Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 
79
lərin qanı ilə yazılmışdır – iddiasında danılmaz bir həqiqətin ifa-
də  edildiyi  şübhəsizdir.  Bu  təcavüzdə  minlərlə  ailələr  yurdun-
dan-yuvasından,  isti  ocağından  didərgin  salınmış,  minlərlə  in-
sanların günahsız qanları axıdılmış, körpələr beşikdə ana laylası 
ə
vəzinə naqafil açılan güllələrin səsindən vəhşətə gəlmişlər. 
Hadisələri sağlam və qərəzsiz düşüncə ilə izləyənlər Xo-
calı  soyqırımını  doğru  olaraq  Qarabağ  hadisələrinin  ən  vəhşi 
xarakter daşıyan hadisəsi hesab etmişlər. 
Yaradıcılığı  haqqında  söhbət  gedən  –  bundan  qabaqkı 
bölmələrdə  qeyd  etdiyimiz  kimi  –  Qulamrza  Səbri  Təbrizi  fa-
ciənin  başlandığı  gündən  sənətinin  və  qələmənin  bütün  qüdrəti 
ilə tarixin az-az şahidi olduğu bu faciənin sorağını dünyanın kar 
olmuş qulağına çatdırmaq üçün mübariz və haqq-ədalət uğrunda 
döyüşən  şair  hünəri  göstərmişdir.  Onun  bu  şəhaməti  az  qala 
özünün həyatı bahasına başa gəlmək həddinə çatmışdır. 
Ş
air  “Xocalı  şəhidlərinin  xatirəsinə”  adlı  qələm  məh-
sulunda mövzuya yaradıcılıq səliqəsinə çox uyğun gələn yöndən 
yanaşmışdır. Bu isə bir qələm məhsulu kimi şeirə özünəməxsus 
poetik  sima  bəxş  etmişdir.  Bu  faciədən  özlərinin  mənafeləri 
xeyrinə istifadə edənlərə - təəssüf ki, belələri də az olmamışdır – 
üzünü  tutaraq  deyir,  “Məni  pul  qazanmaqdan  ötrü  körpü  elə-
məyin”, “Mən ölməmişəm, diriyəm xalqımın ürəyində”. 
Ş
airin  tərənnümündə  oxucuya  ciddi  təsir  eyləyən  bir 
nüyans aparıcı mövqe tutur. Bu barədə şəhid dilə gələrək deyir: 
 
Ölməmişəm... 
Diriyəm xalqın ürəyində... 
Bu nə gözəl yoldu. 
Ölümümlə   
Yenidən doğulmuşam... 
 
Ş
eirdə  ən  güclü  məntiqi  vurğu  isə  bir  də  bu  misraların 
üzərinə düşür: 
 


 
80
Şə
hidlər ölmürlər, 
Diridirlər həyatda (25, s.149). 
 
Maraqlı və qiymətləndirilməyə çox layiq olan bir rəydir. 
Bu cəhət şairin “Deməliyəm həqiqəti” əsərinin misraları açıqgöz 
və sədaqətli şairin oxucularına, onların simasında bütün xalqına, 
hələ  bu  da  hamısı  deyil,  dünyaya  çatdırmaq  istədiyi  həqiqətin 
sədaqətli elçilərdir. Bu mövzu şairin yaradıcılığından məcralarda 
od  qalayan  qüdrətli  bir  axın  kimi  ötüb  keçir:  rüşvət  və  onun 
cəmiyyətdə törətdiyi fəsadlar. 
Dediyimiz fəsada qarşı şairin üsyanı daha kəskindir. Bu-
na  bir  səbəb  də  tərənnüm  obyekti  kimi  alınan  obyektin  vətənin 
Güneyindən olmasıdır. 
Söhbət ondan gedir ki, bir güneyli gənc təhsil almağa yol 
tapmaq üçün arzularının bargahı olan ana yurdun şimalına pənah 
gətirir.  Vətənin  quzeyində  ürək  açan  həyatın  müşahidəsi  onda 
dərin qürur və sevinc hissləri doğurur. Azacıq belə şübhə doğur-
mayan sözlərlə etiraf edir: Gəldim qaldım, sevdim Azərbaycanı 
– deyir. 
Fəqət  arzusunun  oxları  daşlara  dəyəndə  şax-budaqlı  nə-
həng ağac kimi qol-qanadı quruyub tökülür. Bəs bu səmum yeli 
haradan əsir? 
 
Amma qəbul   
Etmədilər məni, 
Rüşvətsiz bir   
Universitetə (28, s.113). 
 
Güneyli  gəncin  varlığını  oda,  atəşə  yaxan  bu  hadisələr 
barədə şairin rəyi bundan ibarət olur: 
 
Onlar ki, sındırırlar inamı – 
Bu məsum uşaqlarda, 
Xəyanətkardırlar, 


 
81
Cinayətkardırlar, 
Vətən xainidirlər! 
Gərək mühakimə 
Olunalar ( 28, s.113). 
 
Rüşvətxorlar, vətənin, xalqın dərdlərinə, ehtiyaclarına bi-
ganə baxanlar haqqında şairin necə deyərlər, oxucularının ürək-
lərindən tikan çıxardan belə bir rəyi də vardır. O, bu qüsura qur-
ş
ananları,  özlərinin  cılız  mənafeləri,  dolmaq  bilməyən  cibləri 
üçün əldən-ayaqdan gedənləri ürəksizlər, bəşəri duyğudan məh-
rum  canlılar  hesab  edir.  Dünyanın  səadət  və  dərrakə  işığından 
məhrum  olanlar  kimi  qiymətləndirir.  Şairə  görə  bu  zümrəyə 
daxil olanlar kasıbı, işsizi, evsizi, soyuqdan donanları görməyən 
korlar,  bəşəri  duyğudan  məhrum  olanlar,  yaşamaq  haqqı  olma-
yanlardır.  Bəs  onları  sadəcə  olaraq  hərəkət  edən  mexanizmlər 
halına  salan  nədir?  Bu  sorğuya  şairin  çox  qısa,  lakin  olduqca 
kəsərli səslənən cavabı vardır: 
 
Çün dünya malı 
Kor edib, 
Onların gözlərini (28, s.150). 
 
Tale  və  hadisələrin  gedişi  şairə  həyatda  bir  sıra  söz  və 
sənət  əhli  ilə  tanış  olub  ünsiyyət  tapmasına  imkan  vermişdir. 
Nəzəri  cəlb  edən  başlıca  cəhət  odur  ki,  şair  bu  xoşbəxtlikdən, 
onun  sevib  hörmət  bəslədiyi  söz  və  mərifət  sərraflarından  fay-
dalanmağa  çox  tələbkar  yanaşmışdır.  Bu  gülüstandan  rayihə  və 
rəngləri,  boyaları  zəngin  olan  güllərdən,  çiçəklərdən  bəhrələn-
məyə  çalışmışdır.  Onun  bu  qabiliyyəti  illər,  əsrlər  boyu  el  ara-
sında gəzib dolaşan “Zər qədrini zərgər bilər” hikmət dolu kəla-
ma təsdiq möhürü vurmuşdur. 
Azərbaycan  söz  sənətinin  görkəmli  nümayəndələrindən 
olan Əzizə xanim Cəfərzadəyə onun bəslədiyi şairanə münasibə-
ti haqlı olaraq söz qədri bilənlər tərəfindən yüksək qiymətləndi-


 
82
rilmişdir. Bir cəhətə diqqət edək. Sağlığında qüdrətli sənətkar və 
el  anası  kimi  Əzizə  xanımın  qapısının  onu  ziyarət  etmək  arzu-
sunda olanların üzlərinə açıq olmasından, qayğıdan şair ürək do-
lusu söz açır. Alim və nasir həmkarının vətənin və xalqın qayğı-
keş  hamisi  olmasından  söhbət  açmağı  qələmi  üçün  borc  hesab 
edir. Qələm dostunun vətənə və xalqa olan məhəbbətindən bəhs 
edərkən onu yüksək qiymətləndirərək bir qədər də ülviyyət mə-
qamına vardırır. Şair bu fikirdədir ki, Əzizə xanımın ana yurda, 
doğma xalqa sevgisi və qayğısı elə bir həddə olmuşdur ki, torpaq 
da ona qoynunda yer verməyi özü üçün borc bilmişdir. Məhz bu 
münasibətin ülviyyəti və sevgisi xalq anasının bələdçilərinə çev-
rilmiş, vətən torpağı onunla daimi ünsiyyətdə olmağı sevgisinin 
hökmü hesab etmişdir: 
 
 
Səsin ulu millətin 
Haqq istəyən səsidir. 
Qəlbində daşıdığın, 
Bu vətənin dərdidir. 
Torpaq da səni sevdi- 
Şə
hidlərin anası, 
Qəriblərin anası- 
Sən onu sevən kimi (28, s.213). 
 
Söhbətimizin  bu  yerində  xalq  yazıçısının  bir  ədəbiyyat-
ş
ünas  kimi  Qulamrza  Səbri  Təbrizinin  yaradıcılığında,  başqa 
sözlə onun sənətkarlığına verdiyi ustad qiymətin yanından sükut-
la  keçməyi  doğru  hesab  etməzdim.  Əzizə  xanım  qəlbindən  su 
içən  bir  inamla  bu  fikirdə  idi  ki,  Qulamrza  Səbri  Təbrizi  poe-
ziya,  onun  ifadə  tərzi  və  poetik  səliqəsinə  gətirdiyi  yeniliklərlə 
də qüdrətli sənətkardır. Xalq yazıçısının zərgər dəqiqliyi ilə qə-
ləmə  aldığı  bu  mülahizələri  sənət  aləmində  çox  qiymətlidir.  O, 
yazır: 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə