Morq küçəsində qətl



Yüklə 219,66 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix30.09.2017
ölçüsü219,66 Kb.
#2497
1   2   3   4   5   6   7   8   9

- Bunu  sizin  ağlınıza  göyərti  satan  saldı.  Pinəçi  Kserks  və  onun  kimilərinin 

ayağının tozu da ola bilməz, — dostum cavab verdi.

- Göyərti satan? Siz nə danışırsınız. Mən heç bir göyərti satan-zad tanımıram.

- On  beş  dəqiqə  bundan  əvvəl  bu  küçəyə  dönəndə  sizinlə  toqquşan  o  göyərti 

satanı deyirəm.

Birdən  həqiqətən  də,  başında  böyük  bir  alma  səbəti  aparan  göyərti  satanı 

təsadüfən S.  küçəsindən keçərkən  bizim  indi  dayandığımız yerdə  məni az  qala  yerə 

yıxacağı  yadıma  düşdü,  amma  bunun  şantilyi  ilə  nə  əlaqəsi  olduğunu  heç  cürə 

anlamadım. Düpendə zərrə qədər də fırıldaqçılıq nişanələri yox idi.

- Sizə  izah  edərəm,  özünüz  hər  şeyi  aydınca  başa  düşərsiniz.  Əvvəlcə  gəlin 

sizinlə  danışdığım  andan,  haqqında  danışdığımız  o  qəribə  göyərti  satanla

toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı 

ardıcıllıqla  cərayan  edir:  şantilyi,  Orion,  Həkim  Nikols,  Epikür,  Stereotamiya,  küçə 

daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç olmasa bir dəfə əyləncə 

naminə başına gələnləri fikrində götürqoy etməsin, məlum nəticə çıxarmasın. Bu çox 

maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər 

böyük  bir  məsafənin  olduğunu  və  onların  arasındakı  uyğunsuzluğu  ördükdə 

heyrətlənəcəkdir.

Təəccüblə  Düpenə  qulaq  asırdım,  özü  də  eşitdiklərimin  tamamilə  həqiqət 

olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:

- O biri küçəyə burulmamışdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar 

barəsində  danışırdıq.  Düz  bu  yerdə  söhbətimiz  kəsildi.  Bax,  bu  küçəni  keçərkən 

başında  iri  bir  səbət  olan  göyərti  satan  cəld  yanımızdan  ötdü  və  sizi  küçəni  təmir 

etmək  üçün  bir  yerə  topalanmış  daşların  üstünə  itələdi.  Daşların  birinə  ilişib 

yıxıldınız.  Çevrilib  daş  topasına  baxdınız,  sonra  yolunuzu  davam etdiniz. 

Hərəkətlərinizi  xüsusi  bir  diqqətlə  izləyirdim.  Müşahidəçilik  son  zamanlar  mənim 

üçün  bir  növ  təlabata  çevrilib.  Onu  deyim  ki,  sıx-sıx  pilətələr  döşənmiş  Lamartin 

döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. 

Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz 

hələ də səki daşları barədə düşünürsünüz.

Burada  eyniniz  açıldı,  dodağınızın  qaçmağını  gördüm.  Siz  “stereotomiya” 

sözünü dediniz. Buna şübhə etmədim. Bu termin süni surətdə bu cür səki döşəmələri 

barədə deyilir. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri 

gəlmişkən,  Epikürün  nəzəriyyəsi  barəsindəki  fikrə  gətirib  çıxaracaq.  Bu,  bizim 

yaxınlarda  müzakirə  etdiyimiz  mövzu  idi.  Yadınızdadırsa,  mən  sizə  nəcib  yunan 

aliminin  son  dərəcə  heyrət  doğuran  dumanlı  müəmmalarından,  bu  müəmmaların 

müasir kosmoqoniya elmində əldə edilən nəticələriylə təsdiq edilməsindən və Epikürə 

lazimi  qiymətin  verilməməsindən  danışmışdım.  Hiss  etmişdim  ki,  başınızı  qaldırıb 

yuxarıya,  Orion  bürcündəki  nəhəng  ulduzlar  topasına  nəzər  salacaqsınız.  Siz  yuxarı 

baxdınız  və  mən  əmin  oldum  ki,  sizin  hərəkətlərinizi  düz  izləmişəm.  “Müsenin” 

dünənki  nömrəsində  şantilyiyə  qarşı  kəskin  hücumlarda  bir  tənqidçi  onun  ünvanına 



tamamilə yaramazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış edərək çalışmışdır 

ki,  öz  adını  dəyişdirsin.  Latın  müəllifindən  bir  sitat  gətirmişdi.  Həmin  sitata 

söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: Perdid

antiquum litera prima sonum* Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu 

söz keşmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, 

siz  onu  unuda  bilməmisiniz.  Buna  görə  də  bildim  ki,  Orion  sizi  şantilyi  haqqında 

düşünməyə  sövq  edəcək.  Belə  də  oldu.  Bunu  sizin  dodaqlarınızın  qaçmasından 

bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən 

belinizi  əymişdiniz,  indisə  gördüm  ki,  qəddinizi  düzəltdiniz.  Əmin  oldum  ki,  siz 

şantilyinin  balaca  boyu  haqqında    üşünürsünüz.  Elə  bu  yerdə  düşüncələrinizə  mane 

oldum. Dedim ki, bu şantilyi çox balaca olduğundan, “Varteye” teatrında oynasa daha 

yaxşı  olardı.  Bu  söhbətdən  azacıq  sonra  ikimiz  də  “Gazette  des  Tribunaux”-nun 

axşam nömrəsini nəzərdən keçirərkən, aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-

adi  qətl”:  “Bu  gecə  saat  üç  radələrində  Sen  Rok  məhəlləsinin  sakinlərini  aramsız 

dəhşətli  qışqırtılar  yuxudan  oyatdı.  Qışqırtılar Morq  küçəsindəki  madam  L’Espanye 

və onun qızı madmazel Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. 

Içəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki 

jandarmın  müşayiəti  ilə  içəri  doluşdu.  Artıq  qışqırtılar  kəsilmişdi.  Amma  dəstə 

pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi 

eşidildi.  Adamlar  dördüncü  mərtəbəyə  çatanda  bu  səslər  də  kəsildi.  Tam  sakitlik 

çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü 

mərtəbədəki  böyük  arxa  yataq  otağına  çatanda  (otağın  qapısı  içəridən  açarla 

bağlandığından, onu da sındırmalı oldular), gördükləri mənzərə onları dəhşətə gətirdi. 

Otaqda  hər  şey  alt-üst  edilmişdi.  Avadanlıq  sındırılmış  və  hara  gəldi  tullanmışdı. 

Orada  bir  çarpayı  qalmışdı.  Onun  da  üstündən  yorğan-döşək  götürülmüş  və  otağın 

ortasına  atılmışdı.  Stulun  üstündə  qanlı  ülgüc  vardı.  Buxarının  məhəccərinə  iki-üç 

qom  uzun,  sıx,  ağarmış  qanlı  insan  saçı  yapışıb  qalmışdı.  Görünür  tükləri  dəri  ilə 

birlikdə qoparmışdılar. Döşəmədə dörd dənə napoleondr, bir dənə topaz qaşlı sırğa, üç 

böyük gümüş qaşıq, üç balaca melxior qaşıq və içində dörd min franka yaxın qızıl pul 

olan  iki  kisəcik  vardı.  Küncdəki  kamodun  siyirmələri  açılmışdı.  Görünür  kimsə 

qurdalanmışdı,  bununla  belə,  siyirmələrdə  hələ  də  çox  şey  qalmışdı.  Balaca  dəmir 

seyf  yorğandöş  əyin  altından  tapıldı.  Seyf  açıq  idi,  açar  da  qapısının  üstündəcə 

qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı 

heç  nə  yox  idi.  Madam  L’Espanyedən  əsər-əlamət  yox  idi,  ancaq  buxarının  ocaq 

yerinə  xeyli  qum  tökülmüşdü.  Bacanı  yoxladılar. (Söyləyəndə  adam  dəhşətə  gəlir.) 

Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar 

bacanın  içinə  — yuxarıya  pərçim  edilmişdi.  Hələ  istiydi.  Müayinə  edərkən  məlum 

oldu ki, bir neçə yerdən dəri sıyrılıb. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində 

çoxlu  dərin  cırmaq  izləri,  boğazında  isə  tünd  qançırlar,  dərinə  işləmiş  dırnaq  izləri 

qalmışdı. Sanki məhrumu boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə 

heç  nə  aşkar  edə  bilməyib,  binanın  dal  tərəfindəki  daş  döşənmiş  kiçik  həyətə  sarı 

getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti 




Yüklə 219,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə