Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 
48
Söz  yox  ki,  mənim  tədqiq  etdiyim  mövzu  çərçivəsində 
adları  yad  edilən  sönməz  sənət  səyyarələrinin  yaradıcılıqları 
haqqında  geniş  bəhs  etmək  imkan  xaricindədir.  Mən  ancaq 
Qulamrza  Səbri  Təbrizinin  həmin  sənətkarların  irsləri  barədə 
bəzi mülahizələrini xatırlatmaq, onlar barədə bəzi mülahizələrini 
açıqlamğa çalışmışam. 
Ş
airin  yaradıcılığı  və  qoyub  getdiyi  qiymətli  irsi  barədə 
sevə-sevə söz açdığı sənətkarlardan biri Məhəmməd  qbaldır. O, 
yazır: 
“Məhəmməd  qbalın  əsərlərini  oxuduqca  görürsən  ki, 
onun  öz  millətinə,  məmləkətinə,  dilinə,  mədəniyyətinə  böyük 
sevgisi  vardır...  Bu  silsilə  məqalədə  məqsədimiz  qbalın  yara-
dıcılığının  əsas  ruhunu,  dünya  görüşünü,  fikir  və  qənaətlərini 
qısa şəkildə əks etdirməkdən ibarətdir” (30, s. 58). 
Professorun  bir  izahı  mənsub  olduğu  ölkənin    elmi, 
dini, fəlsəfi mühiti üçün xüsusilə gərəklidir. O, yazır: 
“ qbal Qurana istinad edərək göstərdi ki, o biri dinlərdən 
fərqli olaraq  slamda mollalıq və keşişlik yoxdur. Çünki,  slami 
dünyagörüşə görə Allah ilə  insan  arasına  heç  kəs  girməməlidir. 
Mollalıq Allaha şərik yaratmaqdır. Bu əməl küfrdür, korluqdur” 
(24, s.59). 
Ə
dəbiyyatşünas  Pakizə  Əliyevanın  “Vilyam  Bleykin 
lirikası” adlı tədqiqat  əsərində  görkəmli  ingilis  şairi  və  filosofu 
haqqında  professor  Qulamrza  Səbri  Təbrizinin  elmi  əsəri 
haqqında çox maraqlı mülahizələr irəli sürmüşdür. Pakizə xanım 
yazır: 
“V.Bleykin  yaradıcılığını  ciddi  araşdıraraq  onun  haq-
qında  ingilis  ədəbiyyatşünaslarından  daha  mötəbər  alim  sözü 
ə
slən  azərbaycanlı  olan  professor  Qulamrza  Səbri  Təbrizi  de-
mişdir”(10, s.106). 
Araşdırıcının  mənim  də  sədaqətlə  şərik  olduğum  bir 
mülahizəsini  də  diqqətə  çatdırmadan  ötüb  keçmək  istəməzdim. 
Qulamrza  Səbri  Təbrizi  doğurdan  da  heç  kəsə  oxşamayan 
yaradıcılıq  profilinə  malikdir.  O,  sənəti  ilə  XIX  əsrin  sonu  və 


 
49
XX  əsrdə  mühacirət  etmiş  qələm  dostlarından  fərqlənir.  Bu 
sahədə  onun  filosof  şair  Vilyam  Bleykin  sənətinə,  irsinə 
yaxından  bələdliyinin  söz  yox  ki,  əsaslı  rolu  olmuşdur.  Bu 
həqiqəti  “Vilyam  Bleykin  lirikası”  adlı  elmi-tədqiqat  əsərinin 
müəllifi də dəruni inam hissləri ilə etiraf etmədədir. O, yazır: 
“Səbri  Təbrizi  bir  çox  suallarına  məhz  V.Bleykin  heç 
kimə  bənzəməyən  poeziyasında  cavab  tapdığını,  buna  görə  də 
onun  təsiri  və  sehri  altına  düşdüyünü,  Bleykin  yaradıcılığını 
tədqiqatçı  kimi  araşdırmaq  qərarına  gəldiyini  etiraf  edir”  (10, 
s.6). 
Nə demək olar? Səmimi etirafı yaradıcılıq uğuru ilə yan-
yana qoymaq məncə, heç də yanlış olmazdı. 
Azərbaycanın möhtəşəm sənət bargahlarından olan Niza-
mi  adına  ədəbiyyat  muzeyində  görkəmli  ingilis  yazıçısı  Ceyms 
Oldiricin  yaradıcılığına  həsr  edilmiş  tədbirdə  çıxış  edən  Qu-
lamrza  Səbri  Təbrizi  bir  sıra  maraqlı  mülahizələr  irəli  sür-
müşdür.  Bu  fikirlər  müəllifin  Ceyms  Oldiric  yaradıcılığına 
yaxından bələdliyilə nəzəri cəlb edir: 
“Yadımdadır  ki,  “Diplomat”  romanı  Azərbaycanla  bağlı 
bir çox  mətləblərə  işıq  salmışdı  və  yazıçı  bu  həqiqətləri  yazan-
dan sonra  bəzi  bədxahlar,  Azərbaycanı  sevməyənlər  onu  tənqid 
də  etmişdilər.  Lakin  biz  Azərbaycanla  bağlı  xaricdə  yazılan  və 
nəşr  edilən  bütün  əsərlərə  diqqəti  artırmaqla  onların  təbliğinə 
çalışmalıyıq” (30, s. 266). 
Ş
air “Ruhun əsarəti və azadlığı” (H.Ruminin və Bleykin 
görüşləri)  əsasında  adlı  məqaləsində  hər  iki  sənətkarın 
yaradıcılığında fəlsəfi mövqelərini təhlil edir. Gəldiyi son nəticə 
isə belə səslənir: 
“C.Ruminin  və  B.Bleykin  dialektik  görüşləri  öz  döv-
ründə anlaşılmadı. Aralarındakı böyük fasiləyə baxmayaraq on-
ların  dahiyanə  fikirlərini  cəmiyyət  qəbul  edəcək  səviyyədə  de-
yildi. 


 
50
C. Rumi təzyiqlər və təqiblər nəticəsində doğma yurdunu 
tərk edərək Koniyaya sığındı, V.Bleyk isə peyğəmbəranə kəlam-
larına və orjinal fikirlərinə görə “Dəli” elan edildi” (30, s.70).   
Bir  cəhət  nəzəri  xüsusilə  cəlb  edir.  Şair  müxtəlif  ölkə-
lərdən olan həmkarlarının  yaradıcılıqlarına  yalnız  onların  özləri 
haqqında  fikir  demək  məqsədilə  toxunmur.  Fürsətdən  istifadə 
edərək  bu  fonda  özünü  düşündürən  problemlər  barədə  müsa-
hibinin  fikrini  açıqlamağa  çalışır.  Bu  baxımdan  Əziz  Nesinlə 
bağlı  olan  yazılarında  oxucunu  da  düşündürən  problemlər  haq-
qında  yetərincə  söz-söhbət  ortaya  çıxmışdır.  Şair  Əziz  Nesinlə 
dostluğa  həsr  etdiyi  “Böyük  uşaq”  adlı  məqaləsində  ağır  çəkili 
məsələlər  barədə  söhbət  üçün  zəmin  yaradır,  diqqət  edilməyə 
layiq mətləbdir: 
“Mən  soruşdum  ki,  -Əziz,  nə  üçün  bir  solçu  kimi  Brej-
nevə qarşısan? O, dedi ki, yazıçı həmişə hakimiyyətin qarşısında 
durmağı bacarmalıdır. Ona müxalif olmalıdır”. 
Başqa bir əl yandıran məsələ. 
“Doxsanıncı illərin əvvəllərində mən Əziz Nesindən film 
çəkərkən  ondan  Sovetlər  Birliyinin  gələcəyinə  necə  baxdığnı 
soruşdum.  O,  dedi  ki,  Sovet  sistemini  demokrasi  və  söz  azad-
lığının olmaması aradan apardı.   
Sonra ... 70 il bu sistemdə yaşayıb, onun yaxşısını da gö-
rüb, pisini də. Sovet sisteminin dağılması ilə bütün yaxşı şeylər 
aradan qaldırılıb, pis şeylər qalıb” (30, s.39). 
Ş
air Qulamrza Səbri Təbrizini və yaradıcılığını vətəndən 
olan qələm əhli ilə qırılmaz tale zəncirləri bağlayır. Həmişə söz 
düşəndə  vətəndən  olan  Qulamrza  Saedinin,  Əhməd  Şamlunun, 
Səməd  Behrənginin,  Sadiq  Hidayətin  həyat  və  yaradıcılıqla-
rından qürur, eyni zamanda, dərin təəssüf hissləri ilə danışır. 
Başqa bir cəhət isə şairin araşdırmaya cəlb etdiyi obyektə 
hansı  bucaq  altından  baxması  məsələsdir.  Şairin  Saediyə  həsr 
etdiyi  “Qulamhüseyn  yaradıcılığında  sosial-mədəni  problemlər” 
adlı  məqaləsi  düşünmək  üçün  bol  material  verir.  Aşağıdakı 
sətirlərdə  vətəndən  didərgin  salınmış  qüdrətli  qələm  ustasının 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə