MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə75/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

Misir S
əfərov 
 
 
250 
Nümun
ədə  verilmiş  “günəş”  sözü  ədəbi dilə, “gün” 
sözü is
ə daha çox canlı xalq danışıq dilinə aiddir. Əsərdə 
bu v
ə  bunun kimi istər  ədəbi  dil  leksikasına  mənsub, 
ist
ərsə də ədəbi dil ilə canlı danışıq dil leksikasına məxsus 
sözl
ərin sinonimliyindən  geniş  istifadə  edilmişdir.  Ümu-
miyy
ətlə, hiss olunur ki, dilimizin öz sözlərindən düzələn 
sinonim c
ərgələr,  obrazlılıq,  ekspressivlik,  emosionallıq 
yaratmaq üçün yazıçıya olduqca zəngin material verir. 
“Dostluq  qalası”  romanının  dilində  ədəbi dil ilə 
dialektl
ərdən alınmış sözlərin sinonimliyinə aid nümunələr 
d
ə  kifayət qədərdir.  Yazıçının  dialektdən  söz  alıb    işlət-
m
əsində  əsas məqsədi surətin zümrə  və  peşə  mənsu-
biyy
ətini özünəməxsus bir yolla oxucuya bildirməkdən 
ibar
ətdir. Müəllif dialektlərdən  alıb  işlətdiyi sözləri elə 
ustalıqla,  yerli-yerində  əsərə  daxil  etmişdir  ki,  əsərin 
dilind
ə  heç  bir    şivəçilik, ləhcəçilik kimi xüsusiyyətlər 
yaranmamışdır.  Əksinə,  ədəbi dil sözləri ilə  sinonimlik 
t
əşkil  edən dialekt sözləri  əsərin dilinə  yeni  bir  canlılıq, 
t
əbiilik, obrazlılıq gətirmişdir: 
N
əhayət,  bir səngərin  dalındakı  kahaya  soxulduqda 
h
ənirti eşitdi (I, 217). 
Qara  dayı,  biz  namusu  əppəyə  qatıb  yeyən adam-
lardan deyilik! (III, 258). 
Tez oturu
n,  toqqanın  altını  bərkidin,  əl-ayağınızı 
sazlayın (I, 52). 
Misallarda verilmiş kaha, hənirti, əppək, toqqa sözləri 
dialekt m
ənşəlidir
85
.  H
əmin sözlər ədəbi dildə olan quyu, 
s
əs, çörək, qayış sözləri ilə sinonimlik təşkil edir. Müəllif 
üslubi m
əqsəddən  asılı  olaraq,  xüsusi  üslubi  çalarlıq 
yaratmaq üçün bu sözl
ərdən istifadə etmişdir. 
                                                 
85
 Bax: Az
ərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964. 


Az
ərbaycan dili məsələləri 
 
251 
Sinoniml
ər  obrazların  daxili-mənəvi aləmini açmaq, 
onların  hadisə  və  obyektlərə  fəal psixoloji münasibətini 
bildirm
ək  baxımından  da  romana  mühüm  üslubi  vəzifə 
daşıyırlar:  
“−Gedib  saçlarımı  döşəyərəm  ayaqları  altına, 
ağlayaram, göz yaşı tökərəm, xahiş edərəm, yalvararam – 
bağışlarlar!” (III, 163). 
Ağlamaq  –  göz  yaşı  tökmək    sinonim  qoşalığı  ilə 
sur
ətin şikayət və yalvarışları inandırıcı və təsirli bir dil ilə 
ifad
ə edilmişdir. 
Habel
ə  əsərdə  surətin qaba təbiətini göstərmək, 
oxucuda ona qarşı nifrət yaratmaq üçün ədəbi dilə məxsus 
sözün 
əvəzinə  onun  sinonimi  kimi  vulqar  sözün  işlədil-
m
əsinə ehtiyac duyulur: 
−Yüklü heyvanlar ötdükdən sonra Göyçək hırıldadı 
(II, 397). 
“Gülm
ək”  sözünün sinonimi olan  “hırıldamaq” 
sözünü  işlətməkdə  təbii ki, müəllifin məqsədi Göyçəyin 
qaba t
əbiətini, onun əxlaqi cəhətdən  naqis  olduğunu 
oxucuya çatdırmaqdır. 
Əsərdə  mətləb  aydınlığı,  sözün  mənasının  aydın-
laşdırılması  üçün  də  sinonimləri fəal üslubi vasitə  kimi 
görürük. 
Üst köyn
əyinin  yaxasını  düymələdi, komandirlik 
kursunu qurtarark
ən  aldığı,  boynuna  tikilmiş  qəşəng 
biçimli  şinelini  geydi,  partupeyini  (çiyin  qayışını)  və 
tapançasını bağladı... (I, 4). 
Əvvəldə  “Dostluq  qalası”  romanının  dilində  alınma 
sözl
ərin sinonimliyindən  geniş  istifadə  edildiyini göstər-
mişdik. Əsərin dilində ərəb, fars, rus, türk və s. dillərdən 
alınmış  sözlərin məna rənginə,  üslubi  çalarlığına  görə 
mühüm 
əhəmiyyət  daşıdığından  müəyyən qədər  danış-


Misir S
əfərov 
 
 
252 
mışdıq.  Qeyd  etmişdik  ki,  müəllif bu sözlərdən həyat 
h
əqiqətlərini  olduğu  kimi,  bütün  parlaqlığı  ilə  vermək, 
insanın  daxili aləmini, xarakterlərini  qabarıq  cizgilərlə 
açıb  göstərmək, surəti oxucunun  gözü  qarşısında  bütün 
əzəməti ilə  canlandırmaq  və  ən  başlıcası,  üslubi  çalarlıq 
yaratmaq üçün faydalanmışdır. “Dostluq qalası” romanın-
da  alınma  sözlərin üslubi sinonimlik xüsusiyyətlərinin 
r
əngarəng  olduğunu  nəzərə  alıb,  onların    bəzilərini 
konkret faktlarla, burada qeyd
ə almağı lazım bilirik: 
a) T
əkrara yol verməmək üçün alınma sözlərin sino-
nimliyind
ən istifadə edilmişdir:  

−Su  içdikdə  bağçanın  çiçəkləri  elə  bil bir boy 
artırdı.  Xüsusən kan və  xətmi  güllərinin  başı  qalxıb, 
heyk
əllərin ayağına toxunurdu” (III, 15). 
M
ən gəmidə  əsgərlərə  düz bir saat bu barədə 
mühazir
ə oxumuşam. Sənə məsləhət görürəmki, leksiyamı 
dinl
əməmiş, bu saat onu belindən aç, başına qoy! (I, 63). 
b) Xüsusi üslubi çalarlıq yaratmaq üçün: 
−  O nə  anbardı,  nə  skladdı  Canı  kişi  saxlayır?  (II, 
53). 
c) Sur
ətin hansı zümrəyə mənsub olduğunu bildirmək 
üçün: 
− Cənab, hamımız türk deyilikmi? (II, 407). 
Ancaq yen
ə də özünü o yerə qoymayıb soruşdu: 
−Nasılsınız, arkadaş? (II, 239). 
−Lap Nikolay  zamanı  da  mən  orada  bulunmuşam, 
qoca  kişilər  orada  oruc  tutmazlardı,  namazı  bayramdan-
bayrama qılarlardı (I, 37). 
Göründüyü kimi, sur
ətin nitqinə  “yoldaş”  əvəzinə 
“c
ənab”,  “necəsiniz”  əvəzinə  “nasılsınız”,  “qardaş” 
əvəzinə  “arkadaş”,  “olmaq”  əvəzinə  “bulunmaq”  kimi 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə