Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   19   20   21   22   23   24   25   26   27

 
101
Bəşəriyyətin ən müqəddəs idealları haqqında peyğəmbər-
lik edən Vilyam Bleyk cəmiyyətdə hakim olan başsız başçılar tə-
rəfindən divanə elan edildi. 
Ş
airin böyük qayğı və bəşəri həssaslıqla tədqiq etdiyi bə-
şə
riyyətin  uzun  əsrlik  həyat  salnaməsində  bu  qəbil  qanlı  hadi-
sələr yetərincədir. 
Ə
srinin  obyektiv  düşüncəli,  filosof  dərrakəli,  humanist 
baxışlı  şairi  olub  da  bu  həqiqətlərə  biganə  qalmaq  söz  yox  ki, 
mümkün deyil. Bu ideya şair Qulamrza Səbri Təbrizinin poetik 
amalında da qol-budaq atan nəhəng, bir ağac hökmündədir. 
Sənətkar  insanlara,  hökumət  başçılarına,  qan  və  qırğın 
hərislərinə müraciətində onları əsl insan olmağa, dünyanın qanlı 
müharibələr fəlakətindən xilas etməyə çağırır. O, yer üzü sakin-
lərinin  azadlığını,  dilini,  mədəniyyətini  qorumağı  əsl  insanlıq 
borcu kimi dəyərləndirir. 
Lakin  müasir  cəmiyyətdə  müşahidə  etdiyi  haqsızlıqlar 
onun dərin narahatlıq keçirməsinə səbəb olur: 
 
  Amma təəssüf olsun ki, 
  Qüdrət    sahibləri – 
  tiriblər insanlıq düşüncəsini (34, s.163) 
 
Qısaca  olaraq  bir  daha  qeyd  edək  ki,  iti  müşahidə,  real 
düşüncə və obyektiv mühakimə qabiliyyətinə malik olan şair zə-
manəmizdə inkarı mümkün olmayan həqiqətləri tərənnüm edir.   
Bu qüdrətli  söz  ustasının  müqəddəslik  taxtına  qalxmağa 
layiq  olan  baxışlar  aləmində  insana,  onun  qəlbində  hakim  olan 
istəklərə  hörmət  etməyi  hər  bir  Adəm  övladı  üçün  müqəddəs 
borc və ideal hesab edir. Lakin yaşadığımız zaman kəsiyində pu-
la,  məqama,  vəzifəyə  sahib  olmaq  ehtirası  ürəkləri  sındırmaq 
işində düşünüldüyündən daha artıq sərbəstliyə yol verirlər. Məş-
hur bir şairin dediyi kimi şərab da iç, mənbərə də od vur, amma 
insan mənliyinə toxunma. Onun müqəddəs hisslərini ucuz tutma. 
Ş
airin insan ürəyini sındırmağın nə qədər böyk cinayət olduğunu 


 
102
elan edən poetik məntiqinin müqəddəs hesab edilən qənaəti belə 
səslənir: 
 
nsan ürəyi allahın Kəbəsidir 
Bu Kəbəyə hörmət etmək gərək 
Həmişə. 
Bir insana hörmət etmək – 
Bütün insanlığa hörmətdi... 
Gərəkməz, kiçik sayaq 
 
Qəlbi Kəbə olanı – 
nsan! (34, s.168). 
 
Dünyanın  bütün  qüdrətli  söz  ustaları  üçün  müsbət  ideal 
həmişə  mötəbər  yol  yoldaşı,  loğman  təfəkkürlü  məsləhətçisi 
olmuşdur. Bu elə bir nemətdir ki, ondan mərhum olanlar sənətin 
yüksək zirvələrinə yol tapa bilməzlər. 
Bu  elə  bir  gücə  malikdir  ki,  hətta  son  nəfəsində  belə 
insana  yaşayıb  yaratmaq,  ağ  günlər  uğrunda  döyüş  qətiyyətini 
ə
ldən verməmək əzmi bəxş etmişdir. 
Mən  yeri  gəlmişkən  vətənin  və  xalqın  xoşbəxt  gələcəyi 
uğrunda mübarizədə son nəfəsinə qədər xoşbəxt gələcək ümidini 
itirməyən  azadlıq  yolu  şəhidləri  ailəsində  ünvanı  əbədi  şərəf 
simvolu  kimi  səslənən  Cavidanın  inamını  xatırlatmaq  istərdim. 
O,  üzünü  vətənin  ən  yaxşı  oğullarının  mir  qəzəbinə  çevrilən 
cəlladlara tutaraq sonsuz inam hissləri ilə demişdir: “Siz bu gün 
mənim səsimi boğazımda boğursunuz. Lakin məzlum xalqları öz 
haqlarını almağa çağıran bəşəriyyətin azadlıq  səsi  dünyanın  hər 
yerində yüksəlməkdədir. Siz isə bu ildırım kimi guruldayan səsi 
boğmağa acizsiniz”(9, XXV). 
Bir  şair  kimi  Qulamrza  Səbri  Təbrizinin  poetik  baxış-
larını  güc,  qüvvət  və  ilham  aldığı  qaynaqlar  çox  zəngin  və 
nikbin  ruhludur.  Mənə  belə  gəlir,  şairin  indiyədək  müxtəlif 
inkişaf  və  formalaşma  pillərlərini  keçib  müasir  səviyyədə  yer 


 
103
almış poetik janrlara münasibətində də inamlı addımlar atmaqda 
qibtə  ediləcək  cəsarətə,  səliqəyə,  seçim  qabiliyyətinə  malik  ol-
muşdur. Nümunə olaraq “poema” adlandırdığı “Ruhun tüğyanı” 
adlı qələm məhsuluna nəzər salaq.   
Azərbaycan  ədəbiyyatşünaslığında  poemaya  verilən  tərif 
bundan ibarətdir: 
“Ədəbiyyatın  lirik-epik  təsviri  nümunüələrindən  biri: 
süjetli mənzum hekayə, yaxud mənzum povest” (37, s.170). 
Bəs  şair  hansı  yol  ilə  getmişdir?  lk  baxışda  yuxarıda 
poemaya verilən təriflə uzlaşmayan bir yol ilə. Onun əsərlərində 
poema  üçün  zəruri  hesab  edilən  süjet  xətti”  yoxdur.  O,  yara-
dıcılıq  və  mübarizə  aləmində  avtaritet  kimi  seçdiyi  görkəmli 
şə
xsiyyətlərə  həsr  etdiyi  bölmədə  onların  xarakterik  əlamətləri 
barədə qısaca olaraq bir neçə misrada söhbət açır. Əlbəttə, şairin 
həmin misraları bu və ya digər səviyyədə haqqında söhbət açdığı 
görkəmli şəxs barədə kifayət qədər təsəvvür yaradır. Məncə o sə-
nətkar qayəsini təmin etmək üçün mövcud mülahizələri pozmaq-
da heç də “günah” işləməmişdir.  ndi isə bəzi nümunələrə diqqət 
edək: 
 
Şə
ms Təbrizi: 
 
Heyif, Şəms. 
Sən diri ikən – 
Daş kimi canlı ölülərin 
ə
hatəsində yaşadın...     
kaş sənə qurban olaydı 
bu canlı ölülər (34, s.178-179). 
 
Səttarxan: 
 
Xalqımız sənin adınla 
llər boyu fəxr duyacaq. 
Zaman gəlib qalxasan təzədən, 


 
104
Üsyan edəsən zülm əleyhinə, 
Ucaldasan yenidən – 
Təbrizin başını zirvələrə (34, s.180). 
 
Firidun  brahimi: 
 
Amma bütün vücudumla inanıram, 
Azərbaycanın varlığına. 
Üç dəfə - 
Yaşasın Azərbaycan! – dedi. 
Sonra saldı kəndiri 
Öz əli ilə boynuna (34, s.182). 
 
Seyid Cəfər Pişəvəri: 
 
Pişəvərini aldadıb, hiylə ilə 
Bakıya apardılar. 
Az zaman keçmədi, 
Son qoydular həyatına. 
Amma onun Milli Höküməti   
Bitməyib, 
Davam edir 
Bu gün də (34, s.188). 
 
Səfər xan Qəhrəmani: 
 
Heyran qaldım sənin, 
Zindanda formalaşan 
Azad şəxsiyyətinə, 
Ucaldığın azadlıq taxtına (34, s.189). 
 
Mərziyə Uskuyi: 
 
Kədərləndim, 


 
105
Qüssələndim sənin faciənə. 
Amma hədər getmədi, 
Hər zaman bəhrə verəcək – 
Sənin azadlıq toxumu səpən 
Mübarizələrin! (34, s.190). 
 
Behruz Dehqani: 
 
Dilim gəlmir – 
Şə
rh edim bu insanın 
Düşmən əlində 
Şə
hid olmasını (34, s.191). 
 
Səməd Behrəngi:   
 
Azadlıq təlim edən 
Müəllim idi. 
Qaranlıq yolların çırağı, 
Zülmət gecələrin 
Nuru idi (34, s.192). 
 
smayıl Şəms: 
 
Sən Şəms idin – 
Güney tarixində, 
ş
ıq salmışdın 
Qaranlıq həyatımıza ( 34, s.194). 
 
Ə
rk qalası: 
 
Oyat yatmış xalqımızı, 
Qəflət yuxusundan. 
Ürək ver gənclərimizə, 
Bu müqəddəs milli hərəkatımızda. 


 
106
Ə
rk qalası (34, s.198). 
 
El gölü: 
 
Adını dəyişdirdilər, 
Bir zaman “Şah gölü”   
Bir zaman “Fars gölü” 
Bir zaman “ slam gölü” oldun. 
Qalx, sel ol, 
Sularınla cavab ver düşmənlərimizə. 
Kəs cinayətkarların 
Ayağını tariximizdən 
Azad et dilimizi, millətimizi(34, s.199-201). 
 
Urmiyə gölü: 
 
Nədən bu cahillər mənim 
Adımı dəyişib “Rzaiyyə” qoydular? 
Qoymayın fars şovinistləri, 
Türk düşmənləri, 
Məni doğma vətənimdə 
Viran etsinlər. 
Qoymayın, 
Mən Azərbaycanın barıyam, 
Tarixin yadigarıyam (34, s.202). 
 
Ağrı dağı: 
 
Niyə qaldırmırsan başını, 
Erməni cinayətlərinə? 
Tarix boyu qəsb edib 
Doğma yurdumuzu. 
Bu düşmən. (34, s.203). 
 


 
107
Bəzz qalası: 
 
Sən olmusan – 
Azərbaycana iftixar. 
Azadlıq istəyən 
Millətimizə etibar,   
Ey, Bəz qalası (34, s.205). 
 
 
 
Xudafərin: 
 
 
Bu ad, bu körpü, bu əlaqə, 
 
 
Millətin birlik simvoludur. 
Sənin daşlarında – 
Bir tarix yaradıbdır – 
Həsrət tarixi, 
Ayrılıq tarixi, 
Birlik tarixi... 
Ta bir gün gələ, qovuşa, 
Ana-balaya     
Ey, Xudafərin (34, s.206). 
 
Şə
hriyar: 
 
Sənin səsin, sirrin qırıb zəncirləri 
Dilimizdən... 
Şə
hriyar, sən əsrlərin səsisən,     
Dədə Qorqudların nəfəsisən (34, s.208). 
 
Balaş Azəroğlu: 
 
 
Qardaşım, Balaş. 
Nə qədər sürəcək bu zaman? 


 
108
Nə qədər anaların 
Gözləri yolda qalacaq? (34, s.208). 
 
Ə
bülfəz Elçibəy: 
 
 
Neçə dəfə təkrar etdi bu cümləni: 
“Türk dünyasının birliyi 
Azərbaycanın Güneyindən – 
Təbrizdən keçir” (34, s.209). 
 
ran cəlladlarına:   
 
 
Allah, din, haqq –   
Qənim olacaq sizə. 
Sonra gec olacaq. 
Unutmayın sizləri gözləyən   
Qiyamət gününü Təbrizdə (34, s.214). 
 
XX əsr Güney, habelə dünya ədəbi-bədii və nəzəri təfək-
kürünün görkəmli yetirmələrindən olan Qulamrza Səbri  Təbrizi 
bir  söz  ustası  kimi  bu  gün  də  xalqının  milli  qurtuluşu  uğrunda 
gedən  ədalətli  mübarizənin  ön  cərçivəsində  inamla  addımla-
maqdadır.  Azərbaycanın  müasir  dövr  bədii  təfəkkür  salnamə-
sində o, bir filosof-şair, ədəbiyyatşünas,  nəzəriyyəçi,  tədqiqatçı, 
sosioloq,  siyasi  xadim  kimi  şöhrət  tapmışdır.  Onun  yorulmaq 
bilməyən  qələmi  bizim  günlərdə  də  sənətin  zirvələrinə  doğru 
yürüşünü  davam  etdirir.  Yaradıcılığı  üçün  səngimək  tanımayan 
cəhət  xalqını  ağ  günlərə,  vətəninin  azad  və  məsud  həyata  qo-
vuşdurmaq naminə içdiyi anda həmişə sadiq qalmasıdır. 
Ş
airin qələmindən süzülüb gələn misralarının qurtuluşu-
na çağırış nidaları bu gün də əzəmətlə səslənir: 
 
Qalx Azərbaycanım, 
Qalx Təbrizim! 


 
109
Gözləyir tarix – 
Gözləyir, 
Ə
sir düşmüş övladların səni! (34, s.42). 
 
Vətənin  üfüqlərindən  doğacaq  azadlıq  GÜNƏŞ N N 
müjdə  soraqlı  şüalarının  şairin  müqəddəs  idealı  ilə  qovuşacağı 
GÜN UZAQDA DEY L!!! 
 
S O N 
 


 
110
Ə
DƏB YYAT 
 
1.  Azəroğlu  Balaş.  Elə  oğul  istəyir  vətən,    Bakı,  Azərnəşr, 
1964 
2. Azəroğlu Balaş. Şeirlər toplusu, Bakı, Azərnəşr, 1948 
3. Alov. Ədəbi-tənqidi araşdırmalar, Tehran, I c. 1938/2001/   
4. Abbaslı R. Qulamrza Təbrizi Londonu Bakı ilə müqayisə 
etmir,  çünki  bura  vətəndir.  “Baxışlar,  düşüncələr,  arzular”,   
Bakı, Şirvannəşr, 2000 
5.  Abbasov  Y.  “Ədəbiyyat  qəzeti”,  14  avqust  2009,  № 
31/3678/. 
6.  Behrəngi  Səməd.  Tarix  dərsi  haqqında  bir  neçə  söz. 
“Məhəbbət nağılı”, Bakı, Azərnəşr, 1987 
7.  Cəfərov  Nizami.  Mən  siyasi  düşünürəm.  “Baxışlar, 
düşüncələr, arzular”, Bakı, Şirvannəşr, 2000 
8.  Cavidan.  Azadlıq  yolunun  mübarizləri,  “Azərbaycan” 
qəzetinin nəşriyyəsi, 1962, səh. XXV. 
9.  Əliyeva  P.  Vilyam  Bleykin  lirikası,  Bakı,  “Elm”  nəşriy-
yatı, 2006 
10. Günəş. “Mən vətəndən çıxdım, amma vətən mənim qəl-
bimdən  çıxmadı”.  “Baxışlar,  düşüncələr,  arzular”,  Bakı,  Şir-
vannəşr, 2000         
11.  Hüseynoğlu  T.  “Sönməz  ocaq”    Şeirlər  toplusuna  “Ön 
söz”, Bakı, Şirvannəşr, 2000 
12.  brahimov  M.  drak  və  nəcabət.  “Ədəbiyyat  və  incə-
sənət” qəzeti, 2 may 1979 
 


 
111
13.    Kərimli N. Klassik Azərbaycan ədəbiyyatı mənim üçün 
bir  abidədir.  “Baxışlar,  düşüncələr,  arzular”,    Bakı,  Şirvannəşr, 
2002 
14.  Qasımov    (Ön  söz).  Məhəbbət  nağılı,  Bakı,  Azərnəşr, 
1987 
15.  Qulamrza  Səbri  Təbrizi.  Fikir  dalğaları.  Bakı,  “Səda” 
nəşriyyatı, 1997 
16.  Qulamrza  Səbri  Təbrizi.  Həyat  fəlsəfəsi,    Bakı, 
Ş
irvannəşr, 1997 
17. Qulamrza Səbri Təbrizi. Mənim iki dünyam, Bakı, 1997 
18. Qulamrza Səbri Təbrizi. Qulamhüseyn Saedi yaradıcılı-
ğ
ında  sosial-mədəni  problemlər,  “Filoloji  araşdırmalar”,  VI 
kitab, Bakı, 1998 
19.    Qulamrza  Səbri  Təbrizi.    Qorqud  xarakteri  və  Türk 
ruhu, “Filoloji araşdırmalar”, IX kitab, AAMM, Bakı, 1990 
20.  Qulamrza  Səbri  Təbrizi.  Vətən  həsrəti,    Bakı,  BDU 
nəşriyyatı, 1993 
21.    Qulamrza  Səbri  Təbrizi.  Baxışlar,  düşüncələr,  arzular, 
Bakı, 2000 
22.    Qulamrza  Səbri  Təbrizi.  Sönməz  ocaq,  Bakı,  Şirvan-
nəşr, 2000 
23.  Qulamrza  Səbri  Təbrizi.  Müdriklik  fəlsəfəsi,  Bakı, 
“Turan evi” nəşriyyatı, 2006 
24.    Qulamrza Səbri Təbrizi. Ümid çırağı, Bakı, Şirvannəşr, 
2002 
25.    Qulamrza  Səbri  Təbrizi.  Böyük  mütəfəkkir,  “Filoloji 
araşdırmalar”, XVII kitab, Bakı, “Elm” nəşriyyatı, 2002 


 
112
26.  Qulamrza  Səbri  Təbrizi.  Seçmə  şeirlər,  Bakı,  Şirvan-
nəşr, 2002 
27.  Qulamrza  Səbri  Təbrizi.  Qürbət  harayı,  Bakı,  “Səda” 
nəşriyyatı, 2003 
28. Qulamrza Səbri Təbrizi. Xudafərin,    Bakı, “Turan evi” 
nəşriyyatı, 2005 
29.  Qulamrza  Səbri  Təbrizi.  Müdriklik  fəlsəfəsi,    Bakı, 
“Turan evi” nəşriyyati, 2006 
30.  Qulamrza  Səbri  Təbrizi.  Azərbaycanın  Güneyi:  tarixin 
canlı mənzərələri, Bakı, “Turan evi”, 2006 
31.  Qulamrza  Səbri  Təbrizi.  Zamanın  nəbzi,  Bakı,  “Turan 
evi”, 2006 
32.  Qulamrza  Səbri  Təbrizi.  Səssiz  haray,  Bakı,  “Turan 
evi”, 2009 
33.  Qulamrza  Səbri  Təbrizi.    Sahilsiz  dəniz,  Bakı,  “Turan 
evi”, 2009 
34.  Mənsimoğlu  T.  Qulamrza  Səbri  Təbrizi,  Bakı,  Şir-
vannəşr, 2002 
35. Məmmədova K. Qulamrza Səbri Təbrizi yaradıcılığında   
vətən motivləri,    “Zamanın nəbzi”, Bakı, “Turan evi” nəşriyyatı, 
2006 
36.  Mirəhmədov  Əziz.    Ədəbiyyatşünaslıq  (Ensiklopedik 
lüğət), Bakı, AE Poliqrafiya Birliyi, Bakı, 1998 
37.  Məmmədquluzadə  Cəlil.  Əsərləri,  I  cild,  Azərb.EA 
nəşriyyatı, Bakı, 1966 
38. Nəcəfova S.  slam dünyanın mütərəqqi dinidir, “Baxış-
lar, düşüncələr, arzular”, Bakı, 2000 


 
113
39.  Nəbioğlu  Sabir.  Bir  ovuc  hədiyyə,  Bakı,  “Turan  evi” 
nəşriyyatı, 2005 
40.  Nəbioğlu  Sabir.  Şəhriyar  farsdilli  ədəbiyyatşünaslıqda, 
Bakı, “Nurlan” nəşriyyatı, 2006 
41.  Nəbioğlu  Sabir.  Əsrin  övladı,  Bakı,  “Turan  evi” 
nəşriyyatı, 2004 
42.  Nəbioğlu  Sabir.  Bu  karvanın  yolu  Güneyədir,  Bakı, 
“Nurlan” nəşriyyatı, 2007 
43.  Rəfizadə  D.  Mən  bir  bəxtiyar  insanam,  sevməkdə, 
sevilməkdə, “Baxışlar, düşüncələr, arzular”, Bakı, 2000 
44.  Sabir  Mirzə  Ələkbər.  Bütün  əsərləri,  Bakı,  Azərnəşr, 
1934. 
45.  Sultanlı  Vaqif.  Hürriyyət  axtarıram,  “Baxışlar,  düşün-
cələr, arzular”,    Bakı, 2000, 212 səh. 
46. Sultanlı Vaqif. Ömrün nicat sahili, Bakı, Turan, 2002 
 
 


 
114
 
 
 
Sabir Nəbioğlu 
Təbrizdən başlanan dünya 
  Bakı,   
Azərnəşr,   
2010 
 
   
 
 
 
 
 
                                             
                   
                                         


 
115
Güney Azərbaycanın səsi kitabxanası:  
4
4
4

 
 
 
               
 
 
 
 
 
 
Dizayn: 
CəsarəƏrkivan 
 
Rəssamı: 
Günay Sultanlı 
 
Korrektoru: 
Lalə Məmmədova 
 
 
 
 
 
 
 
Yığılmağa verilmiş 16.03.2010 
Çapa imzalanmış 25.04.2010 
Fоrmatı 64x108 1/16 
Şə
rti çap vərəqi 8,5 
Sayı 1000 
Sifariş № 298 
Qiyməti müqavilə ilə 
 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə