Microsoft Word Tebrizden bashlanan dunya doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix23.08.2018
ölçüsü0,6 Mb.
#63944
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 
30
Rüşvət  azarına  tutulan  başsız  başçılardan  ən  sızıltılı 
ş
ikayətlərdən  biri  məhz  imkanı  olan  şəxslərin  xalqın  ehtiyac-
larına  biganə  qalmalarıdır.  Həm  də  ən  əzablı  cəhət  orasındadır 
ki,  belə  başçıların  qazandıqları  var-dövlət  məhz  xalqın  halal 
sərvətidir. Bu acgözlər hətta uşaq baxçaları üzərinə öz tamahkar 
xilqətlərinin  mənhus  kölgəsini  salmaqdan  belə  çəkinmirlər.  O, 
bu  qənaətdədir  ki,  ən  böyük  və  hörmətə  layiq  insan  xalqı  öz 
qanadları altına alanlardır. Onunla bir diyarda, bir xalqın sevin-
cini  yaradanlar  və  bu  vəziyyətdən  həmvətənləri  ilə  birgə  sevi-
nənlərdir, yoxsa: 
 
Avarının biri mənimsəyib hər şeyi, 
Keçirib uşaq baxçasını da öz adına... 
Böyüklük odur ki, 
 
Ala qanadının altına bütün eli... 
Güdməyə mənfəətini (33, s.92). 
 
Ş
airin  bir  bəşəri  problemə  də  çox  ədalətli,  inkarı  müm-
kün  olmayan  münasibəti  vardır.  O,  başsız  və  idraksız  mü-
qəvvaların insanları düçar etdikləri ehtiyacı bəşərə ən böyük xə-
yanət  hesab  edir.  Çünki:  -  kiçildir  dağ  boyda  insanları  -  məhv 
edir, inamı, idrakı, insanlığı. 
Bir qədər kobud səslənməsin, hələ qədimdən deyərdilər – 
ha-honan donuz darıdan çıxmaz. Amma ən böyük xəta “ha-ho” 
yeri gələndə susmaq olardı. Şair bu məsələdə çox ayıq və kəskin 
mövqe tutur: 
 
Onlar ki, hakimiyyət başındadırlar, 
Vəzifə daşıyırlar,   
        bunu yaxşı bilməlidirlər: 
Ə
gər bacarmırlar, idarə etməyi – 
Utanmasınlar,   
        getsinlər hörmətnən, 
Versinlər yerlərini   


 
31
ş
 bacaranlara (23, s.12-13). 
     
Cəmiyyətdə ülvi bəşəri hisslərin, sevgi və məhəbbətini də 
taleyinin müqəddəs qayəsini oda yaxan bir atəşdir. Məhəbbət və 
sevgi  elə  ülvi  nemətlərdir  ki,  hətta,  bir  əyri  baxış,  bir  hesab-
lanmamış  söz,  bir  naköndəm  hərəkət  belə  onun  qüdsiyyətinə 
xələl gətirə bilər. Məhəbbətə əbədi ömür qazandıran məhz onun 
varlığının pak və müqəddəs insani hisslərdən yoğrulmasıdır. Bu 
ə
fsanə  yox,  məhəbbətə  insan  övladının  bəslədiyi  bəşəri  hissin 
ə
ks-sədasıdır.  Məşhur  ifadələrdir:  Məcnun  dörd  yüz  il  bundan 
qabaq  həyatla  vidalaşsa  da  onun  məzarından  indi  də  məhəbbət 
rayihəsi qol-qanad açıb ətrafa yayılır. 
Məhəbbət  belə  bir  ülvi  varlıq  ikən  bəzi  nadanların  ona 
münasibətləri şairi dərunən oda yaxır. Niyə? 
 
Məhəbbət alınır, satılır pulla, 
Ailə qurmaq örtür hər fırıldağı. 
nanmıram bu eşqə, məhəbbətə   
Məqsədyönlüdür hər ikisi (34, s.39).                                                       
 
Təbii  ki,  bu  mövzuda  bəhsi,  necə  deyərlər,  meşələr 
qələm,  çaylar  mürəkkəb  olsa  belə  sona  çatdırmağı  düşünmək 
sadəlövlük olardı. Təbrizi poeziyasının varlığı bəşərin varlığına, 
onun incə hisslərinə sidq və sədaqətdən yoğrulmuşdur. Belə bir 
mahiyyətə malik  olan  obyekti  tərənnüm  edən  qələm  isə  heç  bir 
qüsura qarşı susmağı öz şəninə yaraşdırmamalıdır. 
Məsələnin  bir  tərəfi  də  şübhəsiz,  şairin  poeziyasını 
formalaşdıran  xəzinələrin  ona  aşıladığı  baxışlardır.  Bu  ustadlar 
məclisində  ümumiyyətlə  həyata,  gerçək  aləmə  baxışlarında 
həqiqət  carçısı  olmaq  meylinin  hakim  olduğu  sənətkarlar  alə-
mində  Vilyam  Bleyk,  Məhəmməd  qbal,  Qulamhüseyn  Saedi, 
Səməd  Behrəngi,  Mirzə  Ələkbər  Sabir,  Mirzə  Əli  Möcüz, 
Məhəmmədhüseyn  Şəhriyarın  adlarını  böyük  hərflərlə  yazmaq 
olar. Bu ustadların təlim verdiyi şairin: - Eşitdiyimə görə burada 


 
32
nazir  olmaqdan  ötəri  gərək  pul  verəsən.    “Nəyə  görə?”  – 
sualına şairin cavabı çox sadə və kəskindir: - “Dövlət işi baqqal 
dükanı deyil axı” (18, s.120). 
Ş
airin dinə, Allaha münasibəti ilə tanış olmaq üçün onun 
“Respublika” qəzetinin müxbiri Svetlana Nəcəfova ilə keçirdiyi 
müsahibə  çox  maraqlı  nüyansalara  malikdir.  Şair  Məhəmməd 
qbalın  yaradıcılığını  qiymətləndirmək  fonunda  özünün  islama 
münasibətini  açıqlayır.  Göstərir  ki,  Məhəmməd  qbal  yara-
dıcılığında  Rumi  məktəbini  davam  etdirir,  Nəsiminin  yolunu 
gedir.  Onun  təfsirində  islam  fanatizmdən  uzaqdır.  Nizami, 
Füzuli,  Nəsimi  kimi  o  da  islamın  mədəniyyətini  fanatizmdən 
tam ayrı hesab edir.  slamı ən mütərəqqi din kimi, Quranı islam 
dəyərlərinin mükəmməl ifadəçisi kimi təqdim edir. 
Müəllif  daha  irəli  gedərək  özünün  qənaətini  belə  açıq-
layır: 
“...Allah  insanı  Yer  üzünə  özünün  canişini  kimi  gön-
dərib.  Quranda  deyilir  ki,  ey  insan,  səni  Yer  üzünə  xəlifə  ver-
mişəm. Peyğmbərdən soruşurlar ki, Allah haradadır? Deyir – O, 
sənə sənin damarlarından da yaxındır” (18, s. 78). 
Daha  diqqətəlayiq  bir  izah:  şair  qbalın  dünya  baxışını 
izah edərkən deyir ki,  qbal tövsiyə etmişdir: 
“Özünüzü  heç  vaxt  kiçik,  gücsüz  saymayın...  Əlinizi 
göyə  açmayın,  gözünüzü  dünyaya  açın.  slam  mütiliyi  təbliğ 
etmir. Əksinə,  slam deyir ki, əvvəl özünü anla, yaxşını, pisi seçə 
bil, onda Allahını da tanıyarsan” (18, s.78). 
 
                          *** 
 
Ş
airin doğulub boya-başa çatdığı mühitdə dinlərə, əqidə-
lərə,  hətta,  peyğmbərlərə,  Allaha  münasibət  çox  incə  mətləblər 
sırasına daxil olmuşdur. Dövrünün çox müdrik və nüfuzlu zəka 
sahibinin  minbərdən  birisini  kafir,  dinsiz  adlandırması  onun 
həyatına son qoyulması üçün kifayət etmişdir. Bunun üçün, haqq 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə