Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   19   20   21   22   23   24   25   26   27

 
94
 
sözləri ilə sona çatır. Zaman, cəmiyyətin müasir nəfəsi ona daha 
cəsarətli  fikirlər  irəli  sürməyə  münbit  zəmin  yaradır.  şin  bir 
tərəfi  də  gizli  qalmasın  ki,  Qulamrza  Səbri  Təbrizi  kimi  ustad 
bağbanın tövsiyyəsi məhz bu şəkildə formalaşa bilərdi: 
 
Sevinirəm bu halətə, 
Qızlarım, oxuyun, 
Dəyişin tarixi, 
Uydurulmuş əfsanələri (27, s.157). 
 
Bir söz sərrafı və bir qələm sahibi kimi Qulamrza Səbri 
Təbrizinin  qbal, Vilyam Bleyk, Sabir, Möcüz, Əziz Nesin kimi 
dünya şöhrətli satira ustalarının sənətlərinə, irs qoyub getdikləri 
poetik  irsə  dərin  hörmət  və  məhəbbəti  olması  yaxşı  məlumdur. 
Lakin  bu  tanışlıq  ünvanına  satirik  şair  deməyə  yad  səslənərdi. 
Amma,  yeri  gələndə  bir  söz  ustası  kimi  açdığı  satirik  atəş  gör-
kəmli sələflərinin ecazkar nəfəsləri ilə çox doğma səslənir. Oxu-
cu  inanır  ki,  bir  ədəbiyyatşünas  kimi  ona  qədər  Azərbaycanın 
satira xəzinəsində mövcud olan qiymətli incilərlə yaxşı tanışdır. 
Burada  bir  mühüm  problemə  göz  yummaq  doğru  ol-
mazdı.  Təbii  ki,  materialın  bolluğunu  dərketmədə  aparıcı  amil 
kimi  qiymətləndirmək  doğru  olmazdı.  Məşhur  fikirdir:  uğurla 
qələmə  alınmış  bir  misra  da  poetik  qabiliyyət  üçün  meyar  ola 
bilər. 
Bəlkə bir qədər ehtivalı səslənən bu mülahizələrimizdən 
məqsədimiz  şairin  “Xəsis  sələmçi”  adlı  qələm  məhsulunun  ya-
ratdığı təəssürat üzərinə gəlib çıxmaqdır. 
Məhəllədə  ayaqyoluna  düşmüş  xəsis  sələmçini  ölümdən 
nəcat  vermək  üçün  bir  kənkan  çağırırlar.  Bundan  xəbər  tutan 
sələmçi quyunun təkindən soruşur: 
 
-Nə alacaqsan məni 
Çıxartmağına? 


 
95
Kənkan altı tümən istədi. 
Xəsis sələmçi: 
-Çoxdu altı tümən, 
Bu qiymətə çıxmaram- 
Söylədi (27, s.164). 
 
Nə  demək!  Hər  şey  o  qədər  aydın  təqdim  edilmişdir  ki, 
azacıq belə əlavə izaha ehtiyac qalmır. Bircə orasını əlavə etmək 
istərdim  ki,  qələmin  var  olsun,  ustad.  Sənə  satira  barədə  təlim 
verən səxavətli sələflərinin ruhları şad olsun! 
Ş
airin  bir  qələm  məhsulu  barədə  də  söz  açmağa  ehtiyac 
duydum. 
Son  illərdə,  yəni  sovet  rejimi  yoxluq  dünyasına  köçü-
rüldükdən  sonra  bunun  səbəbini  izah  etməyə  girişənlərin  sayı 
bəlkə də haqq-hesaba gələn deyil. Söz yox ki, bu dünya miqyaslı 
hadisə idi və bir divarın yox, bir sarayın uçması demək idi. Bir 
xalqın  yox,  bütövlükdə  dünya  xalqlarının  həyatında  dərin  izlər 
buraxmış ictimai-siyasi bir uçurum idi.   
Diqqətəlayiq  bir  haldır  ki,  dövrümüzün  qüdrətli  qələm 
sahiblərindən  olan  güneyli  şair  də  dünyanı  sirkələyən  bu  uçu-
ruma  laqeyd  qalmadı.  O,  mərd-mərdanə  bəşərin  və  onun  fikir 
sahiblərinin, zəka korifeylərinin qarşısında məsələni belə qoydu: 
 
Niyə kommunist sistemi 
Ş
ikəst oldu? 
 
Ş
air nə oxucularını, nə də ictimai-siyasi problemləri izah 
və  tədqiq  etmək  səriştələri  olan  başbilənləri  artıq  zəhmətə  sal-
mamaq,  bir  də  əlbəttə,  bu  ağır  çəkili,  beynəlxalq  ölçülü  hadisə 
haqqında  yanlış  fikirlər  uydurulmaması  üçün  öz  rəyini  sonrakı 
misralarda açıqlayır: 
 
Ondan ötrü ki,   
Diktator demokrasinin 


 
96
Yerini tutdu (27, s.223). 
 
Təbii  ki,  bu  mövzuya  qol-qanad  vermək,  uçuş  dairəsini 
genişləndirmək  niyyətim  yoxdur.  Amma,  şairin  qənaəti  ilə  razı 
olduğumu da ləkəsiz-boyasız ortaya qoymaq istərdim. Şair bu fi-
kirdədir ki: 
 
Məhəbbət zornan, 
Qorxuynan yarandı. 
Buna görə də 
Zorun qorxusu getdikdə, 
Məhəbbət də havaya   
Uçdu (27, s.223).  
 
Mənə belə gəlir ki, dünya miqyasında hakim olan, nəyin 
bahasına  olursa  olsun,  hakimiyyət  kürsüsünə  dırmaşmaq  niyyə-
tində olanların şairin bu qənaətinə laqeyd qalmamaları zərurudir. 
Ta  qədim  zamanlardan  bəşər  övladının  sağlam  təfək-
kürünün  əbədi  ömürlü  iddialarından  olan  belə  bir  baxış  bu  gün 
də  qarşısı  alınmaz  bir  inadla  öz  ömrünü  davam  etdirməkdədir: 
Gözəl  məhsul  yetirmək  üçün  münbit  zəmin,  sağlam  toxum, 
ustad  bağban  birlikdə  fəaliyyət  göstərməlidirlər.  Şair  Qulamrza 
Səbri Təbrizinin həyat fəlsəfəsi və poetik təfəkkürünün bu baxı-
ş
a belə bir əlavəsi vardır: Cəmiyyət səviyyəsində bəşər övladının 
öz istəyinə qovuşması üçün azadlıq deyilən və heç bir şeylə əvəz 
edilməyəcək  bir  iksirə  də  ehtiyacı  vardır.  Bu  yarım  əsrdən  bəri 
yaşadığı  mühacir  həyatının  ustad  sənətkar  axtarışlarının  onda 
formalaşdırdığı  qənaətdir.  Şairin  bu  baxışını  tərənnüm  üçün 
müraciət etdiyi obyektlərdən biri də vətənin dünya şöhrətli alim 
oğlu Lütfizadədir. 
Varlığı  pak  vətən  torpağından  yoğrulmuş  bu  nadir  iste-
dad sahibinə öz doğma yurdunda ömür sürməyi əlçatmaz bir ne-
mətə  çevirdilər.  Burunlarının  ucundan  uzağı  görməyən  məhdud 
düşüncəli  dəllalar  bu  yolla  onu  heçliyə  məhkum  edəcəklərini 


 
97
düşünürdülər.  Fəqət  hadisələrin  sonrakı  inkişafı  onların  bərk 
yanıldıqlarını meydana çıxartdı.  Beşiyi  başında  doğma  anasının 
laylay  çaldığı  bu  vətən  oğlu  fəraq  və  həsrətli  günlərinin  minbir 
ə
zabına  dözərək  əsrinin  ən  görkəmli  alimi  kimi  yetişdi.  Bu 
möcüzəvari  həyati  hadisədən  şairin  çıxardığı  poetik  nəticə  çox 
düşündürücüdür. Şair “Ziyalı işığı” adlı şeirində yazır: 
 
Nə gözəldir ziyalı olmaq, 
Öz ziyanı millətinə yaymaq ( 34, s.13). 
 
Ş
air bu tarixi faktı təqdim etməklə yanaşı ondan çıxardığı 
nəticəni xüsusi həvəs və yanğı ilə qələmə alır. Yəni əslində hə-
min faktı misralara çevirməkdən məqsədi məhz bu həqiqəti açıq-
lamaqdır: 
 
Millətimiz azad olsaydı, 
Nə qədər   
Belə ziyalılar yetirərdi (34, s.13).   
 
Yarım  əsrlik  mübarizə  və  yaradıcılıq  yollarında  qazan-
dığı  təcrübə  onu  bir  sıra  problematik  nəticələrə  gətirib  çıxar-
tmışdır. Bunların ən ümdələrindən biri də “Zalımları məzlumlar 
yaradır” fəlsəfəsidir. Əgər millət öz hüquqlarını əldə etməyi, onu 
qoruyub saxlamağı bacarsa zalim baş qaldıra bilməz. Bu elə bir 
həqiqətdir ki, az-çox şüurlu cəmiyyət üzvü hər addımda ona rast 
gəlir. Mövcud cəmiyyətdə bu təkcə ölkə miqyasında hakim olan 
səlahiyyət  sahiblərinin,  idarə  başçılarının,  necə  deyərlər,  düçar 
olduğu  xəstəlikdir.  Şairin  inamına  görə  bu  xəstəliyin  ən  təsirli 
ə
lə keçirtmək olardı: 
 
Zalımları məzlumlar yaradır- 
Ə
gər xalq 
Öz hüququnu qoruyursa, 
Zalim baş qaldıra bilməz... 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə