MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

fermentində  zülalla  möhkəm  birləşmiş  bir  ədəd  mis  ionu  vardır.  Bəzilərində 
prostetik qrupunda vitaminlər, şəkərlər, fosfat turşusu, mononukleoidlər olur.  
Hazırda  2000-ə  qədər  ferment  məlumdur.  Buna  görə  fermentlərin 
öyrənilməsini  asanlaşdırmaq  üçün  onları  təsniflşdirirlər.  Beynəlxalq  Biokimyaçılar 
İttifaqının fermentlər üzrə komissiyası fermentlər üçün yeni təsnifat təklif etmişdir. 
Bu  təsnifat  1961-ci  ildə  biokimyaçıların  Moskvada  keçirilən  beynəlxalq 
konqresində  bəyənilmiş  və  qəbul  edilmişdir.  Yeni  təsnifata  əsasən  fermentlər 
kataliz  etdikləri  reaksiyaların  növlərinə  görə  aşağıdakı  altı  sinfə  bölünürlər.  1) 
Oksireduktazalar.  2)  Transferazalar.  3)  Hidrolazalar.  4)  Liazalar.  5)  İzomerazalar. 
6)  Liqazalar  (  sintetazalar).  Bu  siniflərin  hər  biri  müəyyən  sayda  yarımsiniflərə, 
qruplara bölünür. 
1.  Oksireduktazalar  sinfinə  bioloji  oksidləşmə  proseslərini  kataliz  edən, 
hidrogen ionlarının və elektronların daşınmasını həyata keçirən fermentlər daxildir. 
Buraya peroksidaza, katalaza və s. fermentləri daxildir. Peroksidaza və katalaza ya 
hidrogen  atomlarını  substratdan  hidrogen  –  peroksid  molekuluna  keçirir 
(peroksidaza), ya da hidrogen–peroksidi suya və molekulyar oksigenə parçalayır:  
2H
2
O
2
 O
2
 + 2H
2
O. 
2.  Transferazalar  –  müxtəlif  kimyəvi  qrupların  bir  molekuldan  digərinə 
keçirilməsi ilə nəticələnən reaksiyaları kataliz edirlər. Məsələn, fosfotransferazalar, 
aminotransferazalar,  metiltransfera-zalar.  Burada  aminotransferazalar  –  amin 
qrupunu amin turşulardan ketoturşulara daşıyan fermentlərdir. 
3.  Hidrolazalar  –  molekuldaxili  rabitələrin  hidrolitik  (su  molekulunun 
birləşməsi  ilə  müşayiət  olunan)  parçalanma  reaksiyalarını  kataliz  edən 
fermentlərdir.  Məsələn,  fosfotazalar  fosfat  turşusunun  mürəkkəb  efirlərini  hidroliz 
edirlər.  Karboksiesterazalar  –  üzvi  turşuların  mürəkkəb  efirlərini  hidroliz  edir, 
qlükozidazalar  isə  qlükozidlərin  hidrolizini  sürətləndirən  fermentlərdir.  Buraya 
mürəkkəb karbohidratları hidrolitik yolla parçalayan fermentlər, məsələn, amilaza, 
sellülaza  kimi  fermentlər  də  daxildir.  Peptid  rabitəsini  hidroliz  edən  fermentlər 
(pepsin, tripsin və s.) də bu sinfin nümayəndələrinə aiddir.  
4.  Liazalar  substratdan  bu  və  ya  digər  kimyəvi  radikalı  ayıran  fermentlərdir. 
Karboksilazaları  bu  qrupun  fermentlərinə  misal  göstərmək  olar.  Karboksilazalar 
aminturşuların tərkibində olan karboksil qruplarını onların molekulundan ayırır və 
karbon qazına çevirirlər. 
5.  İzomerazalar  üzvi  birləşmələrin  müxtəlif  izomerlərin  qarşılıqlı 
çevrilmələrini kataliz edir. Bura sis-trans-izomerazalar aiddir. 
6.  Liqazalar  sinfinə  pirofosfat  rabitələrinin  parçalanmasından  alınan 
enercidən  istifadə  edərək,  sadə  birləşmələrdən  mürəkkəb  maddələrin  sintezini 
sürətləndirən  fermentlər  daxildir.  Liqazalar  zülalların,  nuklein  turşularının 
sintezində mühüm rol oynayırlar. 
 
 
MÜHAZIRƏ 3. MIKROORQANIZMLƏRIN GENETIKASI, ƏTRAF 
MÜHIT AMILLƏRININ MIKROORQANIZMLƏRƏ TƏSIRI, 
MIKROORQANIZMLƏRIN DOĞURDUĞU MÜHÜM BIOKIMYƏVI 
PROSESSLƏR 


 
Plan  
1.  Mikroorqanizmlərin genetikasi, gen mühəndisliyi və onun praktiki 
əhəmiyyəti 
2.  Xarici mühit amillərinin mikrooqranizmlərə təsiri  
3.  Fiziki amillərin mikrooqranizmlərə təsiri 
4.  Kimyəvi amillərin mikrooqranizmlərə təsiri 
5.  Bioloji amillərin mikrooqranizmlərə təsiri 
6.  Mikroorqanizmlərin doğurduğu mühüm biokimyəvi prosesslər 
 
 
1.  Mikroorqanizmlərin genetikasi, gen mühəndisliyi və onun praktiki 
əhəmiyyəti 
Genetika  orqanizmlərin  irsiyyəti  və  dəyişkənliyi  haqqında  elmdir.  Hər  bir 
orqanizmin  inkişafı  onu  əhatə  edən  mühitdə  baş  verir.  Mühitin  müxtəlif  amilləri 
orqanizmlərin inkişafında ona təsir edərək dəyişkənlik əmələ gətirir. 
Mikroorqanizmlərdə  baş  verən  dəyişkənlik  uzun  illərdən  bəri  tədqiqatçıların 
diqqətini  cəlb  etmişdir.  Mikroorqanizmlərdə  nəzərə  çarpan  dəyişənlik  hadisəsi 
barədə elmdə iki cərəyan meydana gəlmişdir. Bunlardan biri polimorfizm (Negeli, 
Xalauer),  digəri  isə  monomorfizm  (Kon,  Kox)  idi.  Birincilər  mikrob  növlərinin 
həddən  artıq  dəyişkənliyə  uğradıqlarını  iddia  etdikləri  halda,  ikincilər  bu  növlərin 
sabit qaldığını, dəyişilmədiyini göstərirdilər. 
Beləliklə,  müəyyən  olunmuşdur  ki,  dəyişkənlik  digər  canlılar  kimi, 
mikroorqanizmlərə də xas olan xüsusiyyətdir. 
Lakin  mikroorqanizmlər  ali  orqanizmlərə  nisbətən  daha  tez  dəyişkənliyə 
uğrayırlar.  İlk  dəfə  1925-ci  ildə  Q.A.Nadsen  və  Q.S.Filippov  rentgen  şüalarının 
təsiri  ilə  maya  göbələklərinin  dəyişilmiş  formalarını  almışdır.  Beləliklə,  onlar  bu 
şüaların mutagen təsirini kəşf etmişlər. 
Xarici  mühitin  təsiri  altında  mikroorqanizmlərdə  baş  verən  dəyişiklik 
sayəsində koloniyanın  rəngi,  forması, ölçüsü  və s. xüsusiyyətləri dəyişilir.  Burada 
təkcə morfoloji əlamətlər deyil, fizioloji, biokimyəvi xüsusiyyətlər də dəyişir. 
Hazırda  dəyişkənlik  və  irsiyyət  hadisələri  digər  orqanizmlərə  nisbətən 
mikroorqanizmlərdə  daha  tam  öyrənilmişdir.  Bu  da  bakteriyalardan  çox  asanlıqla, 
qısa  müddət  ərzində  onlarla  və  hətta  yüzlərlə  nəsil  alınması  ilə  əlaqədardır.  Digər 
orqanizmlərdə  olduğu  kimi,  bakteriyalarda,  viruslarda  irsiyyət  və  dəyişkənlik 
hadisələri DNT ilə əlaqədardır. 
İrsiyyətin  mexanizmi  bütün  canlılar  üçün  ümumidir,  lakin  hər  bir  canlı 
orqanizm  özünə  xas  olan  xüsusiyyətlə  digərindən  fərqlənir.  İrsiyyətdə  əsas  rolu 
nuklein turşuları, xüsusilə hüceyrənin nüvəsində yerləşən DNT oynayır. Hər hansı 
orqanizmin  spesifik  xüsusiyyətini  əmələ  gətirən  zülal  sintezini  DNT  kodlaşdırır. 
Xromosomu  əmələ  gətirən  DNT  zəncirinin  ayrı-ayrı  hissələrində  olan  irsi 
informasiya daşıyan genlər orqanizmin irsi xüsusiyyətini müəyyənləşdirən amildir. 
Hər bir irsi əlamət uyğun genlə müəyyənləşir. 
DNT molekulunda və bakteriyanın vahid xromosomunda irsi informasiyaların 
kodu xətt üzrə yerləşir, bu da biokimyəvi növbəliyə səbəb olur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə