Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   2   3   4   5   6   7   8   9   ...   27

 
11
üçün  asan  olmayacaqdır.  Vətəni  və  xalqı  üçün  xoşbəxt  günlər 
axtarışı onu çox tez qürbət ellərə üz tutmağa məcbur etdi. Bu yol 
ömrünün  gənc  çağlarında  onu  Türkiyəyə,  ngiltərəyə  aparıb 
çıxartdı.  O,  bu  uzun  səfərə  maddi  cəhətdən  çox  zəif  imkanla 
qədəm  qoydu.  Özünün  yazdığına  görə,  London  səfərində  onun 
cibində  cəmi  300  dollar  olmuşdur.  Lakin  o,  sarsılmadı.  Bu 
barədə şairin öz səsini eşidək: 
“Ehtiyac  üzündən  hər  cürə  işdə  işləməyə  məcbur 
olmuşam:  fəhlə,  anbarda  hammal,  restoran  xidmətçisi  və  sairə” 
(22, s.4). 
Ş
air özü də zamanın onun ömür yolları üzərində yaratdığı 
keçidlərin ağırlığından heyrət ediləcək bir sədaqətlə söz açır. O, 
yazır: 
“1959-cu  ilin  əvvəlində  Türkiyəyə  gedib  stanbul  Uni-
versitetinin  doktoranturasına  qəbul  olundum.  Amma  1959-cu 
ilin  mayında  Türkiyədə  hökümət  çevrilişi  olduğu  üçün  təzədən 
rana döndüm. Çünki  stanbul Universiteti bağlandı. Həmin ilin 
yayını  randa keçirib  ngiltərəyə yola düşdüm. Cibimdə cəmi 300 
dollar pulum var idi” (22, s.3). 
Həqiqi  vətənpərvərlik  və  elsevərlik  idealı  həyatının  ən 
çətin  anlarında,  günlərində  onun  yaxın  hamiləri,  qüvvət  və 
qüdrət mənbəyi oldu. O, sarsılmadı. Etiraf edir ki: “Nə iş oldusa 
gecələri  işlədim,  dəmir  yolunda,  restoranlarda  bir  sozlə  harada 
gəldi orada... 
Küçələrdən  yığıb  ev  düzəltdim.  Ancaq  xeyriyyə  cəmiy-
yətinə müraciət etmədim. Özümə sığışdırmadım ki, Təbrizli so-
yadı Qərbi Avropanın hansısa xeyriyyə cəmiyyətinin siyahısında 
yazılsın...” (6, s.12). 
Bütün  çətinliklərə  baxmayaraq  onun  vətənə,  doğma  tor-
pağa  məhəbbəti  bir  an  belə  səngimək  bilmədi.  Bu  dözüm  sər-
kərdəsinin doğma yerlərə dəruni sevgisi ağır təqib və sarsıntılara 
bir vətən məftunu kimi davam gətirdi. 


 
12
-Heç bu dövr ərzində Təbrizə qayıtmaq haqqında düşün-
dünüzmü?-  sualına  verdiyi  cavab  doğma  yerlərə,  onun  mərd 
mübariz övladlarına odlu məhəbbətdən soraq verir: 
-Düşündüm,  hətta,  1973-cü  ildə  qayıtdım  da.  Lakin  Sə-
məd  Behrəngi,  Bəhruz  Dehqani  və  başqa  dostlarımı  məhv 
etmişdilər.  Bir  sözlə,  burada  qalmağın  mənası  yox  idi...”  (22, 
s.125). 
Həmin  müsahibəni  keçirmiş  “Azərbaycan”  qəzetinin 
ə
məkdaşı P.Abbaslının söhbətinə seçdiyi sərlövhə çox təsirli və 
məqsədəuyğun  səslənir:  Qulamrza  Təbrizi  Londonu  Bakı  ilə 
müqayisə etmir, çünki bura vətəndir” (22,s.123). 
Ümumiyyətlə ədəbiyyatın başlıca qayğısının hansı səmtə 
yönəldilməli  olması  barədə  şairin  çox  səviyyəli  və  prinsipial 
baxışı vardır: 
“...Yazıçı ədəbiyyatın ədəbi prinsiplərinə istinad etməklə 
yanaşı xalqının ruhunu, gündəlik ovqatını nəzərə almalıdır, - bu 
mənada  mən  ədəbiyyatın  siyasi  keyfiyyətini  qəbul  edirəm  və 
dərindən inanıram  ki,  ədəbiyyat  onu  yaradan  xalqın  mənafeyini 
müdafiə etməlidir” (6, s.15). 
Qulamrza  Səbri  Təbrizi  XX  əsr  Bütöv  Azərbaycanın 
alim,  nəzəri-siyasi,  ədəbi-ictimai,  ədəbiyyatşünas  nümayəndəsi 
kimi  ad  qazanmışdır.  Onun  görkəmli  ingilis  şairi,  rəssamı, 
nəqqaşı, mütəfəkkiri Vilyam Bleykin həyat və yaradıcılığına həsr 
etdiyi “Vilyam Bleykin dialektik fikri-ədəbi və sosial görüşləri” 
mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası demək olar 
ki,  bütün  Avropa  və  Amerikada  yetərincə  şöhrət  tapdı.  Lon-
donda  nəşr  etdirdiyi  “Vilyam  Bleykin  behişti  və  cəhənnəmi” 
ünvanlı  kitabı  alimə  yeni  uğurlar  qazandırdı.  Sonralar  işıq  üzü 
görən  “ ran:  bir  çocuğun  hekayəsi,  bir  kişinin  təcrübəsi”  adlı 
bədii-publisist  kitabı  onun  uğurlarının  üfüqlərini  xeyli  geniş-
ləndirdi. 
Təbii  ki,  şairin  sərhəd  tanımayan  ədəbi-bədii  qələm 
məhsullarından daha geniş həcmdə söhbət açmaq olar. Xüsusilə 
dünyanın sənət korifeyləri ailəsinə daxil olan Məhəmməd  qbal, 


 
13
rəc, Saedi, Kolric, Əziz Nesin kimi sənətkarların yaradıcılıqları 
haqqında  heç  kəsə  oxşamayan  notlarla  söz  açmasını  tərəddüd 
etmədən  alimin  tədqiqat  və  axtarışlarını  ədəbi  aləmdə  yadda 
qalan  hadisələr  kimi  qiymətləndirmək  olar.  Lakin...  lakini  ora-
sındadır  ki,  mənim  tədqiq  və  təqdim  obyekti  seçdiyim  mövzu 
Qulamrza Səbri Təbriznin poeziyası barədə söz açmaq olacaqdır. 
Elə  burdaca  sənətkarın  dəfələrlə  və  müxtəlif  müna-
sibətlərlə dilə gətirdiyi bir iddiasını yada salmaq istərdim. O, son 
dərəcə səmimi bir təvazökarlıqla dəfələrlə etiraf etmişdir ki, mən 
ş
air  olmaq  istəmirdim.  Lakin  məni  əhatə  edən  mühit,  hadisələr 
və  insanlar,  beynimdə  coşub  daşan,  qəlbimdə  yuvalanan  istək-
lərimi  məhz  poeziyanın  dili  ilə  açıqlaya  biləcəyimə  məni  inan-
dırdı. 
Yeri gəlmişkən mən şairin başlıca aşqarını təvazökarlıq-
dan  yoğrulmuş  bir  iddiasının  yanından  da  sükutla  keçmək 
istəməzdim.  O,  müsahibələrindən  birində  demişdir:  “Şeir  yaz-
maqda  məqsədim  heç  də  şair  kimi  tanınmaq  olmayıb.  Sadəcə 
qəlbimin  ağrı  və  iztirablarını,  heç  kimə  izhar  edə  bilmədiyim 
hisslərimi şeirə köçürmək istəmişəm” (40, s.167). 
Mən köksündə vətənpərvərlik ocağı, xalqına layiqli övlad 
olmaq  məşəli  alovlanan  alimin  bu  rəyinə  bircə  fikrimi  əlavə 
etmək  istəyərdim:  onu  poeziyaya  gətirən  cığırlar  sonralar  geniş 
ş
ahrahlara çevrilərək öz müəllifini nurlu, işıqlı, mərmər sütunlu 
ş
öhrət sarayına aparıb çıxartdı. Bu yolun ən parlaq səyyarəsi isə 
poeziya oldu. Məncə, tədqiqatçı ədəbiyyatşünas, tərcüməçi, nasir 
Qulamrza  Səbri  Təbrizinin  bütün  uğurlarının  məşəli  öz  qığıl-
cımını  daim  köksündə  közərən  poeziyadan  almışdır.  Bu  göv-
hərin  parıltısını,  nurunu  hər  cürə  yad  baxışlardan  qorumaq  və 
onu  daha  da  gurlaşdırmaq  üçün  əsirgəmədiyi  halal  və  səxavətli 
ə
məyinə minnətdar olmalıdır. 
Ə
dəbiyyatşünas Kifayət Məmmədova yazır: 
“Tale  ona  qaynar  poetik  təb  bəxş  etmişdir.  Onun  şeir-
lərində sadəlik və dərinlik harmonik şəkildə qovuşmuşdur. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə