MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ


Dövlət  sanitar  nəzarəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   2   3   4   5   6   7   8   9   10   ...   82

Qida  sahəsində  Dövlət  sanitar  nəzarəti  xəbərdaredici  və  cari  sanitar 
nəzarəti formasında həyata keçirilir. 
Xəbərdaredici  sanitar  nəzarətinə  sahənin  perspektiv  inkişaf  planı 
hazırlanarkən  gigiyenik  tələblərin  yerinə  yetirilməsi,  yeyinti  müəssisələrinin 
layihələndirilməsi  normaları,  tikintidə  texnoloji  layihələrin  və  iş  çertyojlarının 
uyğunluğu, fəaliyyətdəki idarələrin iş profilinin dəyişilməsi və yenidən qurulması, 
yeni  texnoloji  avadanlıqların  konstruksiyası,  yeni  növ  qida  məhsullarının 
buraxılması,  qab-qacaqlar,  inventar,  tara,  məmulatların  reseptlərinin  dəyişilməsi, 
məhsulun çeşidləri və s. daxildir. 
Cari  sanitar  nəzarəti  qüvvədə  olan  sanitar-gigiyenik  və  sanitar-
epidemiologiya  əleyhinə  normalara,  yeyinti  müəssisələrinin  tikinti  norma  və 
qaydalarına  uyğun  olaraq  məhsul  hazırlanma  proseslərinə  onların  buraxılmasına, 
qida  müəssisələrinə  daşınması  və  saxlanmasına,  avadanlıqlara,  taralara  nəzarəti 
nəzərdə tutur. 
İctimai  nəzarət  qida  sənayesi,  ticarət  və  iaşə  müəssisələrində  cari  sanitar 
nəzarətin  effektivliyini  artırmaq  üçün  təşkil  olunur.  Onun  həyata  keçirilməsinə 
sanitar  təşkilatlarının  ən  yaxşı  mütəxəssis  işçiləri  cəlb  olunur.  Hər  bir  sexdə, 
oradakı  işçilərdən  sanitar  qaydalarının  yerinə  yetirilməsinə  daimi  nəzarət  etmək 
üçün sanitar gözətçisi təyin olunur. Sanitar xidmətinin ictimai köməkçisi həmçinin 
müəssisənin  ictimai  təşkilatlarının  (həmkarlar  ittifaqı,  Qırmızı  Aypara  Cəmiyyəti, 
xalq nəzarəti) nümayəndələri də ola bilər. 
 
MÜHAZİRƏ 2.  MİKROORQANİZMLƏRİN MORFOLOGİYASI,  
SİSTEMATIKASI VƏ FIZIOLOGIYANIN ƏSASLARI 
 
Plan 
1.  Bakteriyaların forma və ölçüləri 
2.  Bakteriya hüceyrələrinin quruluşu 
3.  Bakteriyaların hərəkəti. Bakteriyaların sporları 
4.  Mikroorqanizmlərin sistematikası 
5.  Prokariot orqanizmlərin sistematikası 
6.   Viruslar  
7.  Bakteriofaqlar 
8.  Göbələklər 
9.  Mikroorqanizmlərin böyüməsi və çoxalması 
10. Mikroorqanizmlərin qidalanması 
11. Mikroorqanizmlərin tənəffüsü 
 
 
Morfologiya  -  mikroorqanizmlərin  formasını,  quruluşunu,  çoxalma  və  hərəkət 
üsullarını öyrənən elmdir.  
 
1. Bakteriyaların forma və ölçüləri 
Prokariot  orqanizmləri  fərqləndirən  xüsusiyyətlərdən  biri  də  onların 
ölçülərinin  çox  kiçik  olmasıdır.  Ona  görə  də  onlara  mikroorqanizmlər  və  ya 


mikroblar adı  verilir. Əksər  mikroorqanizmlərin  hüceyrəsinin diametri 0,001  mm-
dən  artıq  olmur.  Ona  görə  də  bunlar  üçün  ölçü  vahidi  mikrometrdir  (1mkm=10
-
3
mm),  hətta  mikroorqanizmlərin  zərif  struktur  quruluşunu,  viruslar  və 
bakteriofaqlarıöyrəndikdə  belə,  dahakiçik  ölçü  vahidindən  nanometrdən  (1nm  = 
10
-6 
mm)  istifadə  edilir.  Deməli  mikroorqanizmlərin  ölçü  vahidi  mkm  və  nm-dir. 
Ölçülərinə  və  formalarına  görə  mikroorqanizmlərin  tipik  nümayəndələri  olan 
bakteriyalar aşağıdakı kimi fərqlənirlər (Şəkil 1.1.): 
1)  Mikroorqanizmlər  bir-birindən  öz  hüceyrələrinin  xarici  görünüşü  ilə 
yanaşı,  ölçüsü  ilə  də  fərqlənirlər.  Bakteriyaların  ölçüləri0,5-3  mkm  olur.  Lakin 
bunların arasında daha iri vəçox xırda formalara da rast gəlinir. 
Bir  çox  xırda  bakteriyalarda  hüceyrənin  diametri  0,4-0,7  mkm,  uzunluğu  isə 
2-3  mkm  olur,  lakin  əksər  dairəvi  bakteriyaların  –  kokkların  diametri  1-2  mkm-ə 
yaxın olur. 
2) Çöp formalı bakteriyalarda çox vaxt çöpün uzunluğu 1-dən 5 mkm-ə qədər, eni 
isə  0,5-dən  1  mkm-ə  qədər  ola  bilir.  Bunların  arasında  böyük  ölçülü  formalar  da 
vardır. Belə ki, kükürd bakteriyalarının hüceyrələrinin diametri 50 mkm-əçata bilir. 
3)  Aktinomisetlərin  mitseliləri  çox  nazik  və  arakəsməsiz  olub,  eni  0,2-1,2 
mkm-ə, uzunluğuisə 100, 600 mkm-ə, bəzən bir neçə mm-ə çatır. 
4) Viruslara gəldikdə isə, bunlar daha xırda ölçüyə malikdirlər. Məsələn, inək 
çiçəyinitörədən  virusların  uzunluğu  0,26  nm,  qripi    törədənvirusunkuisə  0,1 
nmolur.  Bakteriofaqların  ölçüləri  0,1  mkm-ə  qədər  olur.  Qanlı  ishal 
bakteriyalarının bakteriofaqının ölçüsü 100-150 nm-dir. 
Bakteriyaların ölçüləri kimi çəkiləri dəçox azdır. Bir bakterial hüceyrənin orta 
nəm çəkisi 5-10 mkq (0,001 mq), quru çəkisi isə 110
-6
 mkq-a bərabərdir. 
 
Şəkil 1.1. Bakteriyaların formaları: kürəşəkillilər: a – mikrokokklar;  
b – diplokokklar; c – tetrakokklar, sarsinlər; d – streptokokklar; çöpşəkillilər: e – 
sporəmələgətirməyənlər; f, h, i – sporəmələgətirənlər: f – bakteriyalar; h – 
klostridial; i – plektridial tiplilər; əyilmişlər: j – vibrionlar, k – sarsina 
(12000xböyüd.) 
 
2. Bakteriya hüceyrələrinin quruluşu 
Bakteriya  hüceyrələri  ölçülərinin  kiçik  vəçəkisinin  çox  az  olmasına 
baxmayaraq,  tək  hüceyrədən  ibarət  olan  bu  orqanizmlərdə  nəzərəçarpan 
differensiasiya  vardır.  Bunların  hüceyrəsində  də  hüceyrə  divarı,  sitoplazma 
membranı,  sitoplazma,  onun  müxtəlif  elementləri,  eləcə  də  nüvə  maddəsiolur 


(Şəkil  1.2).Bəzi  bakteriyalarda  bunlardan  əlavə  kapsula,  qamçılar,  fibrillər  və 
sporlara da təsadüf olunur. 
1. Hüceyrə divarı. Bu nazik, rəngsiz, elastik törəmə olub, hüceyrəni xaricdən 
əhatə  edir.Onun  əsas  vəzifəsi  hüceyrəyə  daimi  forma  vermək,  onun  anatomik 
tamlığını  təmin  etmək,  mikrobu  xarici  təsirlərdən  qorumaq  və  kapsula  əmələ 
gətirməkdə iştirak etməkdir. 
Bakteriyalarda hüceyrə divarının qalınlığı təxminən 10-20 nm-a bərabər olub, 
yalnız  elektron  mikroskopunda  aydın  görünür.Bakteriyalarda  hüceyrə  divarının 
olmasını  plazmoliz  hadisəsi  ilə,  yəni  bakteriya  hüceyrələrini  1-2%  duz  və  şəkər 
məhlulunda  saxlamaqla  öyrənmək  olar.Bu  şəraitdə  bakteriya  hüceyrəsinin 
protoplazması  susuzlaşır,  büzüşür,  hüceyrə  divarından  ayrılır  ki,  bunu  mikroskop 
altında aydın görmək olur. 
Bakteriyaların  hüceyrə  divarı  kimyəvi  tərkibinə  görəali  bitkilərin  və 
yosunların qilafından çox fərqlənir. Əgər bitkilərdə qilafın əsas tərkibi sellülozadan 
ibarətdirsə,  bakteriyaların  hüceyrə  divarında  bu  maddə  yoxdur.Bunların  hüceyrə 
divarı  azotlu  və  azotsuz  birləşmələrdən,  heteropolimer  maddə  olan  müreindən  və 
teyxoya turşusundan təşkil olunmuşdur. 
Bakteriyaların  hüceyrə  divarı  mürəkkəb  quruluşa  malik  olub,  yüksək 
keçiricilik  qabiliyyətinə  malik  olmaqla  çoxqatlı  və  sərtdir.  Ona  görə  də  hüceyrə 
daxildə  olan  10-20  atmosfer  təzyiqinə  davamlıdır.  Hüceyrə  divarının  kimyəvi 
tərkibi  bakteriyaların  Qram  üsulu  ilə  boyanmasında  özünü  daha  aydın  göstərir. 
Tanınmış  alim  Qram  (1884)  bakteriyaları  boyanmaya  görə  2  qrupa  bölmüşdür. 
Qram-mənfi,  qram-müsbət.  Qram-mənfi  (məsələn,  qanlı 
ishal  çöpləri) 
bakteriyalarda  hüceyrə  divarı  peptidoqlükonlar,  lipoproteidlər,  polisaxaridlər, 
zülallar,  fosfolipidlər  qalığından  ibarətdir.  Qram-müsbət  bakteriyaların  hüceyrə 
divarının tərkibində az miqdarda zülal, əsasən mukopeptidlər, polişəkərlər, teyxoya 
və teyxouron turşuları müəyyən edilmişdir.  
2.  Kapsula.  Bəzi  bakteriyalarda  hüceyrə  divarından  əlavə  xüsusi  selikli  bir 
qişaya  –  kapsulaya  da  təsadüf  olunur.  Kapsula  hüceyrə  divarının  dəyişilmiş 
forması  olub,  vəzifəsi  mikrobu  xarici  təsirdən  qorumaqdır.  Patogen 
bakteriyalardan  qarayara  çöpləri,  pnevmokoklar  cinsinə  daxil  edilən  növlərdə 
kapsula müşahidə edilir.  
3.  Sitoplazmatik  membran.  Hüceyrə  divarının  altında  onun  protoplastı 
yerləşir.  Bu,  xaricdən  nazik  membranla  əhatə  olunmuşdur  ki,  buna  sitoplazma 
membranı  adı  verilmişdir.  Bu  hüceyrə  divarı  ilə  sıx  əlaqədar  olub,  çox  mühüm 
fizioloji  rol  oynayır.  Hüceyrə  divarından  fərqli  olaraq  sərt  deyildir.  O,  yüksək 
keçiricilik  qabiliyyətinə  malik  olub,  hüceyrəyə  daxil  olan  maddələri  nizamlayır. 
Qalınlığı  60-80  A
0
-dən  artıq  olmur.  Hüceyrənin  çəkisinin  15-30%-i  membranın 
payına  düşür.  Tərkibi  40-70%  zülaldan  ibarətdir.  Bakteriyaların  sitoplazma 
membranında  müxtəlif  fermentlər  toplanmışdır  ki,  bunların  köməyi  ilə  tənəffüs 
prosesi gedir və qidalı maddələr mənimsənilən hala keçir.  
4.  Sitoplazma.  Membranın  altında  hüceyrə  sitoplazması  yerləşir.  Bu, 
yarımmaye, kolloidal, şəffaf, sulu  və azca  özlülüklü olub, 70-80% sudan  ibarətdir 
(qalınlığı 20 A
0
 və daha çoxdur). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə