Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 
71
baxışında, poetik idealında öz cibləri üçün hər cürə xəyanətə əl 
atanlar  –  rütbələrindən,  sərvətlərindən  asılı  olmayaraq  ən  ciddi 
cəzaya  layiq  hesab  olunurlar.  Bu  “Dəli”nin  özünə  çox  yaraşan 
məntiqinə, təfəkkürünə diqqət edək: 
 
Vətəni satırlar - 
Ə
cnəbilərə. 
Sən deyəndə yoxumdu, 
Deyirlər verən də, alan da 
Allahdır (17, s.101). 
 
Ş
eirin  finalında  səslənən  misralar  öz  mənafeləri  xatirinə 
vətəni  satanlar,  həris,  gözləri  dünya  malından  doymayan  ta-
mahkarların  alınlarına  çırpılan  rüsvayçılıq  damğası  kimi  səs-
lənir. Şairin xüsusi vurğuladığı mətləblərdən biri o hərislərin öz-
lərinin acgöz iştahları xatirinə Allah adından istifadə etməyə can 
atmalarıdır. “Ağıllı dəli” belələrini sonadək ifşa etməyə çalışaraq 
ə
ynindəki paltarı da Allah alverçilərinin başlarına çırparaq: 
 
Ə
gər bunu vermisənsə, 
Gərək deyil mənə.           
 
Ş
eirin  son  misrasına  xüsusi  diqqətlə  yanaşılmasını  arzu 
edərdim:   
 
Apar ver zənginlərə (17, s.101). 
 
Ş
airi  bu  qənaətə  gətirən  hansı  istək,  hansı  etiqad,  hansı 
inamıdır? 
Mən bu sorğuya onun misralarının dəmir məntiqi ilə ca-
vab vermək istərdim. Bu baxımdan həyatının hədəf və qayəsini, 
yaradıcılığının  amalını  açıqlayan  “Əbədi  insanlıq”  adlı  şeirini 
proqram  sənədi  kimi  qiymətləndirmək  heç  də  naşılıq  olmazdı. 
Bu fikirə mötəbər zəmin yaradan arqumentlər barədə düşünərkən 


 
72
ş
air öz doğma torpağını daxili və xarici qəsbkarların qanlı pən-
cələrindən  xilas  etmək  üçün  bütün  varlığı,  sənəti  ilə  hazır  ol-
masını  açıqlayan  misraları  ən  yaxşı  şahidlər  hesab  etmək  olar. 
Ş
airin  səlahiyyətli  elçiləri  kimi  onlar  qəti  qərarları  və  odlu 
nəfəsləri  ilə  oxucunun  zehnində  döyüşən  ordunun  sıra  nəfərləri 
kimi səf çəkib addımlayırlar. Şair vətən torpağının, xalqın şərəf 
və namusunun, istiqlaliyyətinin təmsilçisi olan bayrağın qüdsiy-
yətini qorumaq yollarında şahid olan oğulları doğma yurdun ən 
namuslu, ən şərafətli övladları hesab edir. 
Qulamrza  Səbri  Təbrizinin  sənətkar  idealının  ən  yüksək 
dəyərə  malik  nüyansı  onun  özünün  gecə-gündüz  bilmədən  bu 
idealına həyat donu geyindirməyə hazır olmasıdır. Şair bu yolda 
hətta  şəhid  olmağı  özü  üçün  müqəddəs  ideal  kimi  qiymətlən-
dirir: 
 
Vətən torpağı 
Yaxındı ürəyimdən mənə. 
 
Canımı verməyə hazıram 
Yurdum üçün(23, s.13).   
 
Vətənin şərəfi, istiqlaliyyəti, toxunulmazlığı uğrunda sə-
ləflərinin göstərdikləri tarixi qəhrəmanlıqlara sadiq qalmağı şair 
hər bir vətən övladı və özü üçün tarixi şərəf hesab edir. O, bir sə-
nətkar,  bir  istiqlaliyyət  fədaisi  kimi  vətənsiz  yaşanan  ömrü  xə-
zana məruz qalan yarpaqhesab edir: 
 
Vətənsiz ömr etməyin – 
Nə mənası var bu dünyada. (23, s.13) 
 
Bu  bir  həqiqətdir  ki,  Qulamrza  Səbri  Təbrizinin  dünya 
baxışı,  obyektiv  aləmə  münasibəti  ilk  təlimini  klassik  Şərq 
poeziyasından, Şərq fəlsəfəsinin zaman, məkan və məhdudiyyət 
tanımayan xitabət zallarında alıb. Əzəməti heç bir ölçü vahidi ilə 


 
73
hesablaşmayan bu zalların xitabət kürsüləri arxasından Sədinin, 
Hafizin, Caminin, Ruminin, Xəyyamın ucalan müdrik səsləri heç 
zaman  susmaq  bilməmiş,  gələn  hər  yeni  nəsil  ondan  öz  istəyi, 
tələbi səviyyəsində bəhrələnmişdir. 
Bu  müdrik  insanların  bəşəriyyətə  verdikləri  təlimin  əks-
sədası  heç  zaman  susmaq  bilməmişdir.  Qulamrza  Səbri  Təb-
rizinin qələmi qəlbinin qanı və şüurunun hökmü ilə yazdığı mis-
raların  dərkinin  inam  hissləri  ilə  açıqlayır  ki,  o  sənət  kori-
feylərini həyat, fəlsəfə, poeziya, o cümlədən din və etiqad barədə 
qənaətləri  onun  nəsli  üçün  də  doğma  olmuşdur.  Şair  böyük 
Sədinin  inam,  əqidə  barədə  baxışlarına  münasibəti  son  dərəcə 
səmimi  və  sədaqətli  olmuşdur.  O,  dəruni  inam  və  sonsuz 
iştiyaqla  yazır  ki,  Ulu  Sədinin  əsl  ibadətin  xalqa  xidmət  etmək 
barədə  mülahizələri  inkarı  mümkün  olmayan  bir  həqiqətin 
ifadəçisidir.  Şair  əbədi  ömürlü  sələfinin  bu  etiqadına  tərəfdar 
olduğunu qəlbindən, zəkasından su içən misralarının məntiqi ilə 
təsdiqləyir.  Burası  da  örtülü  qalmasın  ki,  həm  Sədinin  ömür 
sürdüyü, həm də şairin yaşadığı müasir çağlarda vətənində mey-
dan sulayan əqidənin məhdudiyyət və yasaq tanımadığı, dini fan-
tastik  baxışların  geniş  xalq  kütlələrinin  zehnində  hakim  mövqe 
tutduğu  mühitdə  bu  mövzuya  münasibəti  açıqlamaq  o  qədər  də 
asan bir məsələ olmamışdır: 
 
Sədi Şirazi gözəl deyib 
              bir zaman: 
“ badət təsbihə, namaz   
Səccadəsinə, 
Ə
bayə tapınmaq deyil, 
Xalqa xidmət etməkdi” ( s.23-21). 
 
Ş
airin təfəkküründə hakim olan əqidəsi onun ikicə misra-
sında  oxucusunu  heyran  qoyan  bir  əzəmətlə  poetik  ifadəsini 
tapmışdır: 
 


 
74
Dünyanın təzə nəsimə,   
Təzə nəğmələrə ehtiyacı var ( s.23-36). 
 
sbata  ehtiyacı  yoxdur  ki,  şairin  bu  qənaətinin  ehtiva 
sərhədləri  çox  genişdir.  Burada  siyasi  rejimlər,  dünyada  ağalıq 
edən  qüvvələr,  dini-fəlsəfi  baxışlara,  əqidələrə  münasibət,  hətta 
mövcud  rejimlərdə  öz  yerində  olmayan  sərvət  və  hakimiyyət 
bölgüsü  nəzərdə  tutulur.  Cəmiyyət  həyatının  müxtəlif  aspekt-
lərində  ləyaqətli  olmayan  adamların  dayanmalarına  qədər,  haq-
sızlıqların  baş  alıb  getmələrinə,  həqiqətə  arxa  çevirməyə  qədər 
baxışlar şairin poetik atəş açdığı hədəflər kimi seçilirlər. 
Filosof şairin bu sadalananları qələminin misralara çevir-
məkdə  nəzərdə  tutduğu  məqsədi  çox  çəkilidir.  Onun  razı-
laşmadığı  anlaşılmazlıqların  köksündə  alışdırdığı  ocağın  alovu, 
odu  o  qədər,  mən  deyərdim,  güclü  və  hərarətlidir  ki,  içərisini 
yandıran və ürəyini kabab edən atəşin sorağını tanrıya qədər apa-
rıb çıxardır. Bu sorağın ümdə qayəsi şairin duyub düşündüklərini 
yer üzünün sakinlərinə çatdırmaq niyyətidir. Şair misralarının di-
li ilə həm daxili atəşinin sorağını, həm də Tanrıdan gileyini onun 
qulağına çatdırmağı sənəti üçün vacib hesab edir: 
 
Yanır içərim, yanır, 
Kabab olur ürəyim... 
Soruram Tanrıdan: 
-Nə cür xaliqsən? 
Qoruyursan pisləri- 
Öldürürsən məsum insanları (23, s.43). 
 
Ulu Nizaminin müqəddəs bəşəri hiss olan eşq, məhəbbət 
barədə  qənaəti  elə  möhtəşəm  bir  gücə,  əzəmətli  qüdrətə  malik 
olmuşdur  ki,  uzun  əsrlərdən  bəri  uçurumlu,  dərəli-təpəli  yolları 
keçərək  müasir  insanların  zehinlərində,  şüurlarında  özünə  eti-
barlı yurd tapa bilmişdir. Bu məkana o bir kəsin himayəsi ilə de-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə