Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   19   20   21   22   23   24   25   26   27

 
98
Məzlum zalımı yaradır inan. 
Yalnız demokratiya 
Məlhəmdi bu zülmə (34, s.53). 
 
Biganələrin,  öz  mənafelərini  xalqların  parçalanmasında 
görən  qüvvələrin  süngüləri  və  qələmləri  ilə  iki  yerə  bölünmüş 
vətənin  taleyinə  laqeyd  həqiqi  qələm  sahibi  tapmaq  izinə  düş-
mək artıq və faydasız əmək sərf etmək olardı. Şüurlu insan xa-
rakterinə məxsus olan bir baxışdır: heç kəs, hətta, yaşadığı mən-
zilin  qapısının  açılıb  bağlanmasının  ixtiyarını  başqasının  ira-
dəsinə tabe edilməsinə razılıq verməzdi. Bu həqiqət əgər məmlə-
kətin taleyi ilə əlaqədar olan məsələlər səviyyəsinə qədər yüksə-
lirsə, sözsüz, bu istək daha ciddi müstəviyə yol tapır. 
Qulamrza  Səbri  Təbrizi  yaradıcılıq  aləminə  qədəm  qoy-
duğu ilk gündən bu problemə bütün varlığı ilə, vuran qəlbi, dü-
ş
ünən beyni ilə bağlı olmuşdur. O, bu istəyinə qovuşmaq yolla-
rında ən adi həyati deyək ki, hadisələrə belə yetkin siyasi xadim 
və  bişmiş  qələm  sahibi  kimi  münasibət  bəsləmişdir.  Doğru  fi-
kirdir; bədii təfəkkür sahibləri, xüsusilə şairlər xalqın həyatında 
siqlətli mövqe tutan istəklərə qovuşmaq yollarında ilkin müjdə-
çilər olurlar. Onlar xalqın bu istəyinə aparan yollarda ona xidmət 
edə biləcək ən adi həyati faktlardan belə yetərincə bəhrələnməyə 
çalışmışlar. “Canlı körpü” adlı əsərində şairin əsas qayəsinin nə-
dən ibarət olduğuna diqqət edək. 
Ş
air  dəvət  olunduğu  toy  məclisində  gəlinin  Quzeydən, 
bəyin  Güneydən  olduqlarını  müşahidə  edir.  Bu  ilk  baxışda 
həyatda  və  məişətdə  xüsusi  çəkiyə  malik  olmayan  bir  hadisə 
kimi qiymətləndirilə bilər. Lakin şair həyatın ən adi olaylarında 
belə  parçalanmış  vətənin  dərdinə  dərman  sorağında  olur,  oxu-
cularını bu siqlətli hadisənin yollarında iştirak etməyə hazırlayır. 
Sənətkar  qayəsinin  bu  adi  həyati  faktda  kəşf  etdiyi  məna  çox 
çəkilidir.  O,  inanır  ki,  Bütöv  Azərbaycanın  sorağına  məhz  bu 
yol, hər vətən oğlu və qızının bu yürüşdə fədai əzmi göstərməsi 
aləmindən keçir. Həm də bu körpünün bir  vaxt  çox  işlək  keçid 


 
99
məntəqəsinə  çevriləcəyi  oxucuda  azacıq  belə  şübhə  doğurmur. 
Ş
eirin  ilk  baxışda  çox  sadə,  lakin  məna  aləmində  çox  siqlətli 
səslənən məntiqinə diqqət edək: 
 
Dəvət olunmuşdum bir toya, 
Gəlin Quzeydəndi, 
Bəy isə Güneydən. 
Bu bir canlı körpü idi, 
Parçalanmış Azərbaycana (34, s.74). 
 
Bu  izdivaçı  şair  bir  körpü,  canlı  bir  əlaqə  adlandırması 
söz yox, uğurla tapılmış bir ədəbi detaldır. 
Onun həyatında maraqlı bir cəhət nəzərdən yayınmır. O, 
ömrünü  bir  siyasi  xadim,  bir  ədəbiyyatşünas,  bir  sosioloq  ha-
mısından daha önəmlisi bir şair kimi yaşamışdır. Xüsusi sübuta 
ehtiyac yoxdur ki, elmin və nəzəri-siyasi yaşamın bütün bu sahə-
lərin başlıca təhlil və təqdim obyektini  nsan – bəli, yer üzünün 
mükəmməl və şüurlu övladı insan təşkil edir.   
Nə  demək  olar.  Cəmiyyətin  bütün  bu  yaşanan  sahələri 
heç vaxt problemdən, həlli gözlənilən mətləblərdən kənarda qal-
mamışdır.  Hadisələrə  bu  məntəqədən  yanaşdıqda  şairin  məşğul 
olduğu  bütün  sahələrin  onun  üçün  həllini  gözləyən,  əksər  hal-
larda bəşəri qayğıya çevrilən qucaq-qucaq problemlər olmuşdur. 
Bir daha xatırladaq ki, bu problemlər həmişə  onun  şəxsi  həyatı 
ilə  əlaqədar  olmamışdır.  Şair  “ nsan  və  dərd”  adlı  qələm  məh-
sulunda problem barədə düşüncələrini dəqiq əsaslandırmaq üçün 
xatırladır  ki,  mən  ömrümün  böyük  bir  hissəsini  qərbdə  yaşa-
mışam.  lk baxışda belə təsəvvür yarana bilər ki, qərbdə məişət 
və  yaşayış  problemlərinin  yüksək  səviyyədə  həllini  tapdığından 
orada  bəşəri  dərdə  yer  qalmır.  Şairin  öz  təbirinə  görə  hər  yerin 
təmiz,  yolların,  küçələrin  işıqlı,  işsizlərin,  evsizlərin  qayğısına 
qalınan qərbdə dərd insanın sorağına gələ bilməz. Çoxillik, həm 
də yetkin müşahidələri onda bu rəyi doğurur ki, nə qərbdə, nə də 
şə
rqdə dərdsiz insana rast gəlmədim.                                 


 
100
Bu öz yerində. Amma yüksək bəşəri şüura malik olan in-
san başqalarının dərdlərinə biganə qala bilməz. Böyük Sədi de-
miş, əgər birisi başqalarının dərdlərinə biganədirsə onu insan ad-
landırmaq doğru olmazdı. 
Bəs  Qulamrza  Səbri  Təbrizinin  bu  problemi  necə  tərən-
nüm edir? Necə, hansı ladda? 
 
Ə
gər insanın özünün dərdi olmasa, 
Başqalarının dərdi, 
Gəlib tapır adamı. 
nsan olan şəxs 
Dərdsiz yaşaya bilməz (34, s.132). 
 
Belə demək heç də yanlış səslənməzdi    ki, şairin keçdiyi 
ömür  yolunun  hər  pilləsi  cəmiyyət  və  təsadüf  etdiyi  insanlar 
barəsində azacıq izaha ehtiyac duyulmayan bir həqiqətdir ki, ha-
mıda ayıq başın,  yüksək  şüurlu  dərrakənin  olduğunu  düşünmək 
sadəlövhlük olardı. 
Həyat  və  təbiət,  habelə  keçdiyi  ömür  yolu  hər  hadisəni, 
rastlaşdığı  hər  insanı  onlara  xas  keyfiyyət  və  xüsusiyyətlərlə 
qiymətləndirməkdə şairə xüsusi qabiliyyət baxış etmişdir – müd-
dəasının həqiqətə tam uyğun olduğuna azacıq belə şübhə doğur-
mur. 
Tarix boyu şairlər xalq və vətən üçün hətta, öz canlarını 
qurban  verməyə  hazır  olmuşlar.  Nəsiminin  dərisi  məhz  bu 
səbəbə soyuldu. Onun yer üzündə haqq və ədalətin zəfər çalma-
sına,  ədalətin  hakim  olmasına  çağırış  nidaları  öz  xoşbəxtlik  və 
firavanlıqlarını kütlələrin istismarı üzərində quranların yuxusunu 
ə
rşə qaçırtdı. Buna görə də o, susdurulmalı idi. 
Mirzəzadə Eşqinin  dodaqları  tikildi.  Çünki,  bu  dodaqlar 
geniş xalq aləmlərini başsız və fərasətsiz başçıların çirkin və ac-
göz  daxili  aləmlərini  hər  bir  şüurlu  cəmiyyət  üzvünün  görə  bi-
ləcəyi müstəviyə çıxardırdı. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə