Misir S
əfərov
256
bir-biril
ə qarşılıqlı ziddiyyətdə olduqları üçün müəyyən
semantik sistem yaradırlar ki, həmin sözlər filologiyada
antonim adlanır.
Antoniml
ər əslində obyektiv aləmdəki ziddiyyətli
c
əhətləri ifadə etməklə dildə fəlsəfi kateqoriya kimi özünü
göst
ərir. Bədii əsərlərin dilində antonimlərin işlədilmə-
sind
ə əsas məqsəd bu və ya digər hadisənin qiymətlən-
dirilm
əsi zamanı onların arasındakı təzadlı fərqləri müəy-
y
ənləşdirmək məqsədi daşıyır. Ziddiyyətli həyat hadisə-
l
ərini, səciyyəvi münasibətləri vermək üçün antonim
sözl
ər sənətkarın əlində ən dəyərli ifadə vasitəsidir. Bu-
nunla yanaşı, antonim sözlər vasitəsilə bədii əsərlərin
dilind
ə təzad yaradılır ki, bunun da köməyi ilə əşya və
sur
ətlərin gözəl xarakteristikası alınır
86
.
Romanda t
əsvir edilən hadisələrin, xarakterlərin hə-
yati v
ə realist boyalarla canlandırılmasında mühüm dil
faktı kimi, sinonimlər də az rol oynamamışdır. Buna görə
d
ə romanın dilində işlənmiş antonimlərdən xüsusi üslubi
vasit
ələr kimi danışmağa hər cür haqqımız vardır. Ma-
raqlıdır ki, əsərdə antonim sözlərin bir-birinə münasibəti,
y
əni sözlər arasındakı ziddiyyət dərəcəsi və səviyyəsi eyni
deyildir. B
əzi antonim sözlər bir-biri ilə tam, bəziləri isə
nisbi ziddiyy
ət təşkil edirlər.
Prof.Ə.Dəmirçizadə yazır: “Ümumiyyətlə, antonim-
lik d
ə sözlərin mənası ilə bağlıdır. Belə bir nöqteyi-
n
əzərdən müasir Azərbaycan dilindəki antonim sözləri də,
xüsus
ən qarşı məna ifadə etmək cəhətindən əsaslı surətdə
yoxladıqda aydın olur ki, belə sözlərin bir çoxunda zidd və
86
А.Н.Гвоздев. Очерки по стилистике русского языка. Учпедгиз, М.,
1955, s
əh.66.
Az
ərbaycan dili məsələləri
257
ya
əksmənalılıq şərti və nisbi bir haldır”
87
. B
əzi dilçilər isə
inkarlıq şəkilçisi qəbul edərək mənanın zidd tərəflərini
bildir
ən sözləri şərti antonim kimi qəbul etmişdir
88
.
Biz “Dostluq qalası” romanının dilində işlənmiş
antoniml
ərin iki cəhətdən: mütləq və nisbi ziddiyyətlilik
baxımından təsnif etməyi münasib bildik:
Mütl
əq antonimlər. “Dostluq qalası” romanının
dilind
ə mənaca bir-birinin tam ziddini təşkil edən sözlərə -
mütl
əq antonimlərə sıx-sıx rast gəlmək olur. Müəllif bu
q
əbil sözlərə adətən eyni mənanın zidd cəhətlərini daha
k
əskin göstərmək üçün müraciət etmişdir.
Əsərin dilində işlənmiş mütləq leksik antonimlərin
böyük bir hiss
əsi qoşa işlənir və mətndə vahid söz kimi
çıxış edirlər: əvvəl-sonra, get-gəl, sağ-sol, irəli-geri, aşağı-
yuxarı, yay-qış, isti-soyuq, gecə-gündüz, ağ-qara, dağ-dərə
v
ə s.
M
əsələn; Sağa-sola, irəli-geri hara qaçdısa, Kərəmin
güll
əsi altına düşdü (I, 149); Arxada da onu soyundurub,
geyindirm
əkdən yorulmuşuq (I, 19); - Dəniz də çalxa-
layıb, tərbiyələri də pis olub, yoldaş komandir, bərkə-
boşa düşməyiblər (I, 19); Onlar yeri-göyü, dənizi bir-
birin
ə qatan qalın dumanın içində təpədən-dırnağa qədər
bomboz görünürdül
ər (I, 43) və s.
Nümun
ə gətirdiyimiz misallarda sağ-sol, irəli-geri,
soyundurub-geyindirm
ək, bərk-boş, yer-göy, təpə-dırnaq
87
Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı, səh.136.
88
А.А.Реформатский. Введение в языкознание. М., 1955, стр.66;
Н.М.Шанский. Лексикология современного русского языка. М., 1972,
стр.63; R.Məhərrəmova. Sabirin satirik şeirlərinin leksikası. Bakı, 1968,
s
əh.129 və s.
Misir S
əfərov
258
birl
əşmələri mütləq antonimlərdir və göründüyü kimi
qoşa işlənmişdir.
Əsərin dilində ayrı işlənən antonimlər də bədii fikrin
ifad
əsi üçün mühüm üslubi əhəmiyyət daşıyır. Ayrı
işlənən mütləq antonim sözlərə həm eyni cümlədə, həm də
ayrı-ayrı cümlələrdə rast gəlirik: Oranı nə dost, nə də
düşmən yaddan çıxara bilərdi (I, 167); Kamandarov bu
gec
ə Səlminin sözünə baxmayaraq çıxıb getdisə də, sabahı
günü yen
ə gəldi (III, 56); ... Ağır yaralılar faiz etibarilə
yüngül yaralılardan çox az olur (I, 252); Sevastopoldan
qayırdıqdan sonra, Maral bu adamla üz-üzə gəlməkdən
sıxılırdı (III, 3); Sən əvvəl mənim Kəyana getməyimə razı
idinmi? (III, 4); Əyilə-əyilə pulemyotu üzü yuxarı çəkib
dik
ə qaldırdı, arxasında uzandı (I, 49); Məmmədov ötəri
bir n
əzərlə dərədən o tayı gözdən keçirtdi (I, 149).
Veriliş nümunələrdə dost-düşmən, get-gəl, ağır-
yüngül antoniml
əri eyni cümlədə, sonra-əvvəl, duik-dərə
antoniml
əri isə ayrı-ayrı cümlələrdə işlənmişdir.
Nisbi antoniml
ər. Yuxarıda qeyd etdiyimiz kimi,
əsərin dilində mütləq antonimlərlə yanaşı, nisbi antonimlər
d
ə çox işllənir. Nisbi antonimlərdə sözlərin mənaları
arasındakı ziddiyyət nisbi xarakter daşıyır, yəni sözlərin
m
ənaları arasındakı kəskin, qatı ziddiyyət mütləq anto-
niml
ərdən fərqli olaraq nisbətən zəif olur.
Düşmən bircə qara pencəkdən, boz şineldən qorx-
mur! (II, 331); K
ənardan baxan deyə bilməzdi ki, o,
deyil
ənlərə qulaq asır, yoxsa onun fikri ala dağı, qara dağı
g
əzir.
Nümun
ələrdəki qara və boz, ala və qara sözləri
antoniml
ərdir və əksilik dərəcəsinə görə bir-biri ilə nisbi
ziddiyy
ətdədirlər. Yeri gəlmişkən qeyd edək ki, antonim-
Dostları ilə paylaş: |