Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   2   3   4   5   6   7   8   9   ...   27

 
22
“Bizim ictimai dərdlərimizi şeir vasitəsilə açmağa böyük 
ehtiyacımız  vardır.  Bu  günün  şeiri  odur  ki,  ildırım  kimi  iz  bu-
raxsın... (41, s.129). 
Ana  dilinə  hədsiz  övlad  məhəbbəti  şairi  müqəddəs  mə-
qamlara belə əl uzatmağa sövq etmişdir. O, ana dilinin sorağını 
Allaha, Peyğəmbərə qədər aparıb çıxartmışdır: 
 
Bir cinayətdi Allahına, 
Peyğəmbərinə. 
Susdurasan, 
Susdurasan 
Bir millətin ana dilini. 
 
Ş
air  əlçatmaz  qüvvələrə  şikayəti  ilə  kifayətlənmir.  O, 
etiraz və bir növ üsyankar fəryadlarını yer üzünün sakinlərinə - 
sərhəd, yasaq tanımadan bütün insanların qulaqlarına çatdırmağı 
da gərəkli hesab edir. Fəqət, bu yalvarış, təmənna yox, xəmirəsi 
ş
ikayətdən  yoğrulmuş  haqlı  bir  tələbdir.  Bu  istəyin  başlıca 
məntiqini şairin vətənsiz, dilsiz yaşamaq istəməməsi təşkil edir: 
 
Yarəb, nə vaxtacan vətənsiz 
Yaşayacağam? 
Nə vaxtacan ana dilimi lağa   
Qoyacaqlar? 
Öz ana dilim ola-ola, 
Dilsiz yaşayacağam?(23, s.105). 
 
Onun  güclü  nüfuzetmə  qabiliyyətinə  malik  olan  şairanə 
məntiqi  vardır.  O,  adi  bir  yarpağın  budağından  qopub  torpağa 
düşməsindən,  bir  quşun  balasına  uçmaq  öyrətmək  üçün  gös-
tərdiyi təlaşdan, bir gözəlin baxışlarından, bir sözlə canlı həyatın 
hər anında rastlaşdığı hadisələrdən elə mənalar oxuyur ki, onlar 
barədə  qələminin  poetik  təqdimini  dinləmək  oxucu  üçün  dərin 
minnətdarlıq  doğuran  bir  aləmə  çevrilir.  Şairin  adi  bir  həyat 


 
23
hadisəsinin  simasında  müşahidə  etdiyi,  misralara  çevirdiyi  mə-
nalar uğurlu olur. Bütün hallarda isə həqiqi poeziyanın çiyinləri 
üzərinə düşən yükün sərrast təqdimində təzahür edir. 
Ş
airin ilham pərisi təhlil aləmində doğma şəhəri Təbrizin 
səmasında  qanad  çalarkən  onun  arxlarında  su  əvəzinə  süd  ax-
dığını  müşahidə  edir.  Əlbəttə,  nadir,  əfsanəvi  və  təəccüb  do-
ğ
uran hadisədir. Bəs bu halı müşahidə edən şairin yozumu nədən 
ibarət  olur?  Əsil  mətləb  də  burasındadır.  O,  axtarışları  pro-
sesində  Təbrizin  yuxarı  məhəllələrindən  birində  bir  dəyirmanla 
rastlaşır.  Tanışlıq  onu  dəhşətli  bir  mənzərənin  –  həm  də  hakim 
qüvvələrin  simasını  əks  etdirən  bir  hadisənin,  müşahidəçisinə 
çevirir.  Xatırladaq  ki,  bu  halı  qiymətləndirən  məhz  şairin  sənə-
tindəki poeziyası olur: 
 
Gördüm – 
Şə
hərin yuxarı başında 
Bir dəyirman daşı altında   
Xalq əzilir   
      və əzildikcə 
Anadan əmdiyi süd 
      burnundan gəlir (17, s.99). 
 
nsanın  anadan  əmdiyi  südü  burnundan  gətirən  ictimai-
siyasi  rejim  haqqında  şairin  poetik  lirikasının  çıxardığı  hökm 
daha  kəskin  səslənir.  Həmin  vəziyyətdən  söz  açan  misraların 
özlərini dinləyək: 
 
Ruhun ən böyük düşməni 
Ehtiyacdı, ehtiyac. 
Ehtiyac məhv edir 
Məğlubedilməz ruhu (25, s. 33). 
 
Ş
airin  tərənnüm  üçün  real  həyatdan  aldığı  mövzuların 
bədii  həllində  göstərdiyi  yüksək  idrak  qabiliyyəti  oxucunun 


 
24
ş
üurunda  və  qəlbində  siqləti  çəkiyə  gəlməyən  məmnunluq 
hissələri doğurur. Bu doğru mülahizədir ki, uğurlu hesab edilən 
hər bir poetik əsərin başlıca hüsnünü onun ədəbi-bədii səviyyəsi 
və  fikrinin  yetkinliyi  müəyyənləşdirir.  Şairin  bu  səliqəsində 
nəzəri  cəlb  edən  qabarıq  cizgilərdən  biri  onlarda  yuvalanan 
ictimai-siyasi məna yüküdür. “Bağ dibində bağlanmış it” ünvanı 
bəlkə  də  poetik  gözəllikdən  uzaqdır  və  cəlbedici  səslənmir. 
Lakin  şairin  bu  çılpaq  həyati  faktın  simasında  müşahidə  edib 
duyduğu  və  misralarında  təqdim  etdiyi  mənanın  yükü  çox  ağır 
və  ibrətamizdir.  Diqqət  etdikdə  zəncirlənmiş  köpəyin  etirazları 
mövcud cəmiyyətdə hər şeyi öz mənafeləri xeyrinə ölçüb biçən – 
Xəyyam  demiş  iki  ayaqlı  məxluqların  gözlərinin  içinə  oxunan 
məhkumiyyət  sənədidir.  Bəs  bu  ittihamnamənin  çox  zəhmli 
səslənən maddələri nədən ibarətdir? 
 
Mən heyvanam – deyir, 
nsan deyiləm ki, 
Zəncirləmisiniz məni. 
Nə rüşvət yemişəm, 
Nə kazino açmışam. 
Nə məmləkəti yadlara satmışam (17, s.3). 
 
Bu  misraların  oxucunun  şüurunda  oyatdığı  təsiri,  çiyin-
lərinə çatdığı məna yükünü adi ölçü vahidləri ilə  hesablanacağı 
ə
qləsığar görünmür. 
Cəmiyyət həyatının ən dərin qatlarına nüfuz etməkdə və 
dərk  etdiklərini  poeziyanın  dili  ilə  oxucularına  çatdırmaqda 
həsəd  aparılacaq  qabiliyyətə  malik  olan  şair  insanlıq  aləmində 
ş
eirə  verilən  səlahiyyətdən  bir  zərgər  dəqiqliyi  ilə  istifadə  edir. 
Ə
gər  mübaliğə  kimi  qəbul  olunmasından  ehtiyat  etməsək  deyə 
bilərik ki, müasir cəmiyyətdə az-çox əhəmiyyətə malik olan elə 
bir siyasi, ictimai, iqtisadi, əxlaqi, sosioloji problem tapmaq çə-
tindir  ki,  bəlkə  də  mahaldır,  şair  onları  müşahidə  etsin,  dərk 
etsin, duysun, hiss etsin, amma münasibətini bildirməsin. Bu ba-


 
25
rədə professor Vaqif Sultanlının çox səmimi və məqbul səslənən 
rəyi maraqlıdır. O, bu fikirdədir ki, şair Qulamrza Səbri Təbrizi 
heç vaxt mövzu sarıdan korluq çəkməmişdir. Əksinə, mövzular 
onun  arxasında  daim  şütümüşlər.  Bu,  başqa  sözlə  şairin  sənə-
tinin həyata nüfuzedici qabiliyyəti kimi qiymətləndirilə bilər. 
Bir məmləkətin dərdini çiyinlərində daşıyan şairin qüvvət 
və qüdrət mənbəyini harada xatırlamaq olar? 
“Qulamrza  bəyi  bir  şair  kimi  başqalarından  fərqləndirən 
ə
n qabarıq cəhətlərdən biri həssas müşahidə qabiliyyətidir. Onun 
ş
airiliyi  əslində  müşahidəsindən  başlayır...  Elə  buna  görə  də 
Qulamrza bir şair kimi mövzu dalınca qaçmır. Mövzu özü onun 
qələminə axır” (22, s.163). 
 
                                                  *** 
 
Qulamrza  Səbri  Təbrizini  əhatə  edən  mühitin  sərhədləri 
çox genişdir. Saysız-hesabsız problemlərlə, o cümlədən siyasi və 
ideoloji  baxışlarla  zəngindir.  Onun  əksər  şeirlərinin  mövzuları 
bu problemlərlə üzvü şəkildə bağlıdır: 
“Onun  şeirlərini  oxuyanda  fikirləşirsən  ki,  görəsən  bir 
insanın  qəlbi  bu  böyük  dərdləri  özündə  necə  daşıyır.  Əslində 
onun  qəlbini  ağrıdan  məsələlər  bütöv  bir  məmləkətin  dərdidir” 
(25, s. 3). 
Arxalı erməni nankorların Azərbaycana qarşı törətdikləri 
cinayətlər  şairin  bütün  varlığı  və  sənəti  ilə  qəzəblə  qarşıladığı 
mövzudur.  Çoxsaylı  mətbuat  müsahibələrindən  birində  şairin 
cavabları bu qəzəbin bir dalğasıdır: 
“Azərbaycanlılar  Fransadan,  randan  gələn  ermənilərə 
ocaqlarının  başında  yer  veriblər,  nankor  qonaq  durubdu  ev 
sahibinin gözünü çıxartmağa”. 
Həqiqətin  real  siması  belə  ikən  qatı  terrorist  və  təca-
vüzkar  erməni  işğalçılarına  bəslənən  münasibət  onun  qəzəbini 
coşdurur.  Şair  həmin  mövzuya  həsr  etdiyi  “ nanmıram  göz-
lərimə” adlı şeirində misralarının odlu nəfəsi ilə erməni nəmək-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə