Misir S
əfərov
274
ill
ərində cəbhəyə gedən əsgərlər top, mina səsindən,
bomba partlayışlarından, bəzən səksənir, cəbhə şəraitinə
uyğunlaşa bilmirdilər. Təbiidir ki, bəzən qorxurdular da.
Lakin döy
üşməkdən, vətəni düşməndən qorumaq üçün
ölüm
ə getməkdən belə çəkinmirdilər. Cəbhəyə təzə gələn
Abbas Talıbov top atılarkən qorxusundan qaçıb gizlənir.
Yoldaşlarının onu danlaması Abbasa pis təsir edir. O, sakit
bir yer
ə çəkilib fikirləşir: Axı mən nədən qorxuram?
Ölm
ək ölməkdir, xırıldamaq nə deməkdir? (I, 117).
“Ac qulağım, dinc qulağım” atalar sözü də Səlmi
arvadın səciyyəsinin açılmasına yaxından kömək edir.
T
əbiətən qorxaq olan bu arvad müharibənin ilk illərində
Bakıdan qaçaraq ucqar bir kənddə yaşamağı qərara alır.
Mü
əllif surətin bu böhranlı vəziyyətini yuxarıda xatır-
latdığımız atalar sözü vasitəsilə dəqiq verə bilmişdir.
Atalar sözl
əri və məsəllər surətin mənəvi aləmini
açmaq, onun h
əyatda nə axtardığını müəyyənləşdirmək
üçün d
ə tutarlı ifadə vasitələridir. Cuma İmanzadə müha-
rib
əyə gəlməmişdən qabaq ticarətdə işləyirmiş. Ticarətdə
bir ad çıxara bilmədiyi üçün hərbi qulluğa girir. Lakin
burada da arzu etdiyi mövqey
ə yüksələ bilmir və nəhayət,
muharib
ə başlanır. Cuma cəbhəyə Vətəni qorumaq üçün
yox
, yalnız ad çıxarmaq, tez şöhrətlənmək üçün gedir.
Əlindən yatmaq və boş-boş xülyalara dalmaqdan başqa bir
iş gəlməyən Cuma görün öz lovğa təbiətini necə
xarakteriz
ə edir: O, Kəyanla söhbətlərinin birində deyir:
Cüc
əni payızda sanarlar. Mən elə iş görüm ki, bütün
c
əbhə: “Afərin” desin (I, 194). Belə təşəxxüslə danışsa da,
n
əticə etibarilə xalqın xeyrinə heç bir iş görə bilmir və
düşmən tərəfə keçərək vətən xaininə çevrilir.
Az
ərbaycan dili məsələləri
275
Atalar sözl
əri və məsəllərdən surətin nitqini fərdi-
l
əşdirmək, onun təfəkkür tərzini, həyata, insanlara müna-
sib
ətini müəyyənləşdirmək üçün də romanda ustalıqla
istifad
ə olunmuşdur. Göyçək ilə Gövhərin həyat hadisə-
l
ərinə baxışı müxtəlifdir. Eyni hadisəyə hərə bir cür
qiym
ət verir. Gövhər cəbhədə olarkən bir təsadüf nəti-
c
əsində yoldaşları ilə düşmən tərəfə keçir. Lakin çox
ç
əkmir ki, sovet əsgərlərinə qoşulur. Bu məsələdən danı-
şarkən o, nikbinliklə deyir ki, hər şey yaxşı olacaq, haqqı
nahaqdan ayıracaqlar. Göyçək isə ona cavabında deyir:
-
Ayıracaqlar! Tülkü tülkülüyünü sübut eləyincə
d
ərisini boğazından çıxardarlar (IV, 95).
Ədib Göyçəyin öz dili ilə onun naqis dünyagörüşünü
olduqca d
əqiq xarakterizə etmişdir. Habelə ədib “əkəndə
yox, biç
əndə yox, yeyəndə ortaq qardaş”, “Azacıq aşın
duzu deyil”, “Hamam suyu il
ə dost tutmaq”, “Qonşuya
ümid olan şamsız yatar”, “Eyibsiz gözəl olmaz”, “İlan
vuran ala çatıdan qorxar” və s. kimi dəyişiklik edilmədən
işlədilən atalar sözləri və məsəllər vasitəsilə əsərin dilini
daha canlı, oxunaqlı etmiş, obrazın nitqini fərdiləşdirmiş,
hadis
ələrin real təsvirinə nail olmuşdur.
Dil
ə yaradıcı şəkildə yanaşan sənətkar dövrün,
zamanın sınağından çıxaraq bu günümüzə qədər gələn
atalar sözl
əri və məsəllərə özü də yaradıcılıqla yanaşmış,
onların üzərində ustalıqla, zərgər dəqiqliyi ilə iş aparmış,
onları obrazın təfəkkür tərzinə, həyatda tutduğu mövqeyə,
söyl
əyəcəyi fikrə, mühit və şəraitə uyğunlaşdıraraq yaradı-
cılıq süzgəcindən keçirmiş, məhz bu prosesdən sonra əsərə
daxil etm
əyi məqsədəuyğun bilmişdir. Sənətkarın atalar
sözl
əri və məsəllər üzərində apardığı bu yaradıcılıq
əməliyyatı hər şeydən əvvəl, əsərin ideyasının açılmasına,
fikrin oxucuya tez v
ə aydın çatmasına, əsərin dilində milli
Misir S
əfərov
276
koloritin verilm
əsinə və s. xidmət edir. Burası da var ki,
atalar sözl
əri və məsəlləri dəyişmədən işlətdikdə bunlar
özl
ərinə məxsus xüsusiyyətlərdən savayı heç bir
ekspressiv-üslubi xüsusiyy
ət daşımır. Lakin atalar sözləri
v
ə məsəllərin quruluşunda müəyyən dəyişiklik edilərək
işlədildikdə bu birləşmələr özündəkindən əlavə, yeni məna
çalarlığı da kəsb edir. Atalar sözləri və məsəllərin quru-
luşunda dəyişiklik edilərək işlədilməsi bu və ya digər
b
ədii-üslubi məqsədlərlə bağlı olub, həm müəllifin, həm
d
ə surətin nitqini emosionallaşdırıb, təsir gücünü qat-qat
artırır.
Ə.Əbülhəsən atalar sözləri və məsəllərin quruluşunda
əsasən aşağıdakı formalarda dəyişiklik aparmışdır:
1. Atalar sözl
əri və məsəllərin məzmunu olduğu kimi
saxlanmış, lakin söz sırasında bir və ya bir neçə söz
d
əyişdirilmişdir. Xalq bir işi axıra kimi görüb qurtarmayan,
yarımçıq qoyan adamlar haqqında yığcam, obrazlı şəkildə
“soyub, soyub quyruğunda sındırdı”
96
deyir. Yazıçı həmin
m
əsəlin məzmununu olduğu kimi saxlamış, ancaq quru-
luşunda, ifadə tərzində müəyyən dəyişiklik etmişdir: Cuma
m
əqsədə yetişmək ümidinin artdığını duyub düşündükcə,
daha çox qorxmağa başlayır; soyub, soyub quyruğunda
yarımçıq qoymaqdan ehtiyat edirdi (III, 128). Müəllif
əsərin dilini canlı danışıq dilinə yaxınlaşdırmaq məqsədi
il
ə “sındırdı” sözünü “yarımçıq qoymaq” ifadəsi ilə əvəz
etmişdir. Bu çevrilmə ifadənin mənasında yerinə görə
konkret d
əyişiklik yaratmamışdır. Belə ki, surətin daxili-
psixoloji g
ərginliyini açmaq, obrazın ümumiləşmiş
xarakterini, real v
əziyyətini oxucuya çatdırmaq üçün
mühüm rol oynamışdır.
96
A
talar sözü. Bakı, 1949, səh.195.
Dostları ilə paylaş: |