Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 
51
ürəyinin  döyüntülərini  hiss  etmək  o  qədər  də  həssaslıq  tələb 
etmir: 
“Yazıçı xalqın faciəsinin əsasında iki amilin dayandığını 
göstərir:  yoxsulluq  və  mövhumata  bağlılıq.  Onun  fikrincə 
ehtiyac, ağır güzəran, xalqı özündən, həyatından qopararaq möv-
humata, qeyri-adi qüvvəyə bağlayır. Qulamhüseyn Saediyə görə 
bu  problem  təkcə  Cənubi  Azərbaycanda  deyil,  ümumən  ranın 
bütün əyalətlərində özünü göstərməkdədir” (21, IV kitab, s. 52). 
Azərbaycan xalqının əbədi ömürlü salnaməsi olan “Dədə 
Qorqud” dastanına şairin özünəmxsus baxışı vardır. Onun “Qor-
qud xarakteri və türk ruhu” adlı tədqiqat əsərində bu tarixi das-
tan  barədə  yazan  görkəmli  tədqiqatçılar  sırasında  Əmin  Abid, 
Həmid  Araslı,  Əli  Sultanlı,  Məhəmmədhüseyn  Təhmasib,  Fər-
had  Zeynalov,  Xalıq  Koroğlu,  Azad  Nəbiyev,  Pənah  Xəlilov, 
Ə
lyar  Səfərli,  Məhərrəm  Qasımlı  və  digər  səriştəli  tədqiqat-
çıların adlarını xatırladır” (21, IX kitab, s. 3). 
“Dədə  Qorqud”un  ideyaları  əsrlərcə  susdurulmuş  haray, 
xalqların qəlblərindəcə məzara  çevrilən  arzuları,  ümidləridir  ki, 
bu  dastanın  qəhrəmanın  şəxsində  vulkan  kimi  püksürərək  tarix 
səhnəsinə çıxmışdır” (21, s. 7). 
“Dədə  Qorqud  oğuz  türklüyünün  ümumiləşmiş  xarakte-
ridir” (21, s. 7). 
Ş
air  məqaləsini  əbədi  ömrülü  xalq  ağsaqqalına  həsr  et-
diyi şeirini aşağıdakı misralarla başa çatdırır: 
 
O, gün kimi qalxır 
Qaranlığın qarşısına, 
Qaldırır insanlığı, 
nsanlığın tarixində. 
Bu insanlıq yaşayıb, 
Yaşayacaq əbədi. 
 
(“Filoloji araşdırmalar”, V kitab, s.9-10). 
 


 
52
Ş
air başqa bir əsərində “Dədə Qorqud”u, onun boylarını 
xalqın  keçib  gəldiyi  döyüşlər,  mübarizələrlə  dolu  həyatın  səhi-
fələri hesab edir, gələn hər nəsil bu salnaməni varaqladıqca ata-
babaların tarixi qəhrəmanlıqlarından xəbər tutur. “Dədə Qorqud” 
elə tükənməz təsir gücünə, elə sarsılmaz iradəyə malikdir ki, o, 
hətta,  peyğəmbər  məqamına  qədər  yüksəlir,  xalqı  birləşdirərək 
onu  qaranlıqdan  işığa  çıxardır.  Təbii  ki,  onun  sənətkar  qayəsi 
təkcə  Dədə  Qorqudun  əzəmət  və  qüdrətini  tərənnüm  etməklə 
qurtarmır. Əsas amalı xalqı müasir dövrdə apardığı qurtuluş hə-
rəkatında  vəhdət  və  birliyə  dəvət,  döyüş  səngərlərində  dünya 
ş
öhrətli sələflərindən güc və qüdrət ərz etməyə dəvətdir. “Dədə 
Qorqud”  təkcə  türk  xalqlarını  deyil,  insanlığı  haqqa,  ədalətə, 
işığa  doğru  çağıran  sarsılmaz  qüvvətdir.  Şairə  görə  o,  elə  bir 
qüdrətə malikdir ki; 
 
Durur günəş kimi   
          zülmətin qabağında 
Nicat verir, 
Yol göstərir, 
Çağırır insanlığı   
          haqqa doğru, 
ş
ığa doğru, həyata doğru (23, s.89). 
 
Burada şairin bir etirafını yada salmaq istərdim. “Nə ax-
tarıram həyatda” adlı şeiri onun yaradıcılığının qayəsini, gerçək 
aləmə  münasibətini  dolğun  şəkildə  ifadə  edən  əsərlərindəndir. 
Ş
air yazır:   
 
Həqiqət axtarıram, 
nsanın doğru sözünü, 
Doğru üzünü, 
Doğru özünü axtarıram. 
Axtarıram o şeyi ki, 
nsanları birləşdirir (23, s.85). 


 
53
 
 
Həqiqət  axtarışında  şairin  “Dədə  Qorqud”la  əlaqdədar 
mülahizələrini  xatırlatmaq  da  yerinə  düşərdi.  Bunu  izaha  giriş-
məyə  ehtiyac  yoxdur  ki,  şair  sənətinin  bütün  əriş-arğacı  ilə 
mənsub  olduğu  xalqın  tarixi  keçmişinə,  milli-mədəni  sərvət-
lərinə, etiqad və inamına dərin hörmət və məhəbbət bəsləyən bir 
sənətkardır.  Onun  dini  baxış  və  əqidəsinin  qüdsiyyətinə  toxu-
nulmasını  heç  bir  iddia  və  sübutla  məqbul  hesab  etmir.  Şairin 
dünya  baxışında  bu  saflıq  və  paklıq  “Dədə  Qorqud”  ətrafında 
meydana gələn yanlış  və  qondarma  uydurmalara  münasibətində 
daha  qabarıq  cizgiləri  ilə  özünü  göstərir.  Haqqında  bəhs  etmək 
istədiyimiz  mətləb  onun  “Bir  iclasda”  adlı  şeirində  saf  sulu  bir 
axın  kimi  üzə  çıxdığından  əlavə  izaha  ehtiyac  hiss  etmədim. 
Həmin şeirində şair yazır: 
 
Bir gün iştirak etdim 
Bir iclasda... 
Səy olunmuşdu bağlasınlar 
“Dədə Qorqud”u zorla islama. 
Bir surətdə ki, Dədə Qorqud 
Min illər islamdan qabaqdı (19, s.155). 
 
Yenə  də  əlavə  izaha  ehtiyac  duymadan  deyə  bilərəm  ki, 
bu  əsər  filosof  şairin  həqiqət  axtarışlarında  xüsusi  qeyd  olun-
mağa layiq uğurlu bir addım hesab olunmağa çox layiqdir. 
Lakin  isbata  ehtiyac  duymayan  bir  həqiqətdir  ki,  şairin 
axtarışa çıxdığı yollar həmişə güllü-çiçəkli diyarların qoynundan 
ibarət  olmadığı  kimi  onun  poetik  köhləni  də  dərə-təpəsiz,  uçu-
rumsuz  mənzillərdən  keçmir.  Onun  ictimai-siyasi  köhləni  çox 
köndələn, ziq-zaqlarla dolu məkanların yolçusu oldu. Burası da 
təbiidir  ki,  bu  keçidin  hər  addımı  özünə  uyğun  əhval-ruhiyyə 
doğurur.  Həmin  ünvanı  müəyyənləşdirən  başlıca  əhval-ruhiyyə 
isə sevgi və nifrət sözlərində ifadəsini tapır. Şair sevgi doğuran 


 
54
gerçəklikləri yetərincə qiymətləndirdiyi kimi insanlıq üçün əzab 
doğuran  nifrəti  də  poetik  zərbələrdən  kənarda  saxlamır.  “Mü-
qəddəs nifrət” şairin yaxıb yandıran qüdrətə malik olan sənətkar 
zərbələrinə gözəl nümunədir. O, vətənə bəslənən məhəbbəti mü-
qəddəs hesab edir, nifrətə  layiq  olan  obyektlərin  də  ünvanlarını 
dürüst müəyyənləşdirir: 
 
Düşmənə,   
Torpağı yadlara satanlara, 
Vətəni dar gündə atanlara – 
Bəslənən nifrət, müqəddəsdir (29, s.14). 
 
Bütün  hallarda  ideyasına  və  qələminə  sadiq  qalan  şair 
onda  nifrət  doğuran  səbəblərə,  siyasi-ictimai  rejimin  törətdiyi 
cinayətlərə son qoyulmasını tələb edir. Bir sənətkar kimi üzərinə 
düşən tarixi vəzifələrə sadiq olduğunu hər addımda elan edir. O, 
mühacir  həyatı  yaşadığından  vətəndən,  doğmalardan  uzaq 
olmağın  ağrısı-acısı  ilə  yaxşı  tanışdır.  Şair  daim  bu  inamda 
olmuşdur ki, doğan günəş, açılan sabah bir gün ona vətənlə vüsal 
müjdəsi verəcəkdir: 
 
Otuz il Britaniyada   
Müvəqqəti yaşamışam. 
Ümid bağlamışam 
Düşmənin   
      vətəndən çıxmasına (23,    s.136). 
 
Fəqət,  hələ  də  Təbrizi  qurtuluş  müjdəli  səhər  nəsimini 
həsrətlə  çırpınan  köksünə  doldurmağa  nail  olmamışdır.  Bu 
hicran,  həsrət,  fəraq  haqqında  bir-birilərinin  dabanlarını  basa-
basa ölkədə ağalıq etmək kürsüsünə qonan siyasi rejimlər barədə 
düşüncələr  onun  şair  köksündə  tufanlar  doğurur.  Vətənin  taleyi 
barədə  istəklərini  qoşa  qanad  misralarına  həvalə  edərək  etiraz 
səsini bütün dünyanın qulağına çatdırır. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə