Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   18   19   20   21   22   23   24   25   26

60 

5. 


Təhsil sektorunun inkişafı - II layihəsi 

Benefisiar: Təhsil Nazirliyi 

Müddəti: 2008-2013-cü illər. 

6. 


Dövlət investisiyaları üzrə kadr 

potensialının gücləndirilməsi layihəsi 

Benefisiar: Təhsil Nazirliyi 

Müddəti: 2009-2015-ci illər. 

7. 

Ə

dliyyə sisteminin müasirləşdirilməsi 



layihəsi 

Benefisiar: Ədliyyə Nazirliyi 

Müddəti: 2006-2014-cü illər. 

8. 


Daşınmaz əmlakın qeydiyyatı layihəsi 

Benefisiar: Əmlak Məsələləri Dövlət Komitəsi 

Müddəti: 2007-2014-cü illər. 

9. 


Dəmir yolu ticarətinin və nəqliyyatının 

dəstəklənməsi layihəsi 

Benefisiar: “Azərbaycan Dəmir Yolları” QSC 

Müddəti: 2010-2017-ci illər. 

10.  Sosial müdafiənin inkişafı layihəsi 

Benefisiarlar: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət 

Sosial Müdafiə Fondu 

Müddəti: 2009-2014-cü illər. 

11. 

Sudan  stifadə Edənlər Birliklərinin 



nkişafına Dəstək layihəsi 

Benefisiar: “Meliorasiya və Su Təsərrüfatı” ASC 

Müddəti: 2011-2016-cı illər. 

12. 


Kapital Bazarlarının Müasirləşdirilməsi 

layihəsi 

Benefisiar: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 

Müddəti: 2011-2015-ci illər. 

13. 

Məcburi köçkünlərin yaşayış şəraiti və 



gəlir imkanlarının dəstəklənməsi layihəsi 

Benefisiar: Məcburi Köçkünlərin Sosial  nkişaf Fondu 

Müddəti: 2012-2015-ci illər. 

14.  kinci kənd investisiya layihəsi 

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi 

Müddəti: 2012-2017-ci illər. 



Mənbə: ecenomy.gov.az ( qtisadiyyat və Sənayye Nazirliyi) 

slam  nkişaf Bankı ( B) - Azərbaycan  B-yə1992-də qoşulmuşdur.  B-nin 

fəaliyyətləri  kanal  və  drenaj  sistemlərinin  bərpası,  enerji  istehsalının  artırılması  və 

mühüm  yolun  inşası  vasitəsilə  kənd  təsərrüfatının  inkişaf  etdirilməsinin 

təkmilləşdirilməsinə yönəldilmişdir. Bank infrastrukturun və aqro sənaye sahələrinin 

qurulması ilə bağlı texniki yardım fəaliyyətlərini maliyyələşdirmişdir.  B-nin həyata 

keçirdiyi  investisiyalara  AY B  ilə  birlikdə  Mingəçevir  Enerji  Layihəsinin 




61 

maliyyələşdirilməsi  (bunun  üçün  12,5  milyon  ABŞ  dolları  məbləğində  kredit 

ayırmışdır) daxildir. Bu layihəyə Mingəçevir Su Elektrik Stansiyasının avadanlıqlarla 

təchizatı, habelə 110 kv-lıq ötürücü xəttin və yeni stansiyanın qurulması daxildir. 



BMT-nin 

nkişaf  Proqramı  (UNDP)-BMT-nin 

nkişaf 


Proqramı 

Azərbaycanda  1993-cü  ildən  təmsil  olunur.  Bu  günə  kimi  UNDP  ümumi  dəyəri  31 

milyon ABŞ dollarından çox olan 60-dan artıq proqram və layihə həyata keçirmişdir. 

lk  dövrdə  qurumun  fəaliyyətləri  əsasən  münaqişədən  sonrakı  dövrdə  yardım, 

fövqəlaədə  hallarda  xilasetmə  və  yenidənqurma  sahələrinə  yönəldilmişdir.  UNDP 

Dünya Bankı və UNHCR ilə birlikdə müharibənin təsirlərinə məruz qalmış ərazilərdə 

həyata  keçirilən  tədbirlərin  əlaqələndirilməsi,  milyona  yaxın  qaçqın  və  köçkün 

kateqoriyasından olan insanın müvəffəqəti yerləşməsinə dəstək verilməsi və əhalinin 

zəif  kateqoriyaları  üçün  gəlirgətirən  fəaliyyətlərin  təşkili  üçün  məsul  olan 

Azərbaycan  Yenidənqurma  və  Bərpa  Agentliyini  təsis  etmişdir.  UNDP  həmçinin 

Azərbaycanda  Minalara  Qarşı  Milli  Agentliyin  (ANAMA)  təsis  edilməsinə  şərait 

yaratmış Minalara qarşı Milli fəaliyyət Proqramının hazırlanmasında aparıcı  rolu öz 

üzərinə  götürmüşdür.  Bu  gün  UNDP-nin  Azərbaycandakı  fəaliyyətlərinin  əsas 

məqsədləri  yoxsulluğun  aradan  qaldırılmasına  köməklik  etmək,  fərdi  insan 

hüquqlarına ehtiram olunmasını dəstəkləmək, təbii ehtiyatları mühafizə etmək, habelə 

ölkə  miqyasında  müvafiq  islahatların  keçirilməsi  yolu  ilə  ölkədə  demokratik 

idarəçiliyin  BMT  Xartiyasının  prinsiplərinə  uyğun  həyata  keçirilməsini  təmin 

etməkdir. 



Asiya  nkişaf Bankı (A B) - Azərbaycan Asiya  nkişaf Bankına 1999-cu ilin 

dekabrında  qoşulmuş  və  2002-ci  ilin  əvvəlində  Bakıda  Əlaqələndirmə  Ofisi  təsis 

edilmişdir.  Getdikcə  artan  yoxsul  insanlar  sayısının,  xüsusən  də  məcburi  köçkün 

insanlara  yardım  göstərmək  zərurətinin  mövcud  olduğu  şəraitdə  A B-in 

Azərbaycandakı  fəaliyyətləri  əsasən  sosial  sektorun  inkişaf  etdirilməsinə 

yönəldilmişdir. Bu vəzifə A B-in “aralıq əməliyyat strategiyasının” əsasında durur və 

onun  əsas  məqsədləri  insanların  inkişafına  dəstək  vermək,  idarəçiliyin 

yaxşılaşdırılmasını  və  institusional  bazanın  möhkəmləndirilməsini,  habelə  dayanıqlı 

inkişafı dəstəkləmək yolu ilə Azərbaycanda yoxsulluq səviyyəsini aradan qaldırmaq 



62 

və yaşayış standartlarını yüksəltməkdir. A B-in Azərbaycana yardım strategiyası ikili 

xarakter daşıyır: ən kəskin ehtiyac içində yaşayanlar üçün mühüm ictimai ehtiyacların 

və  xidmətlərin  təmin  edilməsinin  təkmilləşdirilməsində  Hökumətə  köməklik  etmək; 

rəqabətə  əsaslanan  özəl  investisiyaların  həyata  keçirilməsi  və  yeni  iş  yerlərinin 

yaradılması  üçün  zəruri  mühitin  yaradılmasına  yardım  etmək.  A B-in  strategiyaya 

ə

saslanan  bu  əməliyyatları  idarəçiliyin  yaxşılaşdırılmasına  və  institutların 



möhkəmləndirilməsinə xüsusi təsir göstərəcəkdir. 

Qara  Dəniz  Ticarət  və  nkişaf  Bankı  (QDT B)  -  Azərbaycan  1997-ci  ildə 

QDT B-nin  üzvü  olmuşdur.  Bu  günə  kimi  onun  Azərbaycandakı  fəaliyyətlərinə 

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı ticarət xarakterli maliyyələşdirmədən, habelə 

yeni  yaradılmış  Azərbaycan  Mikro  Maliyyə  Bankına  AY B  ilə  yanaşı  olaraq  səhm 

kapital  qoyuluşunun  həyata  keçirilməsindən  ibarətdir.  QDT B-nin  Azərbaycandakı 

fəaliyyətlərinin əsas məqsədləri üzv ölkələr arasında əməkdaşlığı artırmaq (regionlar 

arası layihələr); qeyri-neft sektorlarını inkişaf etdirmək; ölkə üçün böyük təsirləri ola 

biləcək  layihələri,  məsələn  enerji,  sənaye,  aqrobiznes,  qida  istehsalı  sahələrində 

layihələri inkişaf etdirməkdir. 

Avropa  Birliyi  -  2004-cü  il  mayın  1-də  AB-nin  genişlənməsindən  sonra 

Azərbaycana  Avropanın  Qonşuluq  Siyasətində  iştirak  etmək  təklif  olunmuşdur. 

Avropa  Komissiyasının  Azərbaycan  Hökuməti  ilə  sıx  əməkdaşlıq  çərçivəsində 

hazırladığı  Fəaliyyət  Planının  müəyyən  edəcəyi  vəzifələrin  AY B-in  investisiya 

mühiti  ilə  əlaqədar  apardığı  strateji  dialoqla  uzlaşacağı  gözlənilir.  Bu  siyasət 

Azərbaycanın  beynəlxalq  birliklə  daha  geniş  əlaqələr  qurması  üçün  imkanlar  təklif 

edir.  1992-ci  ildən  2004-cü  ilə  kimi  olan  müddətdə  Avropa  Komissiyası  TACIS, 

ECHO,  Qida  Təhlükəsizliyi,  FEOGA,  Xüsusi  Yardım,  Bərpa  və  Xüsusi  Humanitar 

Yardım proqramları çərçivəsində ümumilikdə 400 milyon avro dəyərində qrant əsaslı 

yardımlar  etmişdir.  Azərbaycanda  həyata  keçirilən  TACIS  proqramı  çərçivəsində 

ə

sas  məqsəd  bazar  iqtisadiyyatına  və  insan  hüquqlarına  əsaslanan  pluralist 



demokratiya  keçidlə  bağlı  yardım  göstərməkdən  ibarətdir.  Burada  əsas  diqqət 

institusional,  hüquqi  və  inzibati  islahatların  həyata  keçirilməsinə  və  özəl  sektorun 

inkişaf  etdirilməsinə  yönəldilir.  TACIS-in  növbəti  üç  il  üçün  öüdcəsi  28  milyon 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə