Microsoft Word zeynalov natiq dissertasiya doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix14.09.2018
ölçüsü1,06 Mb.
#68583
1   ...   18   19   20   21   22   23   24   25   26

63 

avrodur və bu müddət ərzində özəl sektorun inkişaf etdirilməsi, təqaüdlər, ekologiya, 

sosial təminat və ictimai idarəetmə sahələrində islahatlar nəzərdə tutulmuşdur. 

Beynəlxalq  Maliyyə  Korporasiyası  -  Beynəlxalq  Maliyyə  Korporasiyasının 

Azərbaycandakı strategiyası əsas diqqəti yerli və xarici rəqabətin gücləndirilməsinə, 

qeyri-bank  sektorunda  müştərək  müəssisələrin  yaradılmasına  və  yerli  özəl  banklara 

texniki 


yardımın 

təmin 


edilməsi 

vasitəsilə 

maliyyə 

sektorunun 

dəstəklənməsinə;mikro 

müəssisələrin, 

kiçik 

və 


orta 

sahibkarlığın 

möhkəmləndirilməsinə;kənd  təsərrüfatında  və  sənaye  sektorlarında  investisiyaların 

dəstəklənməsinə;qeyri-neft 

sektorlarına 

birbaşa 


xarici 

investisiyaların 

yönəldilməsinə,  habelə  neft,  qaz  və  əlaqədar  sektorlarda  investisiyaların 

dəstəklənməsinə  yönəldilmişdir.  Bu  qurum  doqquz  layihəni  maliyyələşdirmişdirş 

Eyni  zamanda  bu  yaxınlarda  AY B-lə  birlikdə  mikromaliyyə  bankının 

maliyyələşdirilməsi  üçün  lazımi  maliyyə  vəsaitləri  artıq  təsdiq  edilmişdir  və  bu 

vəsaitlərin ümumi dəyəri 134,6 milyon ABŞ dolları təşkil edir. 

Yaponiyanın  maliyyə  qrumları  -  2005-ci  ilin  mart-aprel  aylarında 

Yaponiyanın  Azərbaycanın  inkişafına  rəsmi  ikitərəfli  yardımlarının  cəmi  404,3 

milyon ABŞ dollarına bərabər olmuşdur (texniki yardımlar istisna olmaqla).  qtisadi 

Ə

məkdaşlıq  və  nkişaf  Təşkilatının  məlumatlarına  əsasən  Yaponiya  2000-  2001-ci 



ildə  ən  iri  ikitərəfli  donor,  1997  və  1998/99-cu  illərdə  isə  müvafiq  olara  ikinci  və 

üçüncü  ən  iri  donor  olmuşdur.Yaponiyanın  ən  iri  layihəsi  Severnaya  Qarışıq  Qaz 

Enerji Stansiyası layihəsidir. 1998 və 1999- cu illərdə müvafiq olaraq 193 milyon və 

153  milyon  ABŞ  dollarına  bərabər  məbləğdə  (yenlə)  kreditlər  ayrılmışdır.  Eyni 

zamanda  müxtəlif  məqsədlər  üçün,  o  cümlədən  torpaq  və  irriqasiyanın  inkişaf 

etdirilməsi,  tibbi  ocaqlar,  qida  istehsalı,  iqtisadi  struktur  dəyişiklikləri  və  mədəni 

məqsədlər üçün də qrant şəklində vəsaitlər ayrılmışdır. Yerlərdə  nsan Təhlükəsizliyi 

qrant mexanizmi vasitəsilə 66 layihə üçün cəmi 3,9 milyon ABŞ dolları məbləğində 

vəsaitlər  ayrlımışdır.  Eyni  zamanda  ICRC  və  UNCHR  vasitəsilə  də  humanitar 

yardımlar,  Dünya  Qida  Proqramı  vasitəsilə  isə  qida  təmin  edilmişdir.  Texniki 

yardımlara  isə  1993-2004-cü  illərdə  Yaponiyada  164  nəfərin  təlim  keçməsi  və  beş 

mütəxəssisin  Azərbaycana  göndərilməsi  daxildir.  2002-ci  ilin  sonlarında  aparılmış 




64 

yardıma dair məsləhətləşmələr çərçivəsində aşağıdakı sahələr prioritet kimi müəyyən 

edilmişdir:  (1)  iqtisadi  infrastrukturun  inkişafı,  (2)  sosial  sektor  və  (3)  insan 

resurslarının inkişafı. 



Almaniyanın  maliyyə  qrumları  -  Almaniya  Kreditanstalt  fur  Wiederaufbau 

(KfW)  vasitəsilə  həyata  keçirdiyi  maliyyə  əməkdaşlığı  çərçivəsində  Azərbaycana 

təqribən 72 milyon avro dəyərində investisiya qoymuşdur və növbəti iki il ərzində bu 

məbləği  90  milyona  artırmaq  niyyətindədir.  Texniki  yardım  sahəsində  isə 

Almaniyanın Gesellschaft fuer Technische Zusammenarbeit (GTZ) təşkilatı bu günə 

kimi  9  milyon  avro  dəyərində  treyninq  və  məsləhətçi  xidmətləri  göstərmişdir  və 

növbəti iki il ərzində bu məbləği 14 milyon avroya çatdırmaq niyyətindədir. 

       Almaniya  nkişaf Bankı (KfW) tərəfindən Azərbaycanda həyata keçirilən 

layihələr:  



1.    Açıq Kommunal  nfrastruktur proqramı – II (Gəncə və Şəki şəhərlərinin su 

təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi) 



2.    Açıq Kommunal  nfrastruktur proqramı – II- Mərhələ 2,3-cü layihələri 

3.    Azərbaycan  ES- mişli elektrik verilişi xəttinin tikintisi layihəsi 

4.    Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi 

ABŞ-ın  maliyyə  qrumları  -  USTDA  ARDNŞ-nin  Şah  Dəniz  və  Cənubi 

Qafqaz  Qaz  Kəməri  layihələrində  iştirak  payını  maliyyələşdirmək  üçün  Bankın 

ayırdığı  maliyyə  yardımına  dəstək  olaraq  əhəmiyyətli  dərəcədə  texniki  yardımlar 

təmin  etmişdir.  Bu  dəstək  ARDNŞ-yə  komersiyalaşma  və  struktur  dəyişiklikləri 

istiqamətində  planın  hazırlanmasında  köməklik  göstərəcəkdir.  USAID  təşkilatının 

Azərbaycana yardımları əsasən dörd sahədə cəmləşmişdir: kiçik və orta sahibkarlığın 

(o  cümlədən  kənd  təsərrüfatının)  inkişafı,  iqtisadi  islatahlar,  demokratiya  və 

idarəçilik, habelə məcburi köçkünlər üçün humanitar yardımlar. 



Türkiyə-Türk  Eximbank  Azərbaycan  Beynəlxalq  Bankına  hökumət  zəmanəti 

ilə verilmiş kredit xəttini 250 milyon ABŞ dollarına qədər artırmışdır və bu məbləğin 

92  milyonu  bu  günə  kimi  artıq  ödənilmişdir.  Bundan  əlavə  Eximbank  Bakı  hava 

limanının təmiri üçün 20 milyon ABŞ dolları məbləğində kredit ayırmış və onu artıq 

ödəmişdir. 



65 

AY B-  Cari  Fəaliyyət  Portfeli  –  Bankın  son  iki  ildə  Azərbaycanda  fəaliyyət 

səviyyələri nəzərə çarpan dərəcədə yüksəlmiş, müxtəlif sektorlar üzrə həyata keçirilmiş 

ə

məliyyatların  sayı  kəskin  şəkildə  artmışdır.  Əvvəlki  Ölkə  Strategiyasının  həyata 



keçirildiyi müddət ərzində təbii ehtiyatlar sektorunda imzalanmış layihələr Bankın biznes 

fəaliyyətlərinin  ümumi  dəyəri  olan  239  milyon  avronun  böyük  hissəsini  (73%)  təşkil 

etmişdir.  Bankın  31  dekabr  2004-cü  il  tarixinə  kimi  imzaladığı  biznes  əməliyyatlarının 

ümumi  dəyəri  459  milyon  avro  həcmində  olmuş  və  burada  təbii  ehtiyatlar  sektorunun 

payı 66% təşkil etmişdir.  

        Dünya  iqtisadiyyatının  2009-cu  il  də  yaşadığı  böhranın  ən  mürəkkəb  ili  oldu. 

Beynəlxalq institutların ilkin qiymətləndirmələrinə görə 2009-cu ildə bütövlükdə dünya 

iqtisadiyyatı  son  60  ildə  ilk  dəfə  ressesiyaya  uğrayaraq  1,1%  azaldı.  Həmin  ildə 

beynəlxalq  ticarət  də  ən  azı  12%  azaldı.  Eyni  zamanda  Beynəlxalq  Əmək  Təşkilatının 

məlumatlarına görə bütün dünyada işsizlərin sayı 220 mln. nəfərə çatdı ki, bu da həmin 

dövrdə  dünya  üzrə  əmək  qabiliyyətli  əhalinin  7%-ə  yaxınını  təşkil  edirdi.

 

Dünya  üzrə 



orta illik artım tempi 2 dəfəyədək azalaraq 2007-ci ildəki 5%dən 2,5%-ə endi.2010-cu il 

dünya iqtisadi tarixinə böhrandan sonrakı il kimi düşdü. Qlobal iqtisadi artımın tədricən 

bərpa  olunması  və  işgüzar  fəallıq  indikatorlarının  yaxşılaşması  2010-cu  ildə  müsbət 

nəticələrin əldə olunacağı gözləntilərini artırdı. Ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar 

böhranın təsirlərini aradan qaldırmaq istiqamətində müxtəlif tədbirlər həyata keçirdilər, 

bunların  nəticəsi  olaraq,  kimisi  müəyyən  nailiyyətlər  qazandı,  kimisi  əksinə,  daha  da 

gerilədi.  Bir  çox  ölkələrdə,  iqtisadiyyatda  fiskal  dəstək  imkanları  məhdudlaşdığından, 

makroiqtisadi tarazlığın pozulması xroniki hala çevrildi. Təbii ki, Azərbaycan da qlobal 

miqyasda baş verən bu proseslərdən kənarda qalmadı, hökumət dünya böhranının xarici 

və  daxili  sarsıntıların  mənfi  nəticələrinin  aradan  qaldırılmasına  təminat  verən 

makroiqtisadi antiböhran siyasət tədbirlərini həyata keçirməyə başladı.  

 

 “Qlobal Rəqabət qabiliyyəti Hesabatı”nda dünya ölkələri üzrə rəqabə

qabiliyyəti göstəriciləri

                      

 

 

 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə