Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   2   3   4   5   6   7   8   9   ...   27

 
6
Yurdum odlar diyarı – 
Azərbaycan! 
 
Mən  deyərdim  monoqrafiyanın  müəllifinin  qəbul  etdiyi 
qərar  çox  real  və  ədalətlidir.  “Şairin  qələmindən  süzülüb  gələn 
misraların  qurtuluşa  çağırış  nidaları  bu  gün  də  əzəmətlə  səs-
lənir”. 
Həm  milyonları  təşkil  edən  oxucuların,  həm  də  qələm 
dostlarının sevimlisi olan Qulamrza Səbri Təbrizinin poeziyası-
nın  təhlilinə  həsr  edilən  monoqrafiyanı  qələm  dostumuz  Sabir 
Nəbioğlunun yaradıcılıq salnaməsində uğurlu addım hesab edil-
məyə  layiqdir.  Monoqrafiyanın,  necə  deyərlər,  uğurlu  taleyinə 
inanıram. 
 
Balaş Azəroğlu,   
Azərbaycanın xalq şairi 
 
15 fevral 2010                 
 
       


 
7
 
 
TƏBR ZDƏN   
BAŞLANAN DÜNYA 
 
 
 
                        Çarxını qurduqca dövranın əli, 
Bəzən ağlar olur, bəzən gülməli. 
nsanın ən böyük eşqi, əməli 
Bəzən aslan kimi çırpınır darda, 
Bəzən qanad çalır fırtınalarda. 
 
Səməd Vurğun 
 
Azərbaycanın uzun əsrlik söz sənəti kəhkəşanının parlaq 
səyyarələrindən  biri  yox,  bu  doğru  olmazdı,  səyyarəsi  olmuş 
Səməd Vurğunun həmin misraları yaradıcılığı haqqında yazmağı 
qət  etdiyim  güneyli  qələm  dostumun  poeziya  aləminə  aparan 
yolun məşəldarı oldu desəm, yanılmaram. 
Bu  bənzərsiz  söz  ustası  vətənin  eşq  və  məhəbbət  gülüs-
tanında cəsarətlə qanad açmış, qüdrətli sənətkar əzmi ilə qasırğa 
və  tufanlar  burulğanlarında  mənsub  olduğu  xalqın  ədəbi-bədii 
təfəkkürünə  layiq  əsərlər  yaratmışdır.  O,  qələm  məhsulları  ilə 
görkəmli  ədəbiyyatşünas,  tədqiqatçı,  səriştəli  tərcüməçi  kimi 
ş
öhrət qazanmışdır. Bir söz ustası kimi bu dediklərimin fövqün-
də dayanan başqa bir keyfiyyətə də malik olmuşdur: 
Güzəşt tanımayan şair-sosioloq! 
Xatırlatdığım  bu  keyfiyyətlərin  hansı  simanı  formalaş-
dırdığı barədə soraqlaşarkən Azərbaycanda və beynəlxalq aləm-
də  yaxşı  tanınmış  bir  şəxsiyyətin  ünvanı  gözlərimiz  qarşısında 
inamla qədd çəkib dayanır: 
 


 
8
Ş
air Qulamrza Səbri Təbrizi. 
Görkəmli söz ustasının yaradıcılığı haqqında fikir demə-
yə  hazırlaşmaq  prosesində  dahi  Səməd  Vurğunun  yuxarıdakı 
misralarından  dərk  etdiyim  ağır  çəkili  mənaları  əldə  rəhbər 
tutmağı  doğru  yol  hesab  etdim.  Şair  keçdiyi  dərəli-təpəli, 
sıldırım  qayalı  sənət  yollarında  vətən  və  xalq  mənafeyini  ucuz 
tutanlarla  bəzən  aslan  kimi  pəncələşmiş,  bəzən  fırtınalar  qoy-
nunda amalına doğru yorulmaq bilmədən qanad çalmışdır. Ümdə 
mətləb  siyasi  baxışlarının  və  poetik  qənaətinin  məqbul  hesab 
etdiyi  məramından  heç  bir  halda  bircə  addım  belə  kənara 
qoymaması olmuşdur.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
9
Müdrik, əsrlərin sınağından başı uca çıxmış, tarixin dö-
nə-dönə təsdiq möhürü vurduğu bir həqiqətdir: heç kəs dünyaya 
ş
air, rəssam, bəstəkar, hərbi sərkərdə kimi göz açmır. Həyat özü 
bu  qabiliyyəti  zaman  adlı  ustada  həvalə  edir.  Məhz  bu  qədir-
qüdrət sahibinin layla çaldığı beşikdə Nizamilər, Füzulilər, Qali-
leylər, Rəfaellər, Bleyklər, Belinskilər, daha kimlər, kimlər yetiş-
mişlər. 
Təbii  ki,  dövrün,  zamanın  yetişdirdiyi  əbədi  ömürlü  söz 
və  sənət  sərkərdələrinin  şöhrətləri  arasında  bərabərlik  işarəsi 
qoymaq  fikrindən  çox  uzağam.  Lakin  bir  cəhət  şəkk  və  şübhə 
doğurmayacaq  bir  həqiqətdir.  Onlar  Yer  üzünün  ən  qüdrətli 
məxluqu olan bəşər övladının ləyaqətli davamçıları olmuşlar. Bu 
baxımdan  insanlığın  tufanlı  və  təlatümlü  həyatına  bəxş  etdiyi 
söz,  sənət  və  hünər  korifeyləri  ilə  fəxr  etməyə  xalqımız  tam 
haqlıdır.  Bunun  üçün  böyük  Vətənimizin  şöhrət  salnaməsinə 
ötəri bir nəzər salaq. Həyata göz açmış lakin onunla vidalaşmaq 
hökmünə baş əyməmiş Nizamiləri, Xəqaniləri, Nəsimiləri, Mirzə 
Cəlilləri, Sabirləri, Hüseyn Cavidləri, Cəfər Cabbarlıları, Səməd 
Vurğunları dərin təzim və məhəbbət hissləri ilə xatırlayaq. 
Söhbət  Azərbaycanın  müasir  mühacirət  ədəbiyyatından 
olan  bir  ədəbi  simadan  getdiyindən  bu  ünvana  çatmaq  üçün  ən 
yaxın məsafədən istifadə etmək istərdim. 
stedadlı  ədəbiyyat  araşdırıcılarından  olan  Tomrus  Ba-
banlı  “Bir  şərqlinin  Vilyam  Bleyk  dünyası”  adlı  maraqlı  məqa-
ləsində yazır: 
2002-ci  ildə  Əbdül  Hüseynovun  tərtib  etdiyi  “XX  əsrin 
100 görkəmli azərbaycanlısı” adlı kitabında 100 şəxsdən birinin 
məhz  Qulamrza  Səbri  Təbrizinin  olması  da  bunun  bariz  nü-
munəsdir”. 
Kimdir Qulamrza Səbri Təbrizi? 
“Mənim  həqiqi  təvəllüdüm  məlum  deyil.  kinci  dərəcəli 
orta  məktəbə  girmək  istəyəndə  bu  mənə  məlum  oldu.  btidai 
məktəbin  müəllimləri  deyirdilər  ki,  mən  iti  zehinli  və  çox 
hazırcavabam.  Təxminən  13  yaşımda  (mən  belə  fikirləşirəm) 


 
10
məktəbi  tərk  edib,  səhərlər  əczaxanada  işləyirdim,  sonra  isə 
axşam məktəbinə gedirdim. Növbəti təhsil yolum yaşı 16-dan az 
olmayan  uşaqlar  üçün  özünü  maliyyələşdirən  məktəbin  imta-
hanlarında iştirak etmək idi.  lin axırında son imtahanlar zamanı 
rəsmi  siyahıda  adımı  qeyd  etdirmək  üçün  gedərkən  dedilər  ki, 
mənim yaşım çatmır. 
Qonşuluqda Ağaye Kərrubi adında bir hüquqşünas yaşa-
yırdı. O, eyni zamanda, “Əxtəre Şomal” (“Şimal ulduzu”) qəze-
tinin  redaktoru  idi.  Hekayətimi  ona  danışdım  və  yaşımı  14-dən 
16-ya necə qaldırmaq haqda məsləhət istədim. O, mənə məsləhət 
gördü  ki,  məhkəməyə  şikayət  məktubu  ilə  müraciət  edərək 
bildirim  ki,  atam  doğum  haqqında  şəhadətnaməmdə  anadan 
olduğum tarixi səhv salaraq iki il kiçik yazdırıb. Məktuba əsasən 
məhkəmə atamı və məni dinlədikdən sonra ya razılıq və ya rədd 
cavabı verəcək”. Ağaye Kərrubi əlavə etdi: 
“Məhkəmədə mənim rolum vəziyyəti yumuşaltmaq olar. 
Güman ki, yaşının artırılmasına nail ola bilərsən”. 
Onun məsləhəti ilə bu işi sona çatdırmaq üçün məktublar 
yazmağa, şahidlər axtarmağa başladım. Qanun Departamentinin 
bütün  otaqlarını  gəzib,  üç  ayımı  sərf  etdim.  Nəticədə  mənim 
xeyrimə qərar qəbul edildi. Şəhadətnaməyə görə mənim artıq 16 
yaşım  var  idi.  Lakin  mən  hələ  də  doğum  tariximi  dəqiq 
bilmirəm. 
Atamın  yazmaq  və  oxumaq  bacarmaması  üzündən  bu 
dolaşıqlıq əmələ gəlmişdi. Bütün müsəlmanlar kimi “ Quranın” 
son səhifəsinə doğum tariximi yazmamış və heç kəsdən də bunu 
xahiş  etməmişdi.  Xatırlayıram  hamı  mənim  yazın  birinci  günü 
doğulduğumu deyirdi. Bu bayramı Orta Asiya,  Əfqanıstan,  ran 
Yeni il-Novruz kimi qeyd edirlər. Belə nəticəyə gəldim ki,  ranın 
Günəş  təqviminə  (bu  təqvim  slamın  Qəməri  təqvimindən  bir 
qədər fərqlənir) görə mən 1313-cü il Yeni il günü doğulmuşam”. 
Lakin  çox  gənc  yaşlarından  o  hiss  etdi  ki,  ömrünün 
gənclik çağlarını yaşadığı Vətən idealına çatmaq yolları üzərində 
elə dönümlər, döngələr yaratmışdır ki, onları ötüb keçmək onun 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə