Az
ərbaycan dili məsələləri
277
B
əzən bir atalar sözü və məsəlin canlı xalq dilində bir
neç
ə variantı olur. Məsələn, “Ağıllı fikirləşincə, dəlinin bir
oğlu da oldu”
97
atalar sözünün “D
əlilər dünyanı yedi, ağıllı
indi cüt qoşur”, “Ağıllı fikir edincə, dəli Kürdən keçər”
98
v
ə s. formaları da vardır. Müəllif bunlardan birincisini
əsas götürmüş və məhz onun quruluşunda müəyyən
d
əyişiklik etmişdir: “Atalar yaxşı deyiblər ki, ağıllılar
fikirl
əşincə, dəlinin oğlu bazara gedib gələr. Sən də
gedib oxuyub qayıdınca bizim uşaqlar neçə dəfə döyüşə
girib çıxdılar, orden aldılar, medal aldılar (II, 286). “Bir
oğlu da oldu” ifadəsinin oğlu bazara gedib gələr” tərkibi
il
ə dəyişdirilməsində əsas məqsəd surətin nitqini canlı,
obrazlı etməklə bərabər, dili daha rəvan, axıcı, səlis
etm
əkdən ibarətdir.
Yazıçı atalar sözü və məsəllərdəki bu və ya digər söz
v
ə ifadəni ona sinonim olan başqa söz və ya ifadə ilə
d
əyişdirərək işlədir. “Ağ at arpa yeməz”
99
(bu atalar
sözünün “Ç
olaq qırmızı alma yeməz?” variantı da var)
şəklində işlənən el məsəlindən Ə.Əbülhəsən romanda “Çal
at arpa yem
əz məgər?” şəklində istifadə edir: “Balam, lap
nahaq yer
ə mən özümü qocalmış hesab edirəm. Axı, qırx
beş yaş nədir ki? Çal at arpa yeməz məgər? (IV, 45).
Burada diqq
əti cəlb edən cəhət ifadədə “ağ” sözünün el
variantında işlənən “çal” deyimi ilə əvəz edilməsi və sual
in
tonasiyasını qüvvətləndirmək üçün ona “məgər” sual
ədatının artırılmasıdır. Müəllif “ağ” sözünü “çal” sözü ilə
əvəz etməklə əsərin dilini təbii ki, ümumxalq danışıq
dilin
ə yaxınlaşdırmışdır. Müəllifin atalar sözləri və
m
əsəllər üzərində apardığı bu qəbil dəyişikliklər üslubi
97
Atalar sözü. Bakı, 1949, səh.6.
98
Yen
ə orada.
99
Yen
ə orada, səh.1.
Misir S
əfərov
278
m
əqsədlə bağlı olub, əsərin dilinin canlı, obrazlı olmasında
mühüm rol oynayır. Belə ki, xalq arasında “Öküz altında
buzov axtarır”
100
kimi işlənən atalar sözünü “dananı qal-
dırıb altında buzov axtarır” (IV, 128) şəklində “Südlü inək
ol, vur badyanı dağıt”, “Südlü inək ol, vur sərnici
sındır”
101
m
əsəlini “südlük inək ol, vur sərnici dağıt” (II,
264) kimi, “İsti aşa soyuq su qatmazlar” məsəlini “isti
aşımıza soyuq su qatdılar” (III, 6) şəklində, “Ölünü
özbaşına qoysan şıllaq atar, kəfəni yırtar”
102
m
əsəlini
“Ölünü öz başına qoysalar şıllaq atıb kəfəni cırar” (VI, 40)
şəklində, “Xoruz banlamasa sabah açılmaz?”
103
m
əsəlini
“Xoruz yox idi, sabah açılmırdı” (II, 300) kimi, “Qorxaq
günd
ə yüz dəfə ölər, igid ömründə bir yol” (I, 5) məsəlini
“Qorxaq günd
ə min dəfə ölər, cəsur isə bütün ömründə
birc
ə dəfə” (I, 14) formasında və s. işlədərək surətlərin
nitql
ərini fərdiləşdirmiş, habelə hadisələrin real və canlı
t
əsvirinə nail olmuş, danışılan məsələni surətin düşüncəsi,
psixologiyası ilə əlaqələndirmiş, həm də əsərin dilində
x
əlqilik kimi seçimli keyfiyyəti qabarıq şəkildə verə
bilmişdir.
2. Atalar sözl
əri və məsəllərin məzmunu saxlanmış,
forması tamamilə dəyişdirilmişdir. Xalq eldən ayrı
yaşamamaq, elin dərdini öz dərdi bilmək, dərdinə şərik
olmaq kimi anlay
ışları bildirmək üçün qısa, obrazlı
şəkildə deyir: “El ilə gələn qara gün toy-bayramdır”,
yaxud, “El hara, s
ən də ora”
104
. Ədib bu məsəlin məzmu-
nunu saxlamış, lakin formasını tamamilə dəyişmişdir: “El,
100
Atalar sözü. Bakı, 1949, səh.176.
101
Yena orada, s
əh.199.
102
Yen
ə orada, səh.179.
103
Yen
ə orada, səh.217.
104
Atalar sözü v
ə məsəllər.. Bakı, 1971, səh.136.
Az
ərbaycan dili məsələləri
279
ölk
ə necə, biz də elə” (II, 11). Burada, hər şeydən əvvəl,
nitqi sur
ətin düşüncəsinə, bilik səviyyəsinə uyğunlaş-
d
ırmaq məqsədi güdülmüşdür. Belə ki, cəbhədə yaralan-
dıqdan sonra müvəqqəti olaraq evinə gələn Kəyanı
qayınanası daha cəbhəyə getməmək, arxada qalıb bir təhər
girl
ənməyi təklif edir. Bir an da olsun cəbhəni, Vətəni
müdafi
ə etməyi yaddan çıxarmayan Kəyan qayınanasının
bu t
əklifindən qəlbən incisə də üzə vurmur və yuxarıda
nümun
ə verdiyimiz məsəllə onu sakitləşdirməyə çalışır.
Əlbəttə, Kəyan başqa cür də cavab verə bilərdi, lakin
mü
əllif bu cavabla el dərdini öz dərdi bilən Kəyanı
oxucusunun gözünd
ə daha da ucaltmış, həm də əsərdə
t
əbiilik, canlılıq, obrazın düşüncə səviyyəsinə uyğun nitq
nümun
əsi yaratmışdır.
Xalq arasında belə bir məsəl işlənir: “Ərsiz arvad,
cilovsuz at kimidir”
105
. Ə.Əbülhəsən bu məsəlin də
m
əzmununu saxlamış, formasını isə büsbütün dəyişərək və
əxlaqsız Göyçəyin xarakterinə müvafiq bir şəkildə ifadə
etmişdir: “Sonra o, söhbəti Göyçəyin üstünə gətirdi: -
Amma yaman yolsuzdur ha...
-
Əlbəttə, ər yox, uşaq yox. Nə də ki, dərd çəkir! (I,
62).
Göründüyü kimi, mü
əllif bu məsəli dəyişdirərək onu
əslində olduğu kimi deyil, surətin dilinə, yaşına və
dünyagörüşünə, ifadə etmək istədiyi fikrə uyğun bir şəklə
salmışdır.
Yazıçı eyni atalar sözü və məsəldən əsərdə həm
əslində olduğu kimi, həm də üzərində leksik təshihlər
apararaq da istifad
ə etmişdir. Atalar sözləri və məsəllərdən
bu şəkildə yararlanma müəyyən üslubi məqsədlə əlaqədar
105
Yen
ə orada, səh.11.
Dostları ilə paylaş: |