Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 
75
yil,  məhz  özünün  yorulmaq  bilməyən  qədəmləri  ilə  gəlib  çıx-
mışdır: 
 
Mehrabı eşqdir uca göylərin, 
Eşqsiz, ey dünya, nədir dəyərin. 
Eşqsiz olsaydı xilqətin canı, 
Dirilik sarmazdı bütün cahanı. 
 
Ş
airin  öz  müasirlərinin  məhəbbət  adlı  ülvi  bəşəri  hissə 
münasibətini  bildirmək  üçün  misralarına  verdiyi  səlahiyyət  çox 
önəmli  səslənir.  Desək  ki,  bu  qüdrətli  qələm  sahibinin  həmin 
mövzuya həsr etdiyi misraları ulu sələfinin ötdüyü nəğmə ilə çox 
həmahəng  səslənir,  yanılmarıq.  Şairin  eşq  və  məhəbbət  möv-
zusunda söz açan misralarının bir baxımdan çox geniş ehtiva da-
irəsi vardır. Dünyanın əksər diyarlarını gəzib dolandıqdan sonra 
topladığı söz və hikmət sərvəti onu Nizami dühasının məntiqi ilə 
səsləşən bir nəticəyə gətirib çıxardır: 
 
Eşqsiz yaşamaq dərddir, 
Tənhalıqdır. 
nsanın varlığı 
Məhəbbətdədir (23,    s.93). 
 
Qulamrza  Səbri  Təbrizinin  ünvanı  bir  də  “Şair  filosof” 
sözləri ilə ifadə olunur.  lk təmasda düşünməli olursun: bu filo-
sofun  yaradıcılığında  həminmənsubiyyətə  dəstək  verən  qüvvə 
barədə nə demək olar? 
Ş
airin  yaradıcılığında  bu  sorğuya  qənaətləndirici  cavab 
verən misralar, poetik anlayışlar yetərincədir. 
O,  vətəninə,  xalqına,  doğma  torpağına  okean  çəkili  mə-
həbbəti olan bir vətənpərvərdir. Şairin müqəddəs adlandırılmağa 
layiq olan bu xüsusiyyəti Təbrizindən, Bakısından, Eynalısından, 
vətəninin  bağından,  gülündən-çiçəyindən  söhbət  açanda  sanki 


 
76
misralarına məhəbbətdən sevgidən qanad taxıb qənaətinin sora-
ğ
ını dünyaya yaymaq istəyir. 
Ş
air dostluqda, sevgisində ardıcıl və sədaqətlidir. 
Ş
air  Adəmdən  Xatəmə  qədər  dünyada  gəzib  dolaşmış 
dinlərin və əqidələrin ən müqəddəsini bəşərə, insanlığa xidməti-
ni hesab edir. O, saxta və qondarma inam və əqidələrin külünü 
göyə sovurmağa bütün varlığı ilə hazırdır. 
Ş
air cibləri üçün vətəni və xalqın mənafeyini hərraca qo-
yanların amansız düşmənidir. 
Ş
air  yer  üzündə  haqqın,  ədalətin  əbədi  zəfər  çalacağına 
sonsuz etiqad bəsləyir. 
Ş
air  vətənin  dilbər  guşələrindən  olan  Qarabağın  qor-
xudan, səksədən xilas olacağı günə o qədər də uzun yol qalmadı-
ğ
ına ürəkdən inanır.   
Bu  sadaladığımın  sərhədlərini  istənilən  qədər  genişlən-
dirmək olardı. Bunların sırasında baş motivi insanın yer üzünün 
əş
rəfi kimi ilahi qüdrətli, zaman hikmətli varlığına inamıdır. Ulu 
Səməd  Vurğun  nə  qədər  filosofanə  demişdir:  Soyuq  məzara  da 
ziynətdir insan. 
Bunlar bir həqiqətdir. Bəs şairin insanla, onun qüdrəti ilə 
bağlı həqiqət barədə inamı hansı ladda səslənir? Bu barədə izah 
üçün meydanı şairin misralarına vermək ən doğru seçim olardı: 
 
Dünya insanla başlayıb, 
nsanla yaşayır, 
nsanla da qurtaracaq. 
nsan yoxsa – 
Dünyanın nə dəyəri olacaq? 
 
Bir  söz  sərrafı  kimi  onun  müşahidə  qabiliyyəti  o  qədər 
vüsətli, o qədər itidir ki, adi həyati hadisələrin arxasında yuvala-
nan həqiqətlərə də nüfuz edə bilir. Bu obyektlər daha ağır çəkili 
məzmuna malik olduqda isə onun aşkara çıxardığı mənalar daha 
çəkili və ictimai dəyərli olur. Dediyimiz bu həqiqət barədə dol-


 
77
ğ
un  təsəvvür  yaratmaq  üçün  şairin  “Utanıram”  adlı  şeiri  geniş 
ehtiva  qüdrətinə  malikdir.  Şeirin  sərlövhəsi  ilə  ilk  tanışlıqdan 
oxucunun  zehnindən  müxtəlif  mənalar  axıb  keçir:  görəsən,  şair 
nədən  utanır?  Cəmiyyət  həyatından  zehnində  canlanan  ictimai-
siyasi  mənbələrdə  bu  sorğuya  cavab  axtarmalı  olur.  Axtarışlar 
onu  ağır  çəkili  və  ictimai  siqlətli  mənalar  qaynağına  aparıb  çı-
xardır. Sən demə, maddi və mənəvi sərvətləri aşıb-daşan doğma 
vətənin xaricdən saysız-hesabsız yardım almağa qol qoyan səla-
hiyyət  sahiblərinin  bu  sahədə  atdıqları  qeyri-məqbul  addımlar 
onu sarsıdır.   
Ş
airin xəcalət çəkməsinə başqa çəkili səbəb də vardır. Bu 
da naz-nemətlər diyarı olan vətənində olan ac və səfil uşaqların 
ehtiyac içərisində əl-ayaq çalmalarıdır. Müəllifə görə altı “Qara 
qızılla”  dolu  olan  vətənin  övladları,  necə  deyərlər,  süd  gölündə 
üzməlidirlər. 
Ş
eirin  çox  mənalı  tərəfi  müəllifin  mövcud  şəraiti  yara-
danları  bir  sərraf  səriştəsi  ilə  açıqlamasıdır.  Amma  hər  şey  göz 
qabağında  deyilmi?  Xalq  arasında  illərin  sınaq  yollarını  uğurla 
keçib gəlmiş bir el deyimini yada salsaq hər qəbildən olan sorğu 
aydın şəkildə cavabını tapardı: 
“Elçisi gülüm olanın, başına külüm olar”. Düşünürəm ki, 
ə
lavə izaha ehtiyac qalmır: 
 
Utanıram – 
Görəm xaricdən, 
Bir belə   
Yardım olur Azərbaycana. 
Bir halda ki,   
Sərvət ayaq tutub yeriyir 
Məmləkətdə. 
Utanıram görməyə- 
Ac uşaqları. 
Bir halda ki, məmləkətin 
Altı “Qara qızılla” doludur(25, s.54). 


 
78
 
Bu mövzu şairin oxucuları ilə görüşə imkan tapdığı üçün 
demək  olar  ki,  bəlkə  də  əhatəsində  olduğu,  görüb  müşahidə 
etdiklərinin  diktəsi  ilə  bu  hadisəyə  müxtəlif  münasibətlər  və 
müxtəlif əhval-ruhiyyədə toxunmuşdur. 
Amma  bir  cəhət  məncə,  heç  bir  əlavə  izah  və  təqdimə 
ehtiyac duymur. Şair rüşvət, karrupsiya ünvanlı min iştihalı, min 
üzlü ifritənin varlığı qədər sevdiyi vətəninin və xalqının amansız 
düşməni hesab edir. Hətta, müsahibələrindən birində dediyi kimi 
o rüşvətə ermənidən daha amansız düşmən kimi baxır. 
Ş
airin  öz  ünvanı  ilə  adlandırığı  “Karrupsiya”  adlı  əsə-
rində  dünyanın  bütün  nemətlərini  udsa  da  gözü  doymayan  bu 
qarınqulunun vətəni hədələyən bütün düşmənlərdən təhlükəli ol-
duğunu  tərənnüm  edir.  Şair  bu  inamını  gizlətmir  ki,  əgər  vətən 
bu ifritəsifət yağıdan xilas olsa ondan sonra qalan düşmənlərinə 
qalib gələ bilər. Məncə, zəka və ədalətli baxış sahibləri şairin bu 
rəyi  ilə  razılaşmaqdan  imtina  etməzdilər.  O,  bu  barədə  rəyini 
şə
hamətlə  etiraf  edir  ki,  xalqın  və  məmləkətin  sərvətlərini  içə-
ridən  talayan  bu  əjdaha  iştəhalı  düşmənə  qalib  gəldikdən  sonra 
məmləkəti ədalətlə idarə etmək o qədər də çətin deyil. Bir qəzet 
müxbirinin  yazdığı  kimi  karrupsiyaya  qarşı  cahad  elan  etməyin 
vaxtı  çoxdan  çatmışdır.  Hətta,  bir  gün  belə  yubanmaq  ağır  nə-
ticələr verə bilər:   
 
Azərbaycan gərək xilas ola, 
Korrupsiyadan. 
Ondan sonra   
Xarici düşmənləri 
Düşünmək gərək. 
Ə
n qorxulu düşmən 
çəridədir (25, s.110). 
 
Tarixin  uzun  əsrlik  salnaməsində  erməni  ekstirimistlə-
rinin  əli  ilə  törədilən  “Qarabağ  faciələrinin”  hər  səhifəsi  şəhid-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə