Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   19   20   21   22   23   24   25   26   27

 
86
atmosferanın qalıqları onun vətənində hələ hakimiyyətini davam 
etdirirdi. Şairin qələminə qüdrət, poetik məntiqinə qüvvət verən 
məhz bu həqiqətin ustalıqla duyulması və yetkin sənətkar qələmi 
ilə  tərənnüm  edilməsi  idi.  Ustadının  poetik  təliminə  sadiq  olan 
Qulamrza Səbri Təbrizi çox güclü səslənən satirik məsləhətində 
yazır: 
 
Mən nəsihət edirəm 
Həmvətənlərimə: 
-Duymayın, 
-Eşitməyin, 
-Görməyin, 
-Anlamayın, 
-Susun (33, s.148). 
 
stərdim şairin bu “nəsihətlərini” özüm dərk etdiyim kimi 
şə
rh  edim:  haqsızlıq,  yalan,  rüşvət,  korrpusiya,  zorakılıq,  zülm 
cəmiyyəti  gəmirən  elə  xəstəliklərdilər  ki,  onlara  qarşı  kor,  kar, 
anlamaz  olmaq  azacıq  idraka  və  yaşamaq  qabiliyyətinə  malik 
olan  Adəm  övladı  üçün  yaraşmaz.  Bu  təlimi  verən  ustadın 
ünvanına  “Əhsən”  sözü  çox  yaraşardı.  Təkcə  şairin  vətənində 
deyil,  beynəlxalq  miqyasda  qüdrət  sahiblərinin  yaratdıqları  çir-
kinlik  şairi  öz  tutumunda  düşündürən  bir  eybəcərlikdir.  Dün-
yanın siyasi ədəbiyyatında, bütün xalqların dilində eyni rəng və 
boya ilə səslənən ünvanı belədir: Monopoliya! 
Ş
airin  güclü  müşahidə  qabiliyyətinə  malik  olan  işıqlı 
gözləri,  hər  şeyi  öz  boy-buxunu  ilə  dərk  etməyə  qadir  olan 
sənətkar  zəkası  haqqında  söhbət  gedən  bu  çoxbaşlı  əjdahanın 
təbiətinə yaxşı bələddir. Xoşbəxtlik orasındadır ki, əsrin qüdrətli 
söz  ustalarından  olan  şair  müşahidə  etdiklərini,  duyduqlarının 
ə
sl  mahiyyətini  təkcə  öz  vətəninin  övladlarına  deyil,  müasir 
dünyanın  simasını  müəyyənləşdirən  xalqlara  çatdırmaqda  müs-
təsna sənətkar hünəri göstərir. Onun fəlsəfəsi çox real və ədalətli 
nüyanslara  malikdir.  Düzgün  və  qərəzsiz  dərk  edilən  həqiqəti 


 
87
misralara çevirmək heç də mahal keyfiyyət kəsb etmir. Şairin bir 
ə
dalətli  hakim  kimi  çıxardığı  poetik  hökmlər  çox  ədalətli  səs-
lənir: 
 
Hər şey- 
Monopoliyaya alınıb, 
Yerlər, 
Göylər, 
Dənizlər, meşələr. 
 
Onun  həqiqətə  sadiq  olan  poetik  qələmi,  qərəzsiz  şair 
idrakı daha dərinlərə addım atır: 
 
Hətta, udduğumuz hava, 
çdiyimiz su- 
Monopoliyadadır (33, s.150). 
 
Təbiətən insanlıq, cəmiyyət, bəşəriyyət haqqında özünün 
bikr və bəyənilən baxışı ilə az qala ülviyyət kürsüsünə yüksələn 
ş
airin  sözü  də  bu  minbaşlı  əjdahanın  caynağından  amanda  qala 
bilmir.  Şair  bu  vəziyyətdən  gileyini  açıqlamağı  qələminə  borc 
bilir: 
 
stəsən birinə kömək edəsən, 
Təmənnasız,   
Görəcəksən ki, 
Bunlar da yasaqdır ( 33, s.150). 
 
Monopoliyanın  limitsiz  qüdrətə  malik  olduğu  yerdə  söz 
yox ki, bu da qeyri-təbii hal kimi dəyərləndirilə bilməz. 
Çox  düşündürücü  və  təqdirəlayiq  bir  baxışdır.  Xalqların 
və ölkələrin qarəti yolunda dünyanın qara qüvvələri birləşdikləri 
kimi  azadlığı,  qurtuluşu,  vətən  istiqlalını  qorumaq  uğrunda 
döyüşən  mübariz  qüvvələrin  də  həmrəylik  körpüsü  yaratmağa, 
onun etibarlı bir keçidə çevrilməsinə can atmışlar. 


 
88
Vətənin  həqiqi  qurtuluş  və  azadlıq  yolçusu  kimi  Qu-
lamrza Səbri Təbrizi də dünyanın müxtəlif məntəqələrində xalq-
ların fədakar oğullarının sinəsinə açılan namərd atəşinin ağrısını 
öz  köksündə  hiss  etmişdir.  Bu  həqiqət  onun  Pakistan  xalqının 
fədakar  qızı  Bənəzir  Bhutto  əleyhinə  törədilən  cinayətə  müna-
sibətində  çox  ədalətli  səslənir.  Bənəzir  Bhuttonun  atası  ilə  gö-
rüşdə  irəli  sürdüyü  suala  aldığı  cavabda  öz  xalqının  taleyinin 
ə
ksini  tapdığının  şahidi  olur.  O,  xalqının  nəcatı  üçün  nələr 
düşündürür - sualına aldığı cavab belə səslənir: 
 
Mən üç şey istəyirəm , -dedi: 
ş
, çörək, ev! 
Bundan sadə siyasət   
Nə olarmış (33, s.193). 
 
Lakin  qara  qüvvələrə,  bu  istəklərin  onların  qarət  və 
soyğunçuluq  ehtiraslarına  zidd  olduğundan  onu  çox  tez  və 
amansızcasına  susdurdular.  Sonralar  görkəmli  siyasi  və  dövlət 
xadimi  kimi  yetişən  qızı  Bənəzir  Bhuttonu  da  qara  qüvvələr 
məhv etdilər: 
 
Təkrar olundu 
Atasının faciəsi. 
Başqa generalın əli ilə (33, s.194). 
 
Ş
airin həmin hadisələrə həsr etdiyi “Nicat məlaikəsi” adlı 
ş
eirinin  bir  notu  xüsusilə  çox  səmimi  və  təsirli  səslənir. 
Binəzirin ölümünə övladının faciəsi kimi yanaşması şairin bəşər 
üçün yanan ürəyinin döyüntülərindən xəbər verir: 
 
Başqa generalın əli ilə   
Bənəzirin ölümü- 
Təzələdi Leylamın ölümünü. 
Yandırdı, alovlandırdı, 


 
89
Vücudumu... (33, s.194). 
 
Qulamrza  Səbri  Təbrizinin  seçdiyi  həyat  və  mübarizə, 
yaradıcılıq  yolu  onun  cəmiyyət  hadisələrinə,  habelə  dünyaya 
eyni hüquqla gələn hər insanın necə yaşamasına, daha doğrusu, 
necə yaşamalı olmasına münasibətini müəyyənləşdirən çox güc-
lü  arqumentdir.  O,  özümün  və  sərbəst  yaşamaq  istəyən  hər  bir 
insanın  əsas  idealı  hərəkət,  mübarizə,  döyüş  olduğuna  dərin 
inam bəsləyir. Bu qənaətinin tərənnüm etməyi qələmi üçün mü-
qəddəs borc və yüksək şərəf hesab edir. Şairin bu baxışında in-
san həyatının başlıca amalının əksini tapdığını dünyada və şəxsi 
həyatında  baş  verən  hadisələr  inkarı  mümkün  olmayan  bir  qə-
tiyyətlə təsdiq edilmişdir. Həyatı və siyasi, mütərəqqi ədəbi qay-
naqlardan su içən baxışı özünə qədər mənsub olduğu xalqın ina-
nıb etiqad etdiyi bu qənaətdən bəhrələnmişdir: “həyat mübarizə 
meydanıdır. Qoç döyüşünə qoç dayanar!” 
Qələmli  babası  ulu  Cəlil  Məmmədquluzadənin  -Molla 
Nəsrəddinin həyatın qaynar, dərəli-təpəli sınaqlarından qalib çı-
xan bu əqidəsinin də doğru və ədalətli hesab etmişdir ki, Məşru-
tə bir elə nemət deyil ki, onu boşqabda insana hədiyyə kimi təq-
dim etsinlər. Bu nemətə yalnız döyüş və mübarizə meydanların-
da qovuşmaq olar! 
Ş
air  bu  qənaətində  sabit  qədəmdir  ki,  vətəninin  və  xal-
qının  həsrətində  olduğu  ağ  günlər  aləminə  yol  döyüş  və  müba-
rizələr meydanından keçir. 
Ş
air bir sənətkar səmimiyyəti ilə etiraf edir ki, onu yaşa-
dan da, həyat iksiri bəxş edən də məhz bu inamıdır. Ömrün gün-
ləri  nə  qədər  tükənməz  xəzinə  olsa  da  bir  gün  zavala  uğraması 
həyatın əzəli və əbədi qanunudur. Fəqət, vətənin və xalqın nəca-
tı,  səadətə  qovuşması,  ağ  günlərə  çıxması  uğrunda  mübarizədə 
keçən ömürlər əbədiyaşardılar: 
 
Yuxu kimi qalacaq, 
Keçən günlər arxada. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə