Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 
63
qımızın  milli  mentalitetinin  yüksək  bəşəri  qayəyə  malik  olan 
xüsusiyyətlərindən biri övlad məhəbbətidir. Bu  gizlin  hal  deyil. 
Bir sıra xalqlarda ailədə dünyaya gələn övlad vətəndaşlıq sənədi 
aldıqdan sonra onu öz başını saxlamaq üçün guya sərbəstlik ve-
rilir,  valideyn  qayğısı,  necə  deyərlər,  bir  növ  suyunu  çəkir. 
Amma, hamımız dəfələrlə şahidi olmuşuq, yağışlı-yağmurlu ha-
vada evə bir qədər gec qayıdan üç övlad atasını-oğlunu nigəran-
nigəran baxışlar, ürək döyüntüsü ilə qarşılayan ana onu bağrına 
basaraq: 
-Ay  bala,  sənə  qurban  olum,  niyə  belə  gec  gəldin.  Gör-
mürsən havanın qaş-qabağı necə tutulub? 
Bu  sözlər  analarımızın,  valideynlərimizin  övlad  mə-
həbbətinin uğurlu bir təzahürü forması deyilmi? 
Ş
air  Qulamrza  Səbri  Təbrizi  üç  qız,  iki  oğlan  atasıdır. 
Ş
eirlərində baş alıb gedən övlada məhəbbət şəlaləsi  onun  hansı 
balasını  daha  çox  istədiyini  ayırd  etməyə  imkan  vermir.  Yaş-
larından  asılı  olmayaraq  övladlarının  hamısını  göz  bəbəyi  kimi 
sevir.  Lakin  onun  övlad  məhəbbətini  şərtləndirən  ümumi  bir 
amil bu sevgisində xüsusi çəkiyə malikdir. Şairin bütün övladları 
qürbət  diyarda  dünyaya  göz  açmışlar.  Onlar  Təbrizin  behiştanə 
nəfəsindən, Eynal-Zeynaldan baş alıb gələn nəsiminin ilahi qüd-
rət  bəxş  edən  rayihəsindən  kənarda  böyüyüb,  yaşa  dolmuşlar. 
Ə
gər desəm ki, bütün bu nemətləri şair atanın övlad məhəbbəti 
ə
vəz etmişdir, boş iddia olmazdı.  şin bu tərəfi də var ki, atanın 
daxili  aləminin  qüdsiyyətini,  ölçüyə  gəlməz  məhəbbətini  bala-
larına  çatdırmaqda  onun  misraları  sədaqətli  köməkçiləri,  mə-
harətli bağbanı olmuşlar. 
Hansı şəraitdə keçir keçsin, qürbət özünün həsrət, fəraq, 
nisgil keyfiyyətini itirmir. Bu aləmdə doğulub boy atan övlad öz 
valideyni üçün ayrılığı doğmalarının isti nəfəsini əvəz edən var-
lığa çevirirlər. Şair vaxtsız itirdiyi Leyla adlı cigərparəsinə həsr 
etdiyi şeirin hər kəlməsindən dediyimiz bu məhəbbətin nəfəsini 
duymaq  olar.  Şairə  görə  onun  övlad  itkisinə  Londonun  üfüq-


 
64
lərindən  ötüb  keçən  buludlar,  şəhəri  lərzəyə  gətirən  qasırğalar, 
harayasa tələsiyən quşlar da göz yaşı axıdırlar, təziyə saxlayırlar: 
 
Gecə Londonun başı üstündə   
Ulduzlar, 
Qara buludları gözlərinə sıxıb 
Hönkür-hönkür ağlayır.                             
ldırım, od saçan qırmacla 
Min illik küçələri dağlayır... 
Mənim dərdim necə dözülməz, 
Necə ağır! 
Mən Leylamı itirmişəm (23, s.158). 
 
Lakin Leylasını itirən atanın nisgil və həsrət yükünü daha 
başqa  qayğılar,  daha  nisgilli  amillər  bir  qədər  də  ağırlaşıdırır. 
Axı,  bu  ağır  çəkili  itki  qürbət  diyarda  baş  vermişdir.  Xüsusi 
izaha ehtiyac duymuram ki, bu faciə vətəndə baş versəydi onun 
Təbrizi, Səhəndi, Eynalısı hətta, gecə-gündüz şır-şır axan Gəzi-
ran  çeşməsi,  küçələri,  xiyabanları,  gülləri,  çiçəkləri  də  övladını 
vaxtsız itirən atanın ölçü-biçi bilməyən kədərinə şərik olardılar. 
Bu isə şairin çiyinlərinə qalanan faciənin ağırlığını yəqin ki, bir 
qədər yüngülləşdirərdi. Fəqət: 
 
Qərib şəhərin, 
Qərib küçələrin nə vecinə ki, 
Bir şərqli gözəlin bu dünyaya   
Gözləri qapandı. 
Bir şərqli atanın ruhu alışdı, 
Yandı...(23, s. 158). 
 
Ş
airin  dərin  təəssüfünə  səbəb  olan  inkişaf  və  yüksəliş 
qapılarının əməlli-başlı istedadı olan balasının üzünə çox tez qa-
panması oldu. O, malik olduğu qabiliyyət və iş bacarığı ilə çox 
tez həyati pillələri addımlayıb keçər, şan-şöhrət sahibi olardı. La-


 
65
kin  günəş  doğmamış  onun  yüksəliş  üfüqlərini  qara  buludların 
bürüməsi atanın sənətkar lirikasını nisgilli mahnılar ötməyə kök-
ləyir. Nə etməli, bu ata qəlbidir. Həm də şair ata qəlbi. O, hələ 
də ciyərparəsinin əbədiyyət dünyasına qovuşduğuna inanmaq is-
təmir. O, hələ də qızının üfüqdən doğan günəşlə birgə həyata qə-
dəm qoyacağına inamını itirmir: 
 
Deyə billəm – 
Yaşadın həyatı üç qat sən. 
Yandırdın həyat şamını sürətlə, 
Bitirdin gecənin ömrünü 
Günəş doğmamış. 
Hələ də səni 
Üfüqdən çıxan günəşdə görürəm(23, s.159). 
 
Ş
air  qızı  Leylanın  yadigar  qoyub  getdiyi  xatirələri  əbə-
diyyət  pilləsində  görür.  Bu  fantaziya  deyil.  Həyatı  bəsirət  gözü 
ilə müşahidə edən bir şairin keçdiyi ömür yolunda qazandığı sər-
vətin ünvanını çox nikbin bir əhval-ruhiyyə ilə qiymətləndirir: 
Bu  dünyanı  namuslu  əmək,  təmiz  adla  yaşayanlar  öz-
lərinə  əbədi  ömür  qazanırlar.  Bu  əvəzsiz  sərvət  şairin  qızı 
Leylaya  da  qismət  olmuşdur.  Həyatla  vidalaşdıqdan  sonra  da 
onun sərvəti şair ata üçün yaşayır: 
 
Leyla, səni hər çiçəkdə 
Görürəm. 
Hər gülən uşağın üzündə görürəm. 
Londonun hər küçəsində görürəm. 
Ruhun mənə həmdəm olur – 
Evdə, eşikdə, 
Həyatımda (23, s.160). 
 
Ş
airə  təskinlik  verən  digər  arqumentlər  də  vardır.  Leyla 
ə
bədiyyətə  qovuşandan  sonra  da  həyatda  çox  sevdiyi  uşaqların 


 
66
məzarları  əhatəsində  özünə  yer  tutmuşdur.  Bu,  ata  üçün  də  bir 
təskinlik mənbəyidir. Elə buna görə də “Rahat yat, qızım, rahat 
yet” - deyə qara torpaqda qızına əzabsız yataq diləyir. 
Ş
airin  ümumi  yaradıcılıq  etikasından  doğan  bir  tövsiy-
yəsi də vardır. Bu məzarın sərhədlərinə çətin sığan bir arzudur: 
 
Leyla, narahat etməsin 
Səni bu çirkli dünya. 
Azadlıq gözəldir, gözəl 
Hətta, bu halında da! (23, s.161). 
 
Nə demək olar, bu ideal vətəninə, xalqına azadlıq carçısı 
olan, bu yolda fırtına quşu kimi uçuşunu davam etdirən bir sənət 
fədaisinə çox yaraşır. 
Amma həyatın pozulmaz qanunlarına qarşı çıxmaq, mü-
qavimət göstərmək bəşər övladı üçün hələ mümkün olmamışdır. 
Min  tövsiyə,  min  nəsihət  bir  övlad  itkisinin  acılarını  yumaqda 
aciz  olmuşdur.  Bu  halı  Leylasını  itirən  şairin  keçirdiyi  hisslər, 
iztirabların simasında da aydın oxumaq olur. Şair həsrət və fəraq 
hisslərini  bir  başa  dilə  gətirməkdən  sanki  ehtiyat  edir.  Təsdiq 
etməyə  dili  gəlmir.  stəklərini  sual  şəklində  qoymaq  yolunu 
seçir. Həm də onun bu tərənnümündə qızını əbədi bir xoşbəxtlik 
diyarına, qayğısızlıq aləminə yola salmaq əhval-ruhiyyəsi hakim 
mövqe tutur: 
 
Bəyaz bir libasda gəlin yaraşığında   
Qəmgin ay işığında 
Gözümün işığı, 
Qəlbimin yaraşığı. 
Tutub ulduzların əlindən   
Hara gedirsən?.. 
Gözümün işığı, 
Ölümün qolları üstündə 
Hara gedirsən? (23,    s.162). 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə