Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə97/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   93   94   95   96   97   98   99   100   ...   230

 

 

202



10) Bankların iflası zamanı dövlət tərəfindən lazımi tədbirlər və proqram-

lar hazırlanır. 

Bankçılığın  təməl  prinsipi  aşağıdakılardır:  likvidlik,  təhlükəsizlik  və 

mənfəət. Bankçılıqda likvidlik bir bankın minimum zərər ilə ola biləcək əmanət 

çəkimlərini  ödəyəbilmə  və  eyni  anda  bazarın  kredit  ehtiyacını  qarşılayabilmə 

gücüdür.  Bankçılıqda  təhlükəsizlik,  öz  sərmayənin  yetərli  və  aktivlərinin 

keyfiyyətli  olması  şəklində  ikitərəflidir.  Bank  kapitalının  yetərli  olması  əma-

nətçilərin banka olan güvənini, bankın kredit müştərisinin keyfiyyəti isə bankın 

təhlükəsizliyini təmin edir. 

Bu səbəblə, maliyyə sisteminin mərkəzində kredit həcmini, yığım miqda-

rını, qiymətli kağız qiymətini müəyyən edən və bunların fəaliyyətini tənzimli-

yən maliyyə bazarı mövcuddur. 

Bankların  mənfəəti,  kredit  müştərisindən  aldığı  faiz  ilə  əmanətçiyə 

ödədiyi faiz arasındakı fərqdir. Bazar prinsipləri çərçivəsində fəaliyyət göstərən 

və biznes quruluşu olan bankların ən son məqsədləri, təhlükəsizlik və likvidliyi 

arasında  optimallığı  təmin  edərək  bankın  mənfəətini  maksimizə  etməkdir. 

Ancaq bu üç prinsipin bir-biri ilə asanca uyğunlaşmamağı da bir həqiqətdir. 

Bankın  təşkilat  strukturu  onun  böyüklüyü  ilə,  təklif  edilən  xidmətlərin 

çeşidliliyi və şəxsi heyətin nüfuz dərəcəsi ilə yaxından bağlıdır. Kiçik sərmayəli 

bankların  təməl  fünksiyaları  kreditlər  və  müştəri  xidmətləridir.  Bunun  həcmi 

artdıqca ixtisaslaşma və verdiyi kreditlərin çeşidi də artar (kommersiya, isteh-

lak, inşaat kreditləri kimi) və eyni zamanda, müştəri xidmətləri çoxalar.  

Banklar  faiz  və  komisyon  formasında  təşkil  edilən  gəlirlərini  artıra  bil-

mək üçün təklif etdikləri xidmətlərin çeşidlərini çoxaldırlar. Bankların məhsul 

birləşməsini üç təməl qrupa ayıra bilərik: kreditlər; əmanətə yönəlik xidmətlər; 

investisiya (pul bazarı alətləri). Müştəri qrupları -müştəri bazarları istehlakçılar 

(pərakəndə  bankçılıq,  digər  banklar  (müxbir  bankçılıq)  rəsmi  müştərilər  və 

qurumlardan (topdansatış bankçılıq) ibarətdir. 

Banklar ən əsas kredit, əmanət və ödənişlərə aid geniş xidmətlər spektrini 

təklif edən və iqtisadiyyatda istənilən müəssisəyə çeşidli maliyyə xidmətlərini 

göstərən kredit təşkilatlarıdır. 

Ə

manət  funksiyası.  Hər  bir  bank  aktiv  əməliyyatları  (kredit  qoyuluşu 

qiymətli kağızlar alqısı və s.) həyata keçirmək üçün öz kapitalı ilə yanaşı (ni-

zamnamə,  ehtiyat  fondu,  bölüşdürülməmiş  mənfəət)  bank  öhdəliklərinin  əsas 

hissəsini təşkil edən əmanət cəlbi ilə də məşğul olur. Geniş mənada əmanətlərə 

müştərilərin  banka  müəyyən  müddətə  daha  yüksək  faizlə  qoyduqları  pul  və-

saitləri ilə yanaşı fiziki və hüquqi şəxsləriт cari hesablarında olan resurslar da 

aiddir.  Müxtəlif  subyektlər  gələcəkdə  dövrün  xərcləri  üçün  qazancları  akлu-

mulyasiya edir və bu da bankın əmanət yığma imkanlarını artırır. Banklar əha-

linin  sıx  məskunlaşdığı  yaşayış  və  iş  yerlərində  şöbələr,  hesablaşmaları  asan-

laşdıran  plastik  kartlar  vasitəsilə  sərbəst  pul  vəsaitlərini  toplayıb  əmanət  ba-

zasını genişləndirir. 




 

 

203



Kredit  funksiyası.  Banklar  yığdıqları  vəsaitə  görə  müəyyən  haqq  verir 

və  ya  məsrəfləri  ödəyir.  Bu  xərcləri  üstələmək  və  mənfəət  qazanьaq  üçün 

banklar istehsal, ticarət sahələrinə kredit verir. Əmanət və kredit funksiyası ilə 

banklar iqtisadiyyatda vasitəçi rolunu oynayaraq qənaətli təsərrüfatdan defisitli 

təsərrüfata pulu öz zəmanəti ilə ötürür. 

Köçürmə  və  hesablaşmalar  funksiyası.  Hər  bir  müəssisənin  bank 

hesabı var. Onun vasitəsilə o, ödənişlərini aparır və başqa subyektlərdən ödə-

nişləri  qəbul  edir.  Hesablaşmaların  nağdsız  formasının  banklar  vasitəsilə  təh-

lükəsiz,  operativ  və  ucuz  və  bu  əməliyyatların  bankdan  kənarda  mümkün 

olmadığı üçün bankların vacib funksiya olaraq qəbul edilir. 

Nağd  vəsaitlərin  idarə  edilməsi.  Bank  müəssisələrin  ödənişlərinin  in-

kassasiyasını  və  məxrəcinin  aparılmasını  öz  üzərinə  götürür.  Artıq  nağd 

hissəsini isə qısamüddətli qiymətli kağızlara qoyur. Müştəriyə nağd pul lazım 

olduqda isə əks əməliyyat keçirilir. Son vaxtlaradək hüquqi şəxslərin nağd pulu 

idarə olunurdusa, indi fiziki şəxslərlə də analoji əməliyyatlar aparılır.  

Trast funksiyası. Banklar müəyyən haqda şəxslərin (personal trast xid-

mətləri)  və  müəssisələrin  mülkiyyəti  (kommersiya  və  qeyri-kommersiya  trast 

xidmətləri) və maliyyə resurslarını idarə edir. 

Bank  investoru  və  ya  anderayter.  Anderaytinq  qiymətli  kağızın  emi-

tentdən  alınması  və  mənfəət  əldə  edilməsi  məqsədilə  başqasına  satılması  de-

məkdir. Bu əməliyyat ənənəvi bank xidmətlərindən risklidir. Buna görə 1933-

cü ildə ABŞ konqresi banklara eyni vaxtda investisiya və kommersiya əməliy-

yatları ilə məşğul olmağı qadağan etdi. Sonralar isə firmalar bank kreditləşmə-

sindənsə,  öz  qiymətli  kağızlarını  emissiya  edib  yerləşdirməyi  üstün  tutdular. 

Banklar  köhnə  müştərilərini  qaytarmaq  üçün  investisiya  əməliyyatları  ilə 

məşğul olmaq zərurətini aydınlaşdırdı. Bu xidmət iri müəssisələrin birləşməsi, 

özəlləşmə proseslərinin sürətlənməsi nəticəsində artmağa meyil etdi. 

Broker  funksiyası.  Banklar  müştərilərinə  broker  xidmətini  göstərərək 

dilerlərə müraciət etmədən səhm, istiqraz və sair qiymətli kağızları almaq imka-

nını verir. Banklar daşınmaz əmlaka broker əməliyyatlarını apararaq yaşayış və 

kommersiya  tikililərini  satıb  sonradan  onları  maliyyələşdirir.  Banklar  broker 

firmaları  ilə  müqavilə  bağlayaraq  öz  təşkilatlarında  broker  büroları  yaradır. 

Bununla brokerlər bank müştərilərinə, banklar isə brokerlərin biznes dairəsinə 

yaxınlaşır. Yaşayış yerini dəyişən insanlar «öz bankını» tapmamış, ev və kom-

mersiya tikilisi axtararaq brokerə müraciət edir. O isə, öz növbəsində müştərini 

banka  səmtləndirir.  Birbaşa  faiz  dərəcələri  ilə  əlaqədar  olmayan  brokerlər 

bankların  partnyoruna  çevrilir.  Eləcə  də  banklar  artıq  bu  əməliyyatlar  üzrə 

ixtisaslaşmış broker firmalarını alır. Bankların inkişafinda bu istiqamət də əhə-

miyyətli sayılır. 



nvestisiya  planlaşdırma  funksiyası.  Banklar  müştəriləri  üçün  investi-

siya layihələrini planlaşdırır. Banklar daim iqtisadi cəmiyyətdə gedən prosesləri 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə