MikrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/82
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#21531
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

Heyvanlar və bitkilər öz həyat tərzi və aydın nəzərə çarpan əlamətlərinə görə bir-
birlərindən kəskin fərqlənirlər ki, bu da həmin canlıları iki aləmə – heyvanlar və bitkilər 
aləminə aid etməyə imkan verir. 
Mikroorqanizmlər  aləminə  isə  bir-birinə  oxşamayan,  yalnız  mikroskopda 
görünən,  differensiasiya  olunmamış,  ölçüləri  və  sadə  quruluşları  ilə  oxşar  olan 
mikroorqanizmlər  toplanmışdır.  Digər  canlılardan  fərqli  olaraq  bunların  xarici 
nəzərə  çarpan  aləmətləri  də  bir-birinə  çox  oxşardır.  Digər  canlılarda  olduğu  kimi, 
bunların  hüceyrələri  eyni  plan  üzrə  qurulub,  vahid  struktura  malik  olub  qidalanır, 
tənəffüs  edir,  çoxalır,  müəyyən  vəzifə  daşıyır,  ifraz  edir.  Ona  görə  də 
mikroorqanizmlər  kəşf  edildikdən  sonra  bunların  hansı  aləmə  aid  edilməsi  böyük 
çətinlik törətmişdir. 1886-cı ildə tanınmış alim Hekkelin təklifi ilə mikroorqanizmlər 
III aləmə – protistlərə daxil edilmişdir.  
Protistlərə  bitki  və  heyvanlardan  fərqli  olan,  morfoloji  görünüşcə  zəif 
diferensiasiya  olunmuş,  əsasən  birhüceyrəli  orqanizmlər  aiddirlər.  Hüceyrə 
quruluşuna əsasən protistləri 2 qrupa ayırmaq olur: birincisi hüceyrələri heyvanlara 
və  bitkilərə  oxşar  olan  ali  protistlər  qrupudur  ki,  bunlara  eukaroitlər  deyilir.  Bu 
qrupa  (göy-yaşıl  yosunlardan  başqa)  bütün  yosunlar,  göbələklər  və  ibtidailər 
daxildir. Bunlarda nüvə xüsusi membran ilə əhatə edilmişdir. 
İbtidai  protistlərə  isə  hüceyrə  quruluşuna  görə  yuxarıdakılardan  kəskin 
fərqlənən  çox  sadə  quruluşa  malik  olan  bakteriyalar  və  göy-yaşıl  yosunlar  aiddir. 
Bunlar da prokariotlar qrupu adlanırlar. Bunlarda nüvə membransız olur.  
Viruslar hüceyrə quruluşu olmayan hissəciklərdən təşkil olunduğuna və canlı 
hüceyrələrdən  kənarda  sərbəst  çoxala  bilmədiklərinə  görə  digər  orqanizmlərdən 
fərqlənirlər (yalnız canlı hüceyrə daxilində çoxalırlar). 
Eukariot  orqanizmlərdən  yosunları  alqologiya,  göbələkləri  mikologiya, 
mikroskopik  ölçülü  ibtidailəri  isə  (protozoalar)  protozoologiya  elmi  öyrənir. 
Eukariotların hüceyrələrində mitoxondrii və plastidlər vardır. 
Prokariotları  fərqləndirən  əlamətlərdən  əsası  membranla  əhatə  olunmuş 
nüvənin  olmamasıdır.  Bundan  əlavə  prokariotların  mitoxondrii  və  xloroplastları 
yoxdur. 
Prokariotlar morfoloji cəhətcə az diferensiasiya olunmuşdur və quruluş tipinə 
görə  bunların  formaları  məhduddur  (dairəvi,  düzgün  və  əyilmiş  çöplər, 
qıvrımlılar).  
Eukariotların  həyatı  oksigendən  asılı  olduğu  halda,  prokariotların  isə 
müəyyən  qrupları  anaerob  şəraitdə  yaşaya  bilir  və  inkişafına  lazım  olan  enercini 
qıcqırma  və  ya  anaerob  tənəffüs  prosesindən  alırlar.  Hətta  bəzi  bakteriyalar  isə 
enercini  qeyri-üzvi  maddələrdən  və  ya  elementlərin  oksidləşməsindən  alırlar. 
Eukariotlardan  fərqli  olaraq  bakteriyaların,  aktinomisetlərin  və  göy-yaşıl 
yosunların bir çoxu atmosfer azotunu fiksə etmə qabiliyyətinə malikdirlər. 
 
 
5. Prokariot orqanizmlərin sistematikası 
Prokariotların təsnifatı mikrobiologiyanın ən vacib və mürəkkəb sahələrindən 
olmasına  baxmayaraq,  az  işlənilmişdir.  Ona  görə  də  canlı  varlıqların  sistemində 
mikroorqanizmlərin  vəziyyəti  bu  vaxta  qədər  mübahisəlidir.  Bu,  bir  tərəfdən 


mikroorqanizmlərin  spesifik  görünüşə  malik  olmamaları,  quruluşlarının  çox 
sadəliyi və vizual əlamtlərin stabil olmaması, digər tərəfdən isə növlərin, cinslərin 
və  sıraların  fiziologiyası  barədə  faktıki  materialların  nisbətən  az  olması  ilə 
əlaqədardır. 
Mikroorqanizmlərin  təsnifləşdirilməsi  barədə  ilk  təşəbbüs  V  əsrin  2-ci 
yarısında  olmuşdur.  1786-cı  ildə  O.Müller  o  vaxta  qədər  məlum  olan 
mikroorqanizmləri tərliklərə aid edib, hamısını Monas və Vibrio cinslərinə bölmüş 
və bunlara yalnız bakteriyaları daxil etmişdir. 
Sonra X.Erenberq (1838) yenə də bakteriyaları tərliklərə daxil edib, onları iki 
fəsiləyə  bölmüşdür:  monodinlər  və  vibrionillər.  Bu  alim  Müllerdən  fərqli  olaraq 
çoxlu yeni mikrob növlərinin təsnifini vermişdir. 
İlk dəfə F.Kon (1857) bakteriyaları ibtidai bitkilərə, Nigeli (1857) isə bunları 
xüsusi  qrupa  –  şizomisetlərə  daxil  etmişlər.  Sonralar  Leman  və  Neyman  (1896) 
bakteriyaları  növlərə  ayırmaq  istəyərkən,  onları  3  fəsiləyə  bölmüşdür:  dairəvilər, 
çöpvarilər, qıvrılmışlar.  Lakin bu təsnifatda əsasən  morfoloji  xüsusiyyətlər  nəzərə 
alındığından, nəzəri  və təcrübi tələblər ödənilə  bilmirdi. Mikroorqanizmlər barədə 
məlumatlar  toplandıqca,  bu  təsnifatlar  getdikcə  mükəmməlləşirdi.  Hazırda 
mikrobiologiyada  mikroorqa-nizmlərin  sistemləşdirilməsində  iki  istiqamətdə 
aparılan təsnifatdan istifadə olunur. Birinci təbii təsnifat olub, 1936-1950-ci illərdə 
Klyuver, Van-nil və Stepner tərəfindən irəli sürülmüşdür. 
Keçmiş  SSRİ-də  N.Krasilnikov  (1949)  bu  istiqaməti  müdafiə  etmiş  və  öz 
təsnifatını  təbii  təsnifat  əsasında  tərtib  etmişdir.  Təbii  təsnifat  tərəfdarları  iddia 
edirlər  ki,  təsnifat  orqanizmin  tarixi  inkişafını  əks  etdirməli  və  filogenetik  əsasda 
qurulmalıdır. 
İkinci istiqamət tərəfdarları təsnifatı, mikroorqanizmlərin ümumi əlamətlərinə 
görə  düzəltməyi  irəli  sürürlər.  Bu  süni  təsnifat  adlanır.  Süni  təsnifat  əsasında 
hazırda mikroorqanizmlərin təsnifləşdirilməsində Amerika alimi D.Bercinin (1974) 
təyinedicisi  qurulmuşdur.  Bu  təyinedici  Amerika  bakterioloqlar  cəmiyyətinin 
qərarına əsasən 1923-cü ildən dövri olaraq nəşr olunur. 
Müasir  mikrobiologiyada  mikroblar  təsnifləşdirildikdə  onlarda  olan 
əlamətlərin  kompleksi  nəzərə  alınır.  Bunlardan  morfoloji,  kultural,  fizioloji, 
biokimyəvi, toksigenlik, patogenlik, antigen quruluşu və s. nəzərə alınır. 
Orqanizmləri 
qruplaşdırmaq 
üçün 
mikrobiologiyada 
aşağıdakı 
kateqoriyalardan istifadə olunur. 
Növ  -  bir    və  ya  bir  neçə  növ  müxtəlifliyi  olan  orqanizmləri  əhatə  edir:  cins  – 
yaxın  növlər,  fəsilə  -  yaxın  cinslər,  sıra  –  yaxın  fəsilələr,  sinif  –  yaxın  sıralar,  tip  – 
yaxın siniflər qruplarından ibarət olur.  
Mikroorqanizmlər  İsveç  alimi  K.Linneyin  bitkilərə  tətbiq  etdiyi  binar 
nomenklaturasına 
müvafiq 
adlandırılır. 
Məsələn, 
vərəm 
törədicisi 
– 
Mycobacterium tuberculosus adlanırlar. Burada Mukobakterium – bakteriyanın aid 
olduğu  cinsi  göstərir,  tuberkulosus  isə  spesifik  epitetdir  (xəstəlikdir).  Bu  adlar 
beynəlxalq miqyasda qəbul edildiyindən yer kürəsinin hər yerində eynidir. 
Mikroorqanizmlər  qrupu  çox  genişdir.  Mikroorqanizmlərə  rəngarəng 
orqanizmlər  daxil  olduğuna  görə,  bunların  təsnifləşdirilməsi  çox  vacib 
məsələlərdən  biridir.  Bu  vaxta  qədər  müxtəlif  alimlərin  təsnifatından  istifadə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə