Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   2   3   4   5   6   7   8   9   ...   25

 
17 
İKİNCİ FƏSİL 
1710-cu  ildə  MNN  məni  müsəlmanları  parçalamaq 
üçün  gərəkli  və  əhəmiyyətli  mə`lumatlar  toplamaq  və 
casusluq  etmək  məqsədilə  Misir,  İran,  Hicaz  və 
İstambula  göndərdi.  Məndən  başqa  doqquz  nəfər  də 
tə`yin  edildi.  Bizi  lazım  olan  miqdarda  pul,  məxsus 
mə`lumatlar,  dövlət  adamları,  din  alimləri  və  qəbilə 
başçılarının  adları  olan  siyahı  ilə  təchiz  etdilər.  Heç 
vaxt  unudmaram  ki,  katib  ilə  mübahisə  edən  zaman 
nazir  bizə  belə  dedi:  ”Vaxtınızı  faydasız  mübahisələrə 
sərf 
etməyin. 
Dövlətimizin 
gələcəyi 
sizin 
bacarığınızdan  asılıdır.  Bu  yolda  var  gücünüzlə 
çalışmalısınız”. 
İslamın xilafət mərkəzi olan İstambula dəniz vasitəsilə 
yola  düşdüm.  Əsl  vəzifəmdən  əlavə,  türk  dilini 
mükəmməl 
şəkildə 
öyrənməli 
idim. 
Londonda 
olduğum  zaman  türk,  fars  və  Qur`an  dili  olan  klassik 
ərəb  dilini  öyrənmişdim.  Lakin  hər  bir  dili  ədəbi 
qaydada  öyrənmək  həmin  xalqın  şifahi  ədəbiyyatı  və 
ümumi danışıq dilinə yiyələnməklə tamamilə fərqlənir. 
Bunun  üçün  müəyyən  bir  müddət  lazım  idi. 
Müsəlmanların  məndən  şübhələnməmələri  üçün  türk 
dilini  bütün  incəlikləri  ilə  öyrənməli  idim.  Şübhə 
doğurmamaq üçün lazım olan hər bir şeyə dəqiqliyi ilə 
riayət  edirdim.  Müsəlmanlar  Məhəmməd  peyğəmbər 
kimi  açıqqəlbli,  xoşniyyətli  və  hədsiz  dərəcədə 
qonaqpərvər  idilər.  Onlar  heç  vaxt  bizim  kimi 
insanlardan  şübhələnməzdilər.  Osmanlı  hökumətinə 


 
18 
gəldikdə  isə,  o  zaman  onların  əks  kəşfiyyatla  məşğul 
olan rəsmi bir təşkilatları yox idi. 
Çox  yorğun  bir  vəziyyətdə  İstambula  yetişdim. 
Adımın 
Məhəmməd 
olduğunu 
söylədim 
və 
müsəlmanların  ibadətgahı  olan  məscidə  getməyə 
başladım.  Müsəlmanların  nizamlı,  təmiz  və  itaətkar 
olmaları çox xoşuma gəlirdi. Bir müddət öz özümə - bu 
zavallı  insanlarla  niyə  mübarizə  aparıram,  məgər  İsa 
Məsih  bizə  beləmi  əmr  etmişdir?  –  deyə  düşünürdüm. 
Lakin  tez  bir  zamanda  bu  şeytani  fikirdən  döndüm  və 
öz  vəzifəmi  ən  yüksək  səviyyədə  yerinə  yetirəcəyimə 
söz verdim. 
İstambulda  Əhməd  Əfəndi  adlı  yaşlı  bir  alimlə  tanış 
oldum.  Bu  şəxsdə  olan  incəlikləri,  səmimiyyət  və 
insanpərvərliyi heç bir xristian keşişində görməmişdim. 
Bu 
şəxs 
gecə-gündüz 
Məhəmməd 
peyğəmbərə 
bənzəməyə  çalışırdı.  Onun  fikrincə,  Məhəmməd  ən 
kamil  və  ən  üstün  insan  idi;  hər  dəfə  onu  yad  edəndə 
gözləri  yaşarırdı.  Xoşbəxtlikdən  bir  dəfə  də  olsun, 
kimliyimi  və  haralı  olduğumu  soruşmadı.  Mənə 
Məhəmməd  Əfəndi  deyə  müraciət  edirdi.  Verdiyim 
bütün  suallara  cavab  verərək,  mənə  qarşı  hədsiz 
mehribanlıq  göstərirdi.  Mən  ona  İstambula  işləmək  və 
Məhəmmədin  xəlifəsinin  sayəsi  altında  yaşamaq  üçün 
gəldiyimi bildirmişdim və bu bəhanə ilə də bu şəhərdə 
qalırdım. Bir gün Əhməd əfəndiyə belə dedim: 
Ata-anam  ölmüşdür;  qohum-qardaşım  da  yoxdur. 
Mənə  onlardan  heç  bir  miras  qalmamışdır.  İşləmək 
istəyirəm;  həm  dünya,  həm  də  axtirət  qazanmaq, 


 
19 
Qur`ani-Kərim  və  din  elmlərini  öyrənmək  üçün  İslam 
Elm Mərkəzlərinə getmək fikrindəyəm.  
O,  bu  sözlərdən  çox  sevindi.  Əhməd  əfəndinin 
dediklərini olduğu kimi yazıram. 
“Üç səbəbdən sənə hörmət bəsləmək lazımdır:  
Sən müsəlmansan; bütün müsəlmanlar qardaşdırlar. 
Sən  müsafirsən;  Peyğəmbər  (s)  buyurmuşdur  ki, 
müsafirə qayğı göstərib xidmətində durun. 
Sən çalışmaq istəyirsən; hədisdə buyurulur ki, zəhmət 
çəkib çalışanlar Allahın dostlarıdır”. 
Bu sözlər mənim çox xoşuma gəldi. Öz-özümə dedim: 
”Xristianlıqda  da  bu  kimi  parlaq  həqiqətlər  olsaydı  nə 
yaxşı  olardı!”.  Lakin  həmişə  təəccüb  edirdim  ki,  bu 
qədər  yüksək  bir  maarifə  malik  olan  bir  din,  həyatdan 
bixəbər kimsələrin əlində necə də zəifləyirdi!  
Əhməd əfəndiyə Qur`ani-Kərimi öyrənmək istədiyimi 
bildirdim.  Baş  üstə,  sənə  öyrədərəm  -  dedi.  “Fatihə” 
surəsindən 
başladıq. 
Qur`ani-Kərimi 
oxumağa 
başlamazdan  əvvəl  dəstəmaz  alır,  bu  işi  mənə  də 
tövsiyə  edirdi.  Qibləyə  tərəf  oturub  oxuyurduq. 
Oxuduqlarımızın  mə`nalarını  da  izah  edirdi.  Bə`zi 
kəlmələri  oxumaqda  çox  çətinlik  çəkirdim.  İki  ilin 
ərzində  Qur`anı  başdan  sona  qədər  oxudum. 
Müsəlmanların dəstəmaz adlandırdıqları əməl bədənin 
bə`zi  üzvlərini  yumaqdan  ibarətdir.  Müsəlmanlar 
dəstəmazdan  əvvəl  dişlərini  misvak  adlanan  bir 
çubuğun  saçaqlı  ucu  ilə  təmizləyirdilər.  Mən  isə 
misvakı  dişlərimə  vuran  kimi  damağım  qanayırdı;  bu 
işi görməyə məcbur idim. Çünki onlar deyirdilər ki, bu 
əməl  bizim  Peyğəmbərimizin  sünnətidir.  Həqiqətən 


 
20 
sonralar dişlərim daha qanamadı. İngilislərin ağzından 
gələn o pis qoxu artıq mənim ağzımda qalmamışdı.  
İstambulda  olduğum  müddət  ərzində  məsciddə 
xidmət  göstərən  Mərvan  aldı  bir  şəxsin  evində 
qalırdım. O, məndən çox az pul alırdı. Daim öz adı ilə 
öyünərək 
deyirdi: 
”Mərvan, 
Peyğəmbərimizin 
səhabələrindən  birinin  adıdır.  Oğlun  olsa,  adını 
Mərvan  qoyarsan”.  Axşam  yeməyini  Mərvan  Əfəndi 
hazırlayırdı.  Cümə  günləri  işə  getmirdim.  Həftənin 
qalan  günlərini  Xalid  adlı  birinin  yanında  günortaya 
qədər  işlədiyim  üçün,  mənə  işçilərinə  verdiyi  pulun 
yarısını  verirdi.  O  da  öz  adı  ilə  öyünərək,  Xalid  ibn 
Vəlid  İslamın  böyük  mücahidlərindən  olub.  Lakin  II 
xəlifə  Ömər  ibn  Xəttabın  onu  rəzil  etməsi  məni  çox 
üzür –deyə dilucu gileylənirdi. 
Xalid  əxlaqsız  və  çox  əsəbi  bir  adam  idi.  Amma 
nədənsə  mənə  çox  inanırdı.  Bəlkə  də  heç  vaxt  onun 
sözündən  çıxmadığım  üçün  mənə  belə  bir  münasibət 
bəsləyirdi.  Təklikdə  şəriət  qanunlarına  əhəmiyyət 
verməzdi.  Ancaq  dostlarının  yanında  bu  kimi 
məsələlərə  çox  diqqət  edərdi.  Cümə  namazı  qılırdı, 
amma digər əməlləri yerinə yetirdiyini görməmişdim.  
İşdən  sonra  zöhr  namazını  qılmaq  üçün  məscidə 
gələrdim.  Əsr  namazına  qədər  məsciddə  olardım. 
Sonra  Əhməd  Əfəndinin  evinə  gedib  orada  iki  saat 
ərzində  Qur`ani-Kərimi,  ərəb  və  türk  dillərini 
öyrənirdim. 
Həftəlik 
qazancımı 
ona 
verirdim. 
Həqiqətən o hər şeyi çox gözəl öyrədirdi. 
Əhməd əfəndi subay olduğumu bilib, qızlarının birini 
mənə  vermək  istədi.  Mən  isə  onun  bu  təklifini  qəbul 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə