Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 
59
sarbabını, həm də məharətli, bacarıqlı sarbanı olmaq xoşbəxtliyi 
Bakıya nəsib olmuşdur.   
Bu  məsələnin  bir  tərəfidir.  Digər  qütb  isə  həyatının  ən 
çətin  anlarında  şair  Bakıya  dilinə  vurulmuş  kilidi  əridən  od 
nəfəsli xilaskar kimi baxmışdır. Xüsusi vurğulamağa layiq olan 
cəhət isə Təbrizinin ətrini gəzib dolaşdığı dünya şəhərlərinin heç 
birindən  deyil,  məhz  doğma  hesab  etdiyi  Bakısından  alması 
olmuşdur. 
Bu,  heç  də  qəribə  deyil.  Ağsaqqallarımız,  ağ  birçək-
lərimiz nə qədər də filosofanə demişlər: - Yad ağlar yalan ağlar, 
anam ağlar gerçəkdən. Şair heç də təsadüfi deməmişdir: - Anam 
oldun, açdın kilid vurulmuş dilimi, Bakı! 
Tarix  boyu  insanlar  özlərinin  bəxt  ulduzlarını  göylərdə, 
sonsuzluğa  qovuşan  Kəhkəşanın  qoynunda  axtarmışlar.  Tale-
lərindən razı qalmayanlar gah münəccimlərin naşılığından şika-
yətlənir,  gah  da  içəridən  pöhrələnən  yanğınlarını  onların  ün-
vanlarına  yağdırdıqları  bəd  dualarla  özlərini  sakitləşdirməyə 
çalışmışlar.  stərdim  mübaliğə  kimi  səslənməsin.  Bizim  əsri-
mizdə dünyanın müxtəlif məntəqələrinə səpələnmiş və üzərində 
Azərbaycanlı ünvanı daşıyan insanlar özlərinin pərəstiş etdikləri 
bəxt  ulduzlarının  məskunlaşdığı  ünvanı  tapmaq  üçün  heç  də 
çətinlik çəkməli, zəhmət sərf etməli olmurlar. Axtarılan o ünvan 
cəmi bircə sözdə ifadəsini tapır: BAKI! 
Ş
air-filosof Qulamrza Səbri Təbrizinin qələmi bu şəhərin 
varlığına  qoşduğu  mənalarla  oxucularını  heyrət  etmək  səviy-
yəsinə  qədər  vardırır.  Ana  məhəbbəti  qədər  müqəddəsləşdirir. 
Bakıdan  Təbrizinin  ətrini  ciyərlərinə  hopdurduğu  məhəbbətlə 
müraciət edir: 
 
Anam oldun,   
açdın kilid vurulmuş, 
Susdurulmuş dilimi, 
Yenidən qaytardın məni – 
Həyatıma, 


 
60
Dilimə, 
Mənliyimə (40,176). 
 
Bu yenidən dirilmə, ehya demək deyilmi? 
Təbii ki, cavab müsbətdir. Sədaqətli pərəstişin mənbəyini 
də elə bu hikmətdə axtarmaq gərəkdir.   
nanmaq  istərdim  ki,  aşağıda  səsləndirəcəyim  poetik 
mahnı heç də təkrar kimi səslənməyəckdir. Bu mahnının ötdüyü 
mənanın canını, dəruni mənasını Şairin daxili aləmində Vətəni-
nin  təməl  daşı  olan  iki  əzəmətli  şəhərə  bəslədiyi  məhəbbətin  - 
Bakıya, Təbrizə övlad sevgisinin nidalarını eşitmək təbii ki, ilahi 
bir nemətdir: 
Alıram Təbrizimin   
Ə
trini, eşqini, sevgisini səndən. 
Məhəbbətli, qonaqsevər insanların   
lham verir şeirimə(23, s. 48). 
 
Ş
air  qartal  hesab  etdiyi  vətəni  üçün  Bakını  və  Təbrizi 
qoşa  qanad  kimi  tərənnüm  edir.  Azacıq  irəlidə  şair  bu  qoşa 
qanadın  biri  barədə  -  Bakı  haqqında  qəlbinin  döyüntülərini  və 
sənətinin  baxışlarını  açıqladığının  şahidi  olduq.  Bəs,  digər  qa-
nad? Şair Təbriz barədə şeir köhlənini hansı fəzalarda dördnala 
çapır?  Tərəddüd  etmək  istəməzdim.  Vətənin  gülləri,  çiçəkləri, 
bu aləmin rayihələri xəzan tanımayan əbədi sakinləridir. Bu gül-
lər, ağaclar şairin bəxtəvər uşaqlıq gülüstanının heç vaxt solmaq 
bilməyən  ən  vəfalı  yadigarlarıdır.  Həyatda  çətinliklərlə  rast-
laşdıqda şairin ən etibarlı dayaqlarıdır.   
 
Sevinəndə sinama pərdəsi kimi, 
Yaddaşımda səf çəkirlər. 
Buna görə də Təbriz, 
Anamdı, 
Məhəbbətimdi, 
Qüdrətimdi (25, s. 35). 


 
61
 
Qulamrza  Səbri  Təbrizinin  yaradıcılığında  məhəbbət 
lirikasının  çəkili  yer  tutduğunu  iddia  etmək  doğru  olmazdı.  Bu 
təbiidir.  Çünki  başdan  binadan  sazı  siyasi  lirika  mahiyyətli 
mahnılar  etməyə  köklənmişdir.  Amma,amması  burasındadır  ki, 
janrından,  mövzusundan,  siyasi  və  ideoloji  baxışından  asılı  ol-
mayaraq heç bir söz əhli həyatın incə və zərif nemətlərinə - sevgi 
və məhəbbət hisslərinə biganə olmamışdır.   
Ş
airin  məhəbbət  mövzusuna  sənətinin  cəbbəxanasında 
formalaşmış  münasibəti  vardır.  Onun  “xoşbəxtlik”  adlı  qələm 
məhsulu  sevgi  kimi  ülvü  bəşəri  hissə  münasibətini  çox  yığcam 
şə
kildə,  belə  deyək  ki,  uğurla  açıqlayır.  Şeirdən  nəzərdə  tut-
duğumuz misraların özlərini xitabət kürsüsünə dəvət edək: 
 
Başını qaldıranda 
Ulduzlar danışır 
          mənimlə. 
Deyirlər, nə qədər   
        xoşbəxtsən. 
 
Bəs onun xoşbəxtliyini təmin edən hansı amillərdir? 
Ş
airin  bu  sorğuya  cavabı  onun  sevgi  məhəbbət  mövzu-
suna münasibətini uğurla açıqlayır: 
 
-Çünki, həm sevirsən, 
Həm də sevilirsən (28, s.159). 
 
Qulamrza  Səbri  Təbrizinin  saf  bəşəri  eşq  və  məhəbbətə 
bəslədiyi  inamının  qədim  əsrlərdə  mövcud  olmuş  sevgi  bar-
gahından  alan  son  dərəcə  incə  və  zərif  baxışı  vardır.  Orta 
ə
srlərin  poetik  salnamələrində  bu  mövzuda  qələmə  alınmış  elə 
nümunələrə rast gəlmək olur ki, aşiqin iç dünyasını pörşələyən, 
oda  çaxan,  atəşi  hətta  nəhrlərin,  okeanların  belə  söndürə  bil-
mədiyi, yəni buna qadir olmadıqları xəzinədən almışdır. 


 
62
Ş
airin  “Eşq  dilə  gəlməz”  adlı  qələm  məhsulu  ilə  tanış 
olduqda oxucunun könül dünyasında ülviyyəti ölçüyə gəlməyən 
sehrkar bir aləm yaranır. Diqqət etsək: 
 
Eşqimi bəyan elədim, 
Onu sevdiyimi söylədim. 
Amma... 
Sevdiyim məni tərk etdi (16, s.21). 
 
lk  anlayışda  məşuqənin  bu  qərarı  bəlkə  də  bir  qədər 
müəmmalı cilvələnsin. Lakin ürəyin, könülün bəsirət gözləri ilə 
baxdıqda  ülvi  bəşəri  zəkanın  hökmü  ilə  yanaşdıqda  qüdsiyyəti 
sözlə  ifadəsi  çətin  olan  bir  məftunluğun  varlığı  göz  önündə 
canlanır.  Haqq,  həqiqət,  saf  eşqin  tərəfindədir.  bu  elə  bir  ülvi 
hissdir  ki,  ehtiyatsızlıq  edib  haqqında  söz  açdıqda  belə  onun 
varlığı qüdsiyyətini əldən verə bilər. 
Bu isə müqəddəs hiss ilə vidalaşmaq demək olardı. 
Ş
airin əbədən belə göydən düşmə niyyəti yoxdur.   
Mən  deyərdim  ki,  şairin  insan  gözəlliyinə  oxşarsız  məf-
tunluğu  onun  “Diş  həkimi”  adlı  əsərində  son  dərəcə  yığcam, 
zərif və incə notlarla ifadəsini tapmışdır. Müəllif geniş tərənnüm 
və təqdimə əl atmadan gözəlliyə heyranlığının klassik formasını 
yaratmışdır.  Cəmi  beş  misradan  ibarət  olan  şeirdə,  mən  de-
yərdim,  bəlkə  də  uzun-uzadı  təfsilat  tələb  edən  sevgi  ma-
cərasının uğurlu təqdiminə müvəffəq olmuşdur: 
 
Bax, mənə sarı. 
Utandım baxam həkimin 
Gözəl gözlərinə. 
Gözlərimiz tuş gələndə 
Unutdum dişimin ağrısını (25, s.84). 
 
Bu,  inkarı  mümkün  olmayan,  yox,  bəşəriyyətin  bütün 
dövr və zamanlarda dönə-dönə təsdiq etdiyi bir həqiqətdir. Xal-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə