MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə79/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

Misir S
əfərov 
 
 
262 
üst-alt, qabaq-arxa, alçaq-hündür, dar-
geniş,  irəli-geri, 
daxili-xarici v
ə s. 
Qüvv
ətli bədii ifadə  vasitəsi olan antonimlər nitqi 
canlandırır,  inandırıcı  və  obrazlı  edir,  ifadənin təsirini 
artırır, danışığa emosional-ekspressiv rəng  verir. Ziddiy-
y
ətlərlə dolu həyat hadisələrini bədii şəkildə əks etdirmək 
üçün antoniml
ər sənətkarın  əlində  ən dəyərli vasitədir. 
H
əyatın  enişli-yoxuşlu  yolları,  ziddiyyətli insan xarak-
terl
əri – yazıçının təsvir etdiyi bu məsələlər özünün bədii 
dil h
əllini adətən antonim sözlərdə  tapır.  Antonim sözlər 
predmet v
ə  hadisələrin zidd cəhətlərini kəskin  şəkildə 
qarşılaşdırır,  fikrin  dəqiqləşməsinə, mövqeyin müəyyən-
l
əşməsinə kömək edir. 
Bu m
ənada  romanın  dilindəki antonim sözlərin 
maraqlı  və  rəngarəng üslubi xüsusiyyətlərini  ayrıca  qeyd 
etm
ək lazım gəlir. 
Araşdırmalar  sübut  edir  ki,  “Dostluq  qalası”  roma-
nının  dilində  işlənmiş  antonimlər forma və  quruluş 
xüsusiyy
ətlərinə  görə  müxtəlif  olduğu  kimi, üslubi-bədii 
v
əzifəcə də çoxcəhətli və bənzərsizdirlər. Konkretlik üçün 
bir neç
ə məqama diqqət yetirək. 
M
əsələn, “Dostluq qalası” romanının mövzusu, onun 
müharib
ə  tematikası  ilə  əlaqədar olaraq müəllif  əmr 
bildir
ən antonimlərdən  istifadə  etmişdir.  Burada sənət-
karın  məqsədi cəbhə  şəraitini,  bu  şətaitin qayda-qanun-
larını,  hərbi ritulları,  norma  və  prinsipləri daha ətraflı, 
bütün d
əqiqliyi ilə verməkdən ibarət olmuşdur. 
- Rota , qalx, 
farağat! – deyə komanda verib, kapitanı 
qarşılayıb, raport vermək istədi. Çernışev: 
- Azad, oturun! – dey
ə əmr verdi (I, 13). 


Az
ərbaycan dili məsələləri 
 
263 
İncə, xəfif,  gülüş  yaratmaq,  surətlərin bir-birinə 
münasib
ətlərini müəyyənləşdirmək, qəhrəmanları  müqa-
yis
ə  etmək üçün  də  antonimlər  əlverişli  üslubi  vəzifə 
daşıyırlar: 
−Vanya, deyəsən,  Qulamın  işi  əngəldir.  Əlac  buna 
qalıb ki, sən ona bir sarı şalvar tapıb verərdsən geysin... 
Q
ələndər Gülümsündü. 
−  Əlbəttə, birinci dəfədir. Cəbhəyə  düşürük. 
Ç
ətindir... Qulam, yox, gərək  sarı  şalvar  geyəsən? Elə 
deyilmi, Aşıq? 
Aşıq  da  bunu  təsdiq etdi. Qulaq asan otdeleniya 
n
əfərlərinə fikrini  anlatmaq üçün göz vuraraq qeyd etdi: 
“−  Eşitdin  dünən Mədədov nə  deyirdi! Suvorov 
davaya gir
əndə  qırmızı  paltar  geyərmiş  ki,  yaralananda 
qanını əsgərlər görməsin” (I, 94-95). 
Suvorov kimi c
əsur bir sərkərdə  ilə  qorxaq Qulam 
ar
asındakı  xarakter  fərqini vermək və  bunlara digər qəh-
r
əmanların  münasibətini bildirmək üçün müəllif, nümu-
n
ədən  göründüyü  kimi,  sarı-qırmızı  antonimlərindən 
ustalıqla istifadə etmişdir. 
Romanda  döyüş  səhnələrini bütün təfərrüatı  və 
detalları ilə vermək üçün də  üslubi antonimlərin müəllifin 
q
ələmində mühüm təsvir elementinə çevrildiyini görürük:  
− Gözləmədiyi bu atəş düşməni elə karıxdırdı ki, yerə 
sinm
ək belə  yadına  düşmədi.  Sağa-sola, irəli-geri, hara 
qaçdısa, Kərəmin gülləsi altına düşdü (I, 149). 
Antoniml
ərdən  ərazi  genişliyi,  əhatəlilik, bütövlük 
bildirm
ək üçün də istifadə edilmişdir: “−Qaranlıq düşmə-
s
əydi,  əlbəttə, Maraldan bir xəbər bilmək və  oğlunu 
görm
ək üçün  tələsdiyinə baxmayaraq, şəhəri yenə başdan-
ayağa bir gəzərdi” (II, 6). 


Misir S
əfərov 
 
 
264 

əllif surətlərin daxili həyəcanını,  psixoloji  ovqa-
tını  canlandırarkən antonim sözlərə  tez-tez istinad edir. 
Pill
əkəni sürətlə  çıxdığına  görə  sinəsi  yavaş-yavaş  enib-
qalxırdı (II, 7).  
−  Ancaq, yoldaşlar,  rotanın  qabağındakı  zəmiyə 
baxanda birt
əhər  oluram,  dünya  başıma  fırlanır,  məni 
ağlamaq tutur. İki aydan çox olar ki, mənim nə gecəm var, 
n
ə də gündüzüm... kənd üçün, kolxoz üçün çox darıxıram 
(II, 296). 
B
ədii əsər xarakterlər toplusudur. Hər surətin özünə-
m
əxsus ruhi aləmi, fərdi  yaşantıları  var.  Romanda  rast-
laşdığımız antonimlər məhz bu cəhəti, yəni qəhrəmanların 
hiss v
ə  emosiyalarını,  onların  temperamentini  üzə  çıxar-
maq, m
əxsusi xarakterik detala çevirmək baxımından fəal 
rol  oynayırlar.  Məsələn,  görün  iş  adamı,  şən,  zarafatcıl  
Zülfüqar  kişi  öz  nitqi  ilə  öz təbiətini oxucunun gözləri 
qarşısında necə fərdiləşdirir: 
−  “Kolxozçu babayam, bizə  nə  var?  Gecə-gündüz 
çöld
ə,  bayırda...  özümüz  də  bərkdən-boşdan  çıxmış 
adamlarıq!”  deyib,  ortalığa  nə  qoyulsa yeyir, deyib-gülə 
kayutalara girib 
çıxırdı” (II, 302). 
T
əsvir olunan hadisə  və  prosesləri ziddiyyətli, 
dinamik  inkişafda  verərkən də  müəllif, adətən, antonim 
sözl
ərin üslubi imkanlarından bəhrələnir. 
Kamandarov bu gec
ə  Səliminin  sözünə  baxmayaraq 
çıxıb getdisə də, sabahı günü  yenə gəldi (III, 5). 
Ə.Əbülhəsən  yaratdığı  hər bir  obrazı,  xüsusilə, 
müsb
ət  obrazları  oxucusuna  bütün  detalları  ilə  təqdim 
etm
əyi xoşlayan nasirlərimizdəndir. Bu, bir sənətkar kimi 
onun f
ərdi yaradıcılıq üslubundan irəli gəlir. Maraqlıdır ki, 

əllif qəhrəmanlarının, xüsusilə, müsbət qəhrəmanlarının 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə