Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə40/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   36   37   38   39   40   41   42   43   ...   115

 
 
  66
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Multikulturalizmin Azərbaycan Modeli Mədəniyyətlər Və Sivilizasiyalararası Dialoqun  
Tənzimlənməsi Kontekstində 
 
Günel BAXIŞOVA 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universiteti 
Bakı, Azərbaycan 
Doktorant 
baxishgunel@gmail.com 
 
Xülasə: 
    Artıq daha çox ölkələr, dini təsisatlar ,müxtəlif beynəlxalq qurumlar anlayırki , silahlanmanın hər il 
artdığı,iqtisadi böhranların yaşandığı dövrümüzdə dini-etnik problemlərin qarşını almaq, cəmiyyətdə sosial  rifahı 
təmin etmək üçün yeganə yol masa ətrafı danışıqlar yolu, mədəniyyətlər və sivilizasiyalararası dialoqdur. 
   Bu  amillərin  reallaşdırılması  üçün    multikulturalizmə  nail  olmaq,  onu  yaşam  fəlsəfəsi  kimi  qəbul 
etməklə bağlıdır. 
    Azərbaycan  fərqli  dinlərin  və  etniklərin  bərabər  yaşadığı  ölkələrdən  biridir.Tarixi  proseslər 
nəticəsində xalqların birlikdə yaşayışı bu torpaqlarda fərqli din,dil daşıyıcılarına, fərqli etniklərə qarşı hümanist 
düşüncə  və  tolerant  münasibətləri  formalaşdırmışdır.Bügün  dünyada  dini-etnik  zəmində  ciddi  problemlərin 
yaşandığını  nəzərə  alsaq,  sivilizasiyalar  arası  dialoqun  tənzimlənməsinin  nə  dərəcədə  vacib  olması  haqqında 
fikirə sahib ola bilərik. 
    Dünyada etnik-dini  qaynar  nöqtələrin  mövcud olması  və  hər  il  bu  səbəblərdən  minlərlə insanın öz 
torpaqlarını tərk etməsi dünyanı bu barədə düşünməyə vadar etməlidir. 
    Bügün  dünyanın  inkişaf  etmiş  ölkələrində    multikulturalizm  siyasətinin  iflasıyla    bağlı  fikirlər 
səslənməkdədir.Lakin, Azərbaycan modeli bu fikirlərin yalnışlığına bariz nümünədir. 
     Hümanitar  problemlərin  getdikcə  artması, bu  sahəyə  xüsusi  diqqət yetirən   Azərbaycanı  dünyanın 
hümanitar  əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Ölkədə təşkil olunan humanitar form və tədbirlər ənənə halını 
almaqdadır.Hər il sivilizasiyalararası dialoqa ev sahibliyi edilir, dünyada öz problemlərini gözləyən hümanitar 
məsələlər  müxtəlif  ölkələrədən  gələn  siyasətçilər,elm  adamları  ,QHT  nümayəndələri  tərəfindən  dünya 
ictimaiyyətinə çatdırılır.  
      Bu    məqalənin  məqsədi  Azərbaycan  multikulturalizm  modeli,onun    və  sivilizasiyalararası 
münasibətlərin tənzimlənməsi kontekstindəki rolunu ümumi dəyərləndirərək,multikultural  
siyasətinin  priroritetləri    və  keçirilən  form-zirvələrin  önəmi  barədə  söylənən  fikirləri 
ümümiləşdirmək,həmçinin  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin     Azərbaycan  modelinin  dünyaya 
tanıdılmasındakı    fəaliyyətlərini  araşdırmaqdır.Eyni  zamanda  Azərbaycan  cəmiyyətindəki  dinlərarası 
münasibətlərə də toxunulacaq. 
 
Açar sözlər: Multikulturalizm siyasəti,Azərbaycan modeli  , sivilzasiyalararası dialoq, Bakı Beynəlxalq 
Multikulturalizm Mərkəzi  
 
 
 


 
 
  67
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Ceyhun Hacibəylinin Bədii Və Mətbu İrsində Repressiya Mövzusu 
 
Mehman HƏSƏN 
AMEA Nizami Gəncəvi adına ədəbiyyat İnstitutu, Türk xalqları ədəbiyyatı şöbəsi, böyük elmi işçi, 
filologiya üzrə fəlsəfə doktoru, 
mehman.hesen@gmail.com
 
 
Xülasə 
 
Araşdırmada Azərbaycan mühacirət ədəbiyyatının görkəmli simalarından biri,  yazıçı-publisist, 
tərcüməçi, naşir, redaktor, folklorşünas Ceyhun Hacıbəylinin repressiya mövzusunda qələmə aldığı bədii və mətbu 
əsərləri tədqiqata cəlb edilmişdir. Ədibin qələmə aldığı “Stalinin öpüşü və ya staxanovçu Fatimə”, “Nejdanovun 
işi” hekayələrində, eləcə də “”Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı”, “Əhməd Cavad faciəsi”, “SSRİ-
də ziyalılar” mətbu məqalələrində Azərbaycan, o cümlədən digər türk xalqlarının taleyindən qırmızı xətlə keçən 
repressiya bütün mahiyyəti ilə öz əksini tapmışdır. Üzərindən uzun müddət ötməsinə rəğmən Ceyhun Hacıbəylinin 
əsərləri bu mövzuda yazılmış ən dəyərli əsərlər kimi tədqiqata cəlb edilməsi aktuallıq kəsb edir. 
 
Açar sözlər: repressiya, imperiya, Ceyhun Hacıbəyli, Əhməd Cavad 
 
 
Repressiya  SSRİ  adlanan  imperiyanının  mahiyyətindən  doğan  və  onun  rəhbərliyinin  birbaşa 
göstərişi ilə həyata keçirilən total qanlı kompaniya olmuşdur. İmperiya rəhbərliyi bu kompaniyanı icra etməklə 
bir  neçə  məqəsədə  çatmağı  planlamışdır.  Birincisi,  xalq  arasında  qorxu  yaratmaq  və  bu  yolla  idarəetməni 
möhkəmləndirmək, ikincisi, xalqların düşünən beyinlərini, ziyalarını, görkəmli ədiblərini aradan götürməklə daha 
çox “sözəbaxan” ziyalı tipləri formalaşdırmaq, Çingiz Aytmatovun təbiri ilə xalqı manqurtlaşdırmaqdan ibarət 
olmuşdur. Həmin hadisələr barədə sovet dövlətinin sərhədləri çərçivəsində uzun müddət danışmaq, yazmaq çətin 
və hətta mümkünsüz olmuşdur. Yalnız Çingiz Aytmatov 1980-ci ildə yazdığı “Gün var əsrə bərabər” romanında 
Abutalıb kutubbayev obrazının timsalında həmin hadisələrə işıq saldı. 
Buna  baxmayaraq  SSRİ-nin  sərhədlərindən kənarda,  mühacirətə  getmiş  ədiblərimizin yaradıcılığında 
repressiyaya obyektiv qiymət verilmişdir. İmperiyanın hər hansı basqısı olmadığı üçün onların yaradıcılığında 
Azərbaycanın, daha geniş mənada türk xalqlarının başına gətirilən faciələr əhatəli şəkildə öz əksini tapmışdır.  
XX əsrin  əvvəllərində Azərbaycanda yetişən görkəmli  ictimai xadim, öz bədii,  ictimai-siyasi və  mətbu 
fəaliyyəti ilə xalqımızın tarixində iz qoymuş Ceyhun Hacıbəyli irsində repressiya mövzusu tam  aydınlığı ilə əks 
olunmuşdur. Ceyhun Hacıbəylinin sovet imperiyasının və kommunist ideologiyasının mahiyyətini öz bədii irsində 
və məqalələrində ifşa etmişdir. Həmin hekayə və məqaələlərin bir qismi repressiyaya həsr olunmuşdur.  
AMEA  Nizami  Gəncəvi  adına  Ədəbiyyat  İnstitutunun  təsis  etdiyi  “Azərbaycan  mühacirət  ədəbiyyat 
kitabxanası”  seriyasında  Ceyhun  Hacıbəylinin  “Seçilmiş  əsərləri”  çap  olunmuş  və  Azərbaycan  geniş  oxucu 
kütləsinə təqdim edilmişdir. Ədibin repressiya mövzusuna toxunduğu “Stalinin öpüşü və ya staxanovçu Fatimə”, 
“Nejdanovun işi” hekayələri, eləcə də “Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı”, “Əhməd Cavad faciəsi”, 
“SSRİ-də ziyalılar” mətbu əsərləri həmin kitabda nəşr olunmuşdur.   
Ceyhun  Hacıbəyli  “Stalinin  öpüşü  və  ya  staxanovçu  Fatimə”  hekayəsində  hadisələr  Özbəkistanda, 
“Nejdanovun işi”ndə isə Moskvanın özündə cərəyan edir. “Stalinin öpüşü və ya staxanovçu Fatimə” hekayəsində 
basmacı  hərəkatına  qarşı  mübarizədə  ad  çıxaran,  sonra  kolxoz  sədri  işləyən  Zahidin  ailəsi  ətrafında  dövrün 
reallıqları  təsvir  edilir.  “Nejdanovun  işi”ndə  isə  məktəbdə  uşaqlara  dərs  deyən  müəllimin  bir  məktəblinin 
“şübhə”si nəticəsində şişirdilərək necə okeanın o biri tayına işləyən “sabotajçı”, “agent”ə çevrilməsi göstərilir. 
Yazıçı  obrazların  dili  imperiyanı  ifşa  edir.  Eyni  zamanda  “Əhməd  Cavad  faciəsi”  məqaləsində  görkəmli 
Azərbaycan  ədibi,  istiqlal  şairimiz  Əhməd  Cavada  qarşı  təqiblər,  onun  bu  qanlı  cinyətin  qurbanı  olması  əks 
olunur. 
Üzərindən  uzun  müddət  ötməsinə,  Ceyhun  Hacıbəylinin  bu  prosesləri vətəndən  çox uzaqda  müşahidə 
etməsinə rəğmən onun qələmə aldığı əsərləri bu gün də öz aktuallığını qoruyur, Azərbaycanda repressiya ilə bağlı 
yazılmış ən yaxşı əsərlər sırasında olmağa layiqdir. Tədqiqat işində görkəmli ictimai xadim, nasir, ədəbiyyatşünas, 
tərcüməçi  Ceyhun  Hacıbəylinin  adıçəkilən  əsərləri  əasında  qanlı  repressiya  hadisələrinə  münasibəti 
araşdırılacaqdır.  
 
Bu iş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə 
yetirilmişdir –  Qrant № EİF/GAM-4-BGM-GİN-2017-3(29)-19/14/5 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə