Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   19   20   21   22   23   24   25   26   27

 
83
“..Cənabi  Qulamrza  Səbri  Təbrizinin  əsərləri...  sərbəst 
olsalar  da  onlardakı  daxili  ritm  və  qafiyələr  ruhu  azəriləşdirir, 
doğmalaşdırır.  Qulamrza  Səbrinin  şeirləri  gənc  nəsli  tərbiyə 
etmək, onları mənfi əxlaqi keyfiyyətlərdən çəkindirmək, müsbət 
ə
xlaqi keyfiyyətlərə alışdırmaq arzusu ilə yazılıb. Belə parçalara 
hətta  “Nəsihatnamə”  də  demək  mümkündür  və  ən  yaxşı  cəhəti 
odur ki, onlar təsvirçilik, uzun-uzadı sözçülükdən uzaqdır. Nəyi 
etmək,  nəyi  etməmək  iki-üç  misra  ilə  müəyyənləşir.  Lakonik-
dirlər...  şair  şərəfdən,  ləyaqətdən,  qeyrətdən  əl  çəkənləri  kəskin 
şə
kildə  tənqid  atəşinə  tutur.  Göstərir  ki,  “Elm  unudulub,  kitab 
dəftər,  dərs  yaddan  çıxıb,  ləyaqət  ucuzlaşır.  “Qulamrza  Səbri 
ş
eirində  gəncliyə  düzgün  tərbiyə  verin,  dostu-düşməni  tanıdın 
deyir,  onlara  paklıq  nümunəsi  göstərir.  Əks  təqdirdə  uşaqlarda 
inamsızlıq  yaranacaq.  Bu  isə  millətin  ən  ağır  faciəsidir”  (22,   
s.177-178). 
Bu  əqidə  sahibi  olan  şairin  gələcək  həyatda  müşahidə 
etdiyi bəzi neqativ hallar onu az qala sarsılmaq həddinə çatdırır. 
Lakin ən ağır, dözülməsi çətin olan anlarda onun bütün sarsıntı 
və üzüntülərdən xilas edən yenə şair qələmi olur. Şair məhz bu 
yorulmaz  fədainin  nəfəsi  ilə  sarsıntılarını  açıqladıqca  elə  bil 
üstündən  yük  götürülür.  Qəlbindən,  şüurundan  keçənləri  məhz 
bu sədaqətli fəadinin kömyəi ilə misrələrinə çevirir. Amma yük 
doğurdan  da  ağırdır.  Gecə-gündüz  vətənpərvərlikdən,  azərbay-
cançılıqdan  danışanlara  üzünü  tutaraq:  “Burax,  tərifi-şüarı,  qar-
daş”,  onu  narahat  edənləri  yenə  də  pisliyə,  əyriliyə,  laqeydliyə 
tutulanlara bir həqiqət carçısı olan şair cəsarəti ilə müraciət edə-
rək yazır: min tərif və tosif əvəzində “Əyil doldur” laqeydlərin, 
ciblərinə  işləyənlərin  yaratdıqları  maddi,  mənəvi  çala-çüxurları. 
Ə
sl şəhamət və qəhrəmanlıq bu olardı”.   
Yaradıcılığının  bütün  mərhələlərində  ürəyinin,  ruhunun 
ona verdiyi bir sorğuya cavab verməyə laqeyd qalmamışdır. Şair 
nə  üçün  vətəndən  ayrıldı.  Halbuki,  yaşamağa  rahat  məkanı,  ye-
məyə  halal  çörəyi,  ruhu  üçün  bol-bol  qida  verən  nazlı-nemətli 
vətəni  olmuşdur.  Lakin  bütün  bunlar  doğma  torpağının  azadlıq 


 
84
və qurtuluşu ilə əlaqədar onu düşündürən mətləblərə cavab ver-
məkdən aciz qalmışdır. Şair hər açılan səhərin, hər doğan günə-
ş
in onun vətən və xalqı haqqında düşüncələrinə intibah gətirməsi 
təmənnasında  olmuşdur.  Min  dolu  süfrə  vətən  övladının  həyati 
ehtiyaclarını ödəməkdən aciz qalmışdır. Qonşuluqda yaşayan bir 
uşağın soyuqdan, aclıqdan çəkdiyi əzab onun xoşbəxt həyat ba-
rədə  düşündüklərinin  vətən  torpağında  həyat  donu  geyəcəyinə 
inamını  alt-üst  etmişdir.  Bütün  bunlar  isə  vətəni  ona  qürbətə 
çevirmişdir. 
Azərbaycanın  xalq  şairi,  qüdrətli  söz  ustası  Balaş  Azər-
oğlunun  sənətkar  qayəsinin  görkəmli  müasirinin  baxışları  ilə 
həmahəng  səsləşən  ustad  qənaəti  olmuşdur.  Xalq  şairi  sənətinə 
hörmət  bəslədiyi  filosof  təbiətli  həmkarı  ilə  doğma  səsləşən 
“Mən səadət axtarıram” adlı şeirində yazır: 
 
Səadət vətəndədir, məncə. 
Torpağı, göyü, 
Suyu, sərvəti azad vətəndə. 
Oğlu, qızı, 
Dili, sənəti azad vətəndə. 
Ayağın altında doğma torpaq, 
Başın üstündə doğma asiman, 
Qəlbindən keçəni   
Azad danışasan- 
Ağızdolusu, ürəyincə. 
Güləsən də, 
Ağlayasan da- 
Fəqət, öz diləyincə... (1, s.49). 
 
Bu  problemin  izahında  Qulamrza  Səbri  Təbrizinin  çox 
sərrast və bir mənalı cavabı vardır: 
 
Bəlkə də   
Vətəndən ayrılmazdım, 


 
85
Ə
gər çevirməsəydilər 
Qürbətə vətəni (33, s.100). 
 
Ş
air  dövründən,  zəmanəsindən,  tamahkar  və  acgöz  qüv-
vələrin  vətəndə  yaratdıqları  mühitdən,  cəmiyyətdə  hakimiyyət 
taxtına yüksəltdikləri eybəcərlikləri açıqlamaq üçün müraciət et-
diyi ürəyəyatan mənbələrədən birini də qüdrətli sələflərinin yadi-
gar  qoyub  getdikləri  ədəbi,  poetik  xəzinə  təşkil  edir.  Bu  cəhət-
dən onun məftunu olduğu sələflərindən biri ulu Sabirdir. Şair bu 
ə
bədiyaşar  sənət  qaynağına  müraciət  etdikdə  onun  qələminə  il-
ham,  təbinə  rəvanlıq,  poetik  məntiqinə  sarsılmaz  qüvvət  gəlir. 
Bu güc və qüvvətin ümumi qaynaqlarından birini də qüdrətli söz 
ustasının malik olduğu poetik güc və qüdrətdir. 
Ş
air  “Yaxşı  yaşamağın  sirri”  ünvanlı  qələm  məhsuluna 
“Sabiranə”  adlı  epiqraf  əlavə  etmişdir.  Ədalətli  yanaşsam  deyə 
bilərəm ki, şair bu bir kəlmə sözü ilə ulu Sabirin satirik aləminə 
layiqli yol açmışdır. 
Söz yox ki, bu baxışın həqiqətlə nə səviyyədə səsləşdiyi-
ni  əyani  şəkildə  müşahidə  etmək  üçün  qüdrətli  satira  ustasının 
aşağıdakı misralarını yada salmaq məqsədəuyğun olardı: 
 
-Görmə. –Baş üstü, yumaram gözlərim. 
-Dinmə. –Mütiəm, kəsərəm sözlərim. 
-Bir söz eşitmə. Qulağım bağlaram. 
-Gülmə.-Pək iyi, şamu səhər ağlaram. 
-Qanma.-Bacarmam. Məni məzur tut. 
Beyləcə təklifi - məhalı unut. 
Qabili - imkanmı olur qanmamaq, 
Məcməri nar içrə olub yanmamaq (44, s.108). 
 
Təbii  ki,  ustadın  qüdrətli  qələmi  yuxarıların  xalqı  məh-
kum  etdikləri  məhrumiyyətlərlə  dolu  həyatın  real  mənzərəsini 
təqdim  etmişdir.  Söhbət  burasındadır  ki,  şair  adını  xatırlatdığı-
mız  satirasını  yaratdığı  çağlarda  hökm  sürmüş  ictimai-siyasi 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə