh. 

 

Apar mәni bәndә vur, 



Zülfünnәn kәmәndә vur. 

Әlli yerdәn yaram var 

Әsirgәmә, sәn dә vur. 

 

Aparar tatar mәni,   



Qul elәr, satar mәni.  

Yarım vәfali olsa,   

Axtarar tapar mәni.  

 

Aparı çaylar mәni,   



Hәftәlәr, aylar mәni.  

Yüküm qor-qoşün yükü,    

Yordu bu taylar mәni.  

 

Apardılar gülümü,   



Elәdilәr zülümü. 

Nә qoydular danışam,  

 

Nә kәsdilәr dilimi.  



 

Araz başdan az oldu,  

 

Ördәk vurdum, qaz oldu.  



Güc ilәn bir yar tapdım,    

O da kәlәkbaz oldu.  

 

Araz deyilәm coşam,  



 

Kür deyilәm qaynaşam.  

Apar sәrraf yanına   

Gör nә qiymәtli daşam 

 

Arazam gülә bәndәm,  



 

Bülbülәm, gülә bәndәm.  

Mәn gedәrgi qonağam,    

Bir şirin dilә bәndәm.  

 

Arazın dәştinә bax



Gözümün yaşına bax. 

Dәrd әlinnәn oxuram, 

Deyirlәr eşqinә bax. 

 

Ari şannan bal ali,   



Quşlar uça balali. 

Görәsәn heç tapılar  

 

Mәn tәk başi bәlali? 



 

Aşıq sözün gizlәdir, 

Sözün düzün gizlәdir. 

Sәn çәmәnә çıxanda 

Lalә üzün gizlәdir. 

 

Aşıq özün bildirәr, 



Deyәr, sözün bildirәr. 

Mәni ağladan fәlәh 

Axir bir gün güldürәr. 



 

  

١٨٥



Aşıq gәlәr, sazı var, 

Qәmzәsi var, nazı var. 

Hәr baharın bir qışı, 

Hәr qışın bir yazı var. 

 

Aşıq sözün bitirmәz, 



Ovçu ovun itirmәz. 

Üzüm küpdә qalmasa, 

Dönüb sirkә yetirmәz. 

 

Aşıq sözün gizlәdәr, 



Sözün düzün gizlәdәr. 

Sәn çәmәnә gedәndә 

Lalә üzün gizlәdәr. 

 

Aşıq gәlir, sazı var, 



Ğәmzәsi var, nazı var. 

Hәr baharın bir qışı, 

Hәr qışın bir yazı var. 

 

Aşıq deyәr Әlidәn,  



Sözün başlar Vәlidәn.  

Әğılsız canana bax,  

 

Küsübdü mәn dәlidәn.  



 

Aşıq riza sәndәdi,   

Hökm, riza sәndәdi.  

Saxlasan qulun olam,  

 

Satsan riza sәndәdi.  



 

Aşıq sözün gizlәdi,  

 

Sözün düzün gizlәdi.  



Sәn baxçaya çıxanda  

 

Lalә özün gizlәdi. 



 

Aşıq naçar, ağlama, 

Pis gün geçәr, ağlama. 

Fәlәh bağlı qapını 

Bir gün açar, ağlama. 

 

Aşığın çoxdu sәnin,  



 

Kirpiyin oxdu sәnin.  

Yolunda can qoymuşam,  

Xәbәrin yoxdu sәnin.  

 

Aşığam kim sadağa



Kim qurban, kim sadağa. 

Mәn mәcnun varisiyәm 

Qoymaram kimsә dağa. 

 

Aşiqәm qar-qamışa, 



Yağıbdı qar qamışa. 

Yüz tәbib nә elәsin 

Bir Allah qarqımışa. 

 

Aşığın harayınnan,  



 

El yatmaz harayınnan.  

Gündә bir kәrpiç düşür,    

Ömrümün sarayınnan.  

 

Aşiqin çoxdu sәnin, 



Kiprigin oxdu sәnin, 

Mәn sәni çox sevirәm, 

Xәbәrin yoxdu sәnin. 



 

  

١٨٦



Ay dolu düşdü çaya

Cәmalın bәnzәr aya. 

Cәvan ömrüm çürüdü 

Günlәri saya-saya. 

 

Ay doğdu peşman-peşman,  



Gün oldu ona düşman. 

Ürәkdә bir dәrdim var,  

 

Nә dost bilir, nә düşman.  



 

Ay doğdu, gördü günü,    

Doğduxca gördü günü.  

 

Gönül sevdigin istәr,  



 

Göz istәr gördügünü. 

 

Ay çıxdi yani-yani,  



 

Görünür bircә yani. 

Dostunla düşmәnini  

 

Dara düşәndә tani.  



 

Ay çıxdi, qadir Allah,  

 

Tәqsirim nәdi, Allah? 



Ya mәnim üz gülümü,  

 

Ya mәnә sәbir, Allah.  



 

Ay qız, dur, gәl yanıma, 

Qadan-bәlan canıma. 

Mәn sәnnәn әl çәkmәrәm 

And ola imanıma. 

 

Ay zamana, zamana, 



Oxu qoydun kәmana. 

Eşşәhlәr arpa yeyir, 

At hәsrәtdi samana. 

 

Bağça mәndә, bar mәndә,  



Heyva mәndә, nar mәndә. 

Sinәm әttar tükanı 

Hәr nә desәn var mәndә. 

 

Bağa girdim әzәldәn,  



 

Dәstә tutdum xәzәldәn.  

Bilseydim vәfan budur,    

Dost olmazdım әzәldәn.  

 

Bağa girdim bağbansız, 



Dәvә gördüm sarbansız. 

Alәmә dәrman oldum, 

Özüm qaldım dәrmansız. 

 

Bağlarda gül olaydım,  



 

Gülә bülbül olaydım.  

Dostumun ocağında   

 

Yanaydım, kül olaydım.  



 

Bağçalarda saz olar,  

Gül açılar, yaz olar. 

Mәn sәnә gül demirәm, 

Gülün ömrü az olar. 

 

Baxçanın üstü olmaz, 



Ocaxsız tüstü olmaz. 

Dosta düşmәn tapılar, 

Düşmәnin dostu olmaz. 



 

  

١٨٧



Başın minaya dәyәr, 

Qaşın min aya dәyәr. 

Ay var bir günә dәymәz, 

Gün var min aya dәyәr. 

 

Bir donum var ipәhdәn,    



Ah çәkәrәm ürәhdәn.  

Heç kәs razi qalmadi  

 

Çәrxi dönmüş fәlәhdәn. 



 

Bir yaralı qoçam mәn,  

 

Yerim yoxdu qaçam mәn.  



Ürәk ki süfrә deyil,  

 

Hәr gәlәnә açam mәn.  



 

Bir quş gәlir ağ daşdan.    

Xәbәr verir, qardaşdan.  

Qardaş bacıdan doysa,  

 

Baci doymaz qardaşdan.  



 

Bir ox atdım yan düşdü,    

Ovum qaçdi, qan düşdü.  

Tor qurdum maral tutam,  

Bir tülәh tәrlan düşdü. 

 

Bu bağlar kömürdәndi, 



Keçәn gün ömürdәndi. 

Nә gәlәn var, nә gedәn, 

Ürәh bir dәmirdәndi. 

 

Bu dağlar qoşa dağlar, 



Verib baş-başa dağlar. 

Yarım sәndә gәzibdi, 

Sәni min yaşa dağlar. 

 

Bu dağdan gәlәn mәnәm.  



Ağlayıb gülәn mәnәm.  

Özgә qәdrini bilmәz,  

 

Qәdrini bilәn mәnәm.  



 

Bu gәlәn canan olsun,  

 

Dәrdimә yanan olsun.  



Nadan dostdan nә fayda?  

Düşmanın qanan olsun.  

 

Bu dәrә buz bağladi,  



 

Dibi yarpuz bağladi.  

Getdim dәrdsiz yanına  

 

O mәnnәn çox ağladi. 



 

Bu sazı alan gәlmәz, 

Oxuyub çalan gәlmәz. 

İyidi öldürsәlәr, 

Dilinә yalan gәlmәz. 

 

Bulağı bulandırma, 



Әl salıb dolandırma. 

Gedirsәn, tez qayıt gәl, 

Gözümü sulandırma. 

 

Bulağın başı sәnsәn,  



 

Dibinin daşı sәnsәn.  

Dünyaca dostum olsa,  

 

Hamıdan başı sәnsәn.  




Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə