MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   12   13   14   15   16   17   18   19   ...   82

Mikroorqanizmlərin  irsiyyətində  ən  vacib  xüsusiyyətlərdən  biri  onların 
biokimyəvi  prosesləridir.  Burada  əsas  fermentlər  bir  maddənin  digərinə 
çevrilməsini  həyata  keçirirlər.  Fermentlər  fəal  qrupa  malik  olan  zülallardan 
ibarətdirlər.  Ona  görə  də  biokimyəvi  xüsusiyyətlər  zülalın  sintezi  ilə  sıx 
əlaqədardır. Zülalların nuklein turşuları vasitəsilə sintez olunduğu nəzərə alınaraq, 
bu turşuların irsiyyət və dəyişkənlikdə mühüm rolu meydana çıxmışdır. 
Mikroorqanizmlərdə  əsasən  iki  formada  dəyişkənlik  nəzərə  çarpır:  1)  irsiyyətlə 
əlaqədar olan dəyişkənlik bu nəslə keçir və mutasiya
1
 adlanır; 2) geri qayıda bilən və 
genetik aparatla əlaqədar olmayan dəyişkənlikdir ki, bu da modifikasiya adlanır. 
İrsi  dəyişkənlik.  Bu  dəyişkənlik  mikrob  hüceyrəsinin  genetik  mexanizminin 
dəyişilməsi  ilə  əlaqədardır.  Belə  dəyişiklik  müxtəlif  yollarla  meydana  çıxa  bilir. 
Bunlara  mutasiya,  konyuqasiya,  transformasiya,  transduksiya,  rekombinasiya 
daxildir. 
Mutasiya  –  nuklein  turşularının  (DNT  və  ya  RNT)  molekul  quruluşunun 
dəyişilməsi və ya nukleidlərin parçalanması yolu ilə meydana çıxan dəyişgənlikdir 
ki,  bu  da  çox  zaman  gen  mutasiya  termini  ilə  ifadə  olunur.  Mutasiya  orqanizmin 
genotipində
2
  baş  verən  dəyişiklikdir.  Mutasiyalar  bakteriyanın  çox  mühüm  və 
müxtəlif  xassələrinə  toxuna  bilər.  Bakterial  mutasiyalar  iki  yerə  bölünür:  a) 
spontan,  yəni  xarici  mühit amillərinin təsiri altında təbii baş verən  mutasiyalar; 2) 
induksion,  yəni  xüsusi  mutagen  maddələrin  təsiri  ilə  əmələ  gələn  mutasiyalar.  Bu 
axırıncılara  müxtəlif radiasiya  növləri (ultrabənövşəyi,  rentgen şüaları,  neytron  və 
protonlar) və temperaturun təsiri ilə yaranan mutasiyalar aiddir. 
Hər  nəsildə  əmələ  gəlmiş  dəyişiklik  daimi  xarakter  daşıyırsa,  demək  həmin 
orqanizmdə mutasiya getmişdir. Bir gen bir ferment və ya bütün ferment sisteminə 
nəzarət edə bilər. Genin parçalanması və ya dəyişilməsi həmin genin nəzarət etdiyi 
fermentin  fəallığından  asılıdır.  Bəzən  mutasiya  mikroorqanizm  üçün  əlverişli, 
bəzən  həminnöv  üçün  əhəmiyyətsiz,  bəzən  də  tamamilə  orqanizmə  zərərli,  hətta 
məhvedici olur.  
Transformasiya.  Genetik  materialın  (DNT  və  ya  RNT)  bir  mikrob 
hüceyrəsindən  digərinə  köçürülməsi  ilə  gedən  dəyişkənliyə  transformasiya  adı 
verilmişdir. Bu hadisəni ilk dəfə 1928-ci ildə Triffits kəşf etmişdir. Məlum olmuşdur 
ki, bir növ bakteriyanı ona yaxın digər bir növlə eyni mühitdə becərdikdə birinci növ 
ikincidən  bir  və  ya  bir  neçə  irsi  əlamətlər  qazana  bilər.  Məsələn,  pendirdən  ayrılmış 
streptokokk  skarlatina  əmələ  gətirən  streptokokkla  birlikdə  becərildikdə  birinci  növ, 
ikinci  kimi  toksin  əmələ  gətirmə  xüsusiyyəti  qazanır.  Bu  dəyişkənlik  bir  ştammdan 
digərinə  genlərin  ötürülməsi  nəticəsində  meydana  gəlir.  Genetik  materialın  bu  yolla 
ötürülməsi transformasiyadır. 
Transduksiya – bakteriofaq (bakteriyanı  yoluxduran  və onu  məhv edə bilən 
viruslar) vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər 
bakteriya  hüceyrəsinə  köçürülməsinə  deyilir.  Bu  genetik  mexanizmi  1952-ci  ildə 
N.Sinder  vəC.Lederberq  aşkar  etmişlər.  Burada  faq  hansı  yollasa  DNT-ni  bir 
                                                
1
 Mutasiya – orqanizmin irsi əsaslarında – genotipində (gen, xromoson, genol) gözlənilmədən (qəflətən) sıçrayışla 
baş verən irsi dəyişilmədir. 
2
 Genotip – orqanizmin bütün genlərinin məcmuyu, nüvədə və sitoplazmada olan genlər birlikdə orqanizmin 
genotipi – konstitusiyası hesab edilir.
 


bakteriyadan  özünə  ilişdirib,  onu  digərinin  genomuna  daxil  edir.  Əgər  faqla 
əridilmiş  kulturanın  süzüntüsü  normal  kulturaya  əlavə  edilərsə,  onda  irsi 
xüsusiyyətlərin keçdiyi müşahidə edilir. 
Rekombinasiya
3
  –  Morfoloji  cəhətdən  oxşar,  lakin  fizioloji  cəhətdən  fərqli 
olan  cinsi  hüceyrələrin  birləşməsidirki,  bu  hadisə  bakteriya  və  faqlarda  müşahidə 
olunur. Əmələ gələn rekombinatda resipientin tam, donorun isə müəyyən hissə gen 
yığımı iştirak edir. 
Bakteriya  üçün  səciyyəvi  xüsusiyyət  odur  ki,  onda  hüceyrəyə  tam 
xromosomun  düşməsi  vacib  deyil,  onun  hissəsinin  də  daxil  olması  kifayətdir. 
Deməli,  transformasiya  zamanı  tədqiqatçı  DNT-ni  ayırdıqda  xromosomu  qırır, 
transduksiyada  bakteriofaq  xromosomu  parçalayır,  lakin  rekombinasiyada  isə 
xromosom bir hüceyrədən digərinə köçürülən anda qırıla bilər. Buna baxmayaraq, 
yenə də irsi xüsusiyyətlər tamamilə keçə bilər. 
1946-cı  ildə  C.Lederberq  və  E.Tatun  bakteriyalarda  genetik  rekombinasiyanı 
müşahidə etmişlər. 
Müəyyən  edilmişdir  ki,  irsi  xüsusiyyətlərin  keçirilməsində  xromosom  DNT-
sindən  başqa,  protoplazmada  sərbəst  tapılan  DNT-lərin  də  böyük  rolu  vardır. 
Bunlar  xromosomdan  kənar  irsi  amillər  və  ya  qısaca  desək,  plazmidilərdir.  Onlar 
sitoplazmada yerləşirlər. 
Plazmidilər.  Bir  çox  bakteriyalarda  xromosomdan  başqa  gen  daşıyıcısı  olan 
əlavə  xırda  ölçülü,  qapalı  DNT  halqası  da  müşahidə  olunur.  Belə  əlavə  halqalar 
plazmidilər adlanırlar. Bu termini də 1952-ci ildə C.Lederberq təklif etmişdir. 
Plazmidilər  ümumi  əlamətləri  və  xüsusiyyətləri  ilə  səciyyələnirlər:  onlar 
tsiklik  quruluşlu  DNT  hissələrindən  ibarət  olub,  avtonom  çoxalmaya, 
yoluxdurmağa,  homoloci plazmidilərlə törəyən superinfeksiyalara qarşı  immunitet 
əmələ gətirməyə malikdirlər. 
Plazmidilər bakteriyaların təkamülündə də müəyyən rol oynayırlar. Bunlar da 
öz  növbəsində  müxtəlif  amillərin  təsiri  altında  mutasiyaya  uğrayıb  bir  çox 
yoluxucu  xəstəlik  törədicisi  olan  bakteriyaların  atipik  formaya  keçməsinə  səbəb 
olurlar. Bunlar bakteriyalara toksiklik, antibakterial preparatlara qarşı (davamlılıq) 
rezistenlik və s. verirlər. 
Plazmidiləri  əsasən  3  qrupla  –  F,R  və  Col  amilləri  ilə  göstərirlər.  F  amili 
cinsiyyət  amili  olub,  F
+
  və  F
-
  amillərindən  ibarətdir.  Bunlar  sitoplazmada  yerləşir 
vəözlərini avtonom aparırlar. 
R amili, yəni rezistenlik amili, daha doğrusu rezistentliyi keçirən amildir. Bu 
da sitoplazmada yerləşir və F
-
 amildən fərqli olaraq genoma daxil olmur, avtonom 
xüsusiyyətə  malikdir,  bir  bakteriyanı  ştamından  digərinə  keçirə  bilir  və  beləliklə 
bakteriyaların rezistentliyini artırır.  
Col  amil,  yəni  kolsinogenlik  amili.  Kolsinlər  toksikilik  qabiliyyətinə  malik 
zülallardır.  Bir  sıra  bakteriyalarda  kolsin  əmələ  gəlir  ki,  bu  həmin  bakteriyanın 
daimi, irsi əlamətidir. Deməli, bu amilamil də avtonomdur və buna malik ştammlar 
zəhərli kolsin sintez etməklə mühitdə olan bakteriyaları məhv edir. 
                                                
3
 Hibrid – irsi əlamətlərinə görə fərqli olan valideynlərin çarpazlaşmasından əmələ gələn orqanizm. 
Rekombinasiya – hibridə qametlər əmələ gələrkən genlərin yenidən qruplaşması nəticəsində nəsildə yeni əlamətlərin 
uzlaşması deməkdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə