MikroiQTİsadiyyat


Beləliklə, firmaların istehsal etdikləri məhsulların ən yüksək qiymətləri tələbatla müəyyən olunur F



Yüklə 1,43 Mb.
səhifə19/23
tarix08.12.2017
ölçüsü1,43 Mb.
#14688
1   ...   15   16   17   18   19   20   21   22   23

Beləliklə, firmaların istehsal etdikləri məhsulların ən yüksək qiymətləri tələbatla müəyyən olunur Firmalar özlərinin xərclərini, habelə oxşar əmtəələr üzrə rəqiblərini öyrəndikdən sonra istehsal etdikləri əmtəələrə qiymət qoyur və bu məqsədlə hər hansı bir metodu seçir.

Qiymətin müəyyən edilməsinin isə aşağıdakı metod-ları vardır: 1) Orta xərclər, üstəgəl mənfəət; 2) Zərərsizliyin təhlili və məqsədli mən­fəətin təmin olunması; 3) Qiymətin, əmtəənin dəyərliliyinə əsasən qo­yulması; 4) Qiymətin, cari qiymətlərin səviyyəsi əsasında müəyyən edil­məsi; 5) Qiy-mətin, qapalı sövdələşmələr əsasında müəyyən edilməsi.

Qiymət müəyyən edilərkən istifadə olunan metod­lar­dan biri «orta xərclər, üstəgəl mənfəət» metodudur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, əmtəənin başa gəldiyi istehsal xərcinin üzərinə müəyyən əlavələr edilir.



Qiymətin xərclər əsasında müəyyən olunması me-todlarından biri də onun, məqsədli mənfəətin təmin olun-ması yolu ilə hesablan­ma­sı­dır. Firma qiyməti müəyyən edərkən çalışır ki, bu qiymət onun nə­zərdə tutduğu qədər mənfəət əldə edilməsinə imkan versin.. Firmalar əmtəə və xidmət­lərinə qoyulan qiymətlərin onların dəyərliliyinə əsasən müəyyən edil­məsi metodundan getdikcə daha çox istifadə etməyə çalışırlar.

Firmalar bəzi hallarda qiymətləri rəqiblərin qiymət-lərinə isti­nad etməklə müəyyən edirlər ki, buna da «qiymə-tin, cari qiymətlərin sə­viyyəsi əsasında müəyyən edilməsi» metodu deyilir. Bu metoddan isti­fadə olunduqda, firma özünün xərclərinə və tələbat göstəricilərinə az əhə­miyyət verir. O, özünün əmtəələrinə rəqiblərin eyni əmtəələrinin qiy­mətlərindən aşağı və ya yuxarı qiymət qoya bilər. Bu metod başqa me­todlara nisbətən daha geniş yayılmışdır.



Qiymətlər, həmçinin qapalı sövdələşmələr əsasında müəyyən­ləşdirilə bilər. Bu metoddan əsas etibarilə qiymət-lər rəqabət yolu ilə mü­əy­yən edildiyi, yaxud da sövdələş-mələrin gedişində firmalar sifarişlər uğrunda mübarizə apa-rarkən istifadə olunur. Lakin təbiidir ki, bu qiy­mətlər isteh-sal xərclərindən aşağı ola bilməz, çünki belə olarsa, firma özü-özünə ziyan vurmuş olar və o, müflisləşməyə doğru gedər.

Bütün bu metodlardan istifadə etməkdə məqsəd əmtəələrin son qiymətinin müəyyən edilməsidir Lakin satıcılar aşağıdakı fəndlərdən istifadə etməkdən çəkinməlidirlər: 1) Qiymət-lərin rəqiblərlə məsləhətləşməklə müəyyən edil­məsi; 2) Pərakəndə satış qiymətlərinin sabit saxlanılması; 3) Qiymət ayrı-seçkiliyi; 4) Yol verilən ən aşağı qiymətlərlə satış; 5) Qiymətlərin heç bir əsas olmadan qaldırılması; 6) Qiymət-lərin düşünülmüş surətdə, alıcıların imkanlarına uyğun gəlməyən tərzdə qaldırılması.

Qiymətlərin məsləhətləşməklə müəyyən edilməsi o deməkdir ki, satıcılar qiymətləri müəyyən edərkən qabaq-cadan həmin məhsulların digər satıcıları ilə dilbir olmama-lıdırlar. Istehsalçının öz əmtəəsini hər hansı bir qiymətə satmağı diler­dən tələb etməyə ixtiyarı yoxdur. Satıcı diler-lərə yalnız istehsal­çı­nın məs­lə­hət gördüyü qiyməti təklif edə bilər. Başqa Qeyd etmək la­zım­dır ki, istehsalçının dilerə əmtəə satmaqdan imtina et­mək, yaxud da onun mənafeyinə qəsd etmək hüququ yoxdur.

Satıcıların öz rəqiblərini sıxışdırmaq üçün əmtəə-lərin istehsal xərclərindən aşağı qiymətə satmağa səlahiy-yətləri çatmır.



Dövlət müəyyən dövrlərdə qiymətlərin səviyyəsi üzərində nəza­rəti həyata keçirir. Elə sahələr də vardır ki, onların fəaliyyəti üzərində nəzarət və ya necə deyərlər «dövlət inhisarı» qoyulur. Bunlar əsas eti­barılə kommunal təsərrüfatlarıdır.
2. Qiymətlərin müəyyən edilməsi prinsipləri və dəyişməsinə təsir edən amillər.
Qiymətlərin müəyyən edilməsi ilə əlaqədar məsələlər hamı tərəfindən birmənalı qarşılanmır. Burada bir çox nöqteyi-nəzərlər möv­cuddur. tərəfdən

Firmalar ilkin qiymətləri müəyyən etdik-dən sonra di­gər amilləri də nəzərə almaqla onu dəyişdirir və bu zaman qiymət­lərin müəyyən edilməsi ilə əlaqədar müxtəlif nöqteiy-nəzərlər meydana çıxır ki, bunlardan da geniş yayılmışları aşağıdakılardır: 1) Yeni isteh­sal olu­nan əmtəələrə qiymət qoyulması; 2) Qiymətlərin əmtəə nomen­kla­tu­ru çərçivəsində müəyyən edilməsi; 3) Əmtəələrə coğrafi prinsip əsasında qiymət qoyulması; 4) Əmtəələrə güzəştli qiymətlərin müəyyən edilməsi; 5) Əmtəələrə satışın stimullaşdırılması üçün qiymət qoyul­ma­sı; 6) Əm­tə­ələrə ayrı-seçkilik qaydasında qiymət qoyulması.



«Yeni əmtəələr» dedikdə möv­cud əmtəələrin yaxşılaşdırıl-mış variantları nəzərdə tutulur.

Yenilikçilik istehsalçıdan çox böyük məsuliyyət və risk tələb edir. Çünki yeni əmtəələr istehlakçıların xoşuna gəlmədikdə reallaş­dı­rıl­mamış qalır və firma böyük məbləğ-də zərər çəkir. Aparılmış tədqi­qat­lar göstərir ki, yeni əmtəələrin istehlak malları bazarında 40%-i, səna­ye təyinatlı əmtəələr bazarında 20%-i, xidmətlər bazarında isə təqri­bən 18%-i uğursuzluqla nəticələnir. Geniş istehlak mallarının uğur­suzluğu daha acınacaqlı nəticələrə gətirib çıxarır. Ona görə yeni əmtəələrin istehsalına başlamazdan əvvəl istehsalçı, necə deyərlər, düşünüb-daşın­malı, yüz ölçüb bir biçməlidir ki, sonra peşimanlıq çək­məsin. Yeni əmtə­ələrin uğursuzluğa düçar olmasının isə bir neçə səbəbi vardır. Bunlar ondan ibarətdir ki, bəzən ideyanın özlüyün-də yaxşı olma­sına baxmaya­raq bazarın tutumu düzgün qiy-mətləndirilmir, əmtəənin mövqeyi ba­zarda düzgün müəy-yən edilmir, pis reklam­laşdırılır, yeni əmtəələrin işlənib ha-zırlanmasına nəzərdə tutul­duğundan qat-qat çox xərc çəki-lir, rəqiblərin cavab zərbəsi göz­lənildiyindən güclü olur və s.

Firmaların qiymətqoyma probleminə yanaşmaları əmtəələrin həyat dövrünün mərhələlərə bölünməsi ilə sıx surətdə bağlıdır. Əmtəə­lərin bazara çıxarılması mərhələsi daha məsuliyyətli hesab olunur və qarşıya ciddi tələblər qoyulur. Ona görə də həqiqətən yeni olan əmtəə­lərə qiymət qoyulmasını bir-birindən fərqləndirmək lazım­dır. Yeni əm­təə­ləri bazara çıxaran firmalar iki strategiya ilə üzləşir və bunlardan birini seçməlidirlər. Bunlardan biri obrazlı ifadə ilə desək «qaymağın yığılması», digəri isə «bazara əsaslı surətdə daxil olmaq və öz mövqe­yini qoruyub saxlamaq» strategiyasıdır.

Birinci strategiyanın mahiyyəti ondan ibarətdir ki, yeni əmtəə istehsal edən firmalar ilk vaxtlar həmin əmtəəyə yüksək qiymət qoyur və bununla da daha çox mənfəət əldə etməyə cəhd göstərirlər. Burada məqsəd ondan ibarətdir ki, yeni malları bazarın bütün seqmentləri deyil, yalnız bəzi seqmentləri qəbul edə bilsin. Firmalar bir müddətdən sonra qiymətləri aşağı salmaqla özlərinə daha çox müştəri cəlb edirlər. Çünki qiymətlərin aşağı salınması firmaların guya öz mənfəətlərinin bir hissəsindən imtina etməklə adamlarda onların qayğısına qalmaq psixo­logiyası aşılayır. Belə hərə-kət edən firmalar bununla da bazarın ən yük­sək maliyyə «qaymağı»nı götürürlər.



Bazara əsaslı surətdə daxil olmaq, necə deyərlər ona «yiyə­lənmək» strategiyasının mahiyyəti ondan ibarətdir ki, bəzi firmalar öz əmtəələrinə rəqiblərinə nisbətən aşağı qiy-mət qoyurlar. Əmtəələrə aşağı qiymət qoyulması bazarın böyük bir hissəsini ələ keçirməyə, istehsal xərclərini aşağı salmağa və deməli, tədriclə qiymətləri ucuzlaşdırmağa imkan verir. Bundan başqa bazar çox həssas olduğuna və ucuz qiymət onun genişlənməsinə şərait yaratdığına, görə aşağı qiy-mətlərin müəyyən edilməsi qanunauyğun sayıla bilər.

Məhsul, əmtəə nomenklaturunun tərkib hissəsi ol-duqda qiy­mətin müəyyən edilməsinə yanaşma metodu dəyişir. Bu zaman firmalar yüksək mənfəət əldə edilməsinə imkan verən qiymət sistemi işləyib ha­zırlamağa çalışırlar. Müxtəlif əmtəələr tələbat və xərc nöqteyi-nə­zərin­dən bir-biri ilə qarşılıqlı əlaqədə olduqlarına və rəqabətlə qar­şılaşdıq­la­rına görə qiymətlərin müəyyən edilməsi olduqca çətindir. Bununla əla­qədar olaraq aşağıdakı halları nəzərdən keçirək.

Məlum olduğu kimi, hər bir firma bütöv əmtəə çe-şidi yaradır. Eyni bir əmtəə çeşidi hazırlandıqdan və satışa buraxıldıqdan sonra bunun təkmilləşdirilməsi prosesi baş-lanır və hər sonrakı modelin qiy­mə­ti əvvəlkindən kəskin surətdə fərqlənir. Məhz bunlara əsasən isteh­lakçılarda əmtəənin sonrakı modelinin yüksək keyfiyyətə malik olması barədə təsəvvür yaranır.

Firmaların əksəriyyəti əsas məhsullarla yanaşı, əlavə və ya yar­dımçı məhsullar da istehsal edirlər. Ona görə də firmalar həm də əlavə məhsulların qiymətlərini müəyyən etməlidirlər. Bu isə çox mürək­kəb məsələdir. Çünki belə məhsulların qiymətləri bir qayda olaraq yüksək olur və alıcıların tədiyə qabiliyyətinə uyğun gəlmir.

Sənayenin bəzi sahələrində elə ləvazimatlar da buraxılır ki, bunlar olmadan əsas məhsullardan istifadə etmək mümkün deyildir. Belə məcburi ləvazimatlara üzqır-xan üçün ülgüclər misal ola bilər. Çox vaxt əsas məhsulların istehsalçıları onlara aşağı qiymət, məcburi ləva­zi­matlara isə yüksək qiymət qoyurlar. Aydın məsələdir ki, məcburi ləva­zimatlar olmadan əsas məhsuldan istifadə edilməsi qeyri-müm­kündür. Eyni sözləri «Kodak» firmasının fotoapa-ratları haqqın­da da demək olar. Belə ki, firma fotoapa-ratlar üçün aşağı, plyonka üçün yuxarı qiy­mət qoyur və bu yolla daha çox mənfəət əldə edir.

Qiymətlər coğrafi prinsip üzrə də müəyyən olunur. Bu, o de­məkdir ki, firma ölkənin müxtəlif regionlarından olan istehlakçılar üçün müxtəlif qiymətlər müəyyən edil-məsinə dair qərarlar qəbul edir. Çünki əmtəələrin uzaqda yerləşən istehlakçıya çatdırılması ilə əlaqədar olan tədavül xərcləri yaxın məsafələrə çatdırılması ilə əlaqədar olan tə-davül xərclərindən çox olur. Ona görə də əmtəənin istehsal xərcləri eyni olduğu şəraitdə tədavül xərcləri müxtəlif oluduğu üçün uzaq əra­zi­lərdə yerləşən istehlakçılara satılan əmtəələrə qanunauyğun surət­də yüksək qiymət qoyulur və bu, müştərilərin itirilməsinə gətirib çıxar­mır.

Əmtəələrə bölgə qiymətləri də müəyyən edilir.Bu vaxt, fir­ma iki, yaxud da bir neçə bölgəyə mal göndərməyi və oradakı ba­zar­da «məskunlaşmağı» qarşısı-na məqsəd qoyur. Hər hansı eyni bir bölgə­nin hüdudların-da yaşayan istehlakçılar və sifarişçilər əmtəələri eyni qiy-mət­lə satın alırlar. göstərir.

Qiymətqoymada istifadə olunan metodlardan biri də qiymətin bazis məntəqəsi nəzərə alınmaqla müəyyən edilməsidir. Bunun mahiy­yəti ondan ibarətdir ki, hər hansı bir şəhər bazis kimi qəbul edilir və gön­dəriş yerindən asılı olmayaraq bütün sifarişçilər üçün nəqliyyat xərc­ləri eyni məbləğdə – bazis məntəqəsi üzrə olan məbləğ qədər olur.

Alıcı və ya satıcı daşınma xərclərini öz üzərlərinə götürməklə qiymətqoyma metodundan da istifadə edirlər. Bunun mahiyyəti ondan ibarətdir ki, satıcı və ya alıcı daha çox sifariş daxil olmasını təmin et­mək üçün əmtəələrin daşınması ilə əlaqədar olan xərclərin bir hissəsini və ya onu tamamilə öz öhdəsinə götürür. Firmalar bu metoddan başlıca olaraq yeni bazarlara girmək, habelə rəqabətin kəskinləşdiyi bazar­larda özlərinin mövqelərini qoruyub saxlamaq üçün istifadə edirlər.

.

Alıcı daha çox əmtəə satın aldığı hallarda da ona mü-əyyən güzəşt­lər edilir. Buna iqtisadi ədəbiyyatda miq­dara görə güzəşt deyilir.



Istehlakçılar üçün mövsümi güzəştlər də edilir. Möv­sümi gü­zəşt­lər, mövsümdən kənar bazarlıq edən alıcılar üçün qiymətin aşağı salınması deməkdir. Bu güzəştlər istehsalın səviyyəsini il ərzində nis­bətən sabit saxlamaq üçün satıcıda stimul yaradır. Mövsümi güzəştlərə ən çox təyyarə, avtobus və qatarlarla sərnişindaşıma biletlərinin qiy­mət­lərinin ilin fəsillərindən asılı olaraq aşağı salınmasında istifadə olu­nur. Bu üsul uzunmüddətli istifadə üçün nəzərdə tutulan əmtəələrə daha çox aid edilir.

Firmalar konkret şəraitdən asılı olaraq öz əmtəələri­nin qiymət­lərini onun istehsalına çəkilən xərcdən aşağı da müəyyənləşdi­rirlər. Bu zaman qarşıya satışın stimullaşdırıl-ması vəzifəsi qoyulur və bu müxtəlif formalarda olur. Bun-lardan bəzilərini nəzərdən keçirək. Univermaqlar və uni-ver­samlar alıcıları özlərinə cəlb etmək məqsədilə, məsələn, hər il yanvar ayında qış satışı, may ayında yaz satışı, sen-tyabr ayında payız satışı təşkil edir, istehsalçılar dilerlərdən mal alan istehlakçılara nəqd güzəşt­lər edirlər.

Firmalar xüsusi qiymət sistemi və qiymətqoyma strategiyası işləyib hazırlamalarına baxmayaraq, həm də qiymətləri vaxtaşırı aşağı salır və ya qaldırırlar.

Firmaların qiymətləri aşağı salmaq qərarına gəlmə-ləri bir sıra səbəblərlə əlaqədardır. Bunlar istehsal gücləri-nin tam yüklənməməsi, şid­dətli qiymət rəqabətinin təsiri ilə bazar payının azalması, ucuz qiy­mətlər hesabına bazarda hakim mövqe tutmaq uğrunda gedən rəqabət və s. ibarət-dir. Bunlara uyğun olaraq firmalar öz dövriyyələrini artır-mağa, istehsal etdikləri məhsulların qiymətlərini aşağı sal-mağa, isteh­sa­lın həcminin genişləndirilməsi hesabına xərc-lərin azaldılmasını tə­min edə bilən bazar payına sahib ol-maq niyyəti ilə qiymətləri hamı­dan tez aşağı salmağa çalışırlar.



Firmalar qiymətləri təşəbbüskarlıqla aşağı saldıqları kimi, onu təşəbbüskarlıqla qaldırmağa da səy göstərirlər və buna, demək olar ki, məcburdurlar. Bunun isə səbəbləri ol-duqca müxtəlifdir. Bunlardan biri xərclərin artması ilə əla-qədar olan ümumdünya inflyasiyasıdır

Qiymətlərin qaldırılmasına təsir göstərən səbəblər-dən biri də həmin məhsula olan tələbin artmasıdır. Qiymət-ləri, həmçinin güzəştləri ləğv etmək, çeşidi əmtəənin bahalı variantları ilə əvəz etməklə ya gizli, yaxud da açıq-aşkar da yüksəltmək olar.

Qiymətlərin dəyişməsinə istehlakçılar və rəqiblər də biganə qalmır, onlar da öz münasibətlərini bildirirlər. Buna onlar bir qayda ola­raq satıcıların sayı azaldıqda və onların əmtəələri bir-birinə oxşadıq­da, alıcılar isə bundan yetərincə xəbərdar olduqda reaksiya verirlər bu əmtəənin nə kimi əhəmiyyət kəsb etməsi ilə əlaqədar prob­lemləri öyrənməli, rə­qi­bin niyyətini, lazım gəldikdə isə işə sala biləcəyi ehtiyat mənbələrini aş­kara çıxarmalıdır. Bütün bunlar firmaya bazarda öz mövqeyini nəinki qoru-yub saxlamağa, həm də onu daha da möh­kəm­ləndirməyə imkan verir.


  1. Qiymət sistemi. Qiymətin növləri.

İqtisadiyyatda fəaliyyət göstərən bütün qiymətlər qarşılıqlı əlaqədə olub, müxtəlif bazar amillərinin təsiri altında daim inkişafda olan sistemi əmələ gətirir. Bu sistem sıx, qarşılıqlı əlaqədə, fəaliyyətdə olan ayrı- ayrı bloklardan ( topdansatış qiymətləri, satınalma qiyçətləri, pərakəndəsatış qiymətləri və s.) ibarətdir.

Verilən sistemi əsas bloklarının birində qiymətin dəyişməsi tez bir surətdə digər bloklara da ötürülür.

Bütün qiymət sistemində sənayenin baza sahələrinin məhsullarının qiymətləri əsas rol oynayır. Onlara yanacaq energetika( kömür, neft, qaz, elektrik enerjisi) , metallurgiya sahələri aiddir.

Qiymət sistemini təşkil edən qiymət növləri aşağıdakı əlamətlərinə görə təsrifləndirilirlər:

a) xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə;

b) franko növlərinə görə;

v) fəaliyyət müddətinə görə;

q) ərazi əlamətlərinə görə;

ğ) təsbit olunması qaydalarına görə.

Xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər aşağıdakı növlərə bölünür:

Sənaye məhsullarına görə topdansatış qiymətləri;

Tikinti məhsullarının qiymətləri;

Yük və sərnişin nəqliyyatı tarifləri;

Pərakəndəsatış qiymətləri;

Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri;

əhaliyə pullu xidmətə olan tariflər.

Sənaye məhsullarının topdansatış qiymətləri öz növbəsində iki yarımnövə6 müəssisənin topdansatış qiymətinə və sənayenin topdansatış qiymətlərinə bölünür.

Müəssisənin topdansatış qiymətlərinin tərkibi aşağıdakı növlərə bölünür:



    1. xərclər( maya dəyəri)

    2. mənfəət

    3. qiymətə əlavələr( güzəştlər)

    4. əlavə dəyər vergisi.

Müəssisənin topdansatış qiyməti – məhsul istehsalçılarının istehsal etdikləri məhsulu istehlakçılara- digər müəssisə və təşkilatlara satdıqları qiymətlərdir.

Sənayenin topdansatış ( buraxılış) qiymətləri istehlakçı müəssisələrin və yaxud satış ( topdansatış) təşkilatlarının məhsullarına görə ödədikləri qiymətlərdir.

Sənaye topdansatış ( buraxılış) qiymətinin tərkibi aşağıdakı kimidir:

1. Müəssisənin topdansatış qiyməti

2. Təchizat- satış əlavələri( güzəştləri)

a) təchizat- satış və yaxud topdansatış müəssisələrinin xərcləri;

b) təchizat- satış və yaxud topdansatış müəssisələrinin mənfəəti;

3. Aksiz


4. Əlavə dəyər vergisi( ƏDV)

Pərakəndəsatış qiymətləri qiymətlərin əmələ gəlməsi prosesinin son mərhələsinin nəticələri və xalq istehlakı məhsullarının faktiki satış qiymətləridir. Bu qiymətlərlə satılan məhsullar birbaşa istehlak sferasına daxil olur. Pərakəndəsatış qiyməti kəmiyyətcə sənaye topdansatış ( buraxılış) qiyməti ilə ticarət əlavələrinin ( güzəştlərinin) cəmindən ibarətdir.

Qiymətlərin frankolaşdırılması dedikdə, məhsulun istehsalçılardan istehlakçılara çatdırılması xərclərinin qiymətlərdə uçotu qaydaları başa düşülür. Franko növlərinə aşağıdakı qiymət növləri fərqləndirilir:

1. Franko- anbar- istehsalçı( malgöndərən) və ya istehsal yerində FOB qiyməti. Bu qiymət növünün tətbiqi zamanı məhsulun göndərilməsi xərcləri qiymətlərə daxil edilməyərək istehlakçı tərəfindən ödənilir.

2. Franko- vaqon göndərmə stansiyası. Onun tətbiqi zamanı məhsulun göndərmə stansiyasına çatdırılması xərcləri qiymətlərə daxil edilir, qalan xərclər istehlakçı tərəfindən ödənilir.

3. Franko- vaqon təyinat stansiyası.

4. Franko- anbar – istehlakçı. Bu qiymət növünün tətbiqi zamanı bütün tədavül xərcləri qiymət elementinə çevrilirlər.

Fəaliyyət müddətlərinə görə qiymətlərin aşağıdakı növləri fərqləndirilir:

Sabit qiymətlər- müəyyən müqavilə üzrə məhsul göndərişi müddətində dəyişmirlər.

Cari qiymətlər- müəyyən vaxt dövründə məhsul göndərişinin həyata keçirildiyi qiymətlərdir.

Onlar bir müqavilənin yerinə yetirilməsi müddətində bazar konyukturasından asılı olaraq dəyişə bilərlər.

Sürüşkən qiymətlər- uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla ticarət sövdələşmələrində müəyyən edilir.

Mövsümi qiymətlər- müəyyən vaxt dövründə fəaliyyət göstərirlər.

Mərhələli qiymətlər- əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan qiymətləridir.

Müəyyən edilməsi qaydalarına görə aşağıdakı qiymət növləri təsnifləşdirilir:

1. Təsbit edilən qiymətlər- dövlət tərəfindən təyin olunurlar.

2. Müqavilə qiymətləri- tərəflərin razılığı ilə müəyyən edilirlər.

3. Tənzimlənən qiymətlər- dövlət tərəfindən müəyyən təsir göstərilməklə tələb və təklif nisbətləri əsasında formalaşırlar.

4. Sərbəst qiymətlər- bazarda tələb və təklifin təsiri altında formalaşırlar. Dövlət bu qiymətlərin dəyişilməsinə yalnız bazar konyukturasına təsir etməklə nail ola bilər.

Qiymət sistemini mühüm tərkib elementlərindən biri də dünya bazar qiymətləridir. Dünya bazarında xarici ticarət fəaliyyətini həyata keçirərkən aşağıdakı əsas qiymət növlərini fərqləndirrlər:

1. FAS və ya FOB ixrac qiymətləri. Bu qiymətlər üzrə ixracatcı firma idxalçıya əmtəəni gəmiyə qədər nəqliyyat xərclərini daxil etməklə FAS qiymətinə, ya da gəmiyə yükləmə xərclərini daxil etməklə FOB qiymətinə satır.

2. SİF idxal qiymətləri özündə FOB qiymətindən əlavə yüklərin idxalçı və ya ixracatçı ölkələrin sərhədlərinə qədər daşınması və sığorta xərclərini birləşdirir.

3. Kontrakt qiymətləri tərəflərin razılığına görə bir qayda olaraq dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilir.

4. Birjada təyin edilən qiymətlər.

5. İri firmaların təklif qiymətləri və faktiki sövdələşmə qiymətləri.

6. Beynəlxalq sövdələşmələrdə iştirak edən ölkələrin daxili topdansatış qiymətləri.


4.Qiymətin dövlət tətəfindən tənzimlənməsi.
Konkret təsərrüfat quruluşundan ( konyukturasından) asılı olara q qiymətlərin tənzimlənməsi mahiyyət etibarı ilə böhrana ( durğunluğa) qarşı və ya inflyasiyaya qarşı xarakterli ola bilər.

Qiymətlərin əmələ gəlməsi prosesində yaranma sferası və təsir mexanizmi nöqteyi- nəzərdən qiymətlərin tənzimlənçəsinin aşağıdakı bir neçə formasını ayırmaq olar:

- əmtəələrin istehsalı və tədavülü sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi;

- antiinhisar qanunvericiliyi ilə tənzimləmə;

- gəlirin tənzimlənməsi siyasəit ilə;

- pul tədavülü sferası vasitəsilə təsərrüfat konyukturasının yənzimlənməsi ilə.

Dövlətin qiymətin əmələ gəlməsi prosesinə təsiri qiymətlərin tənzimlənməsinin birbaşa və dolayı metodların üzvi əlaqəsi ilə reallaşır. Bu metodların ölkələr və ayrı- ayrı dövlətlər üzrə nisbətləri müxtəlifdir.

Qiymətlərin birbaşa tənzimlənməsi başlıca olaraq ictimai istifadə ( istehlak) sahələrində ( elektroenergetika, nəqliyyat, rabitə, su təchizatı və s.) tətbiq olunur. Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə aşağı və ya yüksək mənfəət normaları əsasında müəyyən olunur.

Qiymətlərin dövlət tənzimlənməsi inhisarların marağına və onların dünya bazarında konkret mövqelərinə, ümumən ölkənin tələbatına cavab verə bilən iqtisadiyyatın yüksək inkişaf sürətinin və struktur irəliləyişlərin stimullaşdırılması üçün tətbiq edilir.

Qiymətlərin tənzimlənməsinin dolayı metodları qiymətlərin özünə deyil, qiymətlərin əmələ gəlməsi ilə bağlı olan amillərə təsir dairəsinədə ortaya çıxır. Buna misal olaraq, pul vəsaitlərinin emissiyası sa daxil olmaqla, vergi, kredit və valyuta siyasətinin köməyi ilə məcmu tələbin tənzimlənməsini göstərmək olar. Belə tədbirlər nəticəsində bir çox sahələrdə istehlak və məşğulluqla bağlı məsələlər stimullaşdırılır ki, bu da öz növbəsində istehlak malları bazarına və əhalinin tədiyə qabiliyyətli tələbinin həcminə təsir göstərir.

İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində olan ölkələrin təcrübəsi qiymətlərin dövlət tənzimlənməsinin iki üsulunun mövcudluğunu göstərir: iqtisadi və inzibati. Tənzimlənmənin iqtisadi üsulu daha üstündür və dövlət orqanlarının vergi, maliyyə- büdcə, kredit, valyuta, gömrük siyasəti vasitəsilə həyata keçirilir. Qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bazar mexanizminin fəaliyyətini pozmur, qiymətin iqtisadi əsaslandırılmasını və onların dünya bazar qiymətləri ilə əlaqəsini saxlayır.

Bazar şəraitində qiymətlərin inzibati üsullarla tənzimlənməsi isə fövqəladə hallarda, iqtisadiyyatın böhran keçirdiy, sürətli inflyasiya, təsərrüfat kompleksinin bütün sahələrində tənəzzül baş verdiyi şəraitdə dövlət üçün strateji əhəmiyyət kəsb edən ayrı- ayrı malların, digər məhsulların qiymətlərinin sürətli artımından əhalini sosial- müdagiə etmək məqsədilə də həyata keçirilə bilər.Bu halda hökumət özü inzibati qaydada istehlak səbətinə daxil olan ilkin tələbat mallarının qiymətini müəyyənləşdirir və dəyişdirir.

Qiymətlərin iqtisadi üsullarla tənzimlənməsinə gəldikdə isə qetd edilməlidir ki, bu dövlət büdcəsinin mənafeyinin ayrı- ayrı əmtəə istehsalçılarının, ən vacibi isə son istehlakçıların, vergi ödəyən adi vətəndaşların mənafeyi ilə üst- üstə düşməsinə təmin edən vergi siyasəti vasitəsilə həyata keçirilir.

Dolayı metodların köməyi ilə dövlət tələb və təklif arasında tarazlığın əldə edilməsinə və saxlanmasına,. Bununla da bütün iqtisadiyyat miqyasında qiymətlərin uyğun və tədricən artımına nail olmağa çalışır.

İnkişaf etmiş ölkələrdə qiymətin tənzimlənməsinin dolayı metodlarına, dövlət tərəfindən torpaq rentasının , uçot dərəcələrinin, əmək haqqının( əgər qiymətlərin birbaşa tənzimlənməsi ilə əlaqədar deyilsə), eləcə də qiymətlərin əmələ gəlməsinə təsir göstərən digər amillərin tənzimlənməsinə yönəldilmiş fəaliyyətlər də aid edilir.

Son illərdə qiymətlərin dolayı metodlarla tənzimlənməsi təcrübəsi öz mahiyyətini itirməkdədir. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, müasir bazar inhisar tənzimlənməsi ilə yüksək dərəcədə bağlıdır və onunla məhdudlaşır. Bu vəziyyət inkişaf etmiş ölkələrə də xasdır.



Mövzu 17: Azad rəqabət şəraitində istehsal amilləri qiymətlərinin əmələ gəlməsi.( 2 saat)

Plan

1. Azad rəqabətin mövcud olduğu bazarlarda qiymətlərin əmələ gəlməsi.

2. İstehsal amilləri qiymətlərinin əmələ gəlməsinin nəzəri əsasları.

3. İstehsal amillərinə olan tələb və təklifin xüsusiyyətləri.

4. İstehsal amilləri qiymətlərinin əmələ gəlməsi və onların bir- birini əvəz etməsi qanunu.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə