Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 
33
dediyinə  görə  dərisinin  soyulduğu  böyük  Nəsimi  tarixin  az-az 
təsadüf etdiyi müdhiş bir cəzaya məhkum edildi. 
Təbii  ki,  bu  sahədə  dünya  və  Şərq  xalqlarının  həyat-
larından istənilən qədər nümunələr göstərmək olar. Lakin söhbət 
burasındadır  ki,  bəşəriyyətin  sonrakı  dövrlərə  mənsub  olan 
nəsilləri saxta və boyalı simalı ruhaninüamaların, mənafeləri xa-
tirinə uydurduqları saxta və qondarma əqidə və etiqadları qəbul 
etməmiş,  yeri  gəldikdə  öz  üsyankar  səslərini  çıxartmaqdan  çə-
kinməmişlər. Lakin elə burdaca xatırladaq ki, o dühalar təfəkkür 
tarixində  fonemental  mövqe  tutan  Mirzə  Fətəli  Axundovun 
mövqeyi çox uğurlu nümunə ola bilər. O, “Külli ədyanı puç və 
ə
fsanə hesab edirəm” – deyərkən təbii ki, peyğmbərlərin, imam-
ların keşiyində durduqları dini  deyil,  ruhani  libaslı  şarlatanların 
xalqın xurduna verdikləri uydurmaları nəzərdə tutmuşdur. 
Çox  uzağa  getməyək:  zəmanəsinin  mütərəqqi  baxışla-
rının  zirvəsinə  yüksəlməyə  nail  olan  şairin  dinlərə,  əqidələrə, 
hətta Allaha öz idealının bünövrəsini həyatın insan oğluna bəxş 
etdiyi  nemətlər,  şüur  və  zəka  təşkil  edir.  Maddi  və  mənəvi 
sərvətlər  təşkil  edir.  Xaliqin  insana  inamı  sərhəd  və  miqyas 
tanımır.  O,  tanrıya  məhz  bu  nemətlərin  ucaltdığı  sarayların 
zirvəsindən  baxır.  Məhz  bu  məkandan  dərk  etdiklərinə  inanır. 
Yoxsa,  müxtəlif  boyalı  görkəmli,  müxtəlif  əba-qabalı,  müxtəlif 
saçlı-saqqallı  din  xadimi  libaslıların  onun  üçün  nə  maddi,  nə 
mənəvi  özülü  yoxdur.  Şairin  həmin  mətləblərdən  söz  açan 
mövzu aləmində  qələmindən  süzülüb  gəlmiş  misraların  öz  sağ-
lam məntiqlərinə nəzər salaq: 
 
Mən Allaha inanıram, 
O Allaha ki, məndə, 
Səndə və qeyrilərindədi. 
Mən o Allaha inanıram ki, 
Rəhmdildi, adildi... 
Mən inanmıram o Allaha ki, 
Haqlını nahaqqa, 


 
34
Alimi cahilə möhtac edə... 
Mən keşişlərin, mollaların   
Abstrakt Allahına inanmıram (17, s.65). 
                                                                 
stərdim  “Abstrakt  Allah”  dedikdə  şairin  nəyi  nəzərdə 
tutduğuna diqqət edilsin. Burada yeri, göyü yaradan qüdrət sahi-
bindən  deyil,  ruhani-nümaların  öz  mənafeləri  xatirinə  “Allah” 
ünvanı verdikləri bir varlıqdan söhbət gedir. 
Ş
airin  sənət  pərisi  çox  qüdrətli  qanadlara  malikdir. 
Cəmiyyət  həyatında  onun  əl  tapa  bilmədiyi,  nüfuz  edə-etməyə 
gücü  çatmadığı  obyekt  yoxdur.  O,  hətta  dərbarların,  sarayların, 
səltənətlərin  daşdan,  poladdan  hasar  çəkdikləri  aləmlərə  də  yol 
tapır. Onun nüfuzedici müşahidələri deyilən daş hasarlı saray və 
dərbalara, şah ilə ruhanilərin sövdalaşdıqları məkanlara da nüfuz 
edə  bilər.  O,  dərbaların  ruhaniləri  öz  düşmənləri  əleyhinə  qal-
dırılmasının on qat gizli saxladıqları niyyətlərini də bəsirət gözü 
ilə müşahidə edə bilir. Hər şey şair zəkasının dərk edib misralara 
çevirdiyi həqiqətlərə uyğun şəkildə həyat donu geyir. Şairin xalq 
arasında  yaxşı  məlum  olan  “ lanın  ağına  da  lənət,  qarasına  da” 
fəlsəfəsi  ilə  aydın  və  şəffaf  donda  meydana  çıxır.  Sənətkar 
zəkasının təyinatında azacıq belə tərəddüdə yer qalmır: 
 
Bir zaman  ran şahı, 
Ölkənin din başçılarını 
Qaldırdı düşmənləri əleyhinə. 
Və şah getdikdən sonra, 
Bu din başçıları – 
Tutdular onun yerini. 
Başladılar başsız başları ilə   
Başçılıq eyləməyə ( 23, s.30). 
                           
Lakin  “Başsız  başçıların”  hakimiyyəti  xalqa,  vətənə  çox 
baha başa gəldi. Onlar  slam inqilabının qələbəsindən sonra elm, 
mədəniyyət,  iqtisadiyyat,  ədəbiyyat,  məişət,  dil  və  sairə  sahə-


 
35
lərdə verdikləri vədləri gəldikləri yolla da geri qaytardılar. Şahın 
yaratdığı  həbsxanalar  yenə  də  vətənpərvərlərin  son  mənzilinə 
çevrildi.  Ana  dilinə  qoyulan  qadağalar  bir  qədər  də  qatılaşdı. 
Vətənin, xalqın azadlığını özlərinə ideal seçən oğullar plamiyot 
atəşinin  yeminə  çevrildilər.  Mollalalar  hakimiyyətinin  əmma-
məli  başbilənləri  keçmişdə  şah  cəlladlarının  açdıqları  yolla 
amansızcasına  hərəkət  etdilər.  Təbii  ki,  bütün  bunlar  tükü-
tükdən  seçən  şairin  nəzərlərindən  yayına  bilməzdi.  Şair  bu 
haqsızlıqlara laqeyd qalmadı: 
 
Təəccüb edirəm, 
Yenə də 
Alimi, 
Mollası, 
Ciblərin doldururlar dayanmadan. 
Bilmirəm hara aparacaqlar 
Bu ağır yükü? (34, s.61). 
 
Ş
air  bu  qarətçilərin  məqsədlərini  də  bir  sərraf  dəqiqliyi 
ilə müəyyənləşdirir. Buna imkan verən başlıca olaraq iki amildir: 
bunlardan biri şairin elm, mədəniyyət, zəka sahəsində yüksəldiyi 
zirvədən hər  şeyin  onun  üçün  öz  parametrləri  ilə  görünməsidir. 
Digəri isə havası ilə tənəffüs etdiyi mühitin təbiətinə yaxşı bələd 
olmasıdır.  Ona  görə  də  poetik  hökmlərində  inamlı,  əqidəsində 
dönməzdir: 
 
nanmayın- 
Üzdə müsəlman olan   
Bu oyunbazlara. 
Çünki məqsədləri puldu, sərvətdi. 
Böyük qüdrətlərə xidmətdi (34, s.70). 
 
“Allah  insanları  kasıb  və  dövlətli  yaratmır.  Bu  bölgü 
ə
dalətsizlikdən meydana gəlir”. 


 
36
Qulamrza  Səbri  Təbrizinin  yaradıcılığını  yazıb  yaratdığı 
dövrün ədəbi hərəkatından təcrid etmək, əlbəttə doğru olmazdı. 
Ə
sas  mətləb  ondan  ibarətdir  ki,  dövrün  gur  axınlı  ədəbi  hə-
rəkatında  onun  da  poetik  lirasının  öz  sözü,  öz  səsi  olmuşdur. 
Həm  də  bu  nəfəs  dövrün  poetik  simfoniyasına  bir  gurluq, 
gümrahlıq gücü bəxş etmişdir. Özünəməxsus poetik qanadları ilə 
zamanın  şeir,  mərifət  səmasında  pərvaz  edən  poeziya  haqqında 
ustad  ədəbiyyatşünasların  bəzi  mülahizələri  ilə  tanışlıq  söz  yox 
ki, çox gərəkli səslənərdi. 
Dövrün  odlu-alovlu  şairlərindən  və  səriştəli  tənqidçilə-
rindən olan Alav inam və qətiyyətlə yazırdı: 
“Daha  şairin  “Morği  dili”  zülfi-pərişanda  aşiyan  salmır. 
Bəlkə şairin ürək quşu vətən bağında güllü-çiçəkli, meyvəli-barlı 
ağaclara  qonur  və  onların  budaqlarında  yuvalanır.  Şair  daha 
“çahi-zənəxdan”dustağı  yox,  el  qayğısının  əsiri  olur.  Xəyali 
dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair 
ə
lçatmaz röyalara, xülyalara varılmır”. 
Aşağıdakı mülahizələr isə XX əsr mütərəqqi fars ədəbiy-
yatşünaslığının elmi-nəzəri baxımdan görkəmli nümayəndələrin-
dən olmuş Ehsan Təbərinin qələminin məhsuludur: 
“Zülfün  və  saçın  buruğundan,  qaşların  mehrabından  və 
zənəxandandan  söhbət  açan  adam  məna  və  məzmun  yaradıcısı 
idi... Biz deyirik ki, təqlid kifayətdir. Bir milyondan artıq qəzəl 
yazılmış  və  xəyali  məşuqəni  o  qəzəliyyatla  tərifləmişlər.  Artıq 
bəsimizdir” (38, s.161). 
Ə
srin  müzəffər  poeziyası  xəzinəsinə  misilsiz  poetik 
incilər  bəxş  etmiş  Şəhriyar  da  poeziyaya  gələn  yeni  nəfəsə 
laqeyd qalmamışdır. Yəni əslində yeni nəfəsli poetik nümunələr 
müəllifi  yeni  axına  laqeyd  qala  bilməzdi.  Qalmadı  da.  Şair 
doktor Abbas Zəryabi ilə keçirdiyi tarixi müsahibəsində deyirdi: 
“...Bizim  şeirimiz  yeniləşməlidir.  Biz  daim  bir  nəfərin 
boyunu  sərvə,  gözlərini  nərgizə  oxşada  bilmərik,  hələ  də  əba-
qəbadan söz aça bilmərik. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə