Misir S
əfərov
268
qoşalıqdan, həm də sadə danışıq dilinə məxsus antonim-
l
ərdən istifadə etmişdir:
H
ətta on yeddi yaşlı sütül və qırx beş yaşlı ahıl əsgər
d
ə qaşığını buraxıb samoqon söhbətinin nə ilə
qurtaracağını gözləyirdilər (IV, 243).
Bel
əliklə, fikrimizi ümumiləşdirsək, deməliyik ki,
Ə.Əbülhəsən dilimizin lüğət tərkibində olan antonim
sözl
ərdən “Dostluq qalası” romanının dilində əsərin
mövzusuna, m
əzmununa, tiplərin xarakterinə uyğun olaraq
müxt
əlif üslubi məqamlarda, yeni məna çalarlıqları ilə
istifad
ə etmişdir. Yazıçı antonim sözlər vasitəsilə əsərin
lüğət tərkibini zənginləşdirmiş, yeni ifadə tərzləri yarat-
mış, antonim cərgələri genişləndirmişdir. Ədib antonim-
l
ərdən təsirli üslubi vasitə kimi faydalanaraq, sözlər,
hadis
ələr arasındakı zidd cəhətləri daha qabarıq vermiş,
q
əhrəmanların daxili aləminin açılmasına, təsvir olunan
hadis
ənin oxucuya hərtərəfli çatdırılmasına nail olmuşdur.
Habel
ə canlı xalq dilindən bəhrələnərək, özü yeni antonim
qoşalıqları (dubletləri) yaratmışdır.
Frazeoloji vasit
ələr. Bədii əsərin dilində leksik
materiallarla yanaşı, frazeoloji vasitələr də mühüm yer
tutur. Əsərdə bədiilik, obrazlılıq, emosionallıq, ekspres-
sivlik kimi keyfiyy
ətlərin verilməsində frazeoloji vasi-
t
ələrin – atalar sözləri və məsəllərin, hikmətli ifadələrin –
atalar sözl
əri və məsəllərin, hikmətli ifadələrin,
aforizml
ərin və bu bölgüyə daxil olan digər söz qruplarının
rolu
əvəzsizdir.
Dig
ər tərəfdən, əsərdə surətin dilinin fərdiləşdirilib
tipikl
əşdirilməsində, tipin, portretin mənəvi keyfiyyətinin
açılıb üzə çıxarılmasında, surətin daxili həyəcanının,
psixolojig
ərginliyinin dolğun əks etdirilməsində, əsərdə
Az
ərbaycan dili məsələləri
269
maraqlı süjet xətti yaradılmasında, milli koloritin veril-
m
əsində, təsvir olunan şəraitin canlı, əlvan boyalarla əks
etdirilm
əsində, yazıçının xalq dilindən istifadə etmək
bacarığının üzə çıxarılmasında, onun təhkiyə dilinin
ümumxalq dilin
ə yaxınlaşdırılmasında, əsərin ideyasının
oxucuya tez v
ə aydın çatmasında frazeoloji vasitələr
böyük rol oynayır.
Frazeoloji vasit
ələri xalq yaradır. Doğrudur, sənət-
karlar özl
əri də bəzən frazeoloji vasitələr yaradırlar ki, bu
da f
ərdi-üslubi frazeoloji vasitələr adlanır. Lakin sənət-
karların müraciət etdiyi əsas mənbə ümumxalq dili, onun
söz s
ərvətidir. “Sənətkarın ustalığı da məhz belə bir
m
ənbədən necə istifadə etməsi, ümumxalq dili ifadələrini
b
ədii əsərin dilində işlədə bilmə bacarığı ilə ölçülür. Çünki
ümumxalq dili el
ə tükənməz imkanlara malikdir ki, onu
heç bir f
ərdi yaradıcılıq məhsulu əvəz edə bilməz”
93
.
Ə.Əbülhəsən ümumxalq dilindən, onun folklorundan,
xalqın sınanmış çoxəsrlik həyat təcrübəsinin dildə təsbit
olunmuş, sabitləşmiş gerçəkliyindən, bu təcrübəyə istina-
d
ən təşəkkül tapmış müdrik deyim və yozumlarından
s
ənətkarlıqla istifadə etmişdir. Belə bir istifadənin əhəmiy-
y
əti bir də burasındadır ki, o, fitrətən xəlqi olan bir
s
ənətkarın fərdi nasir dəst-xətti timsalında xalq dilinin
tük
ənməz potensial imkanlarını, bu dilin ən dərin və incə
m
ənaları ifadə edə bilmək qüdrətini bütün parlaqlığı ilə
nümayiş etdirir. Digər tərəfdən, ədibin özünü də səciy-
y
ələndirmək onun nasir kimi orijinallığını və novator-
luğunu üzə çıxarmaq üçün də yaxşı bir fürsət yaratmış olur.
Materialın zənginliyi, əslində, onu ayrıca bir araşdırma
93
Q
əzənfər Kazımov. Komik-bədii vasitələr. Bakı, “Yazıçı” nəşriyyatı,
1983, s
əh.157.
Misir S
əfərov
270
mövzusu edir. lakin apardığımız tədqiqatın tələbinə uyğun
olaraq, xüsusil
ə, romanın bədii semanrikası baxımından
burada h
əmin mövzu ilə əlaqədar bir cəhətin – yazıçının
atalar sözl
əri və məsəllərdən istifadənin üslubi imkanları,
bu xalq incil
ərini öz yaradıcılıq laboratoriyasında sınaqdan
keçirib öz sözün, fikrin
ə hansı yolla, üsulla və necə qaynaq
etm
əsi üzərində dayanacağıq.
Şifahi xalq ədəbiyyatının qədim janrlarından olan
atalar sözl
əri və məsəldə xalqın adət-ənənəsi, həyata və
insanlara münasib
əti , psixologiyası, düşüncəsi və s. əhya
olunmuşdur. Atalar sözləri və məsəllər əsrlərin sırasından
keç
ərək bu günümüzə qədər gəlmiş və yaradıcısı olduğu
xalqın ictimai-tarixi həyat mübarizəsinin tərənnümü,
t
ərcümanı kimi müasirimiz üçün böyük qiymət kəsb
etmişdir. Onlarda dövrün, zamanın, müəyyən ictimai
quruluşun, xalqın həyat tərzinin inikası, xalqın fəlsəfəsi,
düşüncəsi, zəkası və bundan doğan xalq dilinin milli
koloriti dolğun və yığcam bir şəkildə əks olunur.
H
əcmcə kiçik, mənaca dərin və təsirli olan atalar
sözl
əri və məsəllər dolğun, obrazlı ifadə vasitəsidir.
“M
əsəllər və atalar sözləri mükəmməl bədii-poetik nümu-
n
ələr kimi məişət və cəmiyyətin ən müxtəlif sahələrini
əhatə edərək eyibləri açır, yaraları neştərləyir... Cəmi bir
neç
ə sözdən, bir cümlədən ibarət olan atalar sözü və ya
m
əsəl yazılı ədəbiyyatın böyük həcmli əsərlərinin siqlətini
özünd
ə təcəssüm etdirir”
94
. Bu s
əbəbdəndir ki, surəti
düzgün s
əciyyələndirmək, hadisələri obrazlı, canlı vermək,
əsərin dilini xəlqiləşdirmək və s. üçün zəngin və rənga-
r
əng üslubi imkanlara malik olan atalar sözü və məsəl-
l
ərdən bədii söz ustaları geniş istifadə edirlər.
94
Tofiq Hacıyev. Sabir: qaynaqlar və sələflər. Bakl, Yazıçı, 1980, səh.11.
Dostları ilə paylaş: |