Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 
55
Onun  harayına,  etirazına  səbəb  olan  amillərin  sırası  çox 
genişdir. O, milyonları doğma yurdlarını tərk etməyə baş əymək 
məcburiyyətində  qoyanlar,  ana  dilini  yasaq  edənlər,  xalqın  ən 
sədaqətli mübariz oğullarını gizli yollarla məhv edənlər, zindan 
küncündə çürüdülənlər əleyhinə etiraz səsini qaldırır. Misralarını 
bu  cinayətləri  törədən  rejim  və  rejim  başçıları  əleyhinə  ittiham 
sənədinə  çevirir.  “Daha  bəsdir”,  -  deyə  haqq  səsini  bütün 
dünyanın qulaqlarına çatdırmaq üçün car çəkir.: 
 
Daha bəsdi, 
Bu qeyri-insani cinayət   
Milyonlar məcbur olub, 
Ana yurdunu tərk etməyə... 
Səməd Behrəngi mübhəm ölümnən   
Arazda görüşdü... 
Saldı Parisdə vətən 
Həsrətdə can verdi Saedi... 
Daha bəsdi. 
Daha bəsdi, 
Qoyun Azərbaycan qulluqdan   
Xilas olsun, hürr olsun!(23, s.135). 
 
Güclü axtarış və yaratmaq əzminə malik olan şair keçdiyi 
yaradıcılıq  yollarına  nəzər  salarkən  xalq  yazıçısı,  akademik 
Mirzə  brahimovun  “ drak  və  nəcat”  adlı  məqaləsindən  tanış 
olduğum aşağıdakı sətirlər gözlərim qarşısında səf çəkib dayan-
dılar.  Məni  düşündürən  ümdə  məsələ  bir  də  bu  oldu:  -Xalq 
yazıçısı  bu  sətirləri  sanki  Qulamrza  Səbri  Təbrizinin  çoxsahəli 
yaradıcılıq  cəbbəxanası  ilə  tanış  olduqdan  sonra  qələmə  almış-
dır: 
“Ağır sal qayaları qaldırmaq çətin olduğu kimi yorulmaz, 
arası  kəsilməz  əməyi  ilə  insan  fəaliyyətinin  bir  və  ya  bir  neçə 
sahəsində  dərin  iz  buraxmış  adamlar  haqqında  danışmaq  çətin-
dir: bilmirsən  müxtəlif  cəhətli  olan,  çevirdikcə  müxtəlif    rəng-


 
56
lərə  çalan  bu  böyük  əmək  asarının  hansı  keyfiyyətlərindən  baş-
layasan, hansı rənglərə üstünlük verəsən (13, s. 89). 
 
 
*** 
 
Qulamrza  Səbri  Təbrizi  mənsub  olduğu  xalqın  ağır  po-
etik  və  sənət  yüklü  qatarında  yer  almaq  üçün  göstərdiyi  səylər 
hələ  də  qədərincə  araşdırılmayan  bir  bahadır  hünəridir,  bir  xə-
zinədir.  Poetik  diyar  elə  bir  aləmdir  ki,  oraya  qanad  açıb  gələn 
nəsimin nəfəsində ötüb keçdiyi bağların, baxçaların, çəmənlərin, 
insanların  məskunlaşdıqları  məhəllələrin  rayihəsi  duyulmasa 
onun pişəvazına çıxanların məhəbbətini qazana bilməz. Mən bu 
fikirdəyəm  ki,  şair  Qulamrza  Səbri  Təbrizi  Azərbaycan  poezi-
yasına  gətirdiyi  yeni  ab-hava  ilə  siqlətli  bir  missiyanı  yerinə 
yetirmişdir. Onun yaradıcılığının ümdə dəyəri də burasındadır.   
randa müasir həyatın yetişdirdiyi nəsl özünün siyasi-psi-
xoloji  baxışlarına  günün  poeziyasının  əks-səda  verməsini  tarixi 
bir zərurət kimi irəli sürür. Qulamrza Səbri Təbrizinin Şərq cöv-
hərli,  qərb  nüanslı,  Azərbaycan  mayalı  şeirlərinin  həmin  zəru-
rətin poetik məhsulu hesab etmək tarixi həqiqətin etiraf edilməsi 
demək olardı. 
Mən  köksündə  vətənpərvərlik  ocağı,  xalqına  layiqli  sə-
nətkar övlad olmaq məşəli alovlanan şairin bu istəyinə bircə fik-
rimi əlavə etmək istərdim: 
- Onu poeziyaya gətirən cığırlar sonralar geniş şahrahlara 
çevrilərək öz yaradıcısını sütunlarından vətənə və xalqa məhəb-
bət, sevgi nəhri şəlalənən saraya aparıb çıxartdı. Bu səltənətin ən 
parlaq  səyyarəsi  isə  poeziya  oldu.  Məncə,  şair,  tədqiqatçı,  ədə-
biyyatşünas, tərcüməçi, nasir Səbri Təbrizinin bütün uğurlarının 
məşəli  öz  qığılcımını  daim  köksündə,  qəlb  evində  şölənənən 
poetik  ocaqdan  almışdır.  O,  bütün  uğurları  üçün  bir  an  belə 
səngimək  bilməyən,  onu  daim  yeni  yaradıcılıq  üfüqləri  fəth 


 
57
etməyə  səsləyən  poetik  məşəldən  almışdır.  O,  bütün  uğurları 
üçün istedadına, halal və səxavətli əməyinə minnətdar olmalıdır. 
Mən  bəhsimizin  bu  yerində  görkəmli  söz  ustasının  şair 
ləyaqətindən, şair sözünün qüdrətindən söz açan “Tarixin çarxı” 
adlı qələm məhsulunun yanından sükutla keçməyi ədalətli hesab 
etməzdim. Orasını xatırladım ki, onun misralarındakı qüdrət və 
təsir  gücünün  aşqarını  bu  inamında  axtarmaq  heç  də  yanlış 
olmazdı: 
 
Tarixin çarxı   
Ş
airlərin   
Haqq səsilə fırlanır. 
Ş
airlərin səsi batırılanda   
Tarix dayanır.   
Haqq səsi. 
Ş
airlərdir uçuran 
Dünya deyilən qəfəsi (16, s. 9). 
 
Ş
air canı, qəlbi, varlığı qədər sevdiyi doğma diyarı Azər-
baycana  həsr  etdiyi  qələm  məhsullarında  sanki  vətənə  məhəb-
bətini  dilə  gətirmək  üçün  sevgi  ilahisini  təmin  edə  biləcək  söz 
tapmaqda  axtarışlarının  nəticəsi  heç  bir  halda  onu  qane  etmə-
mişdir.  Doğru  fikirdir.  Əsl  sevgini  yalnız  ilahi  nüyanslar  ifadə 
edə  bilərlər.  Amma  bir  qənaətimi  gizlətmək  istəməzdim.  Vətə-
ninin şəninə bəstələdiyi poetik mahnılar könülləri sevindirməyə, 
ş
ad etməyə qadirdilər. Bu mahnılar onun  vətənə  sevgisini  ifadə 
etməkdə  korluq  çəkmirlər.  stərdim  şairin  vətənə  məhəbbətinin 
fəzalarında qanad açan nəğmələrin avazını oxucular olduğu kimi 
eşitsinlər: 
 
Azərbaycan! 
Nağıllarımın ölkəsi, 
Son yerim, son sığınacağım... 
Həsrət dərdimin davası . 


 
58
Altı qızıl, 
Üstü qızıl, 
Tüstüsü də qızıl, məmləkətim, 
Havam,suyum, bərəkətim! (29, s.11). 
 
Bu da şairin doğma vətəninin şəninə bəstələdiyi başqa bir 
mahnıdır.  Xəmirəsi  sədaqətli  övlad  məhəbbətindən,  vətənin 
xilası və xoşbəxtliyi üçün hətta, bir damla yağış olmağı qənimət 
bilən vətən oğlunun sevgisindən yoğrulan bir məhəbbət: 
 
Aşiqlər sevdiklərinə – 
Çiçəklər, öpüşlər verir... 
Kəlmələrim, misralarım, 
Çiçəklərim,   
Öpüşlərimdir. 
Sevgi yağışı olub   
Çisələmək istərdim 
      vücuduna. 
Aşiqlərin sevgidən savayı   
Nəyi var ki... (17, s.61). 
 
Ş
air  Qulamrza  Səbri  Təbrizinin  vətən  adlanan  diyara 
məhəbbətinin  həddini  müəyyənləşdirə  bilən  bir  meyar  tapmaq 
istərdim. Doğrusu, boşa çıxdı. Bu bəşər övladının anaya, sevgi-
liyə  Məcnunun  Leyliyə,  Fərhadın  Şirinə  olan  məhəbbətləri  ilə 
yan-yana  qoyulsaydı  heç  bir  baxımdan  onlardan  aşağı  pillədə 
dayanmazdı.  Təbii  ki,  bütün  bəşəri,  elmi,  mədəni,  ideoloji 
obyektlərə bəslənən məhəbbət kimi bu da səbəbsiz deyil.     
Ş
airin Quzeyə, xüsuslə onun vuran qəlbi, düşünən beyni, 
müqəddəs  elm  və  mədəniyyət  mərkəzi  olan  Bakıya  sevgisinin 
ümdə  bünövrə  daşı  dolanbac  hadisələrlə  zəngin  olan  zəmanə-
mizdə  Bakı  həmişə  onun  üçün  bir  ümid  bargahı  olmuşdur. 
Vətənin  müxtəlif  dövr  və  zamanlarda  saysız-hesabsız  problem-
lərinin  təbibi,  doğma  diyarı  xoşbəxt  günlərə  aparan  karvanın 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə