Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   2   3   4   5   6   7   8   9   ...   27

 
18
 
Müəllifin  şeir  pərisi  harada  –  şəhərdə,  kənddə,  səfərdə, 
düzdə, dəryada, qürbətdə, vüsal qoynunda qanad açsa da vətənin 
taleyini bircə an belə unutmur. Doğma diyarında yadların əli və 
hədə-qorxuları ilə yaranan vəziyyət qələminin başlıca covlangahı 
olmaq  borcunu  unutdurmur.  Ümdə  qayə  isə  ondan  ibarətdir  ki, 
ş
air  müşahidə  etdiklərini  sadəcə  tərənnümlə  kifayətlənmir.  Bu 
heç  də  qəribə  səslənmir.  Təbrizinin  bir  şair  kimi  poetik  kök-
sündə  yaradıcının  ümdə  borcu  təzahürün  batininə  nüfuz  etməyi 
bacaran,  qələminin  əsas  vəzifəsi  müşahidə  edilən  qüsurları  dağ 
qarı  kimi  əritməyə  qadir  olan  misralarını  yanar  məşələ  çevir-
məkdən ibarətdir. Aşağıdakı şeirin varlığında yuvalanan od-alo-
va diqqət edək: 
 
Utanıram görməyə - 
Ac uşaqları. 
Bir halda ki, 
Məmləkətin 
Altı qara qızılla doludur (25, s. 94). 
 
Azacıq  belə  izaha  ehtiyac  yoxdur  ki,  “Bu  qara  qızılla 
dolu” xəzinə işıq, hərarət selinə çevrilərsə vətənin ağ günlərinin 
sorağını  Yer  Kürəsinin  ən  ucqar  diyarlarına  belə  çatdırmağa 
qadir olar. 
Ş
airin  vətənə  sevgisi,  onun  xoşbəxtlik  nöqtəsinə  qovuş-
maq  idealı  zirvə  tanımayan  bir  yüksəklikdir.  Diqqətdən  yayın-
mayan  belə  bir  ideyanın  şairin  vətən  sevgisinin  simvolu  Təb-
rizdən söz açanda yeni qol-qanad kəsb edir. Müəllifin lirikasının 
Təbrizin  baharının  gəlinə  bənzəməsi  məntiqinin  arxasında 
sahillərinə  sığmayan  nəhəng  bir  məhəbbət  nəhri  qərar  tutur. 
Təbrizin  dağlarını,  daşlarını  dilləndirən,  damarlarında  cərəyan 
edən qanın, baş qaldıran çiçəklərin təbəssümünün başlıca qayəsi 
qışın  buz  nəfəsini,  xalq  üçün  doğurduğu  maddi  və  mənəvi 
məhrumiyyətləri  unutdurmaqdır.  Belə  bir  halkı  vətəni  bəxtəvər 


 
19
sabaha  aparan  yollarda  sönməz  məşələ  çevirən  eşq  olsun!  - 
sözləri çox yaraşır: 
 
Bahar Təbrizin qiyamıdı, 
Ə
sarət yuxusundan diksinişidir. 
Azadlıq eşqidi! (29,    s. 15).                           
                                               
Bu  bir  həqiqətdir  ki,  şair  həm  mənəvi,  həm  də  fiziki 
baxımdan demək olar ki, dünyanın əksər ölkələrini gəzib dolaş-
mışdır. Lakin professor o kəslərdən deyil ki, Londonun, Parisin, 
Dehlinin,  Nyu-Yorkun  təmtəraqlı  saraylarını  gördükdən  sonra 
Təbrizinin hələ abadlaşmağa çox ehtiyacı olan məhəllərini uçu-
rub dağıtmağı doğru qərar hesab etsin. Şair bu fikirdədir: Təbriz 
dünyanın  elə  cənnət  guşələrindəndir  ki,  o  qoynunda  daha  dəb-
dəbəli  binaların,  sarayların  ucaldılmasına  laqeyd  deyil.  Amma, 
indiki  halında  da  Təbrizin  bir  kasıb  daxması  şair  üçün  qərbin 
dəbdəbəli saraylarından əzizdir, doğmadır: 
 
Dəyişmərəm Təbrizin   
Bir palçıq evini   
Britaniyadakı sarayıma (25, s.116).     
 
Bir  həqiqətə  arxa  çevirmək  doğru  olmazdı.  Qulamrza 
Səbri  Təbrizinin  vətəndən  olan  həmkarlarının  yolu  ilə  də  get-
məyə  qabiliyyəti,  qüdrəti  çatardı.  Yəni  o  da  Abşeronun  səfalı 
guşələrindən birində özü və övladları üçün villalar, kəhkəşanlar 
yarada  bilərdi.  Lakin  yoxsul  bir  ailədən  olan  bir  uşağın  bu 
villalara həsrət ilə baxması dünyanı onun gözlərində əzab diyarı-
na çevirə bilərdi: 
 
Azərbaycanın   
Sədəqəyə ehtiyacı yoxdur. 
Pula, yardıma ehtiyacı yoxdur. 
Torpağı, havası, suyu qızıldı 


 
20
                              -Bu yurdun. 
                              Yalnız qeyrət gərək, 
                  Qeyrətlə bu rəzalət devriləcək (16, s.54). 
 
Az-çox poetik istedadı olan elə bir qələm sahibi tapmaq 
mümkün  deyildir  ki,  o,  bu  və  ya  digər  münasibətlə,  bu  və  ya 
digər  səviyyədə  ana  dili  probleminə  toxunmamış  olsun.  Hətta 
dövrün  ictimai-siyasi  durumunun  hökmü  ilə  özgə  dildə  yazıb-
yaradanlar  belə  ana  dilinə  sevgilərini  bildirmək  üçün  yaranan 
azacıq  imkandan  belə  istifadə  etməyə  çalışmışlar.  Bu  barədə 
geniş  söhbət  açmaq  niyyətim  yoxdur.  Çünki  ayrı-ayrı  şair  və 
tədqiqatçıların  mövzuya  münasibətinin  orijinal  nüanslarla  şərt-
lənən məqamları hədsiz dərəcədə çoxdur və onların üzərində ət-
raflı şəkildə dayanılması imkan xaricindədir. 
Qulamrza Səbri  Təbrizinin  ana  dilinə  məhəbbəti  heç  bir 
mizam-tərəzi ilə ölçülə bilməz. Onun doğma dilinə münasibətini 
sətirlərə,  misralara  çevirən  qələm  məhsulları  da  saysız-hesab-
sızdır.  Mən  tədqiqatımın  imkan  verdiyi  çərçivədə  onlardan  bə-
zilərinin üzərində dayanmaq istərdim.   
Tərəddüdə yol vermədən iddia edə bilərəm ki, o, yaxın və 
uzaq  həmkarları  kimi  ana  dilini  insanın  milli  varlığının  başlıca 
atributu  hesab  etmişdir.  Sədi  Şirazi  demişkən:  Əgər  insanın 
danışan  dili,  fikir  və  təfəkkürünü,  həyat  və  cəmiyyət  haqqında 
düşüncələrini  başqalarına  çatdırmaq  üçün  nitqi  olmasa  onunla 
divarda  nəqş  olunmuş  bir  rəsm  arasında  nə  fərq  olardı?  Dil 
insanın  varlığının,  düşüncə  və  mülahizələrinin  başlıca  nüma-
yəndəsidir, ifadəçisidir.   
Bu  həqiqəti  bütün  əzəməti  ilə  dərk  edən  şair  Qulamrza 
Səbri Təbrizi yazır ki: 
 
Ə
gər birinin 
stərsiniz 
Canını alasınız, 
ə
n əvvəl dilini alın – 


 
21
danışan dilini, 
ana dilini...(29, s.7). 
 
Ş
air dil problemi ilə əlaqədar vətəndən olan qələm dost-
larının  həyatlarında  baş  verən  hadisələrdən  bir  filosof,  bir  təd-
qiqatçı, bir söz ustası kimi məharətlə bəhrələnir. Onun məqsədi 
heç  də  görkəmli  qələm  sahiblərinin  rejim  tərəfindən  düçar 
edildikləri haqsızlıqları yada salmaq deyil. Onun ümdə qayəsini 
bu  haqsızlıqların  simasında  dilin  qüdsiyyətini  və  vətəndən  olan 
yazarların  tarixi  haqsızqlıqlar  qarşısında  göstərdikləri  müqavi-
məti  qiymətləndirməkdir.  Bu  hədəfinə  çatmaq  üçün  rəngarəng 
haqsızlıqların simasını günəşdən qorxan yarasaların gözləri qar-
ş
ısında  işıqlı  aləmə  çıxartmaqdır.  Bu  baxımdan  Azərbaycanın 
görkəmli  söz  ustalarından  olmuş  Səməd  Behrəngi  və  Qulam-
hüseyn Saedinin həyatlarına söykənərək dil ilə əlaqədar  rejimin 
törətdiyi  cinayət  xislətli  qadağanın  simasını  açıb  ortaya  qoyur. 
Professor yazır: 
“Səməd  Behrəngiyə,  Qulamhüseynə  sual  veriblər  ki,  siz 
türkcə bilirsiniz niyə farsca yazırsınız. Onlar cavab vermişlər ki, 
ana  dilində  savadım,  icazəm  və  yazdıqlarımı  oxuyan  olsa  dəli 
deyiləm ki, gedib özgə dildə yazam... həm Pəhləvi dövləti, həm 
slam Cümhuriyyəti bu iki yazıçını yasaq ediblər. Onlar indi də 
gizli nəşr olunurlar” (30, s.19). 
Bu  qəbil  həyati  faktlar  şairə  dil  haqqında  daha  prinsipal 
mətləblər barədə öz rəyini açıqlamğa zəmin yaradır. 
Bu  bir  faktdır  ki,  hələ  indi  də  Güneydə  ana  dilli  bir 
məktəb  belə  fəaliyyət  göstərmir.  Bununla  əlaqədar  irəli  sürülən 
“niyə” sualına Qulamrza Səbri Təbrizinin öz şəninə və sənətinin 
qüdsiyyətinə yaraşan cavabı vardır: 
“...Dilin  azad  olması,  məktəb  böyük  bir  mənəvi  qüdrət-
dir.  Bu  mənəvi  qüdrət  diktatorların  saraylarını  və  cahil  siyasət-
lərini puça çıxardır, diktatorluğa, şovinizmə son qoya bilər”. 
Ş
airin  böyük  müasiri  ulu  Şəhriyar  bu  mövzuda  söhbət 
düşərkən öz baxışını aşağıdakı sözlərlə ifadə etmişdir: 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə