Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   2   3   4   5   6   7   8   9   ...   27

 
14
Mühacir  şairin  şeirləri  vətənə  məhəbbət  və  həsrət  mo-
tivlərindən qanad taxmışdır”(36, s. 303). 
Alim,  tədqiqatçı,  ədəbiyyatşünas,  şair  Qulamrza  Səbri 
Təbrizinin  etik  yaradıclığına  xas  olan  ən  ümdə  keyfiyyət  onun 
həyatda, cəmiyyətdə rastlaşdığı neqativ halları açıqlamağa heyrət 
doğuracaq  bir  sənətkar  cəsarəti  ilə  yanaşmağı  qələminə  etibar 
etməsədir. Təəccüb doğuracaq cəhət belə tənqidə layiq qüsurları 
yaşadığı cəmiyyətdə hər addımda müşahidə etməsidir. Şairin bir 
qədər kəskin, bir qədər qəzəbli, bir qədər təəssüf doğurucu hiss-
lərini coşduran hallar yetərincədir. Lap ilk təmasdan şairin sən-
gimək bilməyən etirazına səbəb olan obyektlər sırasında rüşvət, 
korrupsiya,  milli  sərvətlərə  xəyanət,  aldatma,  dini  xalqın  görən 
gözünə kül üfürmək vasitəsinə çevirmək diqqətdən yayınmırlar. 
Həm də ən kəskin sənətkar qəzəbinə hədəf seçilir. 
“O,  həmişə  ictimai  ədalətsizliyə  qarşı  vulkan  kimi  püs-
kürür,  zamanından  və  şəraitindən  asılı  olmayaraq  haqq  səsini 
ucaldır” (4, s.31). 
Maraqlı  burasıdır  ki,  bir  şair  kimi  Qulamrza  Səbri  Təb-
rizinin sənətkar mövqeyini,  heç  kəsə  oxşamayan  yaradıcılığının 
həqiqi  simasını  oxumaqda,  onu  təqdim  etməkdə  sənətkarın 
özünün  poetik  amalı  simasında  zəngin  bir  xəzinəyə  əl  tapırlar. 
Bu baxımdan onun misraları ilə müsahibələrinin qovuşmasından 
heç  kəsə  bənzəməyən  canlı  və  qüdrətli  bir  sənətkar  obrazı  ya-
ranır. Dediyim bu simanın bir nümunəsi ilə şairin “Möcüzə” adlı 
qələm  məhsulunda  tanış  oluruq.  Şeir  müəllifinin  həyata,  in-
sanlara baxışı barədə zəngin bir xəzinə təsiri oyadır. Bu bargahın 
incilər aləminə aparan yolun qapılarına vurulan qıfılların açarını 
məhz şairin öz misraları təşkil edir. Bəs müəllif yaradıcılıq səl-
tənətinə  aparan  bu  yolda  nəyi  möcüzə  hesab  edir?  Məncə,  sor-
ğ
uya dolğun və məqbul səslənən cavab şairin təfəkkür və daxili 
aləminin səlahiyyətli və ədalətli elçiləri olan misraları verir: 
 
 
Qəribədir, indi 


 
15
Həqiqəti demək   
Möcüzə sayılır. 
O qədər həqiqət deyilməyib, 
Gizli qalıb ki,   
O qədər sözlər sinədə 
Məhbus olub ki, 
ndi həqiqəti deyəndə 
Ona möcüzə kimi baxırlar (23, s.41). 
 
Lakin  bu  mövzuya  şairin  bəslədiyi  münasibət  cəmiyyət 
həyatında poetik sözün tutduğu mövqeyə münasibəti son dərəcə 
prinsipial qayəyə malikdir. Şair sənətkar nəfəsinin elə əzəmi bir 
ölçüyə malik olduğuna inanır ki, o hətta, tarixin çarxını amalını 
ifadə edə biləcək istiqamətdə fırlanmağa yönəltəməyə qadirdir: 
 
Tarixin çarxı   
Ş
airlərin 
Haqq səsinən fırlanır... 
Silkələyir zamanı,   
Yıxır səltənətləri, 
Bir şairin haqq səsi. 
Ş
airlərdir uçuran 
Dünya deyilən qəfəsi (16, s.9). 
 
“Əlillər” qəzetinin əməkdaşı Dildar Rəfizadə şairin yara-
dıcılığından  bəhs  edən  məqaləsinə  onun  poetik  sənət  xəzi-
nəsindən  “Mən  bir  bəxtiyar  insanam  sevməkdə,  sevilməkdə” 
misrasını ünvan vermişdir.  nsanların daxili aləmlərinə nüfuz et-
məkdə,  onların  təfəkkür  dünyasının  sirrlərinə  yol  tapmaqda 
ustad  səriştəsinə  malik  olan  filosof  şair  misralarına  bu  mənanı 
açıqlamağı həvalə etmişdir: 
 
 
Üç növdü adamlar: 


 
16
Biri sürünür ilan kimi, 
O biri vurnuxur yerlə   
Göy arasında, 
Biri də qartal kimi uçur 
Səmada (18,    s.85). 
 
Diqqəti  cəlb  edən  və  oxucunun  köksündə  məmnunluq 
hissləri  doğuran  ümdə  mətləb  ondan  ibarətdir  ki,  müəllif  bu 
mötəbər  özül  üzərində  özünün  sədaqət  batinli,  həqiqət  mayalı 
mühakimlərini  təqdim  edə  bilir.  Bu  təqdimin  ən  başlıca  uğuru 
isə  bir  yaradıcı  kimi  şairin  obrazını  canlandıra  bilməsindədir. 
Diqqət yetirməyə çox layiqdir: 
“Doktor  Qulamrza  Səbri  Təbrizidə  bu  xüsusiyyətlərin 
üçü  də  cəmlənmişdir.  Ruhən  ədəbli,  zahirən  tərbiyəlidir.  Əha-
təsindəki canlı-cansız nə varsa hər şeyə şair gözü ilə, insan ürəyi 
ilə baxılmasına diqqət yetirir”.   
Azacıq aşağıda isə əlavə edir: 
“Sakit görünüşü, ahəstə danışığı ilə müsahibində mərha-
manə  ovqat  yaradan  şair  qəlbən  çılğındır,  üsyankardır.  Ötəri 
duyğulardan  təsirlənsə  belə  özünə  gəlməyi  bacarır.  Hər  şeydən 
uca olmağa səy göstərir” (18, s. 187). 
ndi  iki  əsrə  yaxındır  ki,  əmmaməli  və  süngülü  biga-
nələrin  əli  ilə  ikiyə  parçalanmış  vətənin  özünün  və  qədirşünas 
övladlarının  köksülərində  doğurduğu  sızıltısının  arası  kəsilmir. 
Gələn  hər  yeni  nəsil  bu  sızıltının  başlıca  dərmanı  olan  vüsala 
qovuşana  qədər  yaşatmaq  əzmindədir.  Söz  yox  ki,  bu  fəraq  və 
həsrətə  məlhəm  tapmağı  halal  süd  əmmiş  övladlarının  hamısı 
özlərinə müqəddəs borc hesab edirlər. 
Təbii ki, bu atəşin nəfəsi, hərarəti hər bir vətən övladının 
imkanları  məsələyə  münasibətlərini  təqdim  etmək  imkanları 
həsəd aparılacaq həddə qədər genişdir. Bu mövzuya şairlik təbi 
vətənin  klassik  və  müasir  ənənələri  əsasında,  ingilis  ədəbiy-
yatının  şair-filosof  oğlu  Vilyam  Bleyk  irsi  bünövrəsi  üzərində 
formalaşmış  Qulamrza  Səbri  Təbrizinin  özünəməxsus  poetik 


 
17
ölçü-biçisi  vardır.  Onun  poetik  qənatənin  bünövrə  daşını  yığ-
camlıq, inandırıcılıq, düşündürücülük, daxili yanğı təşkil edir: 
 
Biri Arazın o tayında, 
Biri bu tayında. 
Aralarında tikanlı sərhəd –   
Məftilləri.. 
Necə bir vətənə   
        iki deyəsən? (16, s.38). 
                                               
Bu parçalanmanın təqsirini Arazın boynuna yıxmaq istə-
yənələrə  Qulamrza  Təbrizinin  sənətinə  dərin  rəğbət  bəsləyən, 
onun  hər  uğurlu  addımından  sevinən  Azərbaycanın  xalq  şairi 
Balaş  Azəroğlunun  son  dərəcə  məntiqi  və  ədalətli  səslənən 
cavabı vardır: 
 
Bu vətən torpağını yarıya bölən, 
Tək Araz olsaydı mənim nə dərdim. 
nan ki, Arazın tutub belindən   
Mən onun özünü iki bölərdim (2, s. 107).                           
 
Qulamrza  Səbri  Təbrizi  təbiətin  qüdrətli  qüvvələri  qar-
ş
ısında insan təzahürlü varlıqların parçalanmaya atdıqları imzanı 
gücsüz və aciz hesab edir. O, bu fikirdədir ki, doğan hər səhər, 
açılan  hər  sabah  öz  qanadlarında  fərağın  təslim  olacağından, 
vətənin vüsal sübhünə qovuşacağından müjdələr gətirir: 
 
...Xəzər birləşdirir 
Sularıyla. 
Toxunuram suya bu sahildə, 
Duyuram ruhumu o sahildə. 
 
Bir də, ay, səma birləşdirir, 
Günəş birləşdirir. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə