Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
  1   2   3   4   5   6   7   8   9   ...   27


 
1
  SAB R NƏB OĞLU   
 
 
 
 
 
 
 
 
 
 
TƏBR ZDƏN   
BAŞLANAN DÜNYA 
 
 
 
 
 
 
 
 
Bakı-2010


 
2
BBK 46.3.1. 
N-47 
 
Nəşrə hazırlayanı 
və elmi redaktoru: 
Vaqif Sultanlı 
filologiya elmləri doktoru, professor 
 
Ön sözün müəllifi: 
Balaş Azəroğlu, 
Azərbaycanın xalq şairi 
 
Rəyçi: 
Sürəyya Sultanova 
filologiya elmləri namizədi 
 
 
 
N-47   
Sabir Nəbioğlu.   
  Təbrizdən başlanan dünya, Bakı, Azərnəşr,   
  2010, 120 səh.     
 
Kitabda  şair,  ədəbiyyatşünas,  ictimai-siyasi  xadim,  Bö-
yük Britaniyanın Edinburq Universitetinin professoru Qulamrza 
Səbri Təbrizinin həyat və yaradıcılıq yolu araşdırılmışdır. 
 
 
  4603010000 
 
    qrifli nəş
M-651(07)2010 
© G.S.Təbrizi, 2010 
 
 


 
3
ÖN SÖZ 
 
Ə
srimizin görkəmli siyasi xadimi və söz ustası Qulamrza 
Səbri  Təbrizinin  poetik  yaradıcılığına  söz  sənətimizin  cəfakeşi, 
tənqidçi və ədəbiyyatşünas Sabir Nəbioğlunun həsr etdiyi “Təb-
rizdən başlanan dünya” adlı monoqrafiyası ilə maraqla tanış ol-
dum. Əsərə yazacağım “Ön söz” üçün  monoqrafiyadan  aldığım 
bu sətirləri özül seçməyi qərara aldım: 
“Heç  kəs  dünyaya  şair,  rəssam,  bəstəkar,  hərbi  sərkərdə 
kimi  göz  açmır.  Həyat  özü  bu  qabiliyyəti  insanlarda  formalaş-
dırmağı zaman adlı ustada həvalə edir”. 
Milli  poeziyamızın  xəzinəsində  bu  fikrə  təsdiq  möhürü 
vuran  sənət  korifeyləri  az  olmamışdır.  Bunun  üçün  tariximizin 
ə
n  yaxın  dövrünü  yada  salaq:  Cəlil  Məmmədquluzadə,  Mirzə 
Ə
ləkbər Sabir, Cəfər Cabbarlı, Səməd Vurğun –dövrün, zamanın 
yetirmələri olan söz, sənət bahadırlarını yada salaq. 
Tale bizə XX əsrin görkəmli azərbaycanlısı ilə bir dövrdə 
yaşamaq xoşbəxtliyi nəsib etdi: Qulamrza Səbri Təbrizi. 
Bu  nadir  istedad  sahibinin  bir  sənətkar  kimi  dünya  şöh-
rətini müəyyənləşdirən amillər sırasında hər şeydən əvvəl bütün 
varlığı ilə xalqının taleyinə bağlılığını qeyd etmək istərdim. Və-
tən barədə düşüncələrini sənətin dili ilə ifadə etməkdə isə onun 
Azərbaycan,  Şərq  və  Avropa  ədəbiyyatı  ilə  yaxından  tanışlıq, 
belə  demək  mümkün  olsaydı,  mübaliğə  hesab  edilməzdi  ki, 
həlledici rol oynamışdır. 
Bu  baxımdan  qərbin  görkəmli  şairi  və  filosofu  Vilyam 
Bleykin  yaradıcılığı  aparıcı  əhəmiyyətə  malik  olmuşdur.  Həyat 
və  hadisələrə  yüksəldiyi  zirvəni  müşahidə  məntəqəsi  seçməsi 
onun  qələmi  üçün  mövzu  müəyyənləşdirmək  və  aldığı  həyat 
həqiqətləri  barədə  baxışlarını  əks  etdirməyə  münbit  zəmin 
yaratmışdır.  Məncə,  monoqrafiyanın  müəllifi  çox  müdrikcəsinə 
bu  rəyi  müdafiə  etmişdir.  Şair  üçün  nə  mövzu  məhdudluğu,  nə 
tərənnüm  yasağı  olmuşdır.  Çox  doğru  qənaətdədir:  xalqın, 
vətənin,  bir  qədər  geniş  götürsək  bəşəriyyətin  zəruri  hesab 


 
4
etdikləri problemləri misralara çevirməkdə o, məhdudiyyət tanı-
mamışdır.   
Görkəmli  söz  ustası  etiraf  edir  ki,  heç  vaxt  şair  olmaq 
xülyası ilə yaşamamışdır. Lakin bəşərin şair övladına bəxş etdiyi 
yazıb yaratmaq istedadına hörmət bəsləmişdir. Bu həqiqət onun 
misralarında özünün poetik həllini tapmışdır: 
 
Tarixin çarxı,   
        şairlərin, 
            haqq səsilə fırlanır. 
 
Belə bir təfəkkürə malik olması və onun misralarının dili 
ilə ifadə etməyi sənət aləmində qərhəmanlıq adlandırmaq heç də 
mübaliğə kimi səslənməzdi. Bir şair filosof kimi Qulamrza Səbri 
Təbrizinin  qələminin  mövzu  dairəsi  çox  genişdir:  parçalanmış 
vətənin  taleyi,  yurd  həsrəti,  ana  qayğısından  uzaqlıq,  erməni 
təcavüzü, ölkədə baş alıb gedən rüşvət epidemiyası,  ana  dili  və 
sairə mövzular şairin poetik dünyasının ən munis həmməclisləri 
olmuşlar. Onu bu problemlər barədə misralarını yazdıran qüvvə 
məhz  vətən  məhəbbəti,  yurd  sevgisi,  həmvətənlərinə  sahil  ta-
nımayan  qayğısı  olmuşdur.  Necə  bir  vətənə  iki  deyəsən,  utanı-
ram görəndə ac uşaqları, dəyişmərəm Təbrizin bir palçıq evini – 
Britaniyadakı saraya. 
Bunlar  şairin  poetik  aləmində  hakim  olan  həqiqətlərin 
misralarının  dili  ilə  ifadəsidir:  stərsiniz  birinin  canını  alasınız, 
ə
n əvvəl dilini alın – ana dilini. 
Vətəndən söz açarkən alim dünyanın behişt guşələrindən 
olan  Azərbaycanı  dərdlərinin  dərmanı,  varlığının  suyu,  havası 
hesab  edir.  Şairin  həyatının  ən  əzablı  çağlarında  vətənin  ona 
analıq etmiş Quzey tayına məhəbbətini adi sözlərlə ifadə etmək 
çətin olardı. O, dəruni bir inamla vətənin Quzey tayını özü üçün 
ana,  kilid  vurulmuş  dilini  əsarətdən  qurtaran,  onu  həyata  qay-
taran xilaskar hesab edir.   


 
5
Mənə  belə  gəlir  ki,  Qulamrza  Səbri  Təbrizinin  sənətkar 
aləmində  ağır  çəkili  siyasi  səyyarələr  çox  sərbəst  şəkildə  öz 
uçuşlarını  davam  etdirsələr  də  bəşəri  seyrangahlarının  öz  ab-
havası vardır. 
Mən onun bəşəri sevgidən söhbət açan misraları ilə tanış 
olduqda  doğrusu,  içərimdən  bir  “Əhsən”  nidası  qanad  açıb 
pərvazlandı...  Bu  rəyi  hansı  misraların  doğurduğu  ilə  istərdim 
oxucular  da  tanış  olsunlar.  Nə  qədər  yığcam,  ötkəm,  sərrast 
rəydir. Dişləri ağrıyan şair həkimə müraciət etməli olur. Həkim 
xəstəyə  ona  sarı  baxmağı  təklif  edir.  lahi,  bu  bircə  baxışda  nə 
ə
zəmi  cazibə  qüvvəsi  olarmış!  Gözlər  tuş  gələn  kimi  xəstənin 
dişinin ağrısı kəsir. 
Ş
airin  qızı  Leylanın  ölümünün  onda  doğurduğu  hissi 
yalnız  əfsanələrdə  rastlaşdığımız  övlad  məhəbbəti  ilə  yan-yana 
qoymaq  olar.  Şair  Leylasının  həyatla  vidalaşmasına  təkcə  ata 
gözlərinin  deyil,  yaşadığı  Londonun  dumanlı  göylərinin,  ulduz-
larının, buludlarının hönkür-hönkür göz yaşı axıtmalarından söh-
bət  açır.  O,  Leylasını  itirməklə  qürbət  eldə  bütün  xöşbəxt-
liklərini əldən verdiyindən haray çəkir, fəryad qoparır: 
 
Gözümün işığı, 
Tutub ulduzların əlindən 
Hara gedirsən? 
 
Ş
air vətənsiz yaşamağı mənasız ömür hesab edir. O, gö-
zəl  vətəninin  karrupsiya  adlı,  rüşvət  ünvanlı  minbaşlı  yağıdan 
xilas  olmasını  arzulayır.  Bu  həqiqət  vətənin  tarixində  sınaqdan 
keçirilmişdir.  Bunun  ən  yaxın  mərhələsi  21  Azər  hərəkatının 
ünvanına  aparıb  çıxarır.  Bəşərin  həyat  salnaməsinə  əbədi  həkk 
olunmuş həmin tarixi hadisə şairin qələminin tərənnümündə belə 
səslənir: 
 
Mən bir canlı tarixəm, 
Adım Azər. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə