Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə160/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   156   157   158   159   160   161   162   163   ...   230

 

 

336



9)  şəxsi  məqsədlər  üçün  köçürmələr.  Hər  bir  rezident  fiziki  şəxs 

müvəkkil banklardakı hesabları vasitəsilə bir əməliyyat günü ərzində 1000 (bir 

min) ABŞ dolları ekvivalentinədək məbləğdə xarici valyutanı ödənişin məqsədi 

göstərilməklə sərbəst şəkildə ölkədən xaricə köçürə bilər. 

Hər  bir  rezident  fiziki  şəxs  müvəkkil  banklardakı  hesabları  vasitəsilə 

xarici ölkələrdə yaşayan və ya müvəqqəti qalan yaxın qohumlarına (yaxın qo-

hum kimi ata, ana, baba, nənə, ər, arvad, oğul, qız, qardaş, bacı, övladlığa götü-

rülənlər nəzərdə tutulur) istənilən məbləğdə xarici valyutanı təsdiqedici sənəd-

ləri  (Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsi,  qanuni  nü-

mayəndənin  hüquqlarını  təsdiq  edən  sənəd,  doğum  haqqında  şəhadətnamə, 

nikah  haqqında  şəhadətnamə)  təqdim  etməklə  sərbəst  şəkildə  köçürə  bilər. 

Banklar tərəfindən rezident fiziki şəxslərin köçürmələri icra edilərkən bu Qay-

daların 1 N–li Əlavəsində göstərilən ərizə forması doldurulmalı və təsdiqedici 

sənədlərin surətləri ilə birlikdə bankda saxlanmalıdır. 

10)  pensiyalar,  məhkəmə,  arbitraj,  notarial  və  digər  inzibati  orqanların 

xərcləri, məhkəmə orqanlarının qərarları əsasında ödənilən alimentlər və digər 

oxşar köçürmələr;  

11) kapitalın ölkədən  çıxarılması ilə bağlı köçürmələr. Belə köçürmələr 

rezidentlər  tərəfindən  istənilən  ölkəyə  aşağıdakı  məqsədlər  üzrə  və  şərtlər 

daxilində aparıla bilər: 



birbaşa investisiyalar,  yəni  gəlir  əldə  etmək və  müəssisənin idarə  edi-

lməsində  iştirak  etmək  hüququna  malik  olmaq  məqsədi  ilə  müəssisənin 

nizamnamə kapitalına qoyulan sərmayələrin köçürülməsi; 

qiymətli kağızların əldə edilməsi məqsədilə köçürmələr;  

-  torpaq  və  yerin  təki  də  daxil  olmaqla  binalar,  qurğular,  eləcə  də  da-

ş

ınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə 



daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr;  

-  rezidentin  xarici  bankdakı  hesabına  depozit  qoyulması  məqsədilə 

köçürmələr. 

Rezidentlər  kapitalın  hərəkəti  ilə  bağlı  köçürmələri  aparmaq  üçün  əmə-

liyyatın məqsədini, məbləğini və şərtlərini təsdiqləyən sənədlərin (o cümlədən, 

müqavilə  və  digər  təsdiqedici  sənədlər)  əslini  müvəkkil  banka  təqdim  edir. 

Sənədlər əməliyyatın bəyan edilmiş məqsədini əsaslandırdıqda və əməliyyatın 

sağlam xarakter daşıması şübhə doğurmadıqda müvəkkil bank ödənişi icra edə 

bilər.  Əməliyyat  icra  edildikdən  sonra  təqdim  edimiş  sənədlərin  üzərində 

bankın qeydiyyatı aparılır və surətləri bankda saxlanılır.  

digər məqsədlər üzrə köçürmələr aşağıdakılardır: 

1. beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə, şüarlarda iştirak haq-

ları;  


2. xarici ölkələrin dövri nəşrlərinə yazılış haqları; elanların yerləşdirilməsi 

haqları;  




 

 

337



3. güvvədə olan qanunvericiliyə əsasən respublika kənarına ödənilən ver-

gilər, rüsumlar və cərimələr; 

4. təhsil,  müalicə  haqlarının  ödənilməsi  və  bu  məqsədlərlə  respublika 

vətəndaşlarına göstərilmiş maddi yardım üçün köçürmələr; 

5. müəlliflik hüquqlarından istifadə haqlarının və françayzinqin ödənilmə-

si üçün köçürmələr.  

Bu  hallarda  ödənişin  məqsədini  və  mədləğini  təsdiqləyən  müqavilələr, 

arayışlar, invoys və ya digər təsdiqedici sənədlərin əsli müvəkkil banka təqdim 

edilir,  müvəkkil  bank  təqdim  olunmuş  sənədlərin  əməliyyatın  elan  edilmiş 

məqsədini əsaslandırdığına əmin olarsa, onları məqbul sayarsa və ümumiyyətlə, 

ə

məliyyatın sağlam xarakteri şübhə doğurmazsa ödənişi icra edə bilər. Təqdim 



edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparıldıqdan sonra surəti bankda 

saxlanılır.  

Rezidentlər  müvəkkil  banklardakı  hesablarından  xarici  valyuta  vəsait-

lərini məhdudiyyət qoyulmadan nağd şəkildə çıxara bilərlər. 



 

Azərbaycan  Respublikası  qeyri-rezidentlərinin  xarici  valyuta  əmə-

liyyatları Qeyri-rezidentlərin hesablarına daxilolmalar  

Azərbaycan  Respublikasının  qeyri-rezidentlərinin  müvəkkil  banklardakı 

xarici valyuta hesablarına vəsaitlər sərbəst şəkildə mədaxil edilə bilər: 

Aşağıdakı  mənbələrdən  daxil  olan  vəsaitlərin  mədaxil  edilməsi  üçün 

xüsusi şərtlərə əməl edilməlidir:  

1.  Azərbaycan  Respublikasının  ərazisində  mal  satılmasından  və  xidmət 

göstərilməsindən əldə edilmiş vəsaitlər;  

Bu  hallarda,  Azərbaycan  Respublikasının  ərazisində  xarici  valyuta  ilə 

mallar satılması və xidmətlər göstərilməsi üçün lisenziya tələb olunur. Əgər öl-

kə ərazisində satılmış malların və ya göstərilmiş xidmətlərin müqabilində ödə-

nilən vəsaitlər respublika kənarından köçürülərsə, belə daxilolmalara yol verilir. 

2.  Azərbaycan  Respublikasından  ixrac  edilən  malların  (işlərin,  xidmət-

lərin) müqabilində digər qeyri-rezidentlər tərəfindən nağd ödənilmiş vəsaitlər;  

Bu hallarda aşağıdakı tələblərə əməl edilməlidir:  

1.  müqavilədə  ödənişin  nağd  hesablaşma  yolu  ilə  aparılması  nəzərdə 

tutulmalıdır; 

2. vəsaitlər yalnız malı alan qeyri-rezidentdən və ya həmin qeyri-rezident 

tərəfindən müvafiq surətdə müvəkkil edilmiş fiziki şəxsdən qəbul edilə bilər;  

3.  qeyri-rezidentlər  tərəfindən  (qeyri-rezident  tərəfindən  müvəkkil  edil-

miş  fiziki  şəxs  olan  nümayəndə)  əvvəlcədən  respublikaya  gətirilmiş  xarici 

valyuta vəsaitləri gömrük orqanlarında bəyan edilməlidir. 

4.  vəsaitlər  ölkəyə  gətirilməsi  və  gömrük  orqanlarında  bəyan  edilməsi 

tarixindən 10 gün müddətində qeyri-rezidentin kassasına mədaxil edilməlidir;  

5. qeyri-rezidentlər vəsaitləri xəzinələrinə qəbul etdikdən sonra 2 iş günü 

ə

rzində bankdakı hesabına mədaxil etməlidir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə