Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 
37
Təbii  ki,  həyat  dəyişmişdir...  O  adam  ki,  mütəfəkkirdir, 
ş
airdir zəmanəsinin oğludur o, bütün bu sənəti yeniliklər, həyatın 
inkişafda  olan  təzahürləri  ilə  birgə  addımlamalıdır”(41,  s.154-
155). 
Diqqətəşayan  bir  missiyadır.  Sanki  həyat  və  hadisələr 
yuxarıda görkəmli sənətkarların zamanın poeziyasına vurduqları 
möhürü  təsdiq  etməyi  şair  Qulamrza  Səbri  Təbriziyə  həvalə 
etmişdir. Şairin poetik təfəkkürü zülmət  səltənətlərində,  keçmiş 
fəzalarda,  ehkamlara  bürünmüş  səmalarda  qanad  açmağa  qadir 
olmuşdur. Lakin bu sadəcə bir quş uçuşu deyil, hətta, çoxlarının 
günəş işığında belə görməyə qadir olmadıqları bədii həqiqətlərin 
mənzərəsini  yaratmağı  misralarına  etibar  edən  bir  məqsəddir, 
qayədir: 
 
Bu bizim   
Zəncirə çəkilmiş tariximizdir... 
 
Deyir, daha keçdi qaranlıq gecələr. 
Yaşamaq lazımdı işıqlı gündüzlərdə (28, s.122).   
 
Bu  şeirin  oxucuda  yaratdığı  təəssürat  aləmində  Tofiq 
Hüseynoğlunun  “Sönməz  ocaq”  kitabına  yazdığı  “Ön  söz”  bir 
işıq  mənbəyi  kimi  şairin  yaradıcılığına  nur  çiləyən  məşəl  kimi 
qiymətləndirilməyə  layiqdir.  Bir  də  ona  görə  ki,  bəzi  ədəbiyyat 
tədqiqatçıları  Qulamrza  Səbri  Təbrizinin  şeirlərində  forma 
rəngarəngliyinə,  klassik  şeir  ölçü-biçilərinə  yetərincə  diqqət 
yetirilmədiyini  iddia  edirlər.  Əlbəttə,  yaradıcılıq  aləmində  bu 
ciddi problemdir. 
Hörmətli  opponentlerin  bu  fikirlərinə  ulu  Şəhriyarın  bir 
mülahizəsi  ilə  cavab  vermək  istərdim.  Ustad  öz  sənətkar  möv-
qeyinə layiq olan bir inamla demişdir: - şeirdə əsas məzmundur. 
Gözəl  bir  qız  hansı  formada  libas  geyinsə  fərqi  yoxdur,  yenə 
gözəl görünəcəkdir. 


 
38
Qulamrza  Səbri  Təbrizinin  bir  şair  kimi  yaradıcılıq 
manerası, sənətkar səliqəsi haqqında neçə-neçə tədqiqi və təhlili 
məqalələrin  müəllifi  Tofiq  Hüseynoğlunun  fikri  məqbul  hesab 
edilmək  üçün  etibarlı  atributlara  malikdir.  O,  şairin  “Sönməz 
ocaq” adlı şeirlər toplusu üçün qələmə aldığı “Ön söz”də yazır: 
“Q.S.Təbrizinin şeirlərinin hər birinin mayasında bir fikir 
var. Şeirlərin işığı, istisi də bu fikirdən doğur... Şair söz üzərində 
işdən  daha  çox  üfüqləri  geniş  fikirlərlə  bağlı  yaradıcılıq 
ə
ndişələri içərisində, əhatəsində görünür” (23, s.4). 
Çox  diqqətəlayiqdir.  “Ön  söz”  müəllifinin  toxunduğu 
mətləblər  barədə  şairin  özünün  də  çox  müdrik,  ədəbi  nəzəriyyə 
və  ədəbiyyatşünaslıq  baxımından  yetərincə  məqbul  səslənən 
mülahizələri  vardır.  Şair  “Mənim  iki  dünyam”  adlı  kitabında 
yazır: 
“...Yazıçı ədəbiyyatın ədəbi prinsiplərinə istinad etməklə 
yanaşı  xalqının  ruhunu,  gündəlik  ovqatını  nəzərə  almalıdır.  Bu 
mənada  mən  ədəbiyyatın  siyasi  keyfiyyətini  qəbul  edirəm  və 
dərindən inanıram  ki,  ədəbiyyat  onu  yaradan  xalqın  mənafeyini 
müdafiə etməlidir” (14, s.15). 
Ş
airin  həyat  hadisələrinə,  cəmiyyətdə  baş  verənlərə,  bu 
sırada inamlara, əqidələrə özünəməxsus münasibəti vardır. Onun 
bu  baxışları  məhz  həmin  keyfiyyətlərə  görə  dəyərlidir.  O, 
fikrində  sədaqətli,  niyyətində  pakdır.  Yəni  heç  bir  dini,  heç  bir 
ə
qidəni  öz  mənafeyi  xatirinə  müdafiə  etmir.  Onun  bu  sahədəki 
münasibətinin  özülü  bəşəri  sədaqətdən  yoğrulmuşdur.  Poetik 
nəfəsi  arxasından  əsil  insan  siması  boylanır.  Ona  görə  də  mü-
hakimələri  həqiqətin,  yüksək  bəşəri  idealların  ifadəedici,  yara-
dıcılığı məhdudiyyət tanımır. O, vətənin sərhədlərindən kənarda 
baş  verənləri  də  poetik  idealını  təqdim  etmək  üçün  tərənnümə 
cəlb edir. Qələmə aldığı çox uğurlu obyektlərdən birinin ünvanı 
belədir: 
 
Otuz il kommunist oldu. 
Casusu oldu KQB-nin 


 
39
ndi də müsəlman olub, 
Danışır dindən, ibadətdən. 
Dünənin Allahsızı, 
Bu gün Məkkənin   
Qara daşın   
Öpmək arzusu ilə yaşayır (16, s.63). 
 
Burada  bir  həqiqətin  də  yanından  sükutla  keçmək 
istəməzdim.  Yəni  bu  illərin,  əsrlərin  dəmir  məntiqi  tərəfindən, 
sənət korifeylərinin qələmləri ilə dönə-dönə təsdiq edilmişdir: 
“...  Yazıçı  harada  yaşayır  yaşasın,  vətəndən  ayrı  yazıb 
yarada  bilməz.  Əslində  yazıçıya  ilham  verən  məhəbbətidir, 
eşqidir” (18,    s.70). 
Ş
air  yaradıcılığa  etibarlı  bünövrə  olan,  ona  qol-qanad 
verən  amillər  sırasında  mühiti  həlledici  amillər  sırasına  daxil 
edir.  Demokratik  cildə  girib  cəmiyyəti,  onun  maddi-mənəvi 
sərvətlərini, müqəddəs əxlaq normalarını qurd kimi gəmirənlərə 
qarşı  amansızdır.  Təbii  ki,  bu  baxışında  oğruluğu  bizdə  belə 
ş
übhə  doğurmur.  Ört-basdır  edilməsinə  azacıq  belə  ehtiyac 
yoxdur.  Tarix  boyu  müxtəlif  saxta  din  xadimi  donuna  gir-
mişlərin də sayları az olmamışdır. Yenə də Böyük Mirzə Cəlilin 
həyatın  ən  dərin  taqlarına  nüfuz  etməyin  öhdəsindən  bir  mü-
zəffər  əsgər  kimi,  sərkərdə  kimi  gəlmiş  bədii  təfəkkürün  məh-
sulu  olan  Şeyx  Nəsrullanı  yada  salaq.  Bu  qılaflı  şeyx  ölüləri 
diriltmək  adı  ilə  hətta  xalqın  irz  və  namusuna  toxunmaq  kimi 
alçaqlığa belə əl atmışdı. 
Qulamrza Səbri Təbrizinin dövründə də belələri az olma-
mışdır. Min cildə girən bu saxtakarların din, əqidə, islam naminə 
törətdikləri  hoqqabazlıqların  külünü  göyə  sovurmaqda  şairin 
qələmi  döyüş  cəbhəsində  qəhrəmanlıq  göstərən  bir  sərkərdə  ol-
muşdur: 
 
slam qalıb bir yana, 
Din qalıb bir yana, 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə