Az
ərbaycan dili məsələləri
271
D
ərin mənalı atalar sözləri və məsəllərdə bədii dilin
ən gözəl incilərini tapmaq mümkündür. Folklorun, şifahi
xalq
ədəbiyyatı nümunələrinin əhəmiyyəti bu mənada
əvəzsizdir. Böyük proletar ədibi M.Qorki yazır: “Ən
böyük him
ət sözlərin sadəliyindədir. Atalar sözü və məsəl-
l
ər həmişə qısa olur, lakin onlarda tam kitablar dolusu ağıl
v
ə hikmətlər vardır”
95
.
Atalar sözl
əri və məsəllər obrazlılıq, emosionallıq,
ifad
əlilik, bədiilik və bu kimi keyfiyyətləri ilə dildə xüsusi
üslubi v
əzifəyə malikdir. Buna görə də atalar sözü və
m
əsəllərdən bədii, publisist və digər üslublarda geniş
istifad
ə olunur. Bədii üslubda yazılan əsərlərdə isə onlar
xüsusi üslubi v
əzifə daşıyır.
Bu c
əhətdən “Dostluq qalası” romanının dili tədqiqat
üçün olduqca z
əngin material verir. Müşahidələr göstərir
ki,
əsərin mətnində atalar sözləri və məsəllərdən bəhrə-
l
ənmə iki istiqamətdə baş vermişdir. Birinci halda atalar
sözl
əri və məsəllər romana heç bir dəyişiyə uğramadan,
canlı dildə olduğu kimi daxil edilmişdir. İkinci halda isə
atalar sözl
əri və məsəllər konkret üslubi tələbə uyğun
olaraq mü
əyyən dəyişikliyə məruz qalaraq işlənmişlər.
Bu is
ə xalq yazıçısı Ə.Əbülhəsənin bütün varlığı ilə
xalqa, onun yaradıcılığına – xalq frazeologiyasına folklor
dilin
ə bağlılığından irəli gəlir. Dərin mənalı, təsirli ifadə
vasit
əsi olan atalar sözləri və məsəllərdən bol-bol istifadə
etm
əsi yazıçıya əsərin dilini canlı, oxunaqlı etməkdə, onun
b
ədii-hissi keyfiyyətini artırmaqda kömək etməklə bərabər,
s
ənətkarın özünün də təfəkkür tərzinin genişlənməsinə
yardım etmişdir.
95
М.Горький. Материалы и исследования, т.I, Изд. АН СССР, 1934,
стр.114.
Misir S
əfərov
272
Ə.Əbülhəsən öz əsərlərinin dilini canlı və təsirli
etm
ək, surətin parlaq şəkildə, əlvan boyalarla əks etdirmək,
söz v
ə ifadənin kəsərini dildə və ümumən bədii əsərdə
milli koloriti saxlamaq v
ə s. üçün atalar sözləri və məsəl-
l
ərdən heç bir dəyişiklik etmədən istifadə etmişdir. Yazıçı
əsərdə “ Araz aşığındandır, Kür topuğundan”, “Hamam
suyu il
ə dost tutur”, “Azacıq aşın duzu deyil”, “Ölmək
ölm
əkdir, xırıldamaq nə deməkdir”, “Meşə çaqqalsız
olmaz”, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”,
“Ac qulağım, dinc qulağım”, “İşləməyən dişləməz”,
“İştaha diş altındadır”, “Qonşuya ümid olan şamsız yatar”,
“Tülkü tülkülüyünü sübut el
əyincə dərisini boğazından
çıxardarlar”, “İlan vuran ala çatıdan qorxar”, “Cücəni
payızda sayarlar”, “Bu xına o xınadan deyil”, “Aşıq
gördüyünü çağırar” və s. kimi dərin mənalı xalq ifadələrini
– el sözl
ərini romanda necə varsa eləcə, olduğu kimi
saxlamış və işlətmişdir.
Mü
əllif bu əvəzedilməz ifadə vasitələrini işlədərkən
onların xalq dilindən alındığına işarə edərək “atalar
deyibl
ər”, “el məsəlidir”, “məsəldir”, “deyiblər”, “atalar
yaxşı deyib” və s. tərkib və ifadələr işlədərək bu sözlərin
alındığı mənbəyə də birbaşa işarə etmişdir: Məsələn:
Atalar deyibl
ər ki, işləməyən dişləməz (III, 179); Atalar
yaxşı deyib ki, aşıq gördüyünü çağırar (I, 171); - Bax,
bel
ə, - yeyin yemək lazımdır. İştaha diş altındadır,
deyibl
ər (I, 52). Əsərdə atalar sözləri və məsəllərdən iki
üslubi qalıbda istifadə olunub.
a) Mü
əllif işlətdiyi ifadənin atalar sözü və məsəl
olduğunu birbaşa xatırladır:
Az
ərbaycan dili məsələləri
273
“−Mən cəbhəyə gələndə özümə söz vermişdim ki,
g
ərək qorxmayam. Atalar deyiblər axı, ölmək ölməkdir,
xırıl-damaq nə deməkdir” (II, 24);
2. Mü
əllif romana xalq ifadəsinin mənbəyini göstər-
m
ədən gətirir: - Zarafat eləmə, aşıq, sən öl, bu xına o
xınadan deyil (II, 157).
Ə.Əbülhəsənin yaradıcılıq üslubuna məxsus xüsusiy-
y
ətlərdən biri atalar sözü və məsəllərdən qiymətverici
meyar kimi istifad
ə etməsidir. Müəllif surət haqqındakı
fikrini, ona münasib
ətini atalar sözü və məsəl vasitəsilə
daha d
əqiq və sərrast ifadə etmişdir. Bu hikmətli ifadələr
h
ər bir surətin xarakterini qısa, lakonik və obrazlı bir
şəkildə oxucuya çatdırır. Maraqlıdır ki, müəllif özü surət
haqqında danışmır. Əsərdəki surətlərdən biri o birisi
haqqında danışarkən atalar sözü və məsəl işlədir ki,
bununla da oxucuda tip haqqında tam təsəvvür yaranır:
- Bel
ədir ki, var. Nə tanrı, hə hökumət! Saya saldığı
şey yoxdur. Araz aşığındandır, Kür topuğundan (II,
62); - N
ə eləyək? Meşə çaqqalsız olmaz! Podpolkovnik
mehribanlıqla Mahmuda göz qoyub əlavə etdi: - Yaxşı,
gedin (I, 309).
“
Araz aşığındandır, Kür topuğundan” atalar sözü
əxlaqsız, Vətən xaini Göyçəyin xarakterini açmaq, “Meşə
çaqqalsız olmaz” ifadəsi isə qorxaq, yalançı, xain Qulamı
s
əciyyələndirmək üçün yerinə düşən çox sərrast ifadələrdir.
Burada mü
əllif bu tiplər haqqında əlavə izahat verməsəydi
d
ə oxucu bu ifadələr vasitəsilə tam məlumat ala biləcəkdi.
Bu is
ə sənətkarın xalq dilindən, xalqın ifadə vasitələrindən
nec
ə ustalıqla bəhrələnməsinə parlaq örnəklərdəndir.
Ə.Əbülhəsən atalar sözü və məsəllərdən istifadə edə-
r
ək obrazın daxili-psixoloji vəziyyətini, düşdüyü şəraitə
münasib
ətini canlı boyalarla təqdim edir. Müharibənin ilk
Dostları ilə paylaş: |