Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 
44
        öz ana dilimizdə... 
O, xalqına universitet açdı. 
Su, çörək gətirdi Təbrizə (23, s.152). 
 
Xalqa,  vətənə  bu  qədər  nemətlər  bəxş  edən  insanı,  yenə 
də sualı təkrar edək: 
 
Bəs nədən öldürdülər   
Bu gözəl insanı 
Bakıda? 
 
Suala şairin çox məntiqi və ədalətli səslənən cavabı belə 
olmuşdur: 
 
Çünki durdu   
Moskva ilə Tehranın   
qarşısında (23, s.152).   
 
Ş
air böyük bir tarixi  xəyanətin  üzərinə  öz  misralarından 
aydınlıq  nuru  çiləyir.  “S.C.Pişəvəri  məhz  Moskva  ilə  Tehranın 
sövdələşmələrinin qurbanı oldu”. 
Müəllifin unudulmaz, vətənin mərd və mübariz oğlu haq-
qında ümumi rəyi bundan ibarətdir: 
“Pişəvərinin  qurduğu  Demokrat  Firqəsinin  bir  ildə  xalq 
üçün etdiyini Rza şah iyirmi beş ilə görə bilmədi” (22, s.131). 
Bütün bunlarla yanaşı sənətdə haqq yazan, həqiqətlərdən 
sədaqətlə  söz  açan  qələminin  müstəqilliyini,  inamını,  heç  bir 
hədə-qorxudan  çəkinməməyə  dəvətli  oxucuda  dəruni  məmnun-
luq  hissləri  doğurur.  Şair  bir  filosof,  ictimai  xadim  cəsarəti  ilə 
yazır ki, “Peyğəmbərlik əsri keçib”, birisini bütləşdirmək dövrü 
bir  daha  geri  qayıdan  deyil.  Bu  yolu  seçənlərin  niyyətləri  büt-
ləşdirmək  təriqi  ilə  özlərinin  yaratdıqları  süni  pillələrlə  yüksəl-
mək, vəzifə və var-dövlət sahibi olmaqdır. 


 
45
Belələrinin  başqa  bir  sahədəki  xəyanətləri  xüsusilə  təəs-
süf doğurur. Tarixən qüdsiyyət və həqiqət keşiyində duran pey-
ğə
mbərlərə  xalq  arasında  ölçüyə  gəlməz  inam  və  məhəbbət  ol-
muşdur.  ndi  də  Həzrəti  saya,  Həzrəti  Musaya,  xüsusilə  pak 
qəlbli və sədaqətli insanlar  tərəfindən  adı  dərin  hörmət  və  dua-
səna  ilə  çəkilən  Məhəmməd  Peyğmbərə  sonsuz  hörmət  bəs-
lənilir. 
Lakin  müasir  fürsət  tələblərin  min  bir  təzvir  və  bəd 
niyyətlə  peyğəmbər  yaratmaq  niyyətləri  şair  tərəfindən  kəskin 
şə
kildə  rüsvayçılıq  dirəyinə  bağlanır.  Əgər  sağlam  haqq  və 
ə
dalət  tərəfindən  şüurun  təyinatı  ilə  baxsaq,  şairi  qiymətləndir-
sək min dəfə haqlı hesab etmək lazımdır: 
 
Keçib peyğəmbərlik əsri, 
nsanlıq düşməndir 
Bütləşdirməyə. 
Qulçuluqdu ümidi bir   
Nəfərə bağlamaq... 
Sonra da ona peyğəmbər 
Gəziylə baxmaq 
Yalvarmaq, nicat ümmaq. 
Özünə büt yaratmaq 
nsanların ruhundakı peyğəmbərliyi   
Bir nəfərlə məhdudlaşdırmaq (12, s.67). 
 
Qarabağ  hadisələri  hələ  ilk  günlərdən  şairin  diqqət 
mərkəzində  olmuşdur.  Londan  televiziyasında  Qarabağ  hadisə-
lərinə  həsr  edilmiş  verilişdə  Azərbaycanı  müdafiədə  tutduğu 
prinsipial mövqe erməni ekstrimistlərinin qəzəbini coşdurmuş, o 
ə
liqanlılar hətta, şairin həyatını da təhlükə qarşısında qoymuşlar. 
Ə
ldə  olan  mötəbər  məlumata  görə  yalnız  polisin  işə  qarışması 
onu təhlükədən xilas etmişdir. 
Bu  bir  həqiqətdir  ki,  sənətkarları,  o  cümlədən  şairləri  -
ş
airlər sözünün qarşısına “xüsusilə” sözünün  əlavə  etməyi  artıq 


 
46
hesab  etməzdim  -  fərqləndirən  onların  müşahidə  qabiliyyət-
lərinin  güclü  və  həssas,  özlərinin  uzaqgörən  olmalarıdır.  Onun 
yaradıcılığının  bu  keyfiyyəti  Qarabağ  hadisələrinə,  bu  olayın 
qanunsuz  övladı  olan  qaçqınlara  həsr  etdiyi  “Qaçqınların  pən-
cərələri”  adlı  qələm  məhsulunda  şairin  müşahidə  qabiliyyətinə, 
yox bu ehtivalı olmazdı, üzə çıxartdığı həqiqətlərə diqqət edək. 
Söz  yox  ki,  bu  gerçəklikləri  yaradıcılıqda  Qulamrza  Səbri 
Təbrizi poeziyasına malik olan sənətkar dilə gətirə bilərdi: 
 
Qaçqın evlərinin pəncərələri, 
Taxtayla, cır-cındırla tutulub... 
ş
ığı yox, istisi yox, 
Tüstüsü yox... 
O tərəfdə isə zənginlərin 
Göylərə ucalan imarətləri. 
Villalar bürünüb güllərə, ağaclara, 
Gəlin tamaşa edin bu – 
ki halətə (17, s.104). 
 
Ə
lbəttə,  şair  təxəyyülü  onunla  fərqlənir  ki,  o,  düşün-
düklərini, istəklərini real həyat kimi təqdim etməkdə məhdudiy-
yət  tanımır.  Şairin  Qarabağ  mövzusuna  həsr  etdiyi  əsərləri  sı-
rasında “Qarabağ harayı” adlı bir qələm məhsulu da vardır. Mü-
ə
llif  həmin  şeirində  belə  bir  epizod  yaradır.  Yuxuda  hadisələrə 
ş
eir pərisi şahidlik edir: 
 
Minib zülmət yaran tankıma – 
Almışam: Şuşanı, Qarabağı, 
Kəlbəcəri qucağıma. 
Doldururam   
Şə
hərləri, 
Kəndləri uçan quşlarla, 
Hətta, qovub düşməni 
Qədim Yerevan yurdumdan (28, s.21). 


 
47
 
Ş
air  “Vətən  həsrəti”  adlı  qələm  məhsulunda  daha  qə-
tiyyətlidir.  O,  xalqın,  onun  qeyrətli,  namuslu  oğullarının  ermə-
nilərin  heç  bir  hesab  kitaba  sığmayan  cinayətlərinə,  nankor-
luqlarına, nəməkbeharamlıqlarına dözməyəcəklərinə şəhadət ve-
rir.  Onun  bu  inamı  odlu-alovlu  misralarında  özünün  dolğun 
bədii həllini tapır. Nəzərdən yayınmayan ümdə mətləblərdən biri 
də sənətkarı öz əzmini və qüdsiyyətdən yoğrulmasıdır. O, qəra-
rında qətiyyətli olduğuna oxucusunu inandırmasıdır: 
 
And içirəm anamın həsrətinə, 
And içirəm yetim uşaqların 
Göz yaşına. 
And içirəm həsrətdə qalan 
Anaların fəryadına. 
Keçmərik bir ovuc   
Qarabağ torpağından (28,    s.143). 
 
Qulamrza  Səbri  Təbrizi  qüdrətli  poetik  təfəkkür  sahibi 
olmaqla  yanaşı  həm  də  çox  səriştəli  ədəbiyyatşünasdır.  Dün-
yanın  poetik  sənət  Kəhkəşanından  bir  sıra  işıqlı  səyyarələrin 
yaradıcılıqları  ilə  yaxından  tanışdır.  Əlbəttə,  bu  sərvətə  yiyə-
lənməkdə  onun  görkəmli  ngilis  şairi  və  mütəfəkkiri  Vilyam 
Bleyk  haqqında  yazdığı  doktorluq  dissertasiyasının  bəlkə  də 
ə
saslı  rolu  olmuşdur.  Təbiidir.  Elmi  işini  məşhur  Edinburq 
Universitetinin  xitabət  kürsüsündən  müdafiə  etməyə  hazırla-
ş
arkən  bir  neçə  illik  gərgin  araşdırmalar  və  tədqiqatlar  yolu 
keçmişdir. Bu prosesdə isə mövzu ilə əlaqədar yolu dünyanın bir 
çox  görkəmli  şair,  yazıçı  və  ədəbiyyatşünaslarının  yardıcılıq 
laboratoriyalarından keçməli olmuşdur. O nadir sənət korifeyləri 
sırasında  Əl-Biruni,  Məhəmməd  qbal,  Nizami,  Xəyyam,  Şəms 
Təbrizi,  Mirzə  Ələkbər  Sabir,  Mirzə  Əli  Möcüz,  Qulamhüseyn 
Saedi,  Səməd  Behrəngi,  Şəhriyar  kimi  söz  ustalarının  adlarını 
dərin məmnuniyyət hissləri ilə xatırlatmaq istərdim. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə