Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   19   20   21   22   23   24   25   26   27

 
90
Fəqət, hələ yaşayıram, 
Mübarizə eləyirəm. 
Çünki mübarizəsiz insan, 
Ə
sl ölümə yetişmədən 
Ölür içində (27, s.94). 
 
Ş
air yuxarıda səslənən misraların sədaqətini bir sıra digər 
qələm  məhsullarında  da  tərənnüm  edir.  O,  doğma  torpağının 
özünə  namus  etalonu  hesab  etdiyi  üç  rəngli  bayrağının  xilası 
uğrunda  döyüşməyi,  bu  yolda  hətta,  ölümü  belə  yüksək  şərəf 
hesab  edir.  Bunu  ölümdən  zərrəcə  belə  ehtiyat  etmədiyindən 
dərisi  soyulan  Nəsimi  babasının  inamı  ilə,  Koroğlu  qətiyyətilə 
açıqlayır. Şair bu inamını tam bir sədaqətlə misralarının dili ilə 
elan edir: 
 
Ə
gər sursatım qurtararsa, 
Bütün vücudumla 
Oxa çevrilib 
Sancılacağam 
düşmənlərimin bağrına (27, s.106). 
 
Yada salaq ki, bu cəsarət, bu qətiyyət şairin Nəsimi, Şah 
smayıl, Koroğlu kimi babalarından yadigar qalmış müqəddəs ir-
sə  sədaqətinin  təmsilçiləridir.  Şairin  keçdiyi  mübarizə,  yaradı-
cılıq  və  döyüş  yolunun  onda  formalaşdırdığı  həqiqət  də  yüksək 
bəşəri  qayəyə  malikdir.  Başqa  sözlə  bu  əsrlərdən  bəri  fədakar 
övladlarının  özləri  üçün  həyat  devizi  qəbul  etdikləri,  zamanın 
dolanbac  yollarında  sınaqlardan  başı  uca  çıxmış  bir  baxışdır: 
Dostunun kim olduğunu mənə de, sənin kimliyini deyim. 
Bir həqiqətə azacıq belə tərəddüdlə yanaşmağa azacıq be-
lə ehtiyac yoxdur ki, ömrü-günü zamanın yarım əsrlik dərəli-tə-
pəli yollarından keçən, siyasi-ideoloji çəkişmələrdə yetkinləşmiş 
ş
airin  bu  fəlsəfə  barədə  düşüncələrinə  ötəri  tərəddüdə  belə  yer 
qalmır.   


 
91
Bir cəhət də şairin bəşəri amalı barədə dolğun rəy yarat-
maq üçün qiymətli gövhər rolunu oynayır. O, təkcə öz vətəninin 
övladlarına deyil, yer üzünün həməsr olduğu bütün insanlara hə-
şə
rat  kimi  yerdə  sürünməyi  yox,  qüdrətli  qanadlara  malik  olan 
qartallar  kimi  əngin  fəzalarda  qanad  çalmağı  arzu  edir.  lk  ba-
xışda həzmi çətin olan bir baxış olsa da şairin sənət və filosofluq 
yoluna nur çiləyən bir amaldır. Həm də təqdirəlayiq hesab edilən 
bir amal. Dostuna məsləhət bildiyi bir amal: 
 
Asandı yerdə sürünən 
Həşərat olmaq. 
Fəqət, çox çətindi, 
Qartal kimi 
Səmalara baş vurmaq (27, s.112). 
 
Ulu  Şəhriyar  M.Həsənbəyi  ilə  müsahibələrindən  birində 
demişdir: 
“Bizim ictimai dərdlərimizi şeir vasitəsilə açmağa ehtiya-
cımız  vardır.  Bugünün  şeiri  odur  ki,  ildırım  kimi  iz  buraxsın... 
oxucu  elə  şeirlər  istəyir  ki,  onun  ictimai  dərdlərini  açıb  gös-
tərsin...” (41, s.129). 
Belə bir iddia heç də ayağı yerdən üzülən baxış kimi səs-
lənməzdi  ki,  şair  Qulamrza  Səbri  Təbrizinin  yaratdığı  zəngin 
poetik sərvət xəzinəsində hətta, bir misra belə tapmaq olmaz ki, 
cəmiyyətin,  xalqının  ictimai-siyasi  probleminə  laqeyd  qalsın. 
Hətta, qürbətin ab-havasından, gəzib dolaşdığı yerlərin çeşmələ-
rindən,  çaylarından,  dəryalarından,  cəmiyyət  üzvlərinin  məişət 
və  ailə  problemlərindən,  elmi-nəzəri  baxışlarından  və  sairə, 
sairələrdən  bəhs  edən  əsərlərində  də  bu  və  ya  digər  şəkildə,  bu 
və  ya  digər  həcmdə  onları  xalqının  dünəni,  bu  günü,  sabahkı 
taleyi ilə əlaqələndirməsin. 
Təbii  ki,  belə  bir  daxili  aləmə  malik  olan,  xalqının  ən 
qiymətli  sərvəti  hesab  etdiyi  şeirə,  onun  bugününə,  sabahına 
laqeyd qala bilməzdi. Filosof şair, təcrübəli ədəbiyyatşünas, alim 


 
92
vətənin  poetik  dünyasının  ayaqlar  altına  düşmək  təhülkəsindən 
nigəran  deyil,  çünki  o,  xalqının  istedad  və  yaradıcılıq  qabiliy-
yətinə yaxşı bələddir. O, əmindir ki, dünyanın təzə nəsimə, yeni 
nəğmələrə  olan  ehtiyacını  aradan  götürməkdə  mənsub  olduğu 
xalqın qabiliyyət və istedadı yetərincədir: 
 
stedad qurtaracaq – 
Ş
eiri ayaqlar altına 
Düşməkdən. 
Dünyanın təzə nəsimə, 
Təzə nəğmələrə ehtiyacı var (27, s.129). 
 
Ş
airin  ana  yurduna,  vətən  –  deyə  pərəstiş  etdiyi  doğma 
torpağına sevgisi, məhəbbəti elə bir həddədir ki, onun tərənnümə 
cəlb  etdiyi  bütün  canlı  və  cansız  obyektlərə  münasibətində 
ürəklərə,  şüurlara  yol  tapmağa  qadir  misralara  çevirməyə  nail 
olur.  Bu  məhəbbət  anasına,  atasına,  qardaşlarına,  sevgilisinə, 
övladlarına həsr etdiyi şeirilərin ümdə motivləri zirvəsinə qədər 
yüksəlməyə qadirdir. Bu sırada onun ilk qədəmlərini müqəddəs 
hesab etdiyi vətən torpağında atan uşaqlara münasibəti də canlı, 
ülvi xarakter daşıyır. 
Bir motiv oxucunun şüurunda xüsusilə köklü-binalı səs-
lənir. Bu da uşaqların vətənə olan övlad məhəbbəti bargahına yol 
tapmasında  ifadəsini  tapır.  Onun  “Vətən  çoçuğunun  dilindən” 
adlı  şeirində  belə  vətən  balalarından  biri  qəlbində  olan  vətənə 
sevgisindən  söz  açır.  Bu  şeirinin  misralarında  fəraqdan  siması 
saralmış,  baxışlarından  nisgil  yağan  bir  uşaqdan  bəhs  edilir. 
Cəlbedici  baxış  uşağın  Zərdüştün  yanar  ürəyindən,  əsrlərin 
firqətinin  nisgilini  kürəklərində  daşıyan  bir  vətən  övladından 
söhbət açılır. Bu uşaqda vətənə olan  məhəbbət  elə  bir  həddədir 
ki, o, özünü vətənin tarixi kimi elan etməkdən çəkinmir: 
 
Mən bir canlı tarixəm, 
Adım Azər, 


 
93
Yurdum Odlar diyarı – 
Azərbaycan! (27, s.150). 
 
Qulamrza Səbri Təbrizinin əsrin övladı kimi mahiyyətini 
müəyyənləşdirən  ünvanlar  sırasında  görkəmli  siyasi  xadim,  cə-
miyyətşünas,  sosioloq  təyinatına  tez-tez  təsadüf  etmək  olur. 
Təbii  ki,  bu  sifətlər  onun  ədəbi-siyasi  aləmdə  tutduğu  poe-
ziyasından  nəşət  edir.  Qələm  məhsulları  ilə  yaxından  tanış  ol-
duqda  bir  yaradıcı  kimi  maraq  dairəsi  oxucuda  qibtə  və  maraq 
hissləri doğmasına səbəb olur. 
Ş
airin  yaradıcılıq  xəzinəsində  onun  “Qızlara”  adlı  bir 
qələm  məhsulu  nəzəri  xüsusilə  cəlb  edir.  Şair  həmin  poetik 
mahnısının təqdiminə bu misraları ilə başlayır: 
 
Bir zaman vardı, 
Qız doğulan evləri 
Qəm, qüssə sarardı. 
 
Qızı olan sonsuz sayılardı (27, s.157). 
 
Şə
rq aləminə, xüsusilə şairin dünyaya göz açdığı məhəllə 
az-çox bələd olanlar bu misralarda poetik əksini tapmış həqiqətə 
azacıq belə şübhə ilə yanaşmırlar. Cəmiyyətdə baş verən istiha-
lənin  mahiyyəti  ilə  yaxından  tanış  olan  şair  indi  qız  doğulan 
Adəm  övladına  başqa  gözlə  baxır.  Qız  doğan  ananı  “Bəxtəvər 
olsun, gün o gün olsun qızımızın toyuna gələk” sözləri ilə təbrik 
edirlər. Bizim bəhsimiz üçün bu həqiqətin cəmiyyətdə meydana 
gələn bu yeniliyin mahiyyətinə onun bəslədiyi münasibət yeni və 
nikbindir.   
Ş
air  bu  məsələyə  baxışını  öz  istədiyi  kimi  tərənnüm  et-
mək üçün: 
 
Dəyişib zaman, 
Qızlar dayaq olur 
Ata-analarına – 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə