Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 
40
Atılıb məzhəbçilik ortaya. 
Məzhəb tor olubdu – 
Ş
ikar toru, 
Ovlamağa, aldatmağa (16, s.35). 
 
Ş
air oxucularını qılaflı mollonümaların daxili aləmlərinə 
yol tapmağa yönəltməklə yanaşı haqq yolunun hansından ibarət 
olduğunu  göstərməyi  də  vacib  hesab  edir.  Onun  bu  bələd-
çiliyində qüdrətli sələfi Xəyyamın nəfəsi çox real şəkildə özünü 
hiss  etdirir.  Görkəmli  söz  ustası  oxucularını  gerçək  həyatın 
nemətlərindən istifadə etməyə çağırışını da əsirgəməmişdir: 
 
Səfasını çək bu günün, 
Burax sabahın vədlərini. 
Çünki dünən yaşanıb, 
Sabahdansa xəbər yoxdur (12, s.49). 
 
Tarix  haqq  sözü  deyən,  haqq  yazan  fikir  sahiblərinin 
qələmlərinin  sındırılmasının,  dillərinin  kəsilməsinin,  həbsxa-
nalar küncündə çürüdülməsinin, odlu atəşə hədəf seçilənlərin az 
ş
ahidi olmamışdır. Mirzadə Eşqinin, Səməd Behrənginin, Əlirza 
Nabdilin daha kimlərin, kimlərin talelərini yada salaq. Bu tarixi 
faciələr  şairə  də  yaxşı  tanış  olmuşdur.  O,  yaradıcı  insanların 
sənətlərini insafsızcasına talayanlara qarşı olmuşdur. Şair “Qurd-
çoban” adlı əsərində yazır: 
“Biz  elə  çoban  istəyirdik  ki,  canavarları  qovub  quzuları 
xilas etsin. Bəs nələrlə qarşılaşdıq? 
 
Amma əfsuslar – 
Təzə gəlmiş “demokrasidə” 
Qurdlar tutublar 
Çobanların yerini...(33, s.18). 
 


 
41
Lakin  şair  bu  acı  həqiqəti  təkcə  misralara  çevirməklə 
kifayətlənmir.  Qəzəbini  açıqlamaq  üçün  daha  kəsərli  məntiqə 
müraciət  edir.  Bir  şair  kimi  razılaşmadığı  quruma  qarşı  daha 
güclü silahdan atəş açır: 
 
stəsən   
Rahat yaşayasan bu ölkədə, 
Görmə, 
Eşitmə, 
Yaratma, 
Lal ol yerində. 
Nə qədər lal olsan   
Rahat yaşayarsan bu ölkədə (33, s24). 
 
Qulamrza Səbri Təbrizinin böyük məhəbbətlə xatırlatdığı 
sələflərinin alışdıqları qurtuluş məşəlinə yeni can və qüvvət verir 
desək tarixi həqiqəti etiraf etmiş olarıq. 
Yaşadığı  dövrdə  hakim  dairələrin  şovinist  başçılarının 
fitvası  ilə  xəfələndirilmiş  böyük  qəlb  və  qələm  sahibi  Səməd 
Behrəngiyə  şairin  ucaltdığı  məhəbbət  abidəsinin  sütunları  o 
dönməz  insanın  ideyaları  ilə  həmsəda  olmasından  nəşət  edir. 
Yəni  şairin  hakim  dairlərlə  razılaşmadığı  hədəflərə  qarşı  açdığı 
poetik  atəşin  alışqanı  Behrəngi  vulkanından  olmuşdur.  Səməd 
dərin bir inam və bir qədər də kəskin tonda yazırdı: 
“Tarix hələ heç vaxt göstərməyibdir ki, nəsihət, möcüzə, 
dua, nəzir niyazla adam qızışsın” (7, s.441). 
 
*** 
 
Dövrünün bir həqiqət carçısı və mübariz söz ustası kimi 
Qulamrza  Səbri  Təbrizinin  Seyid  Cəfər  Pişəvəriyə  ədalət  və 
həqiqət  çeşməsindən  su  içən  prinsipial  münasibəti  olmuşdur. 
Ə
lbəttə,  bunu  təsadüfü  hesab  etmək  düzgün  olmazdı.  S.C.Pi-
şə
vərinin  başçılıq  etdiyi  Azərbaycan  Milli  Hökümətinin  haki-


 
42
miyyətdə olduğu bircə ildə həyata keçirdiyi siyasi, iqtisadi, mə-
dəni tədbirləri doğma yurdun yaşarı ömrünə yeni ab-hava gətirdi. 
Milli  hökümət  torpaq  islahatı  həyata  keçirtdi,  müasir  sənaye 
müəssisələri  yaratdı,  ölkədə  baş  alıb  gedən  işsizliyi  aradan 
qaldırmaq üçün sanballı  addımlar  atdı.  Milli  Hökümət  ana  dilli 
məktəblər,  Darülfünun  təsis  etdi.  Azərbaycanın  mədəni,  ədəbi 
həyatında xalqın illər boyu həsrətində olduğu Milli  dram  teatrı, 
Filarmoniya  yaratdı.  Təbii  ki,  bunları  sadalamaqla  qurtaran  de-
yil.  nkarı mümkün olmayan həqiqət bundan ibarətdir ki,  bütün 
bu tarixi uğurların qazanılmasında Milli hökümətə başçılıq etmiş 
S.C.Pişəvərinin böyük əməyi olmuşdur. 
Yeri  gəlmişkən  bir  həqiqəti  xatırlatmaq  istərdim.  Milli 
hökümətin  həyata  keçirdiyi  islahatların  sorağı  hətta,  siyasətlə  o 
qədər də maraqlanmayan cəmiyyət üzvlərinin də aləmlərinə yol 
tapdı.  Şairin  xatirələrindən  bircə  epizodu  yada  salmağı  artıq 
hesab  etməzdim.  Onun  professor  Nizami  Cəfərovla  keçirdiyi 
“Mən siyasi düşünürəm” adlı müsahibəsindən son dərəcə səmi-
mi səslənən bir etirafına nəzər salaq: 
“Mənim  atam  Hacı  Məhəmmədəlinin  Təbrizdə  fabriki 
var  idi.  Seyid  Cəfər  Pişəvərini  də  yaxşı  tanıyırdı.  Hətta,  dost 
idilər.  Atam  deyərdi  ki,  baba  mən  siyasi  adam  deyiləm.  Mən 
adamın əməlinə baxıram və görürəm ki, ağaye Seyid Cəfər mə-
nim işçilərim üçün hamam tikdirib, onları bit-birədən qurtarıb”. 
(18, s. 16) 
Seyid  Cəfər  Pişəvərinin  və  onun  başçılıq  etdiyi 
Azərbaycan Milli Hökümətinin həyata keçirdiyi tarixi islahatlar 
tərənnüm  üçün  sənətkarın  yazar  qələminə  zəngin  material  ver-
mişdir.  O,  bu  islahat  tədbirlərini  dərin  iştiyaq  və  bir  vətən 
məftunu ehsasatı ilə qələmə almışdır. 
Məsələnin ümdə bir tərəfi də onda öz əksini tapmışdır ki, 
bu tarixi tədbirlər insanların, həqiqi vətən övladının təkcə zahiri 
aləmində deyil, onun daxili dünyasında yeni-yeni vətənpərvərlik 
hisslərinin  formalaşmasına  təkan  vermişdir.  Əlbəttə,  bu  o  dövr 
üçün çox gərəkli bir zərurət idi. Həmin islahatların ən ümdə və 


 
43
gərəkli  uğuru  onların  yaratdığı  mühitin  hər  bir  gənc  və  yeni-
yetmədə vətən üçün sədaqətli fədai olmaq iştiyaqı doğruması idi. 
Yeni yaranmış demokratik quruluş qocalı-cavanlı cəmiyyət üzv-
lərinin  hər  birini  azad,  müstəqil  ölkə  yaratmaqda  fədai  olmağa 
dəvət edirdi: 
 
Şə
hərdə su yox idi,   
                su gəldi. 
Xarabalıqlar məktəb oldu, 
                bağçaya çevrildi. 
Ana dilimi ilk dəfə 
Radiodan eşitdim Təbrizdə... 
Hər uşağın arzusuydu 
Fədai ola öz vətəninə...(33, s.155). 
 
Belə  bir  məhəbbətin  bəşəri  və  siyasi  ömür  karvanı  yolu 
üzərində namərdlərin əli ilə yaradılan üçürüm onu yaşamğa qoy-
madı.  Bu  tarixi  xəyanətin  sözsüz  elmi-nəzəri  və  praktiki  ba-
xımdan müxtəlif səbəbləri olmuşdur. Qulamrza Səbri Təbrizinin 
təmsil  etdiyi  nəslin  mübariz  poetik  baxışının  o  tarixi  xəyanəti 
təhlil  və  təqdim  etməkdə  öz  qənaəti,  öz  mülahizələri,  öz  sözü 
vardır. O, Pişəvəriyə həsr etdiyi şeirində belə bir sual irəli sürür: 
 
Bəs niyə öldürdülər 
Bu gözəl insanı   
Bakıda?(23, s.152). 
 
Nəzəri  və  ədəbi  baxımdan  zəmanəsinin  poetik  təfək-
kürünün  fövqündə  dayanan  şair  başqalarının  bu  sorğuya  nə  ca-
vab  verəcəklərini  gözləmədən,  bəlkə  də  veriləcək  cavablara 
inanmadığından özü cavablandırır: 
 
Pişəvəri istəyirdi biz   
Yazaq, oxuyaq   


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə